[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?!

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29, 35 A ünvanında yaşayan Əkbərov Zaur Məqsud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yaşadığı binanın komendatına 800 manat vermədiyi üçün evinə buraxılmır:

"Mən, Əkbərov Zaur Məqsud oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 2006-cı ilin mart ayının 17-də aldığım yeni tikilmiş binanın 1-ci blok, 8-ci mərtəbəsində, mənə məxsus olan evimə buraxılmıram. Səbəb də odur ki, mən o binanı alanda binanın lahiyəsində 2 lift görülsə də, piyadalar üçün lifti quraşdırmışdılar, amma yük üçün lift yox idi. Binanın hal-hazırda komendantı olan Qocayev Ayxan yük liftinin quraşdırıb və hər sakindən 800 man pul tələb edir. Pulu ödəməyən piyadaları da həmin liftdən istifadə etməyə qoymur.

Mən öz evimə gedə bilmirəm. Hər ay “komendant pulun”u ödəyirəm, buna baxmayaraq Ayxanın tələb etdiyi 800 manatı ödəməmişəm deyə başıma bu oyun açılır. Bu komendant özbaşınalıq edir, lazımi yerlər görsün və tədbir görsünlər".

Məsələ ilə bağlı binanın komendantı Ayxan Qocayevlə də əlaqə saxladıq. O bildirdi ki, binanı ilk tikən şəxs dələduzluq maddəsi ilə tutulub, sonradan vəfat edib: “İkinci bir şəxs gəldi, o da eyni qayda ilə binanı yarımcıq qoyub, dələduzluq maddəsi ilə tutuldu, bir müddət sonra isə vəfat etdi. Mən özüm də həmin binanın sakiniyəm. Bina sahibsiz qaldı. Binanın damı, lifti, işığı, qazı, suyu yox idi. Fövqalədə Hallar Nazirliyinə borcu 16 min manatdan artıq idi.

Həmin vaxt binada 10-15 ailə yaşayırdı. Bina 2016-cı ildə satılmışdı, o vaxtlar hər kvadrat metri 200 manat olub. Sonradan aydın oldu ki, bir mənzili 5 nəfərə satıblar. Nəticədə, bina məhkəməlik oldu. İşin bu qədər çətinliyini görüb, bina sakinləri olaraq ağsaqqallar, sözü keçənlər yığılıb özümüz üçün şərait yaratmağı qərara aldıq. Əvvəlcə 1 lift aldıq, bir müddət sonra digərini. Daah sonra binanın qazını, suyunu, işığını çəkdirməklə, səhmana salmağa başladıq. Hər dəfə də iclasda iştirak etməyənlərə zəng vurur, yaxud da xəbərdarlıq edirdik ki, pul yığılır, qatılsınlar.

Zaur Əkbərovun anası Zəhra xanım iclasda olub, amma heç vaxt pul verməyiblər. İndi də sakinlər onların kirayəçilərinə liftdən istifadə etməyə icazə vermir, onlar da havayıdan istifadə etmək istəyirlər. Binada bir çox işlər təmənnasız edilib. Burda mənlik heç nə yoxdur. Pul verənlərə səbəb bina tam səliqəyə salınıb. Pul verməyənlər də kiminsə haqqına girmək istəyirlər. Şəxs, sahibkar getsin sakinlərlə problemini həll etsin, pul verən sakinlər pul verməyənlərə liftin açarının verilməsini istəmirlər.

Zaur Əkbərov istəyir ki, bir qəpik vermədən onun kirayəçiləri və özü liftdən istifadə etsin.

O ki qaldı 800 manata, liftin qiyməti ilə maraqlansaz, hər şey sizə aydın olar. Pulu verən şəxslərin heç birinin şikayəti yoxdur. Çünki öz rahatlıqları üçün bu işi görüblər.

2019-cu ilin fevral ayında cənab Prezident yarımcıq binaların itismara qəbul olunması ilə bağlı qərar qəbul etdi. Fərmandan sonra binada bir çox işlər görülüb. Zaur Əkbərovun səsləndirdiyi fikirlər əsassızdır, buyursun kim istəyir yoxlanış keçirib hər şeyi aydınlaşdıra bilərlər”.
Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?!
Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz” rəhbəri haqda Prezidentə şikayət – ŞİRKƏT DAXİLİNDƏ AZTV-yə BAXMAQ QADAĞAN EDİLİB?

“Azəriqaz” İstehsalat Birliyinin (İB ) əməkdaşı Nağı Allahverdi Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

“Azəriqaz” İstehsalat Birliyinə təyin etdiyiniz Baş direktor Əliyev Ruslan həzrətləri Bakı Regional Qaz İstismar Departamentinə (BRQİD) Aşurov Azər adlı bir şəxsi rəis müavini vəzifəsinə gətirib. Həmən Aşurov vaxtilə Neft Daşlarında çalışanda yaşlı xanım işçilərə cinsi təcavüz etdiyinə görə, onu “Qaz İxrac”a, ordan da Ruslanın əmr və xeyir duası ilə BRQİD-ə rəis müavini gətiriblər.

Həmin igid də gələn kimi, Qaz Paylama Məntəqələrinə gedib və ordan işçilərin xidməti otağından televizorların yığılmasına qərar verib. Ruslan buna deməyib ki, ay Aşurov, işçilər televizorda dövlət kanalı olan AZ TV kanalı vasitəsi ilə ölkəmizin inkişaf və tərəqqidən xəbədarlığını, möhtərəm Prezidentin çıxışlarını dinləyirlər. Bunun qarşısını almaq nə deməkdir?

Bu əmələ görə cavabdeh olan şəxslər çinayət məsuliyyətinə cəlb olunmalıdır. Təcili ictimai-siyasi proseslərin bu qədər qaynar keçən bir vaxtında strateji obyektdə, mədənlərin içində izolə edilmiş işçiləri AZ TV-siz qoymaq nə deməkdir ?

Cənab Prezident!

Mən Suraxanı Texniki İstismar Xidmətinin (TİX ) Suraxanı Qaz Paylama Məntəqəsində ( QPM ) çalışıb, istilik sisteminin olmamasından əziyyət cəkib, xəstəlik tapmışam.

Əliyev Ruslan və Aşurov Azər işçiləri AZ TV-dən məhrum edib, onlara Prezidentin çıxışlarını dinləmək qadağasını qoymaqdansa, oranın istilik sistemini düzəltdirib, digər operatorların xəstəliyə tutulmasının qarşısını ala bilərlər. Televizoru yığmaqdansa dövlət hesabına oranı soyuducu və kondisionerlə təmin etsinlər. Operatorlar üçün internet çəkdirib onları telefonla təmin etsin, özündən sonra iz qoysun. Yoxsa AZTV-ni izləmək kimi qadağa qoymaq olmaz. Və yaxud da nə etmək istədiyini açıq desin.

Sizdən xahiş edirəm, yaxın vaxtlarda bu insan barəsində tədbir görülsün”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuz rayonunda qəribə təhsil “islahatı”: Birinci və ikinci siniflər bir yerdə dərs keçirlər - BU NƏDİ BELƏ
Şəki-Zaqatala Regional Təhsil İdarəsi məktəblərdə sinifləri komplektləşdirir. Bu komplektləşdirmə 1-ci və 2-ci siniflərin birləşdirilib, eyni sinifdə dərs keçməsi ilə həyata keçirilir.

DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya Oğuz rayon Calut kənd orta məktəbinin müəllim və valideynləri məlumat veriblər.

Şikayətçilər bildiriblər ki, bu iş regional təhsil idarəsində müavin işləyən Bəhruz Nəbilinin rəhbərliyi ilə tətbiq edilir.

Müraciət edənlər qeyd edir ki, 1 və 2-ci siniflərdə cəmi 19 şagird var. Bu komlektləşdirilmədən narazı qalan valideynlər Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”inə zəng ediblər. Nazirlik məsələnin rayon sektorunda həll edilməsini məsləhət görüb.

Övladları kənd orta məktəbinin 1-ci və 2-ci sinfində oxuyan valideynlər rayon sektorunun qəbulunda olublar. Burada da məsələnin həllinin onların səlahiyyətləri çərçivəsində olmadığını bildiriblər.

Müraciət edən müəllimlər təhsillə bağlı başqa problemlərdən də narazıdırlar. “Regional Təhsil İdarəsi vaxtı bitən direktorları işdən azad eləmir. Vakant yazılan yerlərə müqaviləli müəllimləri işə götürür, imtahandan keçən müəllimi müsahibə mərhələsində kəsir. Yoldaşımı 2 dəfə direktorluğun, 3 dəfə də müavinliyin müsahibə mərhələsindən kəsiblər”, – deyə şikayət edənlərdən biri bildirib.

Mövzuda adı çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özünü `XƏZƏR XAQANI` zənn edən icra başçısı - AXI NİYƏ?

Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Xəzər rayon İcra Hakimiyyətidir.
Özünü `XƏZƏR XAQANI` zənn edən icra başçısı - AXI NİYƏ?

Araşdırma materialında deyilir:

"Şikayətlərin çox olduğu daha bir icra hakimiyyəti Xəzər rayon İH-dir. Əhalinin şikayətləndiyi, yol, park və küçələrin baxımsızlığı, məişət tullantılarının vaxtı-vaxtında götürülməməsi, qanunsuz obyektlərin çoxalması, eləcə də Mənzil Kommunal Təsərrüfat Birliklərinin özbaşınalıqları bu rayonun da reytinqini xeyli aşağı salıb".

Problem siyahısını uzatmaq da olar. Amma görünəni odur ki, özünü `XƏZƏR XAQANI` zənn edən Elşən Salahov kimsədən ehiyatlanmır....

Amma nahaq yerə. Hər halda dövlətin gücü hər bir məmur üçün gərəkən anda hissolunandırr. Məmurların isə vəzifə borcu vətəndaşlara xidmətdir...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ƏLAQƏDAR YAZI: My Webpage

ƏLAQƏDAR YAZI: My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Həyat üçün şans” adı altında QARALAN İNSAN HƏYATLARI... - NARAZILIQ VAR...


İnsanlar irəli getmək, karyera qazanmaq, həm də pul qazanmaq üçün öz istedadlarına, qabiliyyətlərinə, bacarıqlarına arxalanmalıdırlar. Amma min təəssüf ki, ölkəmizdə elə məxluqlar var ki, nə təhsili var, nə qabiliyyəti, nə bacarığı var, amma bolluca həyasızlığı var... Və bu həyasızlığın hesabına milyonlara sahib olurlar, karyera qazanırlar... Belələrindən biri, bəlkə də birincisi Elgiz Şirinov adlı məxluqdur.
Diqqətli oxucular bilir ki, bir media olaraq xeyli müddətdir ki, “Həyat üçün şans” Reablitasiya Mərkəzinin təsisçisi və direktoru Elgiz Şirinov və onun cinayətkar şəbəkəsinin əməllərindən yazırıq. Biz bir neçə ay öncə yazmışdıq ki, bir də görəcəksiniz ki, bu cinayətkar şəbəkə özünə Qeyri-Hökumət Təşkilatı yaratdı, media qurumu, televiziya təsis elədi, hələ bəlkə bələdiyyə seçkilərinə qatıldı. Arvadının əlindən tutub, nəyinsə müqabilində qapı-qapı gəzdi. Bəli, təəccüblənməyin. Bunlar elə həyasız məxluqlardır ki, barmağını versən, qolunu dibindən qoparacaq. Məhz ona görə də biz cəmiyyətimizi ayıq-sayıq olmağa, Elgiz Şirinov kimilərə qarşı səfərbər olmağa çağırırıq. Bizim Elgiz kimilərlə şəxsi müstəvidə heç bir problemimiz yoxdur. Bizim davamız dövlət, millət və cəmiyyət davasıdır. Biz problemə bu müstəvidən yanaşdığımız bir zamanda ATV-nin aparıcısı, Zaur Baxşəliyev kimilər Elgiz Şirinovun özünü və “Həyat üçün şans” Reablitasiya Mərkəzini təbliğ etməklə məşğuldurlar. Görəsən, Zaur Baxşəliyev bilmir ki, Elgiz Şirinov başına 100-lərə narkomanı toplayıb cinayət əməlləri ilə məşğuldur, narkotacirlərlə şərikdir. Bəlkə, Zaur Baxşəliyev də bu cinayətkar aləmlə əlaqəlidir.
Yeri gəlmişkən, Zaur Baxşəliyevin kirli reputasiyası barədə az qala ölkədə hamı danışır. Atalar deyib ki, od olmasa tüstü çıxmaz. Zaur Baxşəliyevə deyən lazımdır ki, milyonçu Telman İsmayılovun sənə göstərdiyi qayğı əvəzində aldığın bahalı avtomobil barədə əksəriyyət danışır. Zaur Baxşəliyev Qarabağ şəhidlərinin, qazi ailələrinin ürək sözlərini dediyi tribunanı indi də narkomanların başçısı Elgiz Şirinova, onun tərəfdarlarına verib, cəmiyyətimizdə narkomaniyanı reklam edir. Görəsən, Zaur Baxşəliyev bilmir ki, onun azyaşlı qızı da, həyat yoldaşı da, yəni bütün ailə üzvləri də bu verilişə baxırlar. Əlbəttə, bilir. Görünür, Zaur Baxşəliyevi bu cinayətkar dəstəyə bağlayan ciddi amillər var. Təkrarçılıq olsa da, bir daha Zaur Baxşəliyev kimilərə məcburuq ki, “Həyat üçün şans” Reablitasiya Mərkəzində baş verənlər barədə qısa məlumat verək. Biz Elgiz Şirinovu müdafiə edən şəxslərin hər birinə deyirik ki, Elgiz Şirinovdan əgər rüşvət alıb bu işləri görürsünüzsə, o rüşvəti Elgiz Şirinovdan və onun ətrafında olan şəxslərdən almayın. Çünki, Elgiz Şirinovun narkomanların valideynlərindən aldadaraq aldığı pullar irin, qandır. Əgər siz o irini, qanı aparıb övladınıza yedirəcəksinizsə, aparın yedirin. Bir daha bildiririk Elgiz Şirinovdan istər 1 manat, istərsə də daha çox rüşvət alan şəxs BİQEYRƏT, BİŞƏRƏF, BİNAMUS, ALÇAQDIR. Onun cinayət işlərini ört-basdır edən şəxslər isə ondan da betərdir. İndi isə qayıdaq əsas mövzuya.
Təsəvvür edirsiniz, bəşəriyyət min illərdir ki, narkomaniyaya və digər asılılıqlara qarşı mübarizə aparır, onun müalicəsi üçün yollar axtarır. Hətta müqəddəs səmavi kitablarda bu barədə bəhs olunur. Amma yenə də ortada ciddi nəticə yoxdur, bu bir fəlakətdir. Amma hansısa məxluq olan Elgiz Şirinov utanıb-qızarmadan ATV-də narkomaniyanın guya müaəlicəsini tapdığını cəmiyyətə elan edir. Yalançının.... Deyirəm, bəlkə bu kəşfinə görə, Elgizə bir TAXTADAN MEDAL da verək..?
Bəli, Elgiz narkotacirlərlə əlaqəyə girərək hər gün neçə kiloqram narkotiki az doza kimi narkoman pasiyentlərə verir. Bu özü böyük cinayət əməlidir. Nəinki ali tibbi təhsili, ümumiyyətlə, normal təhsili olmayan bu məxluq nə bilir ki, prosedura nədir..? Amma ATV-də Zaur Baxşəliyevin bəh-bəhlə reklam etdiyi Elgiz Şirinov adamlara “dərs keçir” deyir ki, çalışıb suallara cavab axtarmayın, vəziyyətdən çıxış yollarını arayın... Vallahi, bu adama qısaca qulaq asanda bəlli olur ki, bu adam ibtidai sinif şagirdi səviyyəsində cümlə qura bilmir. Zaur Baxşəliyev isə əvvəlcədən öyrədilmiş adamlara söz verərək, Elgizi təriflədir.
Biz Zaur Baxşəliyevə qısaca demək istəyirik ki, Elgiz Şirinov və həyat yoldaşı böyük bir cinayətkar şəbəkə yaradıblar və milyonlar qazanırlar. Belə ki, Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmaqla, mala otuzdurmaqla, valideynlərindən külli miqdarda pul almaqla məşğuldur. Elgizin arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir... Vaxtilə 5 manata şıllaq atan bu ər-arvad hazırda Bakıda milyonluq mənzillərə, bağlara, avtomobillərə sahibdirlər. Hamısı da narkotikin hesabına. Bu hələ harasıdır..?
Elgiz o dərəcədə həddini aşıb ki, deyir mənim icazəm olmadan bu ölkədə kimsə Reablitasiya Mərkəzi aça biməz. Biz hələ Elgiz Şirinovun özünün “əməliyyat qrupu”dan, “polis maşını”ndan, idmançı dəstəsindən, kimisə həbs etməsindəm, kimisə ayaqlarından asmasından, kimisə suda boğmasından, karsa salmasından, hətta işgəncə verib öldürməsindən danışımırıq...Bununla bağlı hazırda Abşeron polis idarəsində istintaq gedir... Biz bu boyda cinayət əməllərinə bəzi qurumların göz yummasını, Səhiyyə Nazirliyinin, TƏBİB-in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu cinayət əməlinə susmasını qəbul edə bilmirik.
Bütün bunların sonunda bir nüansa diqqət yetirək. Zaur Baxşəliyevin ATV-dəki verilişində niyə bircə nəfər təhsilli, savadlı, peşəkar mütəxəssis yox idi..? Çünki Elgizin Reablitasiya Mərkəzi cinayətkar yuvasıdır, orada mütəxəssis-zad yoxdur. Başa düşdünmü, Zaur Baxşəliyev?
P.S Bizdə olan məlumata görə, bu gündən etibarən, Azərbaycanda gizli fəaliyyət göstərən Elgiz Şirinova məxsus Reabilitasiya Mərkəzlərinin bağlanması üçün araşdırmalara başlanıldı. Elgiz Şirinovun gizli fəaliyyət göstərən Reabilitasiya Mərkəzlərində əlaqədar təşkilatlar, gizli fəaliyyətin, Reabilitasiya Mərkəzlərinin qeyri yaşayış sahələrində yerləşib yerləşmədiyini, Qida Təhlükəsizlik Agentliyindən, TƏBİB-dən, Səhiyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Daxili İşlər Nazirliyindən, Rayon İcra Hakimiyyətlərindən, Fövqaladə Hallar Nazirliyindən icazələrinin olub-olmamasını yoxlayacaqlar. Bu yoxlamalar Elgiz Şirinovun və ətrafında olan şəxslərin həbsinə səbəb ola bilər. Ona görə də, narkomanların valideynlərindən xahiş olunur ki, Elgiz Şirinova əvvəlcədən ödəniş etmək onların aldanmasına səbəb ola bilər. Yazı çapa hazırlanarkən məlumatlı mənbə bildirdi ki, narkomanların valideynləri Elgiz Şirinovdan pullarını geri istəyirlər. Ona görə də Elgiz Şirinov, kimlərinsə vasitəsilə özünü ATV-də reklam etmək istədi, o da alınmadı.
Gundelik baku.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət büdcəsi BELƏ QARƏT OLUNUR... - İTTİHAM VAR...


Uzun illər 300 minlik Sumqayıt şəhərinin Səhiyyə İdarəsinə, indi isə Sumqayıtdan əlavə, Abşeron, Xızı rayonlarının səhiyyəsinə rəhbərlik edən, Sumqayıt Tibbi Mərkəzin direktoru Səkinə Sadıxova barəsində yazmaq istəyərkən, yadımıza sovet dövrünün “KİRPİ” satirik jurnalı düşdü. Yaşlı nəslin yaxşı yadındadır ki, bəyənmədiyimiz sovet dövründə “KİRPİ” jurnalında hansı məmurun barəsində BİRCƏ CÜMLƏ TƏNQİDİ YAZI gedərdisə...onun işi bitmiş hesab olunurdu.
İndi neçə ildir ölkə mediası Səkinə Sadıxovanın barəsində qalaq-qalaq faktlara söykənən yazılar dərc edir, amma heç bir tədbir görən yoxdur. Bu gün Səkinə Sadıxova barəsində eşitdiyimiz xəbər həm komediya, həm də tragikomediya mövzusudur, yəni gülməli olduğu qədər də ağlamalı, faciəlidir.
Səkinə Sadıxovanın özünə məxsus siyahısı...
Belə ki, Səkinə Sadıxova və onun cinayətkar şəbəkəsi 2-3 yaşlarında sünnət olunmuş oğlan uşaqlarının siyahısını axtarıb-tapırlar və onların guya yenidən sünnət olunması işini təşkil edirlər. Daha aydın olması üçün qeyd edək ki, adətən oğlan uşaqlarını valideynləri 3-4, hətta 5 yaşlarında sünnət edirlər. Amma Səkinə Sadıxovanın şəbəkəsi illər öncə sünnət olunmuş yüzlərlə oğlan uşaqlarının siyahısı əsasında Sumqayıt Tibb Mərkəzində guya sünnət mərasimi keçirir və bu yolla dövlət vəsaiti hesabına bonuslar qazanırlar.
Məlumat üçün qeyd edək ki, hər bir sünnət üçün həkim cərrahların hesabına bonus olaraq 18 manat dövlət vəsaiti köçürülür.
Səkinə Sadıxovanın sünnət mərasimində "laqonda, drujba" söhbəti...
Onu da bildirək ki, Səkinə Sadıxovanın cərrahları həmin sünnət mərasimlərində dədə-baba qaydası ilə olan qarğu, qamış ülgüc, yəni sünnət etmək üçün lazım olan ləvazimatlarla yanaşı özlərilə "laqonda, drujba" götürürlər. Səkinə Sadıxova sual verəndə ki, bu "laqondanı, drujbanı" neynirsiniz? Həkim cərrahlar cavabında bildirirlər ki, ay Səkinə xanım, 5 yaşında uşağı sünnət etməyə getmirik eee, 16-17 yaşlı uşaqları sünnət etməyə gedirik. Səkinə Sadıxova isə əllərini yelləyərək "boş verin"... Bəli, heç demə sünnət, falan məsələsi yox imiş, bütün tədbirlər kağız üzərində gedir.
Rüşvət və korrupsiyanın sünnət səviyyəsi...
Fikir verdinizmi, rüşvət və korrupsiya sünnət səviyyəsinə çatıb. Hətta bu barədə məlumatlı şəxslərin dediyinə görə, Səkinə Sadıxovanın saxta sünnət siyahısında 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarının, yekə kişilərin də adı var. Vallahi, bu Səkinənin 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarını sünnət eləməsi əməlli-başlı KOMEDİYA mövzusudur. Siz elə bilirsiniz ki, Səkinə Sadıxova bu SÜNNƏT BİZNESİNİ özbaşına qurub. Əsla belə deyil. Bu işdə Səkinə Sadıxovanın dalında TƏBİB-in rəhbərliyi, sədr müavini Araz Nəsirov dayanır. Bu məsələ Səkinə Sadıxovanın ilk saxtakarlıq əməli deyil.
Səkinə Sadıxovanın kadrlar idarəsinin aşbaz müdiri...
Bir müddət əvvəl Səkinə Sadıxovanın uzun illər toyda-vayda aşbazlıq edən, sonradan 44 yaşında Gürcüstandan saxta diplom alan Elnarə Arif qızı Məmmədovanı Sumqayıt Tibbi Mərkəzdə Kadrlar şöbəsinə müdir təyin etməsi barədə yazmışdıq. Amma aldığımız son xəbərə görə, bizim yazılardan sonra Elnarə Məmmədova vəzifəsindən azad edilib. Bu xəbər təqdirəlayiqdir. Amma Elnarəni saxta diplomla Kadr şöbəsinə müdir təyin edən Səkinə Sadıxova niyə məsuliyyətə cəlb olunmur..? Bəs saxta diplomla dövlətdən alınan maaşın məsələsi necə olacaq..?
Səkinə Sadıxovanın tabeçiliyində olan işçilərin qohumluq əlaqələri və ya qohumbazlıq...
Yuxarıda qeyd etdiyimiz saxta sünnət biznesinin, eləcə də digər saxta yolla alınan bonusların hesabına Sumqayıt səhiyyəsində ayda 15 min manat maaş alan həkimlər var. Səkinə Sadıxova hər yerdə deyir ki, iki qohumun biri digərinin tabeçiliyində işləyə bilməz. Səkinə Sadıxovadan soruşan lazımdır ki, ....Sevincin 3 qohumu səninlə birgə Sumqayıt Tibb Mərkəzində işləyir. Bəs buna nə deyirsən..?
Bütün məclislərdə və tədbirlərdə Səkinə Sadıxova deyir ki, mənim tabeçiliyimdə bir adam göstərin ki, biri-biri ilə yaxın qohum olsun və onlar bir yerdə işləsinlər. Səkinə Sadıxova gözəl bilir ki, qohumların bir yerdə işləməsi korrupsiya halıdır.
TƏBİB-in Sumqayıt Səhiyyəsinin sədri olan Səkinə Sadıxova buyurun, tanış olun bu hal sizin rəhbərliyiniz altında baş verir...
1. 2 saylı xəstəxananın Poliklinika şöbəsinin müdiri Sevinc Nəsibova
2. Sevinc Nəsibovanın həyat yoldaşı Sığortanın Təşkili Şöbəsinin müdiri Emil Nəsibov
3. Dezinfeksiyaedici idarəsinin rəhbəri Xavər xanımın qohumu və Sevinc Nəsibovanın qudasını anbardar təyin ediblər. Həmin şəxsin adı Vəliyev İltifatdır.
Bu qohumlar birləşərək keçmiş anbardarı Namazova Səyahəti şərlətdirib işdən çıxartdılar. Həmin xanımın anasının ürəyi partlayaraq öldü, özü isə banklarda əsir-yesir olub. Səhiyyənin Həmkarlar Təşkilatı Namazova Səyahəti müdafiə etmək istəsə də Səkinə Sadıxovanın ən yaxın dostu olan Araz Nəsirov imkan verməyib.
Səkinə Sadıxova diplomsuz Elnarə Məmmədovanı yeni vəzifəyə təyin edib...
Biz Sumqayıt Səhiyyəsinin Kadrlar İdarəsinin rəisi Elnarə Məmmədovanın məsələsilə daha dərindən maraqlandıqda gördük ki, Elnarə Məmmədovanı gözdən pərdə asmaq üçün 1 saylı xəstəxanaya kadrlar şöbəsinə mütəxəssis kimi işə götürüblər.
Bir Səhiyyə İdarəsinin ki, kadrlar idarəsinin rəisi aşbaz ola, ondan nə gözləyəsən.
Səkinə Sadıxova bütün mənəvi xətləri keçir...
Səkinə Sadıxova bütün mənəvi xətləri keçərək Qarabağ qazilərinin adından da sui-istifadə edir. Guya Qarabağ qaziləri Sumqayıt səhiyyə sistemində işlə təmin olunublar. Amma əslində qazilərin adı altında başqa şəxslər işə götürülüb.
Sözün qısası, Səkinə Sadıxovanın 750 minlik kəməri barəsində, Təcili Yardım Stansiyasına ayrılan yanacağı, benzini, dərmanları, ehtiyyat hissələrini satdırması, 4-5 min manata işə adam götürməsi, keçirdiyi saxta tenderlər, cari təmir adı altında mənimsədiyi yüz minlər barəsində təkrar yazmağa ehtiyac görmürük.
Təkcə onu qeyd edək ki, Səkinə Sadıxova Korrupsiya İdarəsinin qərarı ilə dövlətə 180 min manat pul köçürməlidir və bu günədək köçürmür. Bir sözlə, Səkinə Sadıxova kimi məmurlara qarşı mübarizəmiz davam edir. Bizi izləyin.
P.S. Sumqayıt şəhərində TƏBİB-in tabeçiliyində fəaliyyət göstərən Sumqayıt Səhiyyəsində Səkinə Sadıxovanın rəhbərliyi altında elə hallar baş verir ki, bu dünyanın ən geridə qalmış ölkəsində baş vermir. Ay TƏBİB rəhbəri nə qədər qışqırıb bağırmaq olar ki, Sumqayıt Səhiyyəsində Səkinə Sadıxova problemi mövcuddur. Səkinə Sadıxovadan nə qədər yazılar yazarlar. Axı sizə ölkə rəhbəri tərəfindən deyilməlidirmi ki, Səkinə Sadıxovanın fəaliyyəti qeyri-kafi qiymətləndirilsin. Görəsən, Səkinə Sadıxovanın FETÖ-çu qohumları TƏBİB rəhbərliyinə xahişmi edir? Bəlkə, TƏBİB rəhbərliyinin Səkinə Sadıxovanın yanında ciddi gözükölgəliliyi var? Axı nə baş verir? Axı Sumqayıtda Səkinə Sadıxovanı əvəz edəcək kadr yoxdurmu? Yoxsa Səkinə Sadıxova qazandıqlarının hamısını TƏBİB rəhbərliyinə çatdırır? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yoldaşım və oğlum müharibədə savaşıb, amma..." - Başçının umrunda da deyil...


Ağdam rayonu 1-ci Yüzbaşlı kənd sakini Tofiqə Əsədova bildirir ki, xəstə bacısı ilə birgə illərdir qəzalı vəziyyətdə olan evdə qalır və maddi gəlirləri olmadığından evlərini təmir etdirə bilmir. DİA.AZ bildirir ki, köməklik göstərilməsi üçün dəfələrlə rayon icra hakimiyyətinin başçısına müraciət etsə də, heç bir müsbət cavab almayıb.

"Yoldaşım və oğlum Qarabağ döyüşçüləridi, İCRAYA DEYİRƏM KÖMƏK ELƏ, DEYİR MƏNLİK DEYİL" deyə giley edən narazı vətəndaş ölkə rəhbərliyindən ona köməklik göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB-in yeni yaratdığı mərkəzdə vəzifəyə can atan Yaqub Məmmədov həm də nədən narahatdır? - İLGİNC FAKTLAR


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sentyabrın 29- mətbuata verilən məlumata görə “Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.

Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır”.

Aktualinfo.org-a verilən məlumata görə artıq yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin rəhbəri vəzifəsini tutmaq uğrunda mübarizə başlayıb. Təbii ki, sözügedən vəzifəni tutmaq üçün TƏBİB sədri Vüqar Qurbanova yaxın adamlar da çoxdu. Məlumata görə bu vəzifəyə daha çox can atanlar arasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobaza müdiri Yaqub Məmmədov da var. Məlumatlara görə Yaqub Məmmədovun bu vəzinin başına keçməyə imkanı da var. Amma TƏBİB-in sözügedən qurumları birləşdirmək yolu ilə yenidən təşkil etmək qərarı Yaqub Məmmədov üçün heç də ürəkaçan olmayıb.

Belə ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi təşkil edilməsi məqsədi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətləri yoxlanılmağa başlayıb. Avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması isə bir sıra maliyyə pozuntularının aşkarlanmasına səbəb ola bilər. Avtobazanın fəaliyyətində daha çox dövlət satınalmalarının təşkili zamanı yol verilən qanun pozuntularıdır ki, burada mal-materialların və avtomobillərə ehtiyat hissələrinin alınması zamanı qiymətlərin süni şəkildə şişirdildiyi də üzə çıxa bilər. Odur ki, keçmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın avtobaza müdiri Yaqub Məmmədov üçün heç də xoşa gəlməyən hallarla nəticələnə bilər.

Məlumat verənin sözlərə görə bütün bunlara baxmayaraq Yaqub Məmmədov ümidini itirməyib və TƏBİB sədri Vüqar Qurbanovla olan isti münasibətləri və geniş imkanları onun yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”ndə mühüm vəzifələrdən birini tutmağa şirnikləndirir.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sel gələndə BİLMİRİK NƏ EDƏK..." - Gəncəlilər GİLEY EDİR

Gəncənin Faiq Bayramov küçəsinin sakinləri aparılan abadlıq işlərindən narazıdır. Sakinlər deyir ki, küçənin asfalt örtüyü ilə bağlı aparılan işlər düzgün yerinə yetirilmir. Belə ki, küçədə səki daşları bir hissəyə düzülür digər hissəyə isə yox. Nəticədə ərazidən keçən və bu gün tamami ilə yararsız vəziyyətdə olan su arxı dolduğu təqdirdə sakinlərin evlərinə dolacaq. Sakinlərin iddiasına görə, təxminən 15-ə yaxın ev sözügedən vəziyyətlə üz-üzə qalıb. İşləri aparan şirkət rəsmiləri isə sakinlərə bildirib ki, lahiyədə sözügedən məsələ göstərilməyib. İşlər də layihə çərçivəsində aparılır. Qısası problemi həll edən heç bir qurum tapılmır.

Daha əraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq bütün aidiyyatı qurumları dinləməyə hazırıq...Dia.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO