[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın səhhətində problem YARANDI

Milli Məclisin deputatı Aqil Abbasın səhhətində problemlər yaranıb.

Bu barədə onun yaxın dostu Kərim Kərimli məlumat yayıb.

O qeyd edib ki, hazırda millət vəkili Türkiyədə müalicə alır.

Aqil Abbasın hansı xəstəlikdən müalicə aldığı barədə məlumat verilməyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputat bu sahəyə də ƏL QOYUB... - QUMAR BİZNESİ... və daha nələr...

Azərbaycanda son bir neçə ildə tarixdə olmayan proseslər baş verir. Belə ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı ilə ordumuz 30 ildir, əslində 100 ildir erməni işğalı altında olan torpaqlarımızı azad edir və... Bu boyda qürur duyulası işlərin qarşılığında bəzi məmurlarımız, sabiq deputatlar elə əməllər törədirlər ki, adam yazmağa, danışmağa utanır...
Bəzi məmurların, deputatların əməlləri vətəndaşları dövlətdən narazı salır. Belə vəzifəli şəxslərdən biri də sabiq deputat, Hüseynbala Fazil oğlu Mirələmovdur. Özünün tərcümeyi-halında azərbaycanlı siyasətçi, yazıçı, professor kimi qeyd olunan Hüseynbala Mirəlmovun əməlləri barəsində mediada gedən və faktlara söykənən xəbərləri oxuyanda adam düşünür ki, bu nə məxluqdur...
Bu adamın barəsində ölkə mediasında yayılan rüsvayçı videonu görəndə düşünürdük ki, ləyaqəti olan bir adam bu videodan sonra ən azı HAQQ YOLUNA qayıdar, TÖVBƏ edərdi, amma.... Qızı yaşında xanıma qarşı etdikləri hərəkətin ölkə mediasında yayılması bu adama dərs olmadı.. Hər şeyi bir kənara qoyaq...Görəsən bu adam öz ailəsinin, uşaqlarının, nəvələrinin, dost-tanışın üzünə necə baxır..? Üzr istəyirik, insan nə qədər həyasız olmalıdır ki, yaşamaqda davam eləsin. Özü də söhbət Hüseynbala Mirələmovun dərs dediyi, kafedra müdiri olduğu ali məktəbdən, Neft Akademiyasından gedir. Bu adam öz ƏLİNİN HƏRKƏTİ ilə bir gənc xanımın ailəsini, qardaş-bacısını da biabır elədi...
Sözün qısası, professorun bu hərəkətindən sonra onu universitetdən, hətta üzvü olduğu Yeni Azərbaycan Partiyasından i.... kimi qovdular. Amma bütün bunlar ona dərs olmadı. İndi bu gün yayılan xəbərdən bəlli olur ki... Keçmiş deputat Hüseynbala Mirələmovun Bakıda GİZLİ QUMARXANASI aşkar olub. Belə ki, yayılan xəbərə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən “Min bir gecə” istirahət mərkəzində turist kimi istirahət edən tanınmış əcnəbi iş adamlarından birinin külli miqdarda pulu yoxa çıxıb...
Məlumat üçün onu da qeyd edək ki, Hüseynbala Mirələmov uzun illər Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini olub. Yəni bu adam uzun illər qaz vurub qazan doldurub, milyonlar qazanıb. Həm də Allah qoymasa yazıçıdır, romanları var... Görəsən bunun yazdığı əsərlərdən hansı gənc nəsil örnək götürə bilər..?
Sözün qısası, Hüseynbala Mirələmovun Bakıda xeyli sayda ticarət obyektləri, biznes mərkəzləri var. Onlardan biri də “Min bir gecə” istirahət mərkəzidir. İndi məlum olur ki, bu restoran həm də qumarxana, əxlaqsızlıq yuvası imiş.
Bəli sabiq deputatın bu restoranında əcnəbi şəxsin külli miqdarda pulu yoxa çıxıb. Daha doğrusu, əslində əcnəbi iş adamının pulu qumar masasında “əriyib”, sadəcə rəsmiləşdirmə üçün bu olayı oğulruq adı ilə təqdim eməyə çalışıblar. Aydın olur ki, keçmiş deputat Hüseynbala Mirələmova məxsus olan bu obyekt həm də qanunsuz qumarxana kimi fəaliyyət göstərir. İndi söz hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarınındır. Bizdən yazmaq, tədbir görmək isə sizdən, cənablar.
P.S. Bir millət vəkilinin ki, tikib-qurduğu obyektin adı min. bir. gecə. ola, ondan nə gözləmək olar. 2 gecə olmaz hörmətli Hüseynbala müəllim? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda bazar yanır - Xəsarət alan var (YENİLƏNİB+VİDEO)


Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.


Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***

15:58

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ötən gün vəzifədən istefa verən Azər Zeynalov həbs olunub? – AÇIQLAMA


Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verən Azər Zeynalovun həbs olunması ilə bağlı məlumatlar yayılıb.İddialara görə o, güc strukturları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Məsələ ilə bağlı Bizim Media Azər Zeynalova zəng edib. A.Zeynalov zənglərə cavab verməsə də “Watsapp” yazışması üzərindən sözügedən iddialara cavab verib:

“Rəsmi məlumatlara istinad edin. Özüm cavab yazdım”, – deyə fikirlərini bu ifadələrlə tamamlayıb.

Xatırladaq ki, oktyabrın 5-də Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib. İclasda Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov istefa ilə bağlı müraciət edib. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik – VİDEO


Ağsu rayonunda Şəhidlər Xiyabanına gedən yolda asılan bayraq cırılıb.

Bu barədə Yenisabah.az-a rayon sakinləri məlumat verib. Belə ki, şəhid Mahir Nuriyevin adı verilmiş küçədə dalğalanan bayrağın rəngi solub və cırılıb.

“Köhnə xəstəxananın yanından üzü Şəhidlər Xiyabanına gedən yolda bu mənzərəni görmək rayon əhalisini üzür. Bayraq bizim milli dəyərimizdir, bu bayraq isə bozarıb, cırılıb, asılmış Türkiyə bayrağı da eyni vəziyyətdədir. Ötən il şəhidin adı verilmiş bu küçədəki yolu gəlib qazıb enlətdilər, lakin gəlib asfaltlamadılar. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov niyə kabinetindən çıxıb bunu görmür? 27 sentyabr – Anlm Günündə belə bu bayraq dəyişdirilib yenisi ilə əvəzlənmədi. Bu, hörmətsizlikdir! Bu bayrağa görə neçə igid oğullarımız canlarından keçdi, qanları bahasına döyüşdülər, bu bayrağı dəyişmək çoxmu çətindir?” -, deyə rayon sakinləri bildirib.

Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir polkovniki birinci müavin təyin etdi - ƏMR

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.(Qaynarinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda 37-ci il AB-HAVASI... - NARAZILIQ VAR...


Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yahya qızı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətminin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Sahil Babayev!

Mən, Heydərova Könül Yahya qızı, yazaraq sizə və səsimi eşidə biləcək bütün qurumlara səslənirəm.

Öhdəliyimdə qoca anam və yataq xəstəsi olan oğlum var. 03.10.2023-cü il tarixində Tovuz rayonda yerləşən Sosial Müdafiə Mərkəzinə müraciət etdim.

Hurriyyet.az saytına şikayətimdə “işi, torpağı olanlara qanunsuz yerə sosial yardım verilir” dediyimə və həmin videoları redaksiyaya təqdim etdiyimə görə, Babək və Ramiz müəllim 2 polis əməkdaşı ilə birgə qərəzli şəkildə məni təhqir edib, sürüyərək binadan qovdular. Daha sonra məni polis bölməsinə apartdıraraq haqqımda şikayət etdilər. Orada məni tanıyan yaxşı polislərdən bir neçəsi dedi ki, Könül xanımın xəstə uşağı var, baxa bilmir, tək qadındı, ona görə sosial yardım istəyir, məni evə buraxdılar.

Onların da adına torpaqları var, mənim də. Ona görə, mənə də sosial yardım verilməlidir. Onların qeyri-qanuni işlərini pozduğuma görə, məni hədələyirlər. “Sənə bu rayonda heç iş də verməyəcəyik”, - deyir "isparkom" Hüseyn müəllim. Günahım isə haqqımı tələb etməyimdir.

Mənim, anamın və oğlumun haqqı tapdalanır. Mən də istəyirəm ki, oğlum yaşasın. Mən də istəyirəm ki, əziyyətim əlimdə qalmasın.

04.10.2023-cü il tarixində adını çəkdiyim və həqiqətən Babək müəllimin sayəsində qanunsuz yerə sosial yardım alan şəxslərin evlərinə yoxlama gəldi. Onlar qanunsuzluğu öz gözləri ilə gördülər. Bakıdan yoxlanış gəlib, maşınlarını da gördülər, adlarına olan torpaqları da. Mən düzünü dediyim halda döyüldüm, söyüldüm. Babək və Ramiz müəllimin bütün işləri araşdırılsa daha da böyük qanunsuzluqların üstü açılar".

P.S. Adında torpaq və iş yeri olmaya-olmaya xanım neçə il sosial yardım alıb. Onun dediyinə görə, əvvəki illər 500 manat rüşvət verib, bu səbəbdən də sosial yardım alıb. Bu il isə işsiz olduğu üçün 500 manatı verə bilməyib.

Hörmətli nazir, əgər sizin qanunlarda işsizə və torpaq sahəsi olmayana, kasıb ailəyə sosial yardım düşürsə, Heydərova Könül Yahya qızı necə sosial yardım alıb? Bu Babək müəllim haqqında hansı səbəbə görə araşdırılma aparılmır?

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samir Şərifov HANSI MARAĞA QULLUQ EDİR? - BU NƏDİ BELƏ?!


"Antiterror əməliyyatının ardınca onu canı və qanı bahasına həyata keçirən hərbçilərimizin mükafatlandırılmasına artıq start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Hərbi Xidmət Haqqında Qanuna" bir sıra dəyişikliklər təklif edib.

Təklif olunan dəyişikliklər arasında hərbi xidmətdən pensiyaya çıxmaq yaşının 48-dən 53-ə, xidmət müddətinin isə 20 ildən 25 ilə artırılması nəzərdə tutulur. Üzr istəyirəm, "artırılması" yox, "dəyişdirilməsi". Maliyyə Nazirliyi də təklifləri dəstəkləyib." DİA.AZ bildirir ki, bu açıqlama ilə keçmiş MTN-çi, hərbi-siyasi ekspert Ərəstun Oruclu çıxxış edib.

Ekspert daha sonra yazır: "Məlum olur ki, bu təkliflə bağlı ölkənin 3 nazirliyi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi arasında razılaşma əldə olunub. Hətta müvafiq sənədlər də imzalanıb. İndi isə məsələ ictimailəşməyə başlayanda hamısı özünü kənara çəkir, amma biri də durub açıqlama vermir ki, belə bir niyyət olmayıb, yoxdur və olmayacaq.
Bu da o deməkdir ki, gözləyirlər ara sakitləşsin və davam etsinlər. Edəcəklər də, necə ki, bundan əvvəl Maliyyə Nazirliyi Türkiyə generallarının Azərbaycan Ordusunun hərbçilərinə əməkhaqqı barədə verdiyi təklifləri rədd etmişdi. Halbuki bu, Türkiyə modelinə keçid üçün ilk və zəruri addım idi.
Bundan başqa Türkiyə generalları o təkliflər paketini öz təşəbbüsü ilə deyil, Azərbaycan hakimiyyətinin, yəni İlham Əliyevin orduda islahatlar aparmaq istəyi əsasında tərtib etmişdi. Odur ki, məntiqlə Samir Şərifov rədd olunmalı idi, amma nəinki olunmadı, hətta pozucu fəaliyyətini davam etdirir də.
Paradoksal vəziyyət alınır: ölkənin siyasi hakimiyyəti, daha doğrusu İlham Əliyev, orduda islahatlar aparmaq istədiyini deyir və bu məqsədlə Türkiyə ordusunun generallarını dəvət edir. İlham Əliyevin nazirləri isə Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi istiqamətində irəli sürülən istənilən təşəbbüsü beşiyindəcə boğur.
Amma paradoks bunda da deyil, ölkənin siyasi hakimiyyətinin, yəni İlham Əliyevin təşəbbüslərinin onun öz nazirləri tərəfindən sabotaj edilməsindədir. Əgər bu sabotajdırsa, o zaman onlar niyə cəzalandırılmır? Yox, əgər sabotaj deyilsə, o zaman nədir?"

Msələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Meliorasiya Elmi-Tədqiqat İnstitutu” MMC büdcə vəsaitindən səmərəli, qənaətlə istifadə edir, yoxsa… - İLGİNC FAKTLAR


Vaxtı ilə biznesmen olmuş Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildikdən sonra bu sahədə mövcud problemlərin aradan qaldırılması və aqrar sektorun inkişafı, xüsusən də kənd zəhmərkeşlərinin, fermerlərin işini stimullaşdırılması baxımından yeni dövrün başlandığını hesab etmək olardı. Sisteminin başına gətirilmiş gənc biznesmenin tezliklə bu sahədə mərhələli şəkildə daxili audit yoxlamalarının aparılmasını təşkil edəcəyi barədə məlumatlar yayılmışdı. Lakin sonradan belə yoxlamaların aparılmasından və nəticələrindən heç bir xəbər verilmədi. Məlum olduğu kimi, Zaur Mikayılovun artıq yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Yəni vəzifə və səlahiyyətləri ikiqat artıb.

Zaur Mikayılovun təyinatının ilk ilində özlərinin təbirincə desək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığının artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradıldı. Bu qurumlardan biri də “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurum 2022-ci ildə struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları “Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun bazasında yaradılıb. Cəmiyyətin başına da Zaur Mikayılovun əmri ilə “Tesla Azerbaıjan” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri olmuş, biznesmen Mir Mövsüm Dadaşev təyin edilib.

Qeyd etdiyimiz kimi adları cəkilən elmi tədqiqat institutu ilə istehsalat birliyi büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması məqsədi ilə birləşdirilib. Amma gəlin görək Cəmiyyətdə büdcə vəsaitlərindən səmərəli istifadə olunurmu?

“Meliorasiya Elmi-Tədqiqat İnstitutu” MMC-nin 03.10.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatlara diqqət yetirək.

“Kompüter və avadanlıqları”nın satınalınması üzrə keçirilm iş kotirovka sorğusunda 41.772 manat məbləğində müqavilə “UNİTECH” MMC ilə bağlanıb. Şərtlər toplusunda müsabiqənin başlama tarixi 11.04.2023-cü il, zərflərin açılış tarixi 28.04.2023-cü ilə müəyyən edilib. Yəni kotirovka sorğusu artıq aprel ayında yekunlaşdırılıb. Bəs bu məlumat dövlət satınalmalarının vahid internet portalına nə üçün 5 aydan sonra yerləşdirilib?

O cümlədən “Kondisionerlərin alınması və quraşdırılması” işlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusu. Burada da 12.165,8 manat məbləğində satınalma müqaviləsi “İNTEGRAL PLUS” MMC ilə bağlanıb. Bu kotirovkanın şərtlər toplusunda isə müsabiqənin başlama tarixi 07.07.2023-cü il, zərflərin açılış tarixi 26.07.2023 -cü ilə müəyyən edilib. Amma nədənsə iyul ayında bitmiş kotirovka sorğusunun nəticələri barədə məlumat oktyabr ayında portala yerləşdirilib.

Bu hallar həmçinin Cəmiyyətin dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş olduğu kotirovka sorğusunda da təkrarlanır. Cəmiyyət kotirovkada “GLOBAL STATIONERY OFFICE” MMC-ni qalib seçib və 47.948,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Şərtlər toplusunda müsabiqənin başlama tarixi 06.04.2023-cü il, zərflərin açılış tarixi 26.04.2023-cü ilə müəyyən edilib. Göründüyü kimi burada da kotirovka sorğusu aprel ayında yekunlaşdırılıb, amma məlumat dövlət satınalmalarının vahid internet portalına 5 aydan sonra yerləşdirilib.

Amma “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5.3. maddəsi tələb edir ki, tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

Bəs görəsən “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin biznesmen direktoru Mir Mövsüm Dadaşev bunları bilirmi? Bilmir, nə özü, nə də işçiləri. Onlar bu məlumatları dövlət satınalmalarının vahid internet portalına redaksiyamızın kotirovkaların keçirilməsində qanunsuzluqlara yol verilməsi ilə bağlı sorğudan sonra yerləşdiriblər. Dolayısı yolla Cəmiyyətdə satınalmaların təşkili zamanı saxtakarlıqlara yol verdiklərini özləri də təsdiq etmiş olublar.

Bunlar hələ hamısı deyil. Cəmiyyətdə satınalmaların təşkili dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilmədən, satınalma planlarına uyğun olaraq, E-tenderdə elan olunmamış keçirilir. Keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə ictimaiyyətə açıqlanmır. Burada satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdildiyi də istisna edilmir. Məsələn Cəmiyyətin 3032-cü il ərzində satınalma planlarına daxil etdiyi mətbəə və çap məhsullarının satın alınması, yanacaq və sürtkü materiallarının satın alınması, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması,sair torpaq, tikili və avadanlıqların cari təmir işlərinin satın alınması, nəqliyyat vasitələrinin satınalınması, laboratoriya cihazları və kimyəvi maddələrin satın alınması, nəqliyyat vastələrinin təmiri işlərinin satınalınması, qeyri maddi aktivlər, şəbəkə təhlükəsizliyi, digər texniki avadanlıqların və malların alınması və quraşdırılması işlərinin satın alınması üzrə təşkil etdiyi açıq trender və kotirovka sorğularının keçirilib, keçirilməməsi barədə hələ ki, heç bir məlumat yoxdu. Bu işlər hansı üsullarla həyata keçirilib, nə qədər vəsait xərclənib bəlli deyil.

İndi buradan suallar yaranır. Görəsən dövlət vəsaitləri “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin dövründə daha səmərəli və qənaətlə istifadə olunub, yoxsa “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında birləşdikdən sonra.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məktəb direktoru İTTİHAM OLUNUR - QALMAQAL

Bakıda yerləşən 285 saylı orta məktəbin iki müəllimi – Təranə Yusifova və Təranə Rzayeva direktordan şikayətçidirlər.

Onlar deyirlər ki, məktəbdə günüuzadılmış qrupun müəllimi olublar.

Amma məktəbin direktoru Nuranə Yəhyayeva tərəfindən qanunsuz olaraq işdən çıxarılıblar.

Təranə Yusifova Meydan TV-yə deyir ki, direktor müəllimlərə işdən çıxarılmaları ilə bağlı öncədən heç bir xəbərdarlıq etməyib:

“Nuranə Yəhyayeva xəbərimiz olmadan 2023-cü il oktyabrın 2-də bizi işdən çıxarıb. Sentyabrın 15-dən, dərslər başlayandan mən və digər həmkarım məktəbin koridorlarında qalmışdıq. Direktora dedik ki, bizə otaq verin, nə vaxta qədər belə olacaq? Dedi ki, siz hələ gedin, uşaqlarınızı yığın, sonra otaq istəyərsiniz”.

Müəllim deyir ki, günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində qəbul edilir.

I-IV sinifləri əhatə edən şagirdləri isə müəllimlər özləri toplayır:

“Hər qrupda iyirmi nəfər olur. İllərdir, valideynlər məktəbə gəlib, ərizə ilə müraciət edirlər. Müəllimlər də ərizələri toplayıb, direktora təqdim edirlər, o da təsdiqləyir. Bu, hər il belə olur. Yoxsa, direktor özü valideynlə danışsın, aqitasiya aparsın, belə hal indiyədək baş verməyib”.

“Direktor nəyə görə valideynlə danışıb, ona uşağını qrupa qoymamağa məcbur etməlidir?! Direktor valideynə deyir ki, niyə uşağı qrupa qoyursan? “Yorulur, uşaqdır, qoyma” deyir”, – müəllim qeyd edib.

İşsiz qalan Təranə Yusifova bank kreditlərini necə ödəyəcəyi haqqında düşünür.

Deyir ki, işə yenidən bərpa olunması üçün Elm və Təhsil Nazirliyində olub, şikayət ərizəsi də yazıb:

“Nazirlikdə mənə dedilər ki, narahat olmayın, məsələni araşdırıb, sizə məlumat verəcəyik. Məktəbdən 458 manat maaş alırdım. Bu pul heç əlimə gəlmirdi, banklar borcuma tuturdu. Üzümə gülə-gülə işdən kənarlaşdırdı. İşdən çıxarıb, indi də deyir ki, get, hara istəyirsən, şikayət elə. Əvvəldən ona demişdim ki, tək yaşayıram, banklara borcum var, başqa yerdən də gəlirim yoxdur. Mən nə edim, bilmirəm? Dilənim? Neyniyim?”.

İşini itirən digər müəllim Təranə Rzayeva deyir ki, 1991-ci ildən məktəbə ibtidai sinif müəllimi kimi qəbul olub.

Son illərdə isə günüuzadılmış qrup müəllimi kimi fəaliyyətini davam etdirib:

“Qrup müəllimi işlədiyim dörd il ərzində belə bir problem yaşanmayıb. Həmişə valideynlərdən ərizələri biz toplamışıq. Aparıb, direktora təqdim etmişik. O da qol çəkib, qruplar açılıb. Amma bu il yeni gələn direktor Nuranə Yəhyayeva bizimlə çox sərt danışmağa başladı. Dedi ki, üç qrup var, uşaq yığılmasa, ikisini bağlayacağam. Bizə də imkan vermədi ki, valideynlərlə danışıb, qrup toplayaq”.

“Özü valideynləri çağırırdı. İyirmi dəqiqə, yarım saat vaxt ayırıb, aqitasiya aparırdı ki, valideynlər uşaqlarını qrupa qoymasınlar. Beləliklə də, az uşaq toplandı. Üç qrupda hərəsi 20 uşaq olmalı idi. Ümumilikdə 60 əvəzinə 36 şagird toplandı. Belə bəhanələrlə iki qrupu bağladı”.

Təranə Rzayeva maddi vəziyyətinin ağır olduğunu deyir:

“Ali təhsilli müəlliməm. Diaqnostik qiymətləndirməm yüksəkdir. Bütün kurslardan keçmişəm. Özüm onkoloji xəstəyəm, həyat yoldaşım, müharibə iştirakçısıdır, döyüşlər zamanı zədə alıb. Bütün bunların heç birini nəzərə almadı”.

“1991-ci ildən bu yana ondan çox direktorla işləmişəm. Amma belə halla rastlaşmamışam. Mən 59, digər həmkarım isə 63 yaşındadır. Bu yaşdan sonra biz harda iş tapacağıq? Hər yerə müraciət edirəm. Direktora dedim ki, mənə lap bir-iki saat dərs ver, işdən çıxarma. Heç olmasa, pensiya yaşına çatım. 59 yaşında kim məni işə götürər? Heç nəyə məhəl qoymadı”, – deyə o qeyd edib.

Meydan TV 285 saylı orta məktəbin direktoru Nuranə Yəhyayeva ilə əlaqə saxlayıb.

Şikayətçilərlə bağlı sualı ünvanlayıb.

Qarşı tərəf sualı cavablandırmadan telefonu bağlayıb.

Təkrar yığan zaman isə direktorun nömrəni blokladığı məlum olub.

Daha sonra Meydan TV əməkdaşı ard-arda bir neçə gün 285 saylı orta məktəbə zəng edərək daxil olan şikayətlə bağlı məlumat verib, məsələ ilə əlaqədar Nuranə Yəhyayevanın mövqeyini öyrənməyə çalışıb. Lakin hər dəfə məktəbdən direktorun ya işdə olmadığı, ya da iclasda olduğu bildirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Meydan TV-yə məsələnin araşdırılacağını bildirib.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, hər iki müəllim məktəb direktorunu məhkəməyə verməlidir:

“Direktorun belə iş görməyi qanunsuzdur. Müəllimlər faktiki süni “offsayt” vəziyyətinə salınıb. Müəllimlər ilk olaraq administrativ qaydada Elm və Təhsil Nazirliyinə müraciət etsinlər. Əgər nazirlik direktoru müdafiə etsə, məhkəməyə müraciət etsinlər”. //meydanTV//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO