[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yəqin bir də YEVLAXDA GÖRÜŞ-FİLAN OLMAZ, YOXSA... - BU NƏDİ BELƏ?!

Bır sıra hallarda iş yerlərində işçilərin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülmür. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur. Statistikaya görə, təkcə ötən il istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 48 nəfər dünyasını dəyişib. 202 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Araşdırmalar göstərir ki, işəgötürənlər işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmir. Hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırmır. Doğrudur, həm işəgötürən, həm də işçi təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Lakin bu qaydaların tətbiqinə nəzarət işəgötürənin üzərinə düşdüyündən bütün məsuliyyəti də o daşıyır.
Yevlax rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi işçilərinin həyatını təhlükəyə atır. Əməkdaşımız Yevlax şəhərində olarkən müşahidələrini video-qeydə alıb. Görüntülərdən bəlli olur ki, MKTB avtomoibillərin hərəkətinin intensiv olduğu mərkəzi küçələrdə xadimələri yol süpürməyə məcbur edirlər. Qadın günün günorta çağı, arabasız, təkcə səkiləri deyil, yolun hərəkət hissəsini də elə maşınların təkərlərinin altını da süpürür. Həmçinin aşkar görünür ki, MKTB işçilərini lazım olan yerə balansında olan texnikanın, traktorun qoşqusunda, kuzovunda aparır ki, bu da onların həm həyatını təhlükədə qoyur, həm də şəxsiyyətlərinə hörmətsizlikdir. Razılaşın ki, bu mənzərə kənardan, xarici qonaqların da gözünə pis görünür. Hələ onu demək artıqdır ki, Yevlaxa artıq ermənilər də qonaq gəlməyə başlayıblar.
Xatırladaq ki, bu ilin mart ayının Novruz bayramı tətili günlərində Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb. Hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb. Onlardan biri - 1974-cü il təvəllüdlü Səbinə Rafiq qızı Əsgərova hadisə yerində dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Bəsti Mirzəyeva isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. //azerinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevindik Hətəmovun Salyandakı tender kralı -VİDEO

Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri üzrə Nümayəndiliyi “A+H Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Salyan şəhərnin küçələrinin işıqlandırılması işləri üzrə materialların alınması nəzərdə tutulur. Buna görə qurum şirkətə 45 024.08 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “A+H Təmir Tikinti” MMC 28 oktyabr 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Rəsulzadə küçəsi, ev 27V/1T-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Abasov Vüqar Mehman oğludur.
“A+H Təmir Tikinti” MMC 11 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və saytına da rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər saldıqda məlum olur ki, şirkət əsasən Salyan Rayon İcra Hakimiyyəti və sözügedən rayondakı qurumların tenderlərinin qalibi olur.
Şirkətin qalibi olduğu tenderlərin şərtlərinə diqqət etdikdə MMC-nin çoxfprofilli olduğu üzə çıxır. Məsələn, Salyan şəhər icra nümayənliyinə işıqlandırma ilə bağlı materiallar satan şirkət ötən il Salyanda kənd yollarının təmir ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə 150 min manatlıq müqavilə imzalayıb.
Yaxud da şirkətin ötən il Salyan Suvarma Sistemləri İdarəsi ilə bağladığı 30 min manatlıq müqavilədən aydın olur ki, şirkət həm də buldozer təmir edir.
Beləliklə, “A+H Təmir Tikinti” MMC inşaat şirkəti olsa da, elektrik materialları, maşın mexanizmləri, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və tikinti materialları da satır.
MMC-nin “çoxprofilli” olması müəyyən şübhələrə yol açır. Ekspertlər bildirir ki, adətən bu tip şirkətlər tender oyunlarında iştirak üçün yaradılır.(reportyor.info) Xatırladaq ki, bundan əvvəl S.Hətəmov qalmaqallı görüntülərlə gündəmə gəlmişdi. Həmin videokadrları diqqətinizə çtdırırıq:

Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? - NARAZILIQ VAR...
Dövlət tərəfindən təmin olunan pereparatla bağlı problem yaşanıb. Söhbət boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatından gedir. Qiyməti təxminən 200 AZN olan dərman 2 aya yaxındır ki, TƏBİB tərəfindən xəstələrə verilmir.

Millitv.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə tanınmış həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə yüzlərlə ehtiyacı olan uşaqlara hazırda “naməlum” və “qaranlıq” səbəblərdən sözügedən dərman verilmir:
TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? - NARAZILIQ VAR...

“Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırda iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər. Bu insanlar çox çətin duruma düşüblər”, - deyə Aydın Əliyev əlavə edib.

Məsələ ilə bağlı TƏBİB-in də mövqeyini dərc etməyə hazırıq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA-dan GERİYƏ ADDIM: "Wolt Azərbaycan"la bağlı qərar dəyişdi - NƏ BAŞ VERDİ Kİ?

Əksər daşınma şirkətlərinin qeydiyyatdan keçməsi təmin olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) bildirilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması xidmətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir.

Qeyd edək ki, bugünədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Volt Azərbaycan" MMC, "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.

Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq davam etdirilir.

Hazırda ölkə üzrə qida zənciri boyu fəaliyyət göstərən subyektlərin qeydiyyatı prosesi davam etdirilməkdədir.

Xatırladaq ki, AQTA bir müddət əvvəl "Volt Azərbaycan"ın fəaliyyətinin dayandırılması ilə bağlı qərar vermişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanovun başçısı `DİŞLƏRİNİ İTİLƏYİB`... - NEÇƏ AĞAC ZAVALA GƏLƏCƏK...

Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 38-40 ünvanında yaşıllıq ərazi və çoxillik ağacıar məhv edilmək üzrədir.

DİA.AZ bildirir ki, tribunainfo.az-a bu barədə sakinlər yazıb. Onlar bildirib ki, ərazidəki köhnə tikili sökülür. Yerində çoxmərtəbəli bina tikiləcəyi deyilir. Sakinlər qeyd edir ki, ağac çox olduğundan böyük ehtimal ki, hamısı kəsiləcək. Sakinlər vaxtında tədbir görülməsini istəyir. Aidiyyəti qurumlardan bu ağacların nəzarətə alınması və qorunmasını təmin etmək xahiş olunur.

Sakinlər bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verdiklərini bildiriblər.
Nərimanovun başçısı `DİŞLƏRİNİ İTİLƏYİB`... - NEÇƏ AĞAC ZAVALA GƏLƏCƏK...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəndlilər nazirdən MƏDƏT UMUR... - Əgər belə davam edərsə...

Artıq bir neçə gündür ki, Göyçayın nar bağlarında məhsul yığımına start verilib. Amma bağbanlar və sahibkarlar problemlərin olduğunu da deyirlər.

Göyçay sakini Mahir Babayev Meydan TV-yə deyir ki, əsas yığım narın kütləvi yetişdiyi Bığır, Qarabaqqal, Hacalıkənd və Alxasafa kəndlərində aparılır.

O, 15 ildir ki, bu işlə məşğul olduğunu, 400 ağacdan ibarət nar bağının olduğunu deyir.

Kəndliləri narahat edən əsas məsələ narın qiyməti ilə bağlıdır.

Onlar deyirlər ki, qiymətlərin aşağı olması bir çox hallarda məhsula çəkilən xərci ödəmir.

Digər bir problem isə havaların yağıntılı keçməsi ilə bağlı olur. Əgər məhsul vaxtında bazara çıxarılmasa və yağıntılı havalara düşərsə, ciddi ziyan çəkəcəklərini deyirlər.

“Yağıntılı havalar məhsulun gec yetişməsinə səbəb olur”
“Ötən il bağlarda məhsul tələf oldu, çatladı, çürüdü, çox adam məcburiyyətdən zavodlara verdi, özü də güclə. Bu il hələ ki “Vələs”, yəni gec yetişən sort yaxşıdır. Məsələn mən nar bağımdan 14 ton nar məhsulu gözləyirəm, yağıntı davam edərsə, təbii, azalma olacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, adətən, yağıntılı havalar məhsulun gec yetişməsinə səbəb olur:

““Gülöyşə” , “Şirin” nar kimi tez yetişən sortlar oktyabrın sonuna, “Vələs” , “Balamürsəl” , “Şıxbaba”, “Məhsəti”, “Cır” kimi digər gec yetişən ona yaxın sortlar isə noyabrın sonuna qədər davam edəcək”.

Qarabaqqal kəndində 1765 hektar həyətyanı sahədə nar yetişdirən kəndlilər daha çox “Gülöyşə” sortuna üstünlük verir.

Kənd sakini Namiq Baxışov deyir ki, məhsul normal olsa da, satışa görə narahatdır, çünki daxili bazarda əla növ məhsul 50 qəpik və ya 1 manata satılır. Yol kənarlarında satışa çıxarılan məhsullar isə bir qədər baha satılır, amma bu da yetərli deyil.

Bağbanları narahat edən digər bir məsələ dövlətin bu sahəyə diqqət ayırmaması, güzəştlərdə ayrıseçkiliyin edilməsidir.

Namiq Baxışovu da narahat edən məqamlardan biri budur.

O deyir ki, indi imkanlı şəxslər özlərinə bağ salır, monopoliya yaradır, müvafiq qurumlar da onlara güzəştlər edir.

Belə halda, kəndlilərin imkanları bir az da məhdudlaşır, bağları və məhsulları sıradan çıxır:

“İndi varlılar yeni bağlar salır. Onlara edilən güzəştli şərtlər də əlverişlidir. Amma biz yağıntının məhv etdiyi məhsulu 7-8 qəpikdən veririk, onu da alan olmur. Emal müəssisələri az və alıcılığı zəifdir. Ona görə də çoxu zavodun açılmasını gözləyir”.

“Məhsul manatdan yuxarı satılsa, sərf edər”
Alxasafa kəndinin nar istehsalçıları əsasən “Vələs” sortu yetişdirirlər.

Kənddə 120 hektar sahədə nar bağı var ki, bu il üçün min ton məhsul gözlənilir.

Qabığı qalın olan bu sort dekabrda yetişir və Rusiya bazarı üçün uyğundur.

Kənd sakini Xaliq İsmayılov deyir ki, ötən ilə nisbətdə bu il hər ağacdan 10 kiloqram artıq məhsul gözləyir. Ancaq yağıntılar davam etsə, mənzərə yenə mənfiyə doğru dəyişəcək:

“Bu il məhsul ötən ildən yaxşıdır. Həm rəngi, həm dadı da fərqlidir, yaxşı yetişir. “Vələs” oktyabrın 15-dən sonra yığılacaq. Dekabra qədər davam edəcək. Hələ ki “Gülöyşə” narını yığırlar. Rusiyaya 50-60 qəpiyə, daxili bazara isə 35-40 qəpiyə çıxarılır. “Vələs” əsl xarici bazarlıqdır. Daxili bazara hər növ, xarici bazara ancaq iri, seçmə məhsul satılır. Qiymətlər ötən illə eynidir. Amma məhsul manatdan yuxarı satılsa, bizə də sərf edər”.

“Kəndliyə imkan vermirlər ki…”
Bığır kənd sakini Elgünəş Qurbanov deyir ki, nar üçün satılan müxtəlif preparat və pestisidlərin qiyməti baha olsa da, keyfiyyəti yoxdur. Bu da məhsula marağı aşağı salır:

“Qurda, çürüməyə, qırmızı hörümçəyə dərman vursaq da, kömək etmir. Hər seansı 200-300 manat xərc istəyir. Yağışlı hava davam etsə, 80% məhsulu məhv edəcək. Ona görə sellofanlara salırıq ki, yağıntı məhv etməsin. Artıq bir həftədir ki, Rusiyaya gedənlər, seçmələrdir. Qutusu 8-10 manata, kiloqramı 80 qəpiyə, 1 manata düşür. Daxili bazarda isə kiloqramı 50-60 qəpiyə satılır”.

Onun sözlərinə görə, artıq kəndlərində köhnə nar bağları azalır, 150 hektar isə yeni nar bağı salınıb:

“Onu da imkanlı şəxslər salıb. Kəndliləri sıxışdırırlar. Kəndliyə imkan vermirlər ki, torpağını əkib-becərsin. İmkanlıya milyonluq, yüzminlik güzəştli krediti verirlər. O da məhsulu oldu-olmadı, əkir. O pulu zəhmətkeş kəndlilərə versələr, kəndli özü becərər, yetişdirər, dövlətin də borcun verər, özü də dolanar, nar bağları da artar. Yoxsa kəndli yoxsulluqla, iqlim dəyişikliyi ilə, baha dərmanlarla, zəif bazarla əlləşir, 30 kiloqramlıq zədəli narı 1-2 manata satmaq məcburiyyətində qalır”.

Elgünəş Qurbanov deyir ki, əslində, imkanlı şəxslər kəndliləri məqsədli sıxışdırırlar:

“Dövlətin ayırdığı müəyyən güzəştlərdən yararlanıb kəndlərdə yeni nar bağları salırlar. Onların bazara çıxış imkanları da kəndlilərlə müqayisədə daha asandır. Bığırın 1230 ailə təsərrüfatı isə illərdir ki, öz pay və həyətyanı sahələrindəki narla kifayətlənməli olurlar. İndi bu imkan da sıxışdırılır”.

“Zavodların sayını, məhsulun da qiymətini artırmaq lazımdır”
Namiq Baxışov isə həmçinin yerli emal müəssisələrinin azlığından, işləksizliyindən, soyuducu anbarlardakı şəraitsizlikdən narazıdır.

O, yerli qurumların məsuliyyətsizliyindən də şikayətlənir:

“Mən zavodun açılmasını gözləyirəm ki, kütləvi yığıma başlayım. Çünki yığırsan, tez çürüyür, saxlamaq olmur. Mənim kimi o biriləri də elə. Əsasən, Kürdəmir, Hacıqabul, Sabirabad məhsulu xaricə daşınır. Rayonda iki nar qəbulu emal məntəqəsi var ki, ötən ildən həm zəif, həm də ucuz qiymətə alırlar. 7-8 qəpik nə qazandırar bizə? 50-60 qəpik zədəli narın qiyməti olmalıdır, sağlam məhsulun yox. Soyuducu anbarlar nar saxlamır, mütəxəssis, şərait yoxdur. Nazirlik və yerli qurumlar da formal tədbir keçirir, dinləyir, ancaq illərdir kömək etmir”.

“Dərdimizi nazirlik əməkdaşlarına demişik, hələ nəticə yoxdur”
Mahir Babayev isə xarici bazarla bağlı vəziyyətin də ürəkaçan olmadığını deyir.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bu sahəyə də ciddi təsir edib:

“Narın bazarı əvvəl Ukrayna və Rusiya idi. Ukrayna müharibədən sonra yoxdur. Rusiyada da artıq iqtisadi durum yaxşı deyil. Bizim nara tələbat da azalıb. Müharibə isə rublun qiymətinə təsir edir. Aidiyyəti qurumlar satış üçün uyğun bazar təşkil etsələr, nar ölkə iqtisadiyyatına daha çox mənfəət verə bilər. Ötən il dərdimizi nazirlik əməkdaşlarına demişik, hələ nəticə yoxdur. On ildir ki, narın qiyməti 50 qəpikdir. Hər il qiymət artsa, kəndlinin də marağı artar. Daxili bazar ölkə narının 10-15 %-ni istehlak edir. Ona görə də əlverişli xarici bazar, şirə zavodları, emal müəssisələri artmalıdır. Narı ev şəraitində dədə-baba qaydası ilə saxlayırıq. O da həmişə sərf etmir. 2-3 aya az sağlam məhsul qalır, çoxu çürüyür. Mən məhsulun istehsalçısıyam, şəraiti isə dövlət yaratmalıdır”.

Ötən il ölkədə istehsal olunan 2690 ton nar məhsulunun 22 min tona yaxını Rusiya bazarına ixrac olunub.

Ümumi qazanc 3 65 500 dolar dəyərində olub ki, 2021-ci illə müqayisədə 7,9% dəyər, 7.5% miqdar ifadəsində artım olub.

“Dövlət proqramına, konsepsiyaya ehtiyac var”
İqtisadçı Natiq Cəfərli deyir ki, kəndli və fermerlərə dövlət tərəfindən dəstək olunmalı, satış istiqamətində işlər aparılmalıdır.

“Bu sahəyə özəl münasibət gərəkir, çünki nar kollarının əkilməsi, bar verməsinə qədər sürəc təxminən 5-6 il çəkir. Bu bağların salınması, aqrotexniki qulluq edilməsi üçün də bu müddət ərzində əlavə vəsaitə ehtiyac var. Bu vəsaiti kəndlilər, fermerlər uzun müddət qoya bilmirlər, imkanları, fürsətləri çatmır. Uzunmüddətli, aşağı faizli, ilk beş ili isə ümumiyyətlə faizsiz kreditlərin verilməsi praktikası olmalıdır. Bu iş adamlarına, aqrar sahə fermerlərinə də dəstək ifadəsi olar, stimul verər ki, onlar öz vəsaitlərini uzun müddət ölü kapital kimi saxlamasınlar. Bu nöqteyi-nəzərdən dövlət proqramına, konsepsiyasına ehtiyac yaranıb”.

“Təbii, ənənəvi festivalların keçirilməsinə, davam etdirilməsinə, bu sahənin populyarlığının artırılmasına da ehtiyac var. Üstəlik, bu sahənin eko-turizm, aqrar turizm formatlarına çevrilməsi mümkündür. Bunun üçün imkanlar və fürsətlər var və bu sahədən də praktiki cəhətdən istifadə etmək və vəsait qazanılmasını təmin etmək mümkündür”, – o qeyd edib.

Ekspert xarici bazar problemində Rusiya ilə müqayisədə Ərəb yarımadası ölkələrini uğurlu həll yolu hesab edir.

Onun fikrincə, xarici bazarlarla bağlı, doğrudan da, problem var və bu da yaranmış asılılıqdan irəli gəlir:

“Aqrar sahə illərdir ki, Rusiya bazarına köklənib. Bu yaxşı bir asılılıq deyil. Bu məhsulun əsas və düşünürəm asan çıxa biləcəyimiz bazarı ərəb ölkələri, Ərəbistan yarımadasıdır. Kifayət qədər perspektivli və bahalı bazardır. Və Azərbaycan çalışmalıdır ki, aqrar sektor məhsullarının, əsas da narın ərəb ölkələrinə ixracatını təmin etsin. Mənə elə gəlir ki, bu Rusiya bazarı ilə müqayisədə daha karlı bazar imkanları yarada bilər”.

Ölkə üzrə tədarük olunan nar məhsulunun 20 faizi Göyçayın payına düşür.

Göyçayda nar bağlarının sahəsi isə 3632 hektardır, onun 3562 hektarında məhsul yetişir. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Büdcədə 1,3 milyardlıq kəsir: - Problemə çevriləcək


Maliyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında (9 ayda) dövlət büdcəsinə 22 milyard 77 milyon manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, büdcədən 23 milyard 214,5 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 1 milyard 137,5 milyon manatlıq kəsir yaranıb. Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında (8 ayda) dövlət büdcəsinə 20 milyard 431,2 milyon manat vəsait daxil olub, büdcədən 20 milyard 649,7 milyon manat vəsait xərclənib və büdcənin icrasında 218,5 milyon manatlıq kəsir yaranmışdı.

Qeyd edək ki, dövlət büdcəsində kəsrin yaranması birmənalı qarşılanmayıb. Belə ki, həmin kəsirin büdcə üçün təhlükəli vəziyyət yaratması ilə bağlı da fikirlər öz əksini tapır.

Bəs reallıqda yaranmış vəziyyət dövlət büdcəsi üçün nə dərəcədə təhlükəlidir? İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki,ümumilikdə götürdükdə büdcə kəsiri problemdir:

“Məsələn, bizim illik gəlirimizlə xərclərimiz arasında xərcin xeyrinə fərq varsa, bu, problemdir. Yəni daha çox xərcləmişik, nəinki qazanmışıq. Sadəcə nəzərə alaq ki, dövlətin gəliri yalnız büdcə deyil, Dövlət Neft Fondu da var. DNF-nun gəliri ondan çoxdur. O demək deyil ki, dövlətin vəsaiti qurtardı. Məsələni sadə dildə izah etsək, məsələn, 4 nəfərdən ibarət ailədə ər-arvad çalışırlar və illik əmək haqqı, gəlirləri 50 min təşkil edir.

Ancaq onların bankda 100 min əmanətləri var. Onlar başqa bir evlərini də icarəyə veriblər. Həmin icarədən və əmanətdən də onlara 20 min manat vəsait gəlir. Onların hansısa ildə illik xərci 60 min manat təşkil edib, ancaq gəliri 50 min manatdır. Bu, təbii ki, problemdir. Ancaq onlar üçün faciə deyil. Çünki onların əlavə gəlirləri də var”.

Ekspert deyib ki, eyni məsələ dövlət büdcəsində də özünü göstərir:

“Bu da o deməkdir ki, ya dövlət büdcəsi DNF-dən vəsait götürməlidir, ya da borc almalıdır. Hesab etmirəm ki, Azərbaycan büdcəsi üçün 1 milyard manatdan çox olan kəsir ciddi problemdir. Yəqin ki, hökumət bunun necə olması ilə bağlı hesabat verər. Böyük ehtimalla bu, gözlənilməz xərclər, sosial sahə, işğaldan azad olunmuş ərazilərlə bağlı olan xərclər olub.

Bu xərclərə ehtiyac var və dövlət bu xərcləri çəkməlidir. Ancaq hamı üçün ən yaxşı olan odur ki, dövlət borca girməsin. Hansısa başqa ölkə, məsələn, Türkiyədə belə bir məsələ olsa, problemdir. Çünki onun neft gəlirləri, neft fondu yoxdur. Onun xərci gəlirindən çox olursa, borca girməli, kredit götürməlidir. Ancaq bizdə belə bir problem yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avtobus yox, metro dolu: ”Bakıda tramvaya ehtiyac var” - AKTUAL


Son zamanlar Bakı metrosunda sıxlıq daha da artıb.

Bunun bir səbəbi tədris ilinin başlaması və yay tətilinin bitməsi ilə əlaqədardırsa, digər səbəbi avtobusların mənzil başına vaxtında catmamasıdır. Həm də bu səbəbdən sərnişinlər metroya axın edirlər. Belə olan halda gur saatlarda metroda və avtobuslarda sıxlıq müşahidə olunur. İşçilər işə, tələbələr dərsə gecikir, ancaq problemlər həll olunmur. Bakıda yenə tıxaclar baş alıb gedir, ictimai nəqliyyat problemi hər kəsin gündəlik həyatını çətinləşdirir.

Cebhe.info-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sıxlığın əsas səbəbi Bakıda əhali sayının artmasıdır:

“Əhali sayı artdıqca sıxlıq yaranır. Bu zaman da içtimai nəqliyyatın öhdəsinə böyük yük düşür. Təəssuf ki, şəhərdə ictimai nəqliyyat avobus və metrodan ibarətdir, çoxşaxəli deyil. Düşünürəm ki, metroya yeni qatarların gətirilməsinə ehtiyac var. Həmcinin, ictimai nəqliyyatın avtobus seqmentində marşruta buraxılan avtobus sayını artırmaq lazımdır.

Artıq neçə ildir, özəl daşıycılar haqqında tələb qoyulur ki, marşruta buraxılan avtobusların sayı artırılsın. Həmçinin bu avtobuslar müasir tələblərə cavab versin. Lakin illər ötür, bu tələblər yerinə yetirlmir”.

Ekspert xatırladıb ki, avtobus şirkətlərinin tələbi ilə gediş haqqı artırılıb:

“Qiymət qalxıb, amma avtobuslarda vəziyyət düzəlmir”.

Ekspert əlavə edibi ki, əsas problem içtimai nəqliyyatın çatışmazlığı, nəqliyyatın düzgün tənzimlənməməsidir:

“İctimai nəqliyyatın şaxələnməsinə, yeni nəqliyyat sisteminin yaradılmasına ehtiyac var. Bunlardan biri tramvay ola bilər. İstər sadə, istər sürətli tramvay xətlərinin çəkilməsinə ehtiyac var. Bu tramvay xətləri sadəcə dekorasiya naminə, yəni turistlərin fonunda şəkil çəkdirməsi üçün deyil. Rentabelli və keyfiyyətli sərnişindaşıma həyata keçirə bilən tramvay xətləri olmalıdır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO