[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kupça düyünü”: Yarım milyon evin problemi həll olunur? - AKTUAL

Artıq uzun zamandır ki, ölkəmizdə 100 minlərlə sənədsiz evin eydiyyat (“kupça”) məsələsi həlini tapmır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, qanunsuz inşa olunan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi "daşa" dirənib. Onun sözlərinə görə, belə evlərin sayı 500 mindən artıqdır. Deputat bildirib ki, neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib, amma problem “ölü nöqtə”dən tərpənmir.

Vədandaşlar İqtisadiyyat Nazirliyinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə sənədsiz evlərlə bağlı müraciət etsələr də, vətəndaşlar evlərinin sənədləşdirilməsində arzuladıqları nəticəni əldə edə bilmirlər. Ümid məhkəməyə qalır, məhkəmədə isə proses uzun çəkir. Həttə elə olur ki, iş Apellyasiya Məhkəməsinə qədər uzanır.

Bəzi vətəndaşlar iddia edir ki, 2, 3 hətta 5 il ərzində evinə sənəd ala bilmir. Vətəndaşların iddiasına görə, bəzi evlərin sənədi keçmiş sovet dönəminə aid olduğundan adı çəkilən qurumdan hətta sənətin qəbulunda belə problem yaranır. Prosesə uyğun olaraq, əraziyə təxminən yarım ay ərzində mühəndis göndərilir. Əraziyə baxış keçirilir, cavabda isə bildirirlər ki, evin yaşına uyğun olaraq 30 il ərzində və ya daha əvvəl tikildiyindən, evlərdə konstruktiv deyişiklik baş verib.

Bəzən isə sənədlər qəbul edilsə belə, 1 ay sonra imtina məktubu göndərilir. Bu tipli və ya başqa bəhanələrlə vətəndaşlarlara imtina cavabı verilir. Ona görə də vətəndaşlar məhkəməyə müraciət edir, məhkəmədə isə həm vaxt itkisi həm də hüquqşunas dəstəyinə çəkilən xərclər vətəndaşların işinin uzanmasına səbəb olur. DİA.AZ-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-bildirib ki, təkcə Bakı şəhərində çıxarış ala bilməyən minlərlə ev var:

"Evlərin bir hissəsi sovet dönəmindən qalıb. Ərazi olaraq Bakının ətrafındakı əraziləri göstərmək olar. Məsələn, Yasamal, “Kubinka”, “Sovetski” və s. əraziləri göstərə bilərəm. Bu ərazilərin çoxunda çıxarış yoxdur. Digər ərazilər isə 1990-cı illərdə tikilmiş yaşayış massivləridir. O yaşayış massivlərinə də çıxarışın verilməməsinə səbəb olaraq torpaqların təyinatı yaşayış üçün deyil, əkin üçün olması məsələsini ortaya qoyurlar".

Ekspert qeyd edib ki, evlərin sənədsiz olması nəticəsində təkcə vətəndaşlar deyil, həm də dövlət büdcəsi itkiyə məruz qalır:

"Evlərin çıxarışı olsaydı, məcburən vətəndaş bələdiyyə, torpaq vergisi ödəməlidir. Vətəndaşlar bu əmlaklarını ipoteka yolu ilə sata, bundan da banklar yararlana bilərdilər. Bu cür hadisələrdə müəyyən boşluqlar var. Bununla bağlı ölkə başcısı müəyyən fərmanlar imzalasa da, hazırda icra mexanizmi çalışa bilmir. Heç bir hərəkətlilik yoxdur".

Həmsöhbətimiz söyləyib ki, bunun üçün həmin ev və torpaq sahəsinin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir:

"Eyni problem yaşayış evlərilə yanaşı, həm də ticarət obyeklərində də var. Hazırda kənd təsərrüfatlı təyinatlı torpaqlarda inşa edilmiş evlərədə də "kupça" almaq mümkün deyil. Çünki həmin torpağın təyinatı onun üzərində yaşayış məqsədilə fərdi ev tikməyə imkan vermir".

Ekspert əlavə edib ki, bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir:

"Bakıda və Bakıətrafında inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata da düşüb. Onlar qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Amma hələ də obyektlərinə çıxarış ala bilməyiblər. Bu problem aradan qaldırılmalıdır".

Qeyd edək ki, sənədsiz evlərlə bağlı bir sıra yenilik gözlənılir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.

"İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların "bir pəncərə" prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını , prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq", - deyə E.Məmmədov qeyd edib.

O bildirib ki, ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb. Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Qurum səlahiyyətlisi deyib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq. Onun sözlərinə görə, sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Oftalmologiya Mərkəzində xəstələrdən alınan pullar büdcəyə gedir, yoxsa... - İTTİHAM VAR...


Milli Oftalmologiya Mərkəzində pasiyentlərdən yığılan ödənişlərin mühüm hissəsi dövlət büdcəsindən yayındırılır.

Yenisoz.az bildirir ki, bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

“Mərkəzin uşaq bölməsində müayinə üçün 30 manat ödəniş tələb edilir. Bu pulun müqabilində isə qəbz verilmir. Həkim müayinəsinə gedən azyaşlı pasiyentlər göz bəbəyinin fotosunun çəkilməsi üçün 103 saylı otağa yönləndirilir. Burada isə hər bir pasiyentdən 5 manat alınır. Ancaq bu ödənişin əvəzində də bizə qəbz vermirlər”-deyə, məlumatda vurğulanır.

Acınacaqlı durumun Oftalmologiya Mərkəzinin böyüklər üçün olan korpusunda da hökm sürdüyü bildirilir.

“Mərkəzin 7 mərtəbəli korpusda qeydiyyatdan keçmək üçün kiçik bir otaq var. Burada əyləşən xanım müraciət edən pasiyentlərin adını jurnala işlədikdən sonra 5 manat alır. İkinci mərtəbədə olan 2011 saylı otaqda isə göz bəbəyinin fotosunun çəkilməsi üçün 10 manat alır. 2001 saylı otaqda isə xəstələrdən 20 manat alınır. Amma bu pullara görə qəbz verilmir”.

Mərkəzdə pasiyentlərdən şifahi formada tələb edilib alınan vəsaitlərin əvəzində qəbz verilməməsinin arxasında yığılan pulların büdcədən yayındılması məqsədinin olması ehtimal edilir.

Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzindən və Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədik.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovdur.

Elmar Qasımov eyni zamanda Səhiyyə Nazirliyinin baş oftalmoloqudur.

O, 2006-cı ildən Milli Oftalmologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əgər Şahin Bağırovun BUNDAN XƏBƏRİ YOXDURSA... - İLGİNC FAKT


Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Etibarlı gömrük xidməti isə hər zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində, büdcənin böyüməsində gömrük xidməti önəmli mövqeyə malikdir.

Yuxarda sadalanan bu cümlələr nə gözəl səslənir - dövlətin müstəqilliyinin əsas atributlarından biri, etibarlı gömrük xidmət, dövlətçilik təməlinin möhkəmləndirilməsi və sairə...

Gəl ki, bu sistem illərdir kimlərinsə böyük qazanc mənbəyinə çevirilib, monopoliyanın qurbanı olub, nə qədər qəribə səslənsə də bütün islahatlara rəğmən, "saat əqrəbi kimi" işləmir.

Yəqin hər kəs razılaşar ki, Dövlət Gömrük Komitəsinin ən qaranlıq şeflərindən biri də Səfər Mehdiyev idi. Onun zamanında Gömrük böyük çatlar verdi, dövlət büdcəsinə külli miqdarda ziyan dəydi, Bu barədə uzun uzadı yazmağa gərək yoxdur, hər şey göz qarşısında olub. Nəhayət uzun illərdən, faktlı, əsaslı məlumatlardan sonra "Sef Səfər" vəzifədən uzaqlaşdırıldı. Bu posta isə sistemi bildiyi deyilən Şahin Bağırov təyin edildi.

Amma gələn məlumatlardan bəlli olur ki, Şahin Bağırovun apardığı köklü islahatlara baxmayaraq, Səfər Mehdiyevin qurduğu sistem hələ də qismən də olsa işləkdir. Nədir bu sistem? Əslində bu barədə dəfələrlə yazmışıq - Qanunsuz fəaliyyət göstərən şirkətlər, onların hələ də fəaliyyəti, vurduqları ziyanlar...

Bir daha xatırladırıq ki, bu şirkətlərin DSMF ödəmələri, anbarları, işçiləri yoxdur, vergidən yayınır və dövlət büdcəsinə külli miqdarda ziyan vururlar. Bir və ya iki dəfə adına mal vurulur və tarixə qovuşur.

Bizimxeber.az-a daxil olan məlumata görə, belə şirkətlərin sayı yenidən artmaqdadır və nəticə olaraq diğər qanuni işləyən, vergi ödəyən, işçiləri olan qanuni şirkətlərin işini ləngidir.

Elə isə cavabı hələ də verilməyən bir sual açıq qalır - bu şirkətləri indi kimlər idarə edir və islahatlar aparılan Ş. Bağırovun gömrüyündə belə şirkətlərin fəaliyyətində kimlər maraqlıdır?

Redaksiyaya daxil olan məlumata görə, gömrüydəki müəyyən şəxslər, hətta yüksək səlahiyyət sahibləri belə şirkətlərin sahibləri ilə sövdələşmələrə gedir və ehtimal ki, bundan Gömrük rəisi Şahin Bağırovun xəbəri olmur. Bu o demıəkdir ki, rəislər Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovu aldadaraq yalandan "hər şey qaydasındadır" deyirlər. Ya da...

Bu isə çox ciddi faktdır və Şahin Bağırovun araşdırma aparması üçün ipucudur. Belə ki, redaksiyaya daxil olan məlumatlar sırasında daha bir maraqlı xəbər də var - Qanunsuz fəaliyyət göstərən şirkətlərin adına gətirilən müxtəlif yüklər "Qarabağdakı təmir-tikinti üçündür" adı altında rəsmiləşir. Hansı ki, bu mallar bazarda satılır. Bu fakt redaksiyaya daxil olan dəqiqləşdirilməmiş məlumatdır və araşdırılması lazımdır.

Bu arada xüsusilə qeyd edək ki, belə qanunsuz fəaliyyət görsətən şirkətləri Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti müəyyənləşdirməli və onların fəaliyyətinə nəzarət həyata keçirməlidir. Lakin qurumun rəhbəri Azər Məmmədov nə Səfər Mehdiyevin zamanında, nə də indi ortaya normal fəaliyyət qoya bilməyib. Bu fəaliyyətsizlik, susüqunluq uzun illərdir davam edir.

Məlumat üçün bildirək ki, "odnarazıvı sahibkarlar"ın kimliyi müəyyənləşməli, onlara kimlərin dəstək olması ortaya çıxarılmalıdır. Çünki bu şəxslərin qanunsuz fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Gömrüyün fəaliyyətini arxa planda saxlayır, bazarda bahalaşma yaradır, monopoliyaya yol açır.

Bizimxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnşaat Konstruksiyaları” MMC-nin şefi ÖZBAŞINA QALIB... - BOŞ-BOŞ VƏDLƏR VERSƏ DƏ...


Yasamal rayonu Şərifzadə 33 ünvanında pilot layihə əsasında tikilən binanın sakinləri mənzillərinə 8 ildir köçə bilmir. 2016-cı ildə “alimlərin yataqxanası” kimi tanınan bina pilot layihə adı altında söküləndə “İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə qovuşacaqları vədini vermişdi. Üstəlik, sakinlər binadan etirazlarına rəğmən məcburi şəkildə köçürüldüklərini deyirlər.

8 il ərzində tikilməkdə olan bina mənzillərini 200-ə yaxın yeni alıcıya da sata bilib. Bu mənzillərin nə vaxt təhvil veriləcəyi bir kənara, bir mənzilin bir neçə adama satılması faktları da ortaya çıxıb.

“İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Mətbuatda gedən məlumatlara görə, şirkətin Nizami rayonunda pilot layihə əsasında tikdiyi binadan da bənzər şikayətlər var. DİA.AZ bildirir ki, Rauf Əliyev Meydan TV-yə açıqlamasında binanın 2024-cü ilin martına təhvil veriləcəyini deyib, AMMA...

Rauf Əliyev həmçinin mənzillərin bir neçə şəxsə satılma məsələsinin həll olunduğunu bildirib.

2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarıyla Bakı şəhərində sakinlərin etirazı fonunda onlarla köhnə bina söküldü. Qərarda qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması hədəfləndiyi göstərilirdi. Bəs bu qədər ictimai əhəmiyyətli işin icrası niyə belə şirkətə əmanət edilib? Yasamal Rayon İcra Hakimiyyəti ünvanladığımız suallara cavabında bildirib ki, tikintidə baş verən qanunsuzluqlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Şirkət rəhbərinin verdiyi məlumata görə hazırki durumda zərərçəkmişlərin problemləri həll edilməkdədir və tikintidə əsas işlər tamamlanaraq mənzillərin təmirinə başlanacaqdır.

DİA.AZ bildirir ki, "İnşaat Konstruksiyaları" MMC sahibi Rauf Əliyev əslində, zəncirvari bir fırıldaqçı şəbəkənin başında gedənlərdən biridir. Şirkət rəhbəri ənənəvi dələduzluğa yol verərək bir mənzili bir neçə nəfərə satıb. Ayrı-ayrı müqavilələr imzalansa da, mənzil sahiblərinə sonda məlum olub ki şərikləri var və aldadılıblar. Bu saxtakarlığa rəğmən hüquq-mühafizə orqanları Rauf Əliyevin indiyə qədər azadlıqda gəzməsinə imkan yaradırlar. Nəticədə R. Əliyev Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında 17 mərtəbəli binanın tikintisini 6 ildir ki, başa çatdırmır və buna görə heç kəsə hesabat vermir. Yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdədir. Onların keçirdiyi çoxsaylı aksiyalar, teleqramlar, müraciətlər bugünədək nəticəsiz qalıb. Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25/38 ünvanında yeni tikilən binadan ev alan 240 nəfərə yaxın sakin də uzun müddətdir mənzillərinə köçə bilmir. Səbəb yenə də binanın tikintisi ilə məşğul olan "İnşaat Konstruksiyaları" MMC-nin deyilən müddətdə tikilini təhvil verməməsidir. Göründüyü kimi, Rauf Əliyev iki ünvanda binalar inşa etməli, təhvil verməlidir, bu məqsədlə payçılardan külli miqdarda pul alıb, amma tikintini yekunlaşdırmır. Çox qəribədir, Rauf Əliyevə hansı yüksək ranqlı məmurlar havadarlıq edir ki, iki rayonda yüzlərlə sakini aldadıb, amma həbs etmirlər?! Əcəba, bilmədiyimiz hansı səbəblər var? Nə üçün sakinlərin etirazlarına adekvat reaksiya verilmir? Yeri gəlmişkən, əldə etdiyimiz son məlumatlara görə, Rauf Əliyev nə aldatdığı adamların qabağına çıxır, nə telefonları açır. Şirkət rəhbəri hamıdan qaçır və gizlənir. Görünür, bu vaxta qədər onun cəzasız qalmasının səbəbi məhz yüksək rütbəli şəxslər səviyyəsində qoruyucularının olmasıdır. Hazırda sakinlərin problemi olduğu kimi qalıb və hakimiyyət daxilində dayaqları hesabına Rauf Əliyev şad-xürrəm, azad gəzir. O da çox qəribədir ki, hələ 2018-ci ildə "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 4 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmur. Bundan əlavə, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Bu qədər adı qalmaqallarda hallanmış, barəsində cinayət işi açılmış şirkətin rəhbərinin həbs olunmaması suallar doğurur. Həmçinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları" MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq, həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Faktiki şirkət üç ünvanda layihələri yarımçıq həyata keçirib, hər birində yüzlərlə ailənin pulu batıb. Halbuki ölkədə bir daşı daş üstünə qanunsuz qoyan adamın başına min oyun gətirirlər, məişət səviyyəsində bir quldurluq, yaxud fırıldaq olanda dərhal həbs edirlər, amma Rauf Əliyev üç ərazidə insanları aldadıb, haqqında cinayət işi var, di gəl, öz kefindədir. İndi vətəndaşlar digər dələduz tikinti firmalarının sahibləri kimi, Rauf Əliyevi də dəmirbarmaqlıqlar arasında görmək istəyir...

Məsələ ilə bağlı olaraq qarşı ərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Camaat AZAL-dan UCUZLAŞMA GÖZLƏYİRDİ... - BU DA BU...


“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti hava limanı ərazisində minik avtomobilləri üçün parkinq qiymətini qaldırıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Meydan TV-yə məlumat verilib.

Standart 24 saat üçün nəzərdə tutulan 5 manatın üstünə hər yeni gün 15 manat təyin edilib.

“Artıq üç həftədir ki, yeni qiymətlərin tətbiqinə başlanıb”, – hava limanından bildiriblər.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, hər aeroportun öz strategiyası var və qiymətləri də özləri müəyyənləşdirirlər.

Onun sözlərinə görə, bunun üçün hansısa qayda, standart və ya rüsum yoxdur:

“Bəzi ölkələrdə insanları hava limanına avtomobillə gəlməyə təşviq etmək üçün parkovka qiymətlərini çox aşağı salırlar. Bəzilərində isə əksinə, lobbiçilik daha güclü olduğuna görə taksi xidmətindən istifadə daha geniş yayılıb. Digər ölkələrdə alternativ variantlar da mövcuddur. Yəni insanlar hava limanına avtobusla, metro ilə də gedə bilirlər”.

“Azərbaycanda isə bu, yoxdur. Hava limanına avtobuslar 30-40 dəqiqə intervalla, həm də şəhərin bir nöqtəsindən işləyir. Paralel olaraq, heç olmasa ictimai nəqliyyatı da düzəltsəydilər, alternativ olardı”, – deyə o bildirib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Meydan TV-yə deyir ki, hava limanından şəhərin əsas nöqtələrini birləşdirən mükəmməl ictimai nəqliyyat xəttinin işə salınmasına ehtiyac var:

“Bəzi ölkələrdə piyada məsafəsində metro stansiyası olan hava limanları var. Elə aeroportlar var ki, yaxınlığından tramvay keçir. Çeşidli avtobus marşrutları var. Hava limanına getmək üçün nəzərdə tutulan nəqliyyatlar rahatlıq və qiymət baxımından əlçatan olmalıdır. İstənilən aeroport həm də nəqliyyat qovşağıdır. Orada həm təyyarə, həm də yerüstü nəqliyyatların hamısı mükəmməl xidmət göstərməli, əlçatan olmalıdır”.

“AZAL”dan Meydan TV-yə bildirilib ki, “Baku Bus H1 Airport Express” marşrutu hər gün “28 May” metrostansiyasından saat 06:00-19:00 arası hər 30 dəqiqədən bir, 19:00-21:00 arası hər 40 dəqiqədən bir və 21:00-06:00 arası hər 60 dəqiqədən bir Hava limanı – Şəhər mərkəzi istiqamətində hərəkət edir.

Meydan TV gələcəkdə hava limanına gedən avtobusların sayının və gediş nöqtələrinin artırılması ilə əlaqdar sualı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlayıb, lakin sorğu cavablandırılmayıb. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazi: "Mənə dedilər ki, işdən azad olunmusan" - AXI NİYƏ?

Akif Hüseynov təqaüddə olan polkovnikdir. O, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, qazisidir. Eyni zamanda Əfqan müharibəsi veteranıdır. Deyir ki, 44 günlük müharibədən əvvəl işlədiyi 6 nömrəli peşə məktəbində hərbi rəhbər olaraq çalışıb. İddia edir ki, müharibədə olduğu zaman məktəbin direktoru Füzuli Talıbov onu işdən azad edib.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Musa Abbasov da belə baş direktordur... - İLGİNC


Son bir neçə il ərzində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, bu adlı-sanlı səhiyyə müəssisəsində müsbət istiqamətdə ciddi dönüş əldə edilməyib. Müəssisənin fəaliyyətində əvvəllər narazılıq doğuran neqativ hallar indi də qalmaqdadır. Xəstəxanada tibbi xidmətin keyfiyyəti, qiymətlərin yüksək olması, güzəşt hüququ olan neftçilərin sağlamlığına diqqətin yetərli olub-olmaması, kadr məsələlərində rüşvətxorluq və s. ayrı söhbətin mövzusudur. Məsələ burasındadır ki, bu sadalanan müstəvilərdə əldə edilən qanunsuz gəlirlər xəstəxana rəhbərliyi, konkret olaraq baş direktor Musa Abbasov üçün yetərli deyil.
Musa Abbasov xəstəxanaya rəhbər vəzifəyə gələndən sonra xəstəxananın ənənəvi tərəf müqabilləri ilə işləməkdən imtina etdi. Daha doğrusu, onların qarşısına sərt tələblər qoyduğundan, birgə işləmələriu qeyri-mümkün oldu. Məsələn, təzə baş direktor camaşırxana xidməti göstərən "AGNA Service” MMC ilə müqaviləni təktərəfli olaraq dayandırdı (onların işıq və su xəttini kəsdi, hətta maşınlarının xəstəxananın həyətinə girişinə qadağa qoydu) və bununla da firmaya külli miqdarda zərər vurdu. Tərəflər qarşılıqlı olarasq bir-birini məhkəməyə verdilər.
Bundan başqa, yenə bu il Mərkəzi Neftçilər Xəstəxanası Publik Hüquqi Şəxsin "Firewall Fortigate 81F ( FGT81FTK21000935 ) standart lisenziyanın satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi 50 min manat vergi borcu olan, cəmi 200 manat nizamnamə kapitalına malik "RABALON" MMC oldu. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Hürriyyət.az xəbər verir ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında xəstələr və vətəndaşları ücün təhlükəli vəziyyət yaranıb. Belə ki, xəstəxananın direktoru Musa Abbasov binanın həyətində, yanğın zamanı ehtiyat su götürmək ücün nəzərdə tutlan su hovuzunun üstündə kafe işlədir. Kafe hovuzun üstündə inşa edildiyi ücün xəstəxanada baş verə biləcək yanğın zamanı hovuzdan su götürmək mümkün olmayacaq. Musa Abbasov xəstəxananın bütün imkanlarından istifadə edərək, qeyri-leqal mənfəət əldə edir və həmən məbləğ birbaşa onun cibinə axır. Xəstəxananın nizamnaməsinə görə, ancaq tibbi xidmət qarşılığında, könüllü ayırmalar, dövlət tərəfindən ayırmalar nəticəsində hər hansı vəsait müəsissəyə daxil ola bilər. Bu isə müvafiq müqavilə əsasında mümkündür. Bu barədə publik hüquqi şəxslər haqqında qanunda da qeyd olunub. Xəstəxanaların nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar malliyə vəsaitinin müəssisəyə daxil olması qadağandır. Üstəlik, bu vəsaitlərin müəsissənin hesabına yox, Musa Abbasovun cibinə daxil olması korrupsiya halıdır. Hətta vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir. Odur ki, müvafiq dövlət qurumlarının Bakı şəhərinin mərkəzində Neftçilər Xəstəxanasında qanunsuz kafe fəaliyyət göstərən kafeyə biganə yanaşması, xüsusən də, Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında, yanğın söndürmək ücün nəzərdə tutulan su hovuzunun üzərində qanunsuz tikinti ilə bağlı susqunluq nümayiş etdirməsi suallar doğurur.

Müşahidə olunub ki, hər dəfə həkimlər onun kabinetindən çıxandan sonra baş direktorun otaqda ayaqqabısız, corabla gəzməsi diqqətləri çəkib.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöldə məmurların İBTİDAİ İCMA TƏFƏKKÜRÜ... - Mübahisələrini şillə-təpiklə həll edirlər...


Biz bir media qurumu olaraq təkrar-təkrar yazmağa məcburuq ki, DÖVLƏT ƏDƏB-ƏRKANI deyilən bir dəyər var... Yəni dövlət məmuru cəmiyyət üçün NÜMUNƏ-ÖRNƏK olmalıdır. Cənab Prezidentimiz də deyir: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.
Gördünüzmü, Prezidentimiz də deyir ki, nəinki məmur, hətta onun AİLƏ ÜZVLƏRİ DƏ NÜMUNƏ olmalıdır. Amma min təəssüf ki, bəzi məmurlar özlərini elə aparır ki, nəinki NÜMUNƏ, heç özlərini küçə uşağı səviyyəsində aparmırlar.. Məmur şəhid atasına kəllə atır ( Ağcabədini icra başçısı Rafil Hüseynov kimi ), yaxud məmur milyonları talayır və s... Sözümüzün canı odur ki, Prezidentin təyin etdiyi, etimad göstərdiyi məmur cəmiyyətə nümunə, örnək olmalıdır. Bu gün oxuduğumuz bir xəbər sözün əsl mənasında bizi narahat elədi.
Təsəvvür edirsiniz iki dövlət məmuru dövlət qurumunun qarşısında bir-birinə təpik, yumruq atır, süpürləşir, bir-birinə zərbə vurur...
İndi özünüz düşünün ətrafda olan insanlar düşünür ki, dövlət məmuru belədirsə... Biz bunları havadan yazmırıq ee...
Bu gün mediada yayılan xəbərdən bəlli olur ki, Azərbaycanda vəzifəli şəxslər mərkəzin həyətində dalaşıblar. Belə ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib. Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib. Elməddin Əhmədov Oqtay Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. DİN-in Mətbuat Xidməti baş verən olaylı təsdiq edib və bildirib ki, ilkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub və şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Cənablar, söhbət bədən xəsarətindən getmir ee... Hər iki şəxs dövlət məmurudur, yəni dövləti təmsil edirlər, dövlət büdcəsindən əmək haqqı alırlar və s.. Söhbət cəmiyyət arasında dövlətin nüfuzundan gedir ee... Görəsən iki dövlət məmurunun davası nə üstündə baş verib..? Əlbəttə, pula görə... Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidovdan “aylıq” pulu istəyib. Bu iki məmur arasında başqa nə ola bilər ki..?
Qısa məlumat üçün qeyd edək ki, hər iki qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindədir. Bu qurumlar guya vətəndaşlara, sahibkarlara məxsus mal-qaranın dərmanlaması, müalicəsi üçün dövlətdən külli miqdarda pul alırlar. Bir qoyun üçün 30 qəpik, iri buynuzlu mal-qara üçün 40 qəpik pul ödənilir. Bunu minlərə vuranda xeyli pul eləyir. Çox güman ki, elə iki məmur arasındakı davada pul üstündədir.
Sözün qısası, məmurlar arasında şillə-təpik-yumruq davası gedir. Ortada dövlətimizin nüfuzuna zərbə dəyir... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`BRAVO`da müştərinin rəsmən QARƏT ETDİLƏR... - BU NƏDİ BELƏ?!

Redaksiyamıza müraciət edən paytaxt sakini bildirir ki, 5 oktyabr 2023-cü il tarixdə saat 18:45 radələrində “Bravo” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Akim Abbasov küçəsi ilə kəsişməsində fəaliyyət göstərən mağazasında alış-veriş edərkən almaq istədiyi ərzağın pulunun bir hissəsinin ödənişini nağdsız həyata keçirmək istəyib. Yekun məbləğ hesablanandan sonra plastik kartı terminalın həssas lövhəsinə yaxınlaşdırıb. Həmin an satıcı cihazda texniki nasazlıq olduğunu deyib və təxminən bir dəqiqə gözləyib. Sonra deyib ki, kartda lazımi qədər vəsait yoxdur. Müştəri kartda vəsait olduğunu bildiyindən, eşitdiyinə təəccüblənib. Yenidən cəhd etsələr də, eyni nəticə alınıb. Müştəri kart hesabının tarixçəsinə nəzər atıb görüb ki, “Bravo”nun xeyrinə pul silinib. İnzibatçı müştərinin hesabı olan Kapitalbank”la əlaqə saxlayıb. Bankın operatoru bildirib ki, əməliyyat uğurla həyata keçirilib. Sonra isə inzibatçı “Paşabank”la əlaqə saxlayıb. Bankdan bildiriblər ki, vəsait “Bravo”nun “Paşabankdakı” hesabına oturub.
Lakin satıcı da, inzibatçı da müştərinin pulunu qaytara bilməyəcəklərini, onun almaq istədiyi malı da verə bilməyəcəklərini deyiblər. Çünki “sistem əməliyyatı təsdiqləməyib, çek çap olunmayıb”.
Müştəri bildirir ki, ona başqa konstruktiv həll yolu göstərən də olmadığından, mağazadan əliboş qayıdıb. Sonra “Bravo”nun “facebook” səhifəsinə mesaj yazıb şikayətini bildirib. Ona cavab yazıblar ki, müraciəti qeydə alınıb və müvafiq şöbəyə yönləndirilib. Əlavə olaraq, məbləğin silinməsinə dair bildirişin şəkilini göndərməsini istəyiblər. O da göndərib. Amma üç gündür ki, məsələ həllini tapmayıb.
Pünhan Şükür

Olayla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dəmir Yolları”nın YENİ ŞEFİ DƏ “Şanxay” problemini ÇÖZƏ BİLMİR - Bakıda AKSİYA


Bakının “Şanxay” adlanan ərazisinin bir qrup sakini “Azərbaycan Dəmir Yolları” inzibati binasının önünə toplaşıb. Sakinlər oktyabrın 6-sı qurumun nümayəndələri ilə görüş tələb ediblər. Sakinlərdən biri Aygün Qənbərova danışır ki, 2019-cu ildən bəri 30-a yaxın evin astanasından sürət qatarları keçir. Deyir, o zamandan bəri həyatları təhlükə içindədir.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO