Üç həmyerlinin cinayət tərkibli əməlində...

17:59 24.03.2022 153
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Ulu öndər Heydər Əliyev çıxışlarından birində ağacın ekologiya üçün, insanların sağlamlığı üçün faydalarından danışaraq, "Ağac kəsiləndə, elə bilirəm sağ qolumu kəsirlər" - deyə vurğulamışdı.

DogruXeber.az: - İndi görün bizim sırf bu işlər üçün - yəni ekologiyamızı qorumalı, bunun üçün faydalı işlər görməli, yaşıllıqları, meşələri mühafizə etməli və daha da inkişaf etdirilməli olan və dövlətdən maliyyələşən dövlət qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səlahiyyətli əməkdaşları nə işlər görürlər?!...

Bunları bir-bir sadalamağa əslində ehtiyac yoxdur. Çünki, dəfələrlə bu barədə həm ictimaiyyətə, həm nazirliyin özünə, həm də Baş Prokurorluğa məlumat vermişik. Bütün bunlara baxmayaraq, hələ də Daşkəsən rayon Çanaqçı kəndinin yaxınlığında, çayın məcrasında tikilmiş villa və çayın axın istiqamətinin süni şəkildə dəyişdirilməsi barəsində rəsmi sənədlərə əsaslanan bir açıqlama yoxdur. Bundan əlavə Bakının Nəsimi rayonu 20 yanvar küçəsi, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən, "köhnə hamam" deyilən ərazinin "ağaclardan təmizlənməsi" və yerində özəl şirkət tərəfindən iaşə obyektinin inşasına başlanması, Samux rayon Nabiağalı qəsəbəsində meşə zolağının ümumiyyətlə məhv edilməsi və ərazisinin "pay torpağı" kimi təsərrüfat məqsədli istifadə edilməsi, Oğuz meşələrində ağacların kəsilməsi və elə meşənin içindəcə kömür hazırlanması və sair bütün bunlar hamısı Ekologiya Nazirliyinin bilə-bilə "göz yumduğu" ekoloji ziyanların cüzi bir hissəsidir. Hələ bu harasıdır?! 2020-ci ilin sonlarında "DogruXeber.az" informasiya portalında Cəlilabad rayonunun Göytəpə qəsəbəsində, Qurtuluş küçəsindəki istirahət parkının ləğv edilməsi və çoxillik yaşıllıq ağaclarının kökünə mazut tərkibli maddələr tökülməklə məhv edilməsi barəsində məlumat yayımlamışdıq.

İnzibati binanın önündə cinayət xarakterli əməl

Hansı ki, o zamanlar biz 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə də bu barədə məlumat vermişdik. İdarədən bizə cavab olaraq, ağacların köklərindən nümunələrin götürülüb, ekspertizaya göndərildiyini və ekspertizanın da faktı təsdiqlədiyini bildirmişdilər. Eyni zamanda bütün baş verənlər cinayət tərkibi yaratdığında, idarə tərəfindən güya hüquq-mühafizə orqanlarına da artıq müraciət edildiyini vurğulamışdılar. Sən demə bu sadəcə bizi susdurmaq üçün uydurulmuş bir yalan imiş. Heç bir quruma, heç bir məlumat verilməyibmiş.
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Üç həmyerlinin cinayət tərkibli əməlində...Üç həmyerlinin cinayət tərkibli əməlində...
Gələk bu arxayınçılığın səbəbinə !

Demək, ağacların köklərinə yandırıcı maddələr töküldüyü ərəfədə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri vəzifəsində Rafael adlı şəxs çalışırdı. Rafael vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, onu müvəqqəti olaraq, müavini Əlizamin adlı şəxs əvəz edib. Müdir vəzifəsini əvəzedici olaraq, Elizaminin icra etdiyi ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı şikayətlər daxil olduğu üçün sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazini Mühafizə Xidmətinin səlahiyyətli şəxsləri tərəfindən yoxlamalar aparılıb və aşkar olunan ciddi nöqsanlara görə Əlizamin də tutduğu vəzifədən azad edilib. Bundan sonra, 25.08.2021-ci il tarixində Şakir Quliyev adlı şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda da həmin vəzifəni Şakir Quliyev icra edir.
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Cərəyan edən prosesləri yaxından izləyən yerli sakinlərin redaksiyamıza verdiyi məlumata görə, Şakir Quliyev və ərazidə iaşə obyekti tikmək üçün bütün çoxillik ağacları "qətlə yetirən" sahibkar Rafiq Abışov həmyerlidir. Yəni hər ikisi əslən Yardımlı rayonundandır və çox yaxın münasibətləri var. Yeri gəlmişkən onlar iki nəfər deyil, əslində "trio" (üçlük) olduqları vurğulanır. "Üçlüy"ün əsas tərkib hissəsini təşkil edən şəxs isə onların digər həmyerlisi, eyni zamanda Şakir Quliyevin qohumu olduğu deyilən Mirsalam Qəmbərovdur.
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Mirsalam Qəmbərov isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisidir.
Bildiyimiz kimi mal və materialların idxalı və ixracı ekspertizanın rəyi əsasında həyata keçirilir. Yəni, ağacların kəsilməsi, yaxud köçürülməsi də məhz Şakir Quliyevin "mehriban qohum"u Mirsalam Qəmbərovun birbaşa səlahiyyətləri çərçivəsindədir.

Qeyd edək ki, Nəsimi rayonunda, 20 yanvar küçəsindəki ağacların kəsilməsi də Mirsalam Qəmbərovun rəyi əsasında həyata keçirilib.
Maraqlıdır, bu rəy nəyə, hansı önəmli səbəblərə əsasən verilib?
Təbiət "qatilləri" iş başında.../VİDEO-FOTO

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO