Martın 28-də səhər saatlarında Rumıniya sahillərində dəniz minası aşkar edilib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Vitse-admiral Konstantin Balesku” minaaxtaran gəmisi Korbu və Nevodare şəhərləri yaxınlığında sahildən 70-72 km aralıda axtarışlara başlayıb.
Minanı səhər saatlarında Capu Midia rayonu ərazisində Rumıniyanın “Olimpus-1” balıqçı gəmisinin dənizçiləri görüblər.
Xatırladılır ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna minalarının fırtınadan sonra lövbərləri qıraraq Qara dənizdə dreyf edə biləcəyini bəyan edib, lakin Ukrayna bu xəbərləri təkzib edərək Rusiya tərəfinin dezinformasiyası yaydığını deyib.
Türkiyə Müdafiə Nazirliyi də Qara dənizdə Bolqarıstanla sərhədə yaxın ərazidə mina aşkarlandığını, artıq zərərsizləşdirildiyini açıqlayıb.
Mənbə: Ukrainskaya Pravda
Zamantv.az