[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkəmizdə hərbi sənayenin yeni dövrü başlayır


Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik: “Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq”.

Prezident bildirib ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.

“Əlbəttə, bu, ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək. Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Həmin görüş Bakı vaxtı ilə səhər saat 5-də başa çatdı” - Prezident


Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə zamanı Praqa görüşünün detalları barədə danışıb.

Dövlət başçısı görüşün iki hissədən ibarət olduğunu diqqətə çatdırıb.

Azərbaycan lideri bildirib ki, ikinci görüş Bakı vaxtı ilə səhər saat 5-də başa çatıb.

“Bir an özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdə. Şarl Mişel də hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda kənara çəkilib pıçıltı ilə cükküldəşirdilər. Bu, açıq-aşkar görünürdü”, - dövlət başçısı deyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda rejissor komaya düşərək ÖLDÜ


Azərbaycanlı rejissor Anar Hüseynov dünyasını dəyişib.

Bu barədə müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım edib.

Mərhumun qardaşı Vüqar Hüseynov axşam.az-a onun ölüm səbəbini açıqlayıb:

“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək” - Prezident


Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - deyə dövlətimizin başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimov ADAU-nu KİMƏ ƏMANƏT EDİB?.. - İLGİNC İDDİALAR...

"İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da bir müddət keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam xəbərsizdir". DİA.AZ bildirir ki, bu barədə redaksiyamız ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra davam edir: "Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşur ki,Siz baramanı gündə neçə dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab Nazir, barama yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya suvarılması məsələsindən bixəbərdir.
İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf Mərkəzlərinə direktor vəzifələrinə işə götürdü.İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..? Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi.

Zəfər Qurbanov

Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir.Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olundu".

DAVAMI VAR...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyev: `Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?` - Keçmiş PA şefindən dolaşıq sözlər...


Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

DİA.AZ bildirir ki, Manset.az məsələni diqqətdə saxlayaraq Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasıda bu barədə bir-birini təkzib edən informasiya verib.

"Mən eşitməmişəm. Oğlumla yeni danışmışam. Vəzifəsindədir, işini davam etdirir. Hər halda mənə işdən çıxarılması ilə bağlı deməyib. Bilmirəm, sözün düzü bu mənim üçün yeni informasiyadır, işdən çıarılıb?"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fizuli Məmmədovun Masallıya səfərinin pərdəarxası məqamları… - NAZİRİN NƏZƏRİNƏ...

Cənub meşələrində kütləvi qırıntıları ört-basdır etmək üçün Meşələrin İnkişafi Xidmətinin rəis muavini Fizuli Məmmədov ayın 8-də təcili Masallı rayonuna gedib.

AzToday.az xəbər verir ki, bu günlərdə Polisin 1 yük maşınında 20 kub metr işlik materialı saxlamasından dərhal sonra Fizuli Məmmədovun Masallıya getməsi əsaslı şübhələrə səbəb olub.

Belə ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi Polisin saxladığı işlik matetialların güya Zaqatala meşələrindən gətirilməsi ilə bağlı şayiə buraxıb. Rayon sakinləri isə bildirir ki, işlik materiallar Qəriblər Meşəbəyliyinin ərazisindən gətirilibmiş.

Bu arada qeyd edək ki, Fizuli Məmmədovun Masallıya səfəri meşə gözətçilərinə baha başa oturub. Meşələrin qırılmasında adı hallanan gözətçilər Bakıdan gələn “ali qonaq” üçün pul, hind quşu, bal və s. tədarükləri görməli olublar…

Cənub meşələrində qırıntılar isə kütləvi xarakter alıb. İddiallara görə, Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi yaxın aylarda vəzifəsindən uzaqlaşdırılacağını bildiyindən qısa müddətdə merkantil maraqlarını yüksək səviyyədə təmin etmək istəyir… //AzToday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda tələbələrin köçürülməsi qaydaları dəyişdirilir


Bu tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır. Məsələ geniş şəkildə Milli Məclisdə və ictimaiyyətdə müzakirə olunur.

Köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.

Bununla əlaqədar 2022-2023-cü tədris ilinin qış tətili müddətində transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş Prokurorluq bu rayonda ƏMƏLİYYAT KEÇİRİR


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ağdamın Quzanlı kəndində yerləşən Ağdam Musiqi Kollecində əməliyyat tədbiri keçirir.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək

XƏBƏR LENTİ

10:38

Mehriban Əliyevadan Novruz bayramı paylaşımı

10:21

Azərbaycanda Novruz bayramıdır

10:06

Düşmən Zəngilanda mövqelərimizi atəşə tutdu - YARALIMIZ VAR

09:53

Azərbaycan Prezidentindən Novruz bayramı ilə bağlı paylaşım - FOTO

23:10

Günün fotosu...

22:56

İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı - Fotolar

22:16

“Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə

21:43

Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu

16:30

Hava nəqliyyatı ilə sərnişin daşımaları 50%-dən çox artıb

16:08

Çin yer müşahidə peykini orbitə buraxdı

15:47

“Baku City Hospital”ın saytında bu cümlələr yazıldı - “Borcunu ödəməyə pul tapmır” - Foto

15:34

"Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik" - Prezident

15:07

Göyçay sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR - ETİRAZ VAR!

14:46

"Novruz təbriklərimi Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

13:20

Jurnalist icra başçısı ilə ÇƏKİŞMƏDƏ - Baş prokurorluğa TƏŞƏKKÜR ETDİ

13:00

DTX-nin tutduğu gömrük generalları AZADLIĞA BURAXILDI

13:00

"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm" - Elməddin Cəfərov

12:46

İlham Əliyev Talış kəndinin Baş planı ilə tanış oldu

12:32

Prezident ailəsi ilə birlikdə Talış kəndinə getdi

12:00

Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur? - ARAŞDIRMA

11:40

Xəzər İcra Hakimiyyəti ilə qum dəllalları arasında toqquşma - TƏFƏRRÜAT

11:20

Taleh Qaraşovun yaxın kadrı MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - Başçı işçisini qurtara biləcəkmi?

11:00

Laçın yolunda ekoaksiyanın 97-ci GÜNÜ

10:00

Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT

09:40

Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!

09:20

Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır

09:00

Rektor Fuad Hacıyev və ATEF rəhbəri Talıb Əlixanbəyovun adı SAXTA YOLLA MİS ALQI-SATQISINDA HALLANIR - İLGİNC İDDİALAR...

22:31

Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi

22:18

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

21:50

“Nə pulumu qaytarırlar, nə maşınımı” - Vətəndaş məmurlardan narazıdır

21:31

"Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır" - İlham Əliyev

21:11

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

20:01

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:37

Prezident Rəhim Məmmədovu ordenlə təltif etdi