[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!


Baxın, indi Qəzzaya su, elektrik verilmir. Haradadır insan haqları? İnsan Haqları haqqında Ümumi Bəyannaməyə görə, siz suyu kəsə bilməzsiniz! ABŞ-ın təyyarədaşıyan gəmisinin İsraildə nə işi var? Nə etməyə gəlir?

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya federal kansleri Karl Nehammerlə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Suriyada ABŞ bazasının nə işi var? Bu bazalarda nə edilir? Təəssüf ki, Türkiyənin bir PUA-sını ABŞ hədəf alır. Türkiyə ABŞ-ın NATO müttəfiqi deyilmi? Bunu nə ilə izah edək? ABŞ terror təşkilatlarını böyüdür, silahlandırır”, - deyə Türkiyə lideri bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yoldaşım və oğlum müharibədə savaşıb, amma..." - Başçının umrunda da deyil...


Ağdam rayonu 1-ci Yüzbaşlı kənd sakini Tofiqə Əsədova bildirir ki, xəstə bacısı ilə birgə illərdir qəzalı vəziyyətdə olan evdə qalır və maddi gəlirləri olmadığından evlərini təmir etdirə bilmir. DİA.AZ bildirir ki, köməklik göstərilməsi üçün dəfələrlə rayon icra hakimiyyətinin başçısına müraciət etsə də, heç bir müsbət cavab almayıb.

"Yoldaşım və oğlum Qarabağ döyüşçüləridi, İCRAYA DEYİRƏM KÖMƏK ELƏ, DEYİR MƏNLİK DEYİL" deyə giley edən narazı vətəndaş ölkə rəhbərliyindən ona köməklik göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Belə yalan məlumatlar hardan çıxır bilmirəm" - Ramiz Mehdiyev


Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.

DİA.AZ bildirir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib:

- Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil

- Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?

- Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır.

- Bank, həqiqətən, hazırda satışdadır?

- Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm.”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Artromed` klinikasında təhlükəli burun əməliyyatı – Vətəndaş prokurorluğa müraciət etdi


Artromed Tibb Mərkəzində burnunu əməliyyat etdirən Məmmədova Günel Kəmaləddin qızı gözlənilməz nəticə ilə üzləşib.

DİA.AZ-ın məlumatına görə, Günel Məmmədova Reportyor.info-ya bildirib ki, sözügedən tibb ocağının İdrak Əhmədov adlı həkimi burun əməliyyatı adı altında onun tənəffüs və iybilmə orqanını ciddi şəkildə zədələyib: “8 sentyabr 2022-ci ildə burnumdan əməliyyat olundum. Əməliyyatı İdrak Əhmədov adlı həkim edib. Əməliyyatdan sonra burnumda müəyyən problemlər yarandı. 5 ay sonra isə burnum demək olar ki, sıradan çıxdı. Burnumda şiş əmələ gəldi. İdrak Əhmədov çözüm kimi burnuma iynə vurdu. Bu iynədən sonra isə burnum daha da pis vəziyyətə düşdü. İdrak Əhmədovdan burnumu yenidən əməliyyat etməsini tələb etdim. Lakin həkim yenidən əməliyyata razı olmadı. Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bu halda pulumu geri istədim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim. Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq, yəni pulum geri qaytarılacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi”.

Şikayətçinin sözlərinə görə, Mais həkim verdiyi vədə əməl etməyib. “Pulumu qaytarmadılar. Əksinə, həkimlər birləşib məni təhqir etdilər”, – deyə Günel Məmmədova bildirib.

O, saytımız vasitəsilə Baş Prokurorluğa müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Ayrıca, Günel Məmmədova məsələ ilə bağlı prokurorluğa videomüraciət edib. Həmin videonu da oxuculara təqdim edirik.

Sonda qeyd edək ki, Reportyor.info Günel Məmmədovun iddiaları ilə bağlı Artromed Tibb Mərkəzinə sorğu göndərib. Üzərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq sorğuya cavab verilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB-in yeni yaratdığı mərkəzdə vəzifəyə can atan Yaqub Məmmədov həm də nədən narahatdır? - İLGİNC FAKTLAR


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sentyabrın 29- mətbuata verilən məlumata görə “Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.

Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır”.

Aktualinfo.org-a verilən məlumata görə artıq yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin rəhbəri vəzifəsini tutmaq uğrunda mübarizə başlayıb. Təbii ki, sözügedən vəzifəni tutmaq üçün TƏBİB sədri Vüqar Qurbanova yaxın adamlar da çoxdu. Məlumata görə bu vəzifəyə daha çox can atanlar arasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobaza müdiri Yaqub Məmmədov da var. Məlumatlara görə Yaqub Məmmədovun bu vəzinin başına keçməyə imkanı da var. Amma TƏBİB-in sözügedən qurumları birləşdirmək yolu ilə yenidən təşkil etmək qərarı Yaqub Məmmədov üçün heç də ürəkaçan olmayıb.

Belə ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi təşkil edilməsi məqsədi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətləri yoxlanılmağa başlayıb. Avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması isə bir sıra maliyyə pozuntularının aşkarlanmasına səbəb ola bilər. Avtobazanın fəaliyyətində daha çox dövlət satınalmalarının təşkili zamanı yol verilən qanun pozuntularıdır ki, burada mal-materialların və avtomobillərə ehtiyat hissələrinin alınması zamanı qiymətlərin süni şəkildə şişirdildiyi də üzə çıxa bilər. Odur ki, keçmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın avtobaza müdiri Yaqub Məmmədov üçün heç də xoşa gəlməyən hallarla nəticələnə bilər.

Məlumat verənin sözlərə görə bütün bunlara baxmayaraq Yaqub Məmmədov ümidini itirməyib və TƏBİB sədri Vüqar Qurbanovla olan isti münasibətləri və geniş imkanları onun yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”ndə mühüm vəzifələrdən birini tutmağa şirnikləndirir.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sel gələndə BİLMİRİK NƏ EDƏK..." - Gəncəlilər GİLEY EDİR

Gəncənin Faiq Bayramov küçəsinin sakinləri aparılan abadlıq işlərindən narazıdır. Sakinlər deyir ki, küçənin asfalt örtüyü ilə bağlı aparılan işlər düzgün yerinə yetirilmir. Belə ki, küçədə səki daşları bir hissəyə düzülür digər hissəyə isə yox. Nəticədə ərazidən keçən və bu gün tamami ilə yararsız vəziyyətdə olan su arxı dolduğu təqdirdə sakinlərin evlərinə dolacaq. Sakinlərin iddiasına görə, təxminən 15-ə yaxın ev sözügedən vəziyyətlə üz-üzə qalıb. İşləri aparan şirkət rəsmiləri isə sakinlərə bildirib ki, lahiyədə sözügedən məsələ göstərilməyib. İşlər də layihə çərçivəsində aparılır. Qısası problemi həll edən heç bir qurum tapılmır.

Daha əraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq bütün aidiyyatı qurumları dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan 8 kəndini də geri alır: Qeyd-şərtsiz... - Başqa cür ola da bilməz...

Qazax və Sədərək rayonlarının işğal altındakı kəndlərinin azad edilməsi məsələsi Azərbaycanla Ermənistan arasında gedən sülh danışqlarında əsas mövzulardan birinə çevrilir.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib.

Dövlət başçısı bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb. Çox güman ki, qarşıdan gələn danışıqların gündəliyini Ermənistan qoşunlarının Qazax rayonunun 7 kəndinin (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Qızılhacılı) və Sədərək rayonunun Kərki kəndindən çıxarılması məsələsi təşkil edəcək.

Bu torpaqlar Azərbaycana qaytarılmadan iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki 8 kəndin işğal altında qalması Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını davam etdirməsi deməkdir.

Ona görə də sülh sazişinin ən vacib şərti kimi Ermənistan adları çəkilən kəndləri Azərbaycana qaytarmaqla ərazi iddiasından imtina etdiyini sübuta yetirməlidir. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq 2020-ci ildə olduğu kimi öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başalaya bilər.

Qeyd edilən məsələnin Prezident İlham Əliyev tərəfindən Şarl Mişelə çatdırılması Brüssel formatı çərçivəsində aparılacaq danışıqlarda Ermənistanın qarşısında işğal altındakı kəndləri qaytarmaq tələbinin qoyulacağından xəbər verir. Bu, həm də Ermənistana və beynəlxalq ictimaiyyətə ünvanlanmış xəbərdarlıq mesajı kimi də qəbul oluna bilər.

Ermənistan isə hələ ki, 8 kəndi işğal altında saxlamaqla bu əraziləri ilhaq etmək niyyətindən imtina etmədiyini göstərir. Hətta erməni sosial mediasında guya Azərbaycanın Ermənistanın 109 kv.km. ərazisinə iddia etdiyinə dair məlumatlar yayılıb.

Maraqlıdır ki, ermənilər 109 kv.km ərazi kimi işğal altındakı 8 kəndin xəritəsini yayıblar. Bununla da həmin kəndləri Ermənistan ərazisi kimi qələmə veriblər.

Yəni Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiasından geri çəkilmir. Bu isə rəsmi İrəvanı üçüncü dəfə kapitulyasiya ilə barışmağa vadar edə bilər.

Xatırladaq ki, Ermənistan 8 kəndin qaytarılması prosesindən yayınmaq üçün indiyə qədər Azərbaycanın qarşısında müxtəlif şərtlər irəli sürüb. 44 günlük müharibədn sonra rəsmi İrəvan bəzən bu məsələni sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll etməyi təklif etdi. Lakin bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tamamilə ziddir.

Çünki delimitasiya və demarkasiya prosesi 10 illərlə davam edə bilər. Bu isə həmin kəndlərin həmin müddətdə işğal altında qalması deməkdir. Yəni Ermənistan Azərbaycanı mövcud status-kvo ilə barışmaq üçün vaxt qazanmaq istəyir. 2023-cü ilin iyun ayında isə Ermənistanın Baş naziri Nikol Paşinyan 8 kəndin qaytarılması ilə bağlı yeni şərtlər irəli sürdü.

O, Ermənistan tərəfinin anklav kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu vurğulayıb. Bunun müqabilində Paşinyan birinci şərt kimi Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin 1975-ci il xəritələri əsasında aparılmasını təklif edib.

Eyni zamanda, Baş nazir Azərbaycanın nəzarətində olan bir neçə kəndin Ermənistana qaytarılmasını istəyib. Söhbət Gədəbəy rayonunun Başkənd kəndi, həmçinin Ağstafa rayonunun Tatlı kəndi ilə həmsərhəd olan Tatlı (Paravakar) kəndi, Karvansaray (İcevan) rayonunun Qazax rayonu şərti sərhəddə yerləşən Bibiş (Berkaber), Hönüt (Ayqevotiya), Lələkənd (Vazaşen), Kəlbəcər rayonu ilə sərhəddəki Zod-Xəzinəvar (Sotk-Xoznavar) məntəqəsinin ərazilərindən gedir.

Paşinyan həmin torpaqlara guya Azərbaycan Ordusunun nəzarət etdiyini bildirir. Paşinyan işğal altındakı 8 kəndin qaytarılması müqabilində Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsini təklif edir.

Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Başkənd 1920-ci ildə bolşevik Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistan SSR-in tərkibinə verilib. Yəni Başkənd tarixi Azərbaycan torpağıdır. Birinci Qarabağ müharibəsi zamanı Başkənddə yaşayan ermənilər də separatizm hərəkatına qoşularaq silahlanıb və yolları bağlayıb.

Onlar Gədəbəy rayonunun digər kəndlərinə hücum edib dinc əhalini qətlə yetirib. Ona görə də Azərbaycan Ordusu 1992-ci ildə hərbi əməliyyat keçirərək Başkəndin azad olunmasına nail olub.

İkincisi, Ermənistan 8 kəndi sərhədlərin delimitasiyası prosesi çərçivəsində və ərazi mübadiləsi əsasında qaytarmağı təklif edir. Halbuki, Ermənistan kapitulyasiya sənədinə imza atmış ölkə kimi işğal altındakı kəndləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Ona görə də heç bir ərazi mübadiləsindən söhbət gedə bilməz.

Qeyd edək ki, Bibiş (başqa bir qədim adı isə Coğazdır) kəndi də tarixi Azərbaycan torpağıdır. 1988-1989-cu illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra kənddə ermənilər yaşamağa başlayıb.

Bibişin ərazisində yerləşən su anbarı Karvansaray rayonunu su ilə təhciz edir ki, bu da kəndin çox strateji əhəmiyyətli olduğunu göstərir. Kənddə indi də erməni əhalisi yaşayır və yaşayış məntəqəsi heç vaxt Azərbaycan Ordusu tərəfindən işğal edilməyib. Əksinə, Bibiş kəndi istiqamətindən Qazax rayonunun sərhədyanı kəndləri və hərbi mövqelərimiz atəşə tutulur.

Sadəcə, Paşinyan bu kəndin məsələsini gündəmə gətirməklə Bibişin Ermənistan ərazisi kimi Azərbaycan tərəfindən rəsmən tanınmasına nail olmaq istəyir.

Digər məqsəd isə ermənilər tərəfindən ələ keçirlmiş ətraf yüksəkliklərin və su anbarına nəzarətin Ermənistanda qalmasına nail olmaqdır. Paşinyan yaxşı bilir ki, Qərbi azərbaycanlıların öz vətəninə qaytarılması məsələsi qaldırılsa, beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Bibişdə qanunsuz məskunlaşmış erməni sakinlər oradan çıxmalı, deportasiya edilmiş yerli əhali tarixi torpaqlarına dönməlidir. Ona görə də Ermənistan rəhbərliyi bu kəndin ermənilərə məxsus olduğuna dair güzəşt qoparmağa çalışır.

Tatlı kəndinin isə sovet dövründə adı dəyişdirilərək Ermənistan SSR-in ərazi-inzibati vahidinə daxil edilib və qanunsuz olaraq həmin yaşayış məntəqəsində ermənilər məskunlaşdırılıb.

Ermənistanın Azərbaycana qarşı işğaçılıq müharibəsi başladıqdan sonra bu ərazidən Ağstafa rayonunun həmsərhəd Tatlı kəndi daim atəşə tutub. Hər iki kəndin Tatlı adlanması bu ərazilərin tarixi Azərbaycan torpağı olduğunu sübut edir.

Lakin Azərbaycan indiyə qədər ermənilərin “Parakavar” adlandırğı Tatlı kəndini işğal etməyib və heç vaxt bu yaşayış məntəqəsinə ərazi iddiası irəli sürməyib. Paşinyanın Tatlı kəndinin Azərbaycan Ordusunun nəzarətində olması barədə fikirləri isə yalandır.

Paşinyanın Ayqeovit adlandırdığı kəndin əsl adı Uzuntala, yaxud Hönütdür. Rusiya imperiyasının dövründə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda yerləşən Hönüt kəndi SSRİ dönəmində qanunsuz olaraq Ermənistana verilib.

Kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər. 1988-ci ildə azərbaycanlı əhali qovulduqdan sonra kənddə ermənilər süni şəkildə məskunlaşıblar.

Azərbaycan Ordusu heç vaxt Hönüt kəndini nəzarətə götürməyib və erməni əhali də oranı tərk etməyib. Azərbaycan Hönüt kəndinə ərazi iddiası da irəli sürməyib.

Tarixi Azərbaycan torpağı olan Lələkənd bir zamanlar Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. SSRİ dövründə Lələkənd Ermənistanın Karvansaray rayonunun ərazi-inzibati vahidinin tərkibinə verilib. 1935-ci ildə kənd Laləkənd, sonra Laləqyux, 1978-ci ilin yanvar ayında isə Ermənistan SSR Ali Sovetinin qərarı ilə ermənicə Vazaşen adlandırılıb.

1988-ci ildə Qərbi Azərbaycanın digər ərazilərində olduğu kimi Lələkənd kəndindən də azərbaycanlı əhali deportasiya edilib. Ermənistan ordusu Birinci Qarabağ müharibəsi zamanı Lələkənddən hücuma keçərək hakim yüksəklikləri, Qazax rayonunun Sofulu və Barxudarlı kəndlərini işğal edib.

Ermənilərin həmin istiqamətdə hücuma keçərək Qazax rayonunun Bala Cəfərli kəndini işğal etməsinin qarşısını almaq üçün 1992-ci il dekabrın 29-da Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirilib. Lakin düşmənin əməliyyat barədə öncədən məlumatlı olması Azərbaycan əsgərlərinin pusquya düşməsi və 32 nəfərin şəhid olması ilə nəticələnib.

Lakin Ermənilər Bala Cəfərli kəndini işğal edə bilməyib. Hazırda Paşinyan Lələkənd məsələsini qabartmaqla Qazax rayonunun ərazisinə düşən yüksəkliklərin Ermənistanda qalmasına nail olmağa çalışır. Hazırda Lələkənddə ermənilər yaşayır.

Kəlbəcər rayonunun sərhədində yerləşən Zod-Xəzinavar ərazisi dedikdə isə Ermənistan hakimiyyəti bu ərazilərin guya 2021-cilin may ayında Azərbaycan tərəfindən “zəbt” edildiyinə dair absurd iddia irəli sürür.

Əslində Paşinyan dolayısı ilə 3554 metr hündürlüyə malik Böyük İşıqlı yüksəkliyinə və “Zod” qızıl yatağının Azərbaycana məxsus hissəsinə iddiasını ortaya qoyur. Halbuki, Böyük İşıqlı yüksəkliyi və ətraf ərazilər sovet dövründə də Azərbaycana məxsus olub. Üstəlik, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadığına görə rəsmi irəvanın iddiları qəbuledilməzdir.

Cebhe.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kupça düyünü”: Yarım milyon evin problemi həll olunur? - AKTUAL

Artıq uzun zamandır ki, ölkəmizdə 100 minlərlə sənədsiz evin eydiyyat (“kupça”) məsələsi həlini tapmır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, qanunsuz inşa olunan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi "daşa" dirənib. Onun sözlərinə görə, belə evlərin sayı 500 mindən artıqdır. Deputat bildirib ki, neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib, amma problem “ölü nöqtə”dən tərpənmir.

Vədandaşlar İqtisadiyyat Nazirliyinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə sənədsiz evlərlə bağlı müraciət etsələr də, vətəndaşlar evlərinin sənədləşdirilməsində arzuladıqları nəticəni əldə edə bilmirlər. Ümid məhkəməyə qalır, məhkəmədə isə proses uzun çəkir. Həttə elə olur ki, iş Apellyasiya Məhkəməsinə qədər uzanır.

Bəzi vətəndaşlar iddia edir ki, 2, 3 hətta 5 il ərzində evinə sənəd ala bilmir. Vətəndaşların iddiasına görə, bəzi evlərin sənədi keçmiş sovet dönəminə aid olduğundan adı çəkilən qurumdan hətta sənətin qəbulunda belə problem yaranır. Prosesə uyğun olaraq, əraziyə təxminən yarım ay ərzində mühəndis göndərilir. Əraziyə baxış keçirilir, cavabda isə bildirirlər ki, evin yaşına uyğun olaraq 30 il ərzində və ya daha əvvəl tikildiyindən, evlərdə konstruktiv deyişiklik baş verib.

Bəzən isə sənədlər qəbul edilsə belə, 1 ay sonra imtina məktubu göndərilir. Bu tipli və ya başqa bəhanələrlə vətəndaşlarlara imtina cavabı verilir. Ona görə də vətəndaşlar məhkəməyə müraciət edir, məhkəmədə isə həm vaxt itkisi həm də hüquqşunas dəstəyinə çəkilən xərclər vətəndaşların işinin uzanmasına səbəb olur. DİA.AZ-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-bildirib ki, təkcə Bakı şəhərində çıxarış ala bilməyən minlərlə ev var:

"Evlərin bir hissəsi sovet dönəmindən qalıb. Ərazi olaraq Bakının ətrafındakı əraziləri göstərmək olar. Məsələn, Yasamal, “Kubinka”, “Sovetski” və s. əraziləri göstərə bilərəm. Bu ərazilərin çoxunda çıxarış yoxdur. Digər ərazilər isə 1990-cı illərdə tikilmiş yaşayış massivləridir. O yaşayış massivlərinə də çıxarışın verilməməsinə səbəb olaraq torpaqların təyinatı yaşayış üçün deyil, əkin üçün olması məsələsini ortaya qoyurlar".

Ekspert qeyd edib ki, evlərin sənədsiz olması nəticəsində təkcə vətəndaşlar deyil, həm də dövlət büdcəsi itkiyə məruz qalır:

"Evlərin çıxarışı olsaydı, məcburən vətəndaş bələdiyyə, torpaq vergisi ödəməlidir. Vətəndaşlar bu əmlaklarını ipoteka yolu ilə sata, bundan da banklar yararlana bilərdilər. Bu cür hadisələrdə müəyyən boşluqlar var. Bununla bağlı ölkə başcısı müəyyən fərmanlar imzalasa da, hazırda icra mexanizmi çalışa bilmir. Heç bir hərəkətlilik yoxdur".

Həmsöhbətimiz söyləyib ki, bunun üçün həmin ev və torpaq sahəsinin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir:

"Eyni problem yaşayış evlərilə yanaşı, həm də ticarət obyeklərində də var. Hazırda kənd təsərrüfatlı təyinatlı torpaqlarda inşa edilmiş evlərədə də "kupça" almaq mümkün deyil. Çünki həmin torpağın təyinatı onun üzərində yaşayış məqsədilə fərdi ev tikməyə imkan vermir".

Ekspert əlavə edib ki, bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir:

"Bakıda və Bakıətrafında inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata da düşüb. Onlar qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Amma hələ də obyektlərinə çıxarış ala bilməyiblər. Bu problem aradan qaldırılmalıdır".

Qeyd edək ki, sənədsiz evlərlə bağlı bir sıra yenilik gözlənılir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.

"İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların "bir pəncərə" prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını , prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq", - deyə E.Məmmədov qeyd edib.

O bildirib ki, ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb. Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Qurum səlahiyyətlisi deyib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq. Onun sözlərinə görə, sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meşə ərazisi qanunsuz asfaltlanıb... - Muxtar Babayevin diqqətinə


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazilərində Azərbaycan Respublikasının Meşə Məcəlləsində kobud şəkildə pozulması halları kütləvi hal alıb.

DİA.AZ bildirir ki, AzToday.az-a daxil olan məlumata görə, Masallı rayonun Qəriblər Meşəbəyliyinin ərazində fəaliyyət göstərən Dostluq İstirahət Mərkəzi qüvvədə olan normativləri pozaraq meşə ərazisində əsaslı tikinti işləri aparıb. Həmçinin, istirahət mərkəzinin yolunu asfaltlayıb. Bütün bunlara isə şəraiti 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinin yaratdığı bildirilir. Əks halda istirahət mərkəzinin qanunvericiliyin tələblərini pozmasını və meşə fonduna vurduğu ziyanla bağlı tədbirlər görməliydi.

Qeyd edək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazində fəaliyyət göstərən yüzlərlə biznes subyekti ekologiya işçiləri ilə əlbir olaraq Meşə Məcəlləsinin tələblərini kobud şəkildə pozur. Səthi aparılacaq yoxlamalar belə minlərlə qanunsuz faktın tapılmasını şərtləndirə bilər. Ümid edirik, Muxtar Babayev yerli ekologiya idarələrinin rəhbərlərinin merkantil maraqlarına xidmət edən bu cür halların qarşısının alınması üçün tədbirlər görəcək…

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO