[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektor Yusif Yusibov GDU-nu “biznes mərkəzi”nə çevirib? - ŞOK FAKTLAR

Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin ölkənin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişaf etdirilməsi yöndə oynadığı rol onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir.

Yada salaq ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu elan etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Bunlardan biri də ölkəmizin təhsil sahəsində müəyyən islahat proqramlarının həyata keçirilməsi idi.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev də müstəqillik illərində ölkəmizdə elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış və bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır.

Yəni, Ulu Öndər ölkəmizin təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi addımlarını atmış və bir neçə fərman və sərəncamlar da imzalamışdır.

Bütün bunlara baxmayaraq, son illər bəzi təhsil müəssislərində, ələlxüsus Gəncə Dövlət Universitetində olmazın hoqqalar yaşanmaqda, bir sözlə bu ali təhsil müəssisəsində əsl dərəbəylik hökm sürməkdə davam edir.

Məsələn, bu günlərdə saytımzın redaksiyasına Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirov adlı şəxs tərəfindən yazılı müraciət daxil olub və bu şəxs rektor Yusif Yusibovun rəhbərlik etdiyi təhsil ocağında baş verənləri əsl biabırçılıq adlandırır.

Yəni, Cahan Ağamirov qeyd edir ki, “Hal-hazırda Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar, olmazın həngamələr, bənzəri olmayan biabırçılıqlar və s. heç bir halda “sərhəd tanımır”.

Çünki, rektor Yusif Yusibov “Burda mənəm, Bağdadda kor xəlifə” deyib, bu gün də idarəçiliyi öz düşüncə tərzinə uyğun həyata keçirməkdə davam edir. Məsələn, Universitetdə elmi işlər üzrə prorektor vəzifəsini daşıyan Pərvin Kərimzadə Milli Məclisin deputatıdır və bu şəxs deputat olduğundan, onun ikinci vəzifəni daşıması qanunla qadağandır.

Buna baxmayaraq, Pərvin Kərimzadəyə Universitetdə dərs saatları da verilib. Nəzərə alaq ki, Gəncə şəhəri ilə Bakı şəhəri arasında olan məsafə təqribən 370 km-dir. Deməli, Pərvin Kərimzadə dərs saatları olduğu günlərdə 760 km yol məsafə qət edir ki, o, ona verilmiş dərsi tələbələrə tədris edə bilsin.Belə bir halın varlığı heç də inandırıcı deyil.

Bundan əlavə, Universitetdə təhsil üzrə prorektor vəzifəsində çalışan Şahin Xurşudovun, təhsil sahəsi üzrə analoqu olmayan həddə “söz sahibi” olması hər kəsə bəlli olan həqiqətlərdir. Şahin Xurşudov mənim kimi təcrübəli, savadlı, dərs vəsaiti ali təhsil müəssisələrində tədris olunan bir şəxsi, xeyli vaxtdır ki, xarici dillər kafedrasından uzaqlaşdırıb.

O, bunun əvəzində, hansı ki, müəllim işləyənlər üçün keçirilən müsabiqə imtahanlarından kəsilən 4 nəfər şəxsi işə qəbul edib. Bu da onu göstərir ki, Şahin Xurşudov qurd yağı yediyindən o, “aslan ürəkli” bir şəxsə çevrilib. Bunun başqa izahı ola bilməz.

Universitetdə tərbiyə işləri üzrə prorektor 80 yaşlı Gülsüm xanım Quliyevadır və bu xanım işə çəkələkdə gəlir. O halda sual oluna bilər ki, görəsən Gülüsüm xanım tərbiyə işləri üzrə prorektor olaraq, Universitetin ayrı-ayrı korpuslarında, ələlxüsus 5-ci korpusda təlim-tərbiyə işlərini necə həyata keçirir?

Təsərrüfat məsələləri üzrə prorektor vəzifəsini daşıyan Fəxrəddin Həsənovun rektor Yusif Yusibovla ələlə verərək, təmir-bərpa işləri adı altında külli miqdarda vəsaitləri mənimsəməsi isə, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur. Qiyabi şöbənin dekanı İlqar Kubışev əvvəllər Rektorun köməkçisi idi.

Faktdır ki, bu şöbədə təhsil alan tələbələrin 50 faizi dərsə gəlmirlər və qiyabi şöbədə hər imtahanın öz haqq-hesabı var. Xarici dillər fakültəsinin dekanı Rektor tərəfindən 3-cü dəfə dekan təyin olunub. Təhsil haqqında Qanuna görə, bir şəxs iki dəfədən artıq dekan ola bilməz.

Qanunun belə bir tələbinə baxmayaraq, rektor Yusif Yusibov çox zaman həmin şəxsə “Nə qədər ki, mən vəzifədəyəm, sən də dekan olacaqsan” deməyi də unutmur.

Universitetin rəsmxət kafedrasının müdiri Mərdan Məmmədov nə az, nə də çox, düz 30 ildir ki, bugünkü vəzifəsini daşımaqdadır. Hal-hazırda Rektor o qədər əndazəni aşıb ki, o, ştat cədvəlindən artıq 150 nəfər şəxsi ayrı-ayrı kafedralarda laborant ştatına işə götürüb.

Buna misal olaraq onu deyə bilərəm ki, Universitetin hərbi kafedrasında 16 nəfər müəllim olduğu halda, hal-hazırda həmin kafedrada 26 nəfər laborant da işləyir və laborantlardan çoxu işə gəlmirlər.

O halda sual oluna bilər ki, görəsən rektor Yusif Yusibov kimə, hansı vəzifə sahibinə, hansı şəxsə arxayın olur ki, o, belə bir qanunsuzluqlara qol qoymağı bacarır? Yayılan məlumatlara görə, Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsini daşıyan Cavanşir Yusibov, rektor Yusif Yusibovun doğma qardaşıdır.

Bu şəxsin Yusif Yusibova əsas arxa-dayaq olduğu bildirilir. Amma, bu şəxslər hələ də onu dərk etmirlər ki, dövlətimiz milyarder Ruben Vardanyanı həbs edib Bakıya gətirə bildisə, deməli Yusibovlar şəbəkəsinin də öhdəsindən gəlməyi bacaracaq. Başqa cür də ola bilməz”.

Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirovun redaksiyamıza ünvanladığı müraciətində qeyd olunanları oxuduqca şoka deyil, sanki “şökə” düşməli olduq.

Yəni, yazılanları oxuduqca bizdə belə bir qənaət formalaşdı ki, deməli rektor Yusif Yusibov rəhbərlik etdiyi bu ali təhsil müəssisəsini həm özünün, həm də yaxın çevrəsində olanların biznes mərkəzinə çevirib. Əgər bu belə olmasaydı, o halda Universitetin rəhbərliyi Cahan Ağamirovun ittihamlarına, yazılı müraciətində qeyd etdiklərinə və s. hansısa formada aydınlıq gətirərdi.

Deməli, bu gün də Gəncə Dövlət Universitetində hər cür qanunsuzluqlar, olmazın həngamələr baş verir ki, rəhbərlik baş verənlərin qarşılığında susmalı olur.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya yenidən qayıdacağıq. (Gundemxeber.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT

Əziz dostlar, həmkarlar!

Dünən Azərbaycan Prezident xalqımıza elə gözəl tarixi anlar yaşatdı ki, hələ də onun təsiri altındayıq.

Prezident İlham Əliyev başda olmaqla bütün Ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfalar diləyirik.
Qazanılmış uğurlar, ayrı-ayrı sahələrdə görülən müsbət işlər QHT Agentliyində baş verən neqativ halları bizlərə unutdurmamalıdır.

Başqa sahələrə baxıb oradakı idarəetməyə, həyata keçirilən işlərə baxıb yaxşı mənada paxıllıq hissi keçirirəm. Təəssüf olsun ki, QHT Agentliyi ilə bağlı aylardı ortaya qoyulan dəqiq faktlar əksinə kimlərisə qıcıqlandırır və səhv olduğunu bilə-bilə yola davam edirlər.

Amma bunun sonu yoxdur, gec-tez ölkə başçısı bu özbaşınalıqlardan xəbərdar olacaq.

Müşahidələrimiz onu göstərir ki, QHT Agentliyi bir zamanlar Ziya Məmmədovun rəhbərlik etdiyi dövrdə Nəqliyyat Nazirliyindən sonra ən çox tənqid olunan qurumdur. Qoçu dəstələrinə dur deyən yox idi, amma sonunda durdurdular.

Bu gedişlə QHT Agentliyi Ginnesin rekordlar kitabına bu meyara görə düşəcək.

Bir neçə gün öncə Agentlikdən nəzarətsizliyin nəticəsində yaranmış özbaşınalığın bir nümunəsini göstərdik. Suşi, üz kremləri və s. reklamları.
Həmin əməkdaş yenə öz sahibkarlıq fəaliyyətini davam etdirir.

Bu gün isə digər xanım əməkdaşın kofe satışı və kofe falına baxmaq xidməti ilə tanış edirik.

Diqqətlə izləsəniz fotolardan QHT Agentliyinin Çinar Plazadakı və hazırda yerləşdiyi ofisin balkonunda çəkilmiş fotolara rast gələ bilərsiniz. Skrinləri sizə təqdim edirəm. Çox dərinə gedib bu məsələ ilə bağlı bütün detalları açmaq istəmirik, aidiyyəti qurumlar istənilən vaxt araşdıra bilər.

Kim nə istəyir satsın, reklam eləsin, fala baxdırsın. Bu öz işləridir. Bu onların yeni idarəetmə formasıdır.

Belə qəbul olunur, rəhbərlik bu idarəetmədən razıdır.

Sadəcə istəyimiz budur ki, bu sektoru zəlil gününə qoymayın. İnsanların əməyinə hörmət qoyun. Bəyənmədiyiniz bu sektorda kifayət qədər özünə hörmət edən insan var.

Samir Adigozelli
Teref.az
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT




[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İlk İnşaat" MMC-nin rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz hərəkətlər - Prezidentə müraciət

Bakı şəh., Suraxanı rayonu, Hövsan Quşçuluq massivində yaşayan, “İlk İnşaat” MMC-də hazırda inzibatçı vəzifəsində işləyən Mustafayev Pərviz Zahidoviç tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə, aidiyyatı üzrə dövlət orqanlarına və bir nüsxəsi də İfadetv.com saytına
“İlk İnşaat” MMC-nin rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz hərəkətləri və mənə vurduğu maddi ziyanların ödənilməsi” barədə şikayəti daxil olmuşdur. Şikayəçi P.Mustafayevlə danışdığımız zaman o "İlk İnşaat" mmc-nin Azərbaycandkı rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda törətdiyi digər əməllər haqqında da ( 2014-cü ildə Bakı aeroportundan 70000 evro nağd pulu keçirərkən tutulmasından, Dövlət Miqrasiya İdarəsində hansı məmurla saxtakarlıq etdiyindən, R.Ərdoğana qarşı hansı əks kampaniya aparmasından və digər Allahsız işlərlə məşğul olmaları barədə) məlumat verəcəyini bildirmişdir. Hələlik onun birinci müraciəti dövlət və ictimai əhəmiyyət kəsb etdiyinə görə onu olduğu kimi dəyərli oxucularımıza təqdim edirik: .

" Çoxhörmətli cənab Pezident, bildrmək istəyiəm ki, mən Pərviz Müstafayev Türkiyə Cumhuriyyətinin Azərbaycan filial olan "İlk İnşaat" da əmək müqaviləsi əsasında əvvəl sürücü, hazırda isə 8 ildir ki, inzibatçı vəzifəsində işləyrəm. “İlk İnşaatı” MMC-nin Azərbaycan filialının rəhbəri olan Arif Yeşiltəpə əvvəllər yaşadığım Hövsan qəsəbəsi yaxınlığında miqrant fəhlələrin avtobusla daşınması işini bir sürücü kimi həvalə etmişdi. Hələ o vaxtlar Özbəkistandan Azərbaycana işləmək üçün ucuz işçi qüvvəsi kimi dəvət etdiyi 3000 ( üç min) nəfər fəhlənin Hövsanda qalıb yaşaması və işləməsi üçün Suraxanı rayon İcra başçısı ilə gizli sövdəkləşərək əldə etdiyi burada kənd təsərrüfatlı torpaq sahələrində qanunsuz miqrant işçilər üçün 3 mərtəbəli konstruksiya yataqxana tipli bina tikib, 600 yerlik yeməkxanası da var. Qaldıcı kran quraşdırıb. Ofis binasını da daş materialından tikib qanunsuz istifadə edir. A. Yeşiltəpə Özbəkistandan gətirdiyi qanunsuz miqrantları sənədsiz olaraq uzun müddət işlədirdi. Bir dəfə miqrantlarla bağlı problem yarandı və Arif mənə dedi ki, tez bu 500 nəfər özbək işçini buradan qaçırt Rusiyaya. Mən də onları avtobusla Dağıstana apardım. Arif burada Miqrasiya İdarəsində “işlərini həll” etdikdən sonar mən onları yenidən Azərbaycana qaytardım. Arif uzun müdətdir ki, gördüyü və pul qazanmasına baxmayaraq pul verib vergilərdən yayınırdı. O bütün “qara” işlərini mənə etibar edirdi və gördürürdü. İki arvad saxlayırdı. Biri özbək, digəri türk idi. Bir dəfə türk arvadı işçisinə qoşulub Rusiyaya qaçmışdı. Mənə tapşırdı ki, get onu tap və qaytar gətir Bakıya. Mən də Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərindən onun arvadını tapıb gətirdim. Bu adam təkcə Azərbaycanda külli-miqdarda vergilərdən yayınmayıb. Eləcə də Türkmənistanda da 6 milyon dollar vergilərdən yayınıb. Məlumat üçün bildirim ki, A.Yeşiltəpənin Azərbaycanda şəriki və ona huimayədarlıq edən yüksək rütbəli dövlət məmuru var.
Arif Yeşiltəpə çoxlu qazanc əldə etmək üçün öz işinə aid olmayan biznesi mənə həvalə etdi. Belə ki, Hacıqabul rayonun Meylinan kəndində manqust heyvanlarının bəslənməsi və satışının təşkil edilməsi işini mənə inzibatçı vəzifəsi verərək həvalə etmişdi. Mən də gəlirin 15 %-nə pay sahibi olmaq şərtilə bu biznesi inkişaf etdirdim. Budur, bu yaxında 15%-lik payımı istəyəndə Arif mənə qıqıraraq bildirid ki, öz haqqını istəsən işdən çıxacaqsan, bildinmi”. İndi rəsmən işdən çıxmasam da, Arif mənə qarşı dələduzluq edərərək pulumu vermir. Mən də 5-6 gün əvvəl başıma gələnlər barəsində İFADETV.COM İnformasiya Agentliyinin baş redaktoru xanım İfadə Cəfərzadəyə rəsmi müraciət etdim. O məsləni araşdırmaq üçün A.Yaşıltəpənin mobil telefonuna zəng etdi. Telefon danışığı yanımda oldu. Arif məslənin nədən ibarət olduğunu bilən kimi İfadə xanıma bildirdi ki, size 2 dəqiqədən sonar yenidən arayaram. Amma sonar ona dəflərlə zəng edilməsinə baxmayaraq o telefona cavab vermədi.
Dünən 14 oktyabrda, saat 11 radələrində Əhmədlidə olarkən özünü DTX işçisi adlandıran bir nəfər mənə yaxınlaşaraq DTX-nın baş idarəsinə getməyimi dedi. Biz DTX-nın mərkəzi binasına gəldik. Mənə dedilər ki. “İlk İnşaat” MMC –nin rəhbəri səndən şikayət edib ki, bəs sən ona bir jurnalistlə hədə-qorxu gəlmisən. Lakin heç bir rəsmi ərizə yox idi. Mən olanları onlara izah etdim ki, belə bir sübut yoxdur. Və mən bu adamla mobil telefonda onunla danışmamışam. Telefonla İfadetv.com saytının baş redaktoru danışıb. Arif də 1 dəqiqə danışıq zamanı söhbətin məndən getdiyini anlayan kimi bildirb ki, mənim belə işçim yoxdur və 2 dəqiqə sonar arayacağını demişdir. Vəssəlam.
Bəli, mən əsassız şikayətə görə saxlanılıb sorğu sual olunduğuma görə bir yoldaşla həmin günün 14 oktyabr, saat 15-də Bakıdan Rusiyanın Mineralnı Vodı şəhərinə təyyarə ilə uça bilmədik. Və hər biri 234 manata olan biletlərimiz də batdı. Maddi ziyan dəydi.
Ona görə cənab Prezident Sizdən şəxsən xahiş edirəm ki, “İlk İnşaat” MMC-nin Azərbaycan üzrə rəhbəri olan Arif Yeşiltəpənin gördüyü işlər zamanı Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz işlərin araşdırılmasına və mənə vurduğu maddi ziyanların ödənilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Sağ olun.
Qoşma: Şəxsiyyət vəsiqəsi, təyyaraə biletləri.
https://gundeminfo.az/manset/3674-lk-nshaat-dan-qebele-sakinlerine-qarshi-etnik-diskriminasiya.html

İmza- Pərviz Mustafayev
Tarix: 15.10. 2023
/ifadetv.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltması və çıxışı dünya KİV-lərinin diqqət mərkəzində olub.

Müxtəlif beynəlxalq media orqanları Azərbaycan Prezidentinin çıxışından müxtəlif fikirləri öz auditoriyalarına təqdim ediblər.

Yaponiyanın nüfuzlu NHK televiziya kanalı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması barədə süjet yayımlayıb.

Süjetdə ötən ay Qarabağdakı erməni silahlı qruplarına qarşı keçirilmiş və qələbə ilə başa çatmış tədbirlərdən sonra Azərbaycan Prezidentinin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını tarixi hadisə adlandırıb.

Süjetdə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma “respublika”nın özünü buraxmasından, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları üçün təkliflərindən, rəsmi İrəvanın Qərbə meyillənməsindən söz açılıb.

Latviyanın “Delfi” nəşri yazır ki, İlham Əliyev iki onillik prezidentliyi dövründə ilk dəfə olaraq 1990-cı illərdən erməni separatçılarının nəzarəti altında olan Xankəndiyə səfər edib.

Yazıda Azərbaycan Ordusunun sentyabrın 19-da bölgədə həyata keçirdiyi antiterror tədbirlərinə toxunulub, bir gün sonra qondarma “respublika”nın hakimiyyət orqanlarının müqaviməti dayandırdıqlarını elan etdikləri bildirilib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qondarma qurumun fəaliyyətini dayandırdıqdan sonra bölgəni tərk etməməyə qərar verən erməni əhali üçün reinteqrasiya planını açıqlayıb.

Moldovanın “Tv8” kanalının saytında yayımlanan xəbərdə vurğulanır ki, Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını qaldırması bu ölkənin bütün ərazisində nəzarəti bərpa etməsini simvolizə edir.

Ukraynanın “Ukrinform”, “RBK-Ukrayna”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “DeutscheWelle”nin Ukrayna Redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Estoniyanın “Postimees” nəşri də dövlətimizin başçısının Qarabağa səfərindən yazıb. Bildirilib ki, bu, rəsmi Bakının bölgəyə nəzarəti bərpa etməsindən sonra Prezident İlham Əliyevin buraya ilk səfəridir. Yazıda, eyni zamanda, ötən ay Azərbaycanın bölgədə həyata keçirdiyi antiterror tədbirlərinə də toxunulub.

ABŞ-ın “Barron's” dərgisi Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin bir nömrəli məqsədinin Qarabağın erməni separatçılarından azad edilməsi və Azərbaycan Bayrağının Xankəndidə dalğalanmasının tarixi hadisə olması ilə bağlı fikirlərinə diqqət çəkib.
Ətraflı

Portal qeyd edib ki, Azərbaycan Prezidenti Xankəndidə Dövlət Bayrağının qaldırılmasının böyük xoşbəxtlik və tarixi hadisə olduğunu bildirib.

Böyük Britaniyanın “İndependent” nəşrində dərc olunan yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin Qarabağda Azərbaycan Bayrağını ucaltması bu ölkənin bölgəyə nəzarətinin təsdiqidir.

Eyni zamanda, diqqətə çatdırılıb ki, beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağ 1994-cü ildən etnik erməni qüvvələrin nəzarəti altında separatçı “dövlət”ə çevrilmişdi. 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Qarabağın böyük hissəsinə nəzarəti bərpa edib. Ötən ay isə Azərbaycan Ordusu bölgənin qalan hissəsindən erməni silahlı qüvvələrini darmadağın edərək onları təslim olmağa məcbur edib.

Böyük Britaniyanın “gazetteherald” nəşrində, ABŞ-ın “The Seattle Times”, İtaliyanın “La Repubblica” qəzetlərində, həmçinin “Reuters” agentliyində, Fransanın “France24”, “Francetvinfo” telekanallarının saytında, Kanadanın “La presse”, Yunanıstanın “Newsbeast”, BƏƏ-nin “Sky news arabian”, “aletihad”, Qətərin “Alaraby”, Səudiyyə Ərəbistanının “Asharq” və digər portallarda yayımlanan informasiyalarda dövlətimizin başçısının Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdığı və sonra çıxış etdiyi oxucuların diqqətinə çatdırılıb.

“news.com.au” portalı yazır ki, qalib Prezident İlham Əliyev bazar günü regionun əsas şəhərində ölkəsinin bayrağını qaldırarkən deyib: “Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik.

Oxucuların diqqətinə çatdırılıb ki, Prezident Əliyev Qarabağda Azərbaycan hakimiyyətini görmək üçün 20 il gözlədiyini bildirib. O, həmçinin qeyd edib ki, bu Qələbə bizim tariximizdə əbədi olacaq.

Yazıda qeyd olunub ki, İlham Əliyevin bu səfəri onun atası Heydər Əliyevdən sonra Azərbaycan Prezidenti olduqdan düz 20 il sonraya təsadüf edib.

“İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”, - deyə portal Prezident İlham Əliyevin çıxışından sitat gətirib.

Gürcüstanın “interpressnews.ge”, “amnebi.ge”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge” portalları da Prezident İlham Əliyevin Qarabağa səfəri ilə bağlı silsilə materiallar yayıblar.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə, Xocalıya və işğaldan azad edilmiş digər bölgələrə səfəri və həmin ərazilərdə Dövlət Bayrağını ucaltması, eləcə də bu bölgələrdə həyata keçirilən islahatlar, erməni separatçıların aldıqları layiqli cəza, həmçinin Qarabağ bölgəsinin çiçəklənməsi ilə bağlı layihələr barədə dövlətimizin başçısının fikirləri yer alıb.

Macarıstanın “hirado.hu” saytı yazır ki, Prezident İlham Əliyevin Xankəndində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında Azərbaycanın torpaqlarını geri qaytardığını söyləyib. O deyib ki, Azərbaycan bu anı 20 il idi gözləyirdi.

Prezident İlham Əliyev qeyd edib ki, bu, 20 il əvvəl vəzifəyə gəldiyi gündən onun bir nömrəli hədəfi olub.

Bu ölkənin “24.hu” və “privatbankar.hu” portallarında yayımlanan informasiyalarda Azərbaycan Prezidentinin Qarabağ səfərinə toxunulub, bu regionun tarixinə nəzər salınıb. Bildirilib ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir, lakin təxminən 30 il əvvəl tərəflər arasında baş vermiş birinci müharibədən sonra ermənilərin nəzarətinə keçib. Lakin Azərbaycan 2020-ci ilin payızında ərazinin bir hissəsini geri qaytarıb, bu ilin sentyabrında isə separatçıları diz çökdürüb. Bundan sonra isə rəsmi Bakı ərazinin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Azərbaycan rəhbərliyi ermənilərin hüquqlarını təmin edəcəyinə söz versə də, onlar qorxduqları üçün ərazini tərk ediblər.(AzərTac)
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İftixar Piriyevin bağ evindən ETİBARLI YER YOX İDİ? - BU NƏDİ BELƏ?!


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının inventarları yanğın hadisəsi zamanı məhv olub.

DİA.AZ bildirir ki, bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə yanğın hadisəsi teatrın direktoru İftixar Piriyevin bağ evində baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isə yanğın hadisəsinin nədən qaynaqlandığı barədə akt tərtib etmədiyi iddia edilir.

İlginc məqamlardan biri İrəvan Dövlət Azərbaycan Dram Teatrına məxsus inventarların teatrın direktorunun bağ evində saxlanmasıdır.

Dövlət başçısının sərəncami ilə təmirinə milyonlarla vəsait xərclənmiş İrəvan Dövlət Azərbaycan Dram Teatrının böyük bazası olduğu halda inventarların nə üçün direktorun bağ evinə aparılması və sonradan yanması bir sıra suallar yaradır.

Qlobal.az yanğın hadisəsi ilə bağlı Mədəniyyət nazirliyi və Fövqaladə Hallar Nazirliyindən mövqe öyrənməyə çalışıb.

Hər iki nazirlik məsələ ilə bağlı açıqlama vermədi.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı da hadisə barədə mövqe bildirməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kolbasa sexlərinin rəhbərləri öz məhsullarını yeyirmi – araşdırma

Ekspert: “Halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, ona mal əti əvəzinə at, eşşək əti vurulur, buna görə inam-etibar yoxdur”
Azərbaycanda kolbasa-sosis məhsulları ilə bağlı istehlakçıların aldadılması məsələsi hələ də aktual olaraq qalır. Sanki əbədi, həlli olmayan bir problemlə üz-üzəyik. “Çox təəssüflər olsun ki, bəzi işbazlar xüsusən də kolbasa-sosiska istehsalı ilə məşğul olan işbazlar ən çox vaxtı keçmiş ətlərdən və yaxud at, eşşək ətlərindən istifadə edir. Deyə bilərəm ki, ölkədə 70 faiz kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunur. Həmçinin bəzi dönərxanalara verilir ki, bəzən də bu zəhərlənmələrə səbəb olur”.
Kolbasa sexlərinin rəhbərləri öz məhsullarını yeyirmi – araşdırma

Ləman Süleymanova

Bunu tanınmış həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında bildirib. Həkim at ətinin hansı səbəbdən tibbi baxımından qadağan olunmasına isə belə aydınlıq gətirib: “At kəsilən kimi artıq 5-10 dəqiqə ərzində əti keyfiyyətsiz olur. Xüsusən də yay fəslində at, eşşək, qatır kəsiləndə onların ətinin tərkibində ağır zəhərlənməyə yol açan 3 maddə olur. Araşdırmalara görə, eşşək və dəvədən fərqli olaraq bu maddə at ətində 70 faiz daha çoxdur. Bu maddə hətta öldürücü xassəyə malikdir. Atlarda çox qorxulu – zoonos mənşəli infeksiya olur ki, bu infeksiya daha çox baytar işçilərində rast gəlinir, çünki onlar mütəmadi olaraq atlarla təmasda olurlar. Beləliklə də at əti orqanizmdə zəhərlənmələrə səbəb olur. Böyrəyində problem olan insanlar cəmi bir ay ərzində bir neçə dəfə at ətindən istifadə edərsə, tez bir zamanda böyrəyi tamamilə sıradan çıxır, yəni, böyrəyin fəaliyyətinə çox mənfi təsir göstərir. Həmçinin qaraciyərə dağıdıcı zərbə vurur, qaraciyərdə problem varsa, onun kəskinləşməsi baş verə bilir”.

Öz növbəsində qida mühəndisi Ağa Salamov da bizimlə söhbətdə deyib ki, insanların kolbasa-sosislərə inamsızlığının səbəbi at, eşşək ətinin kolbasalara, konservləşdirilmiş məhsullara vurulması ilə bağlıdır: “İşbazlar tərəfindən bəzən halal dönər adlandırırlar, amma AQTA gedib araşdırır, məlum olur ki, heç bu dönərdə mal əti də yox imiş, at əti var imiş. Misal üçün, halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, burada mal əti əvəzinə at, eşşək əti vurulur. Ona görə inam-etibar yoxdur. Halal sertifikat yalnız ”bismillah” deməklə kəsilən məhsula deyilmir. Halallıq birinci tarladan başlayır. İri və xırdabuynuzlu heyvanların yedikləri yem orqanik olmalıdır, təbii olmalıdır. Vaxtlı-vaxtında peyvəndi vurulmalıdır. Halal heyvan sağlam olmalıdır. Xəstə heyvanları kəsib vermək olmaz”.

Bəs belə vəziyyət daha nə qədər davam edəcək? Görəsən, kolbasa sexlərin rəhbərləri öz məhsullarından yeyirmi? Yaranmış durumda istehlakçılar nə etməlidir? Başqa, xüsusən də qonşu ölkələrdə, məsələn, qardaş Türkiyədə bu sahədə durum necədir? Həmin kolbasalardan özləri də yeyirmi?
Kolbasa sexlərinin rəhbərləri öz məhsullarını yeyirmi – araşdırma

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kolbasanı ayırd etmək o qədər də asan məsələ deyil: “Birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər. Əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.

Ekspert əlavə edib ki, üzərində “halal” yazılmasına baxmayaraq tərkibində donuz əti aşkarlanan məhsulları bazara çıxarmaq qətiyyən yolverilməzdir: “Ümumiyyətlə, halal sertifikatı ilə bağlı illərdir problemlər yaşanır. İstehlakçıların aldadılması prosesi baş verir. Ona görə də, aidiyyəti qurumların bu kimi reydlər keçirməsini yüksək qiymətləndirirəm. Qeyri-qanuni kolbasa istehsal edən bunlara nəzarət etmək çətindir. Hesab edirəm ki, bu məsələdə ictimai nəzarət güclü olmalı, əhali belə sexlər barədə AQTA-ya məlumat verməlidir”.

Bir neçə kolbasa istehsal edən şirkətə də zəng vurub bizi maraqlandıran sualları ünvanlanmağa çalışdıq. Qeyd edək ki, neçə şirkətlə əlaqə saxlamağa cəhd etsək də, suallara cavab verməkdən yayınanlar oldu. Adları AQTA-nın “qara” siyahısında olan şirkətlərdən “Ovçular”, “Kral” şirkətləri ilə də əlaqə saxlamaq mümkün olmadı.

Nəhayət, halal kolbasa məmulatları istehsalçısı olan “SAB” şirkəti ilə danışa bildik. Şirkətin marketinq meneceri Taleh Mehtiyev “Yeni Müsavat”ın suallarını cavablandırdı: “Şirkətimizdə, heç bir məhsulumuzda qüsur aşkarlanmayıb. Təbii ki, biz öz məhsullarımızı yeyirik də, hətta hər ayın sonu işçilərimizə istehsal etdiyimiz məhsullardan pay da veririk. Bizdə halal seqment üzrə kolbasalar istehsal edilir. Sırf bu məqsədlə başlamışıq, hələ o vaxt sovetin dövründən sonra heç kim inanmırdı ki, halal kolbasa dadlı olar. Hamı donuz ətinə öyrəşmişdi. Biz risk edib bazara girdik. Sonradan başqa firmalar da gördü ki, halal adı ilə kolbasaları almaqda maraq var, onlar da bazara girməyə başladılar”.

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncənin icra başçısına KİM BADALAQ GƏLİR?.. - İLGİNC İDDİA

Belə yerdə məşhurların dedikləri kəlamlar yada düşməyə bilməz. Əlbəttə, hər bir işin yaxşısı da, pisi də birinci şəxsin adı ilə bağlı olur. Məlumdur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov nə qədər xeyirxah işlərlə məşğul olsa da, bu şəxs şəhər sakinləri arasında özünə qarşı heç cür inam hissi qazanmağı bacarmır. Çünki, icra başçının tabeliyində çalışan vəzifə sahibləri bu gün də şəhər sakinlərinə o qədər haqsızlıq edirlər ki, hər kəs sabiq icra başçısı Elmar Vəliyevin atasına rəhmət diləyir. İndi gəncəlilərin arasında belə bir söz dəbdədir:

"Elmar Vəliyev Gəncənin gözəlliyi üçün nə etdisə, yalnız o, etdi". Hal-hazırda belə bir söz-söhbətlərin yayılmasında ŞİH-nin baş memarı Elxan Məmmədovun və onun kimi məmurların xüsusi rolları olur. Bu şəxsin ərköyün vəzifə sahibi olmasının kökündə, Mingəçevir Avarçəkmə İdman Mərkəzinin qarşısında yerləşən komfortlu villası da böyük rol oynayır. Hətta, Elxan Məmmədovun kefi istəyəndə humanitar şöbənin sabiq əməkdaşı Azər adlı şəxsin vasitəsilə o, yerli sahibkarları özündən aslı vəziyyətə salır və hər kəsdən rüşvət tələb etdirməyi də bacarır. Belə olan halda şəhər sakinləri cənab Başçının gördüyü işləri necə dəyərləndirə bilərlər? Bir halda ki, bu şəxsin səsi ilk dəfə, yəni 2021-ci ildə Ucardan gəlib və özü də kəskin hiddət doğurub, buna nə ad vermək olar?. Deməli, bu şəxs daim öz rəhbərinin qarşısında "firon"luq edir ki, bu da onun ərköyün məmur olduğunu ortaya qoymuş olur. Ona görə də sual oluna bilər ki, bu cür vəzifə sahibindən hansısa haqqı-ədaləti gözləmək olarmı? Əsla yox!

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
28 May NQÇİ-də işçilərə YEZİD ZÜLMÜ... - İşçilər ÇƏTİN DURUMDA
"Araşdırılmasına ciddi ehtiyac duyulur. Yazılanlar doğrudursa, haqqında yazılan rəis ölkə qanunvericiliyini pozduğu üçün ciddi məsuliyyət daşıyır. Yaxud da bu halda kimsə daha "yekə rəis" olmaq istəyir !? Yox?" DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Hüquq müdafiəçisi 28 may NQÇİ, 3 saylı NQÇS (yəni DDÖ-3) işçisinə istinadən növbəti acınacaqlı vəziyyət haqda məlumat paylaşıb. Neftçinin müraciətində deyilir:

"Həqiqətən də biz boğaza yığılmışıq . 3 saylı Dərin Dəniz özülündə su problemi bitmək bilmir. Su çənlərində 30-40 ton su var, 5 gündür hamamları bağlayıblar, çimməyə icazə vermirlər. Bəhanə də onu gətirirlər ki, su yoxdu. Axı su var: 30-40 ton su var.

Dənizin ortasında bu ağır iş qrafikində neyləyək, necə eləyək axı biz fəhlələr? Platformanın rəisi Şahin Əliyev "gestapo rejimi" yaradıb burda, nə vaxt işə gəlir dərhal hamamları bağladır. Amma 2 gündən bir özü öz otağındakı hamamda çimir.

Biz yazıq fəhlələr gecə-gündüz demədən işləyirik, iş qurtarandan sonra hamamı açın: çimmək istəyirik, deyəndə "su yoxdur" deyir. Hər ay belədir... Bu 3 saylı platformada su problemi heç vaxt həll olunmur. Allaha and olsun, bədənimiz səpib allergiya vermişik əməlli-başlı.

İyrənirik özümüzdən artıq. Nə paltar yumağa icazə verilmir, nə də çimməyə. Amma özü bu gün qəşəngcənə geyinib-keçinib, üz-başını qırxıb, duxu da vurub getdi evinə.

Xahiş edirəm, bunun bir yolunu tapmağa köməklik edin bizə. Ayın 8-dən su üzü görmürük. Çənlər doludur. Hərəsində 15 ton su var, açmırlar krantları..

Burda HİX-in rəis müavini Məhəmməd İbrahimov var , platformanın rəis müavini Şahin Əliyev var... bütün mühəndislər yuxarıda otaqlarında çimirlər... Biz fəhlələr, QƏYTS-in fəhlələri, TQB-3-ün fəhlələri su üzünə həsrət qalmışıq. Mühəndislər geyinir-keçinir, üz-başları tərtəmiz gəzirlər, fəhlələr itin zülmünü çəkir...

Allaha and olsun biabırçı gündəyik.."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının göbəyində YAŞIL SOYQIRIMI - BU NƏDİ BELƏ?


Bu ilin yayənda paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular və yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədilər.
Sözügedən ərazidən qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.
Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verilsə də, təəssüflər olsun ki, ərazidə potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyası səngiməyib. Adları çəkilən qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.
Sakinlərin mətbuatda ictimailəşmiş sözlərinə görə, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib-becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.
İnternet resurslarında hasara alınmış həmin ərazidə tikintisi aparılan obyektin görüntüləri də durur. Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Neft Emalı Obyektlərinin Xətai rayon Mühafizə İdarəsinin rəisi cənab Niyaməddin Eyvazovu istisna etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, rəisin, müavini Əli müəllimin və manqa komandiri Qafarın əməllərindən xəbəri yoxdur. Qeyd olunur ki, Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsindən rəis müavini Əli, polis serjantı Qafar, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.
Cavabdeh qurumlar sırasına əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinə nəzarət edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də aiddir. Maraqlıdır ki, sözügedən ərazidə ağacların kəsildiyi təqdirdə hesablaşılmalı olan şəxslər sırasında polis serjantı Qafardan söz düşəndə bəzi adamlara elə gəlir ki, Regional İdarənin rəisi Qafar Ağayevdən söhbət gedir. Halbuki, ərazidə yaşıllıqların məhvi daha çox İdarənin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri Şakir Quliyevin işlədiyi dövrə təsadüf etmişdi.
Mövzuya qayıdacağıq.
Azerinfo.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər" - ETİRAZ

82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var...

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:

“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər”.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO