[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazi intiharları yenidən gündəmdə: - "Müharibə iştirakçıları bir təşkilatda cəmlənməlidir"
Ötən həftənin şənbə günü Gədəbəy rayonunun Çanaqçı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmüş, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunmuş, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu ad günündə özünü asaraq intihar edib. Ümumilikdə, İkinci Qarabağ Müharibəsindən sonra Vətən müharibəsi iştirakçılarının intihar və ya intihara cəhd halları artıb. Zamantv.az-ın məlumatına görə, bu vəziyyətlə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, qazilərin intiharı əksər hallarda maddi durumla bağlı olmur:

“Qazilər arasında intihar hallarının olması təəssüf doğurur. Müharibə çox ağır bir prosesdir. Bu prosesi yaşamayanlar onun dəhşətlərini anlaya bilməz. Ona görə də müharibədən sağ çıxmış və yaralanmış insanlar üçün bu vəziyyət çox çətin olur. Müharibədə elə hadisələr yaşanır ki, illər keçsə də, insanı rahat buraxmır. Mövzu həmin şəxslərin psixoloji durumu ilə bağlıdır. Bu gün dövlət Vətən müharibəsi iştirakçılarına kifayət qədər diqqət və qayğı göstərsə də, bəzi hallarda qazilər diqqətdən kənarda qalırlar və özlərinə qapanırlar. Eyni zamanda, müharibədə aldıqları travma özünəqəsdlə nəticələnir. Ən vacib məsələ qazilərin psixoloji dəstəyə ehtiyacının olmasıdır. Bunu hansısa psixoloqla həll etmək mümkün olmur. Qazi və veteranların bir yerdə çox olması, mütəmadi görüşlərin təşkili, hər il müxtəlif sanatoriyalara göndərilməsi problemi həll edə bilər. Həmçinin qazi və veteranların bir təşkilatda cəmlənməsi effektiv nəticə verə bilər. Birinci Qarabağ Müharibəsindən sonra da kifayət qədər psixoloji travma alanlar var idi. Həmin insanlar o vaxtı Qarabağ Əlillər Cəmiyyətində toplaşmaqla bir-birilərinə dəstək olurdular. Bu institutu yenidən formalaşdırmaq lazımdır. 2001-ci ildə Ramiz Mehdiyevin rəhbərliyi ilə Qarabağ Əlillər Cəmiyyəti ləğv edildi. Bu, Mehdiyevin bir oyunu idi. Yaradılan yeni struktur isə gözləntiləri doğrulda bilmədi və başqa məqsədlər üçün istifadə olunur. Ora artıq qazilərin ocağı deyil.

Ölkəmizdə Qazilər Xiyabanının salınmasına ehtiyac var. Rəhmətə gedən qazilərimizin hərəsi bir tərəfdə dəfn olunub. Ən azından, Bakıdakı qazilər eyni yerdə dəfn olunmalıdır. Eyni zamanda, qazilər üçün istirahət yerləri açılmalıdır. Ovaxtkı istirahət yerləri satılıb və imkanlı adamlar tərəfindən obyektlər tikilib. Qazilərin intihara cəhd etməməsi üçün onların bir yerdə cəmləşdirilməsi çox vacibdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik" - Prezident İlham Əliyev
Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əjdər Ol 8 il 6 ay müddətinə həbs edildi - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Əjdər Cəbiyev məhkəmədən xahiş edib ki, şəxsiyyətini və nüfuzunu nəzərə alaraq ədalətli qərar qəbul etsin.

Müşavirədən sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir. //trend//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Adam düşünür ki, yəqin, bu adamlar Azərbaycanda yaşamırlar" - deputat
“Azərbaycan dövləti bütün sahələrdə vətəndaşlarının, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçılarının yanında olduğunu həmişə sübut edib. Dövlətimiz həmin kateqoriyadan olan vətəndaşlara qarşı hər zaman daha həssas münasibət sərgiləyib. Bu, həm İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə, həm də post-münaqişə dövründə belə olub. Şəhid ailələri, qazilər və ümumiyyətlə, bütün müharibə iştirakçılarına davamlı olaraq yardımlar edilir və aylıq müavinətlər verilir. Radikal müxalifətin bəzi nümayəndələrinin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olanda adam düşünür ki, yəqin, bu adamlar Azərbaycanda yaşamırlar”. Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, həmin radikal qrup bu həssas mövzu ilə bağlı həyata keçirilən işlərlə, sözsüz ki, tanışdır, çünki görülən işlər göz qabağındadır: “Əhalinin həmin həssas təbəqəsi ilə bağlı dövlətin konkret mövqeyi var. Sadəcə olaraq, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının çox olduğu üçün proses mərhələli şəkildə həyata keçirilir. Şahidiyik ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevə bu qəbildən olan insanlarla hər zaman görüşür və onların qayğıları ilə maraqlanırlar. Azərbaycan dünyanın azsaylı dövlətlərindən biridir ki, şəhid ailələrinin hər birinin mənzillə təminatına başlayıb, artıq yüzlərlə ailələr mənzillə təmin edilib. Belə ailələrin və müharibə veteranlarının işlə təmin edilməsi, onların diqqət və qayğı ilə əhatə olunmaları təqdirəlayiqdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
Xarici Kəşfiyyat Xidməti öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə toplanışları keçməkdən azad etmək barəsində qərar verəcək.

Zamantv.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Xarici Kəşfiyyat Xidməti tərəfindən öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilər üçün toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Görünməz düşmən: “Böyük aclıq” yaxınlaşır?
Dünya ərzaq bazarında qiymət artımı son günlər daha da sürətlənib. Hazırda dünya bazarında əlverişli qiymətə ərzaq tapmaq ciddi problemə çevrilib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bahalaşmaya və qida çatışmazlığına Rusiya-Ukrayna savaşı da güclü təsir göstərir. Müharibədən öncə bu ölkələrin ümumilikdə 400 milyard dollardan artıq illik ixracatları olurdu.
O bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyır.

Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin daha da güclənməsi çox vacibdir.

Digər ekspertlər də söyləyirlər ki, bahalaşma və qida çatışmazlığı təhlükəsinin qarşısını almaq üçün daxili istehsal gücləndirlməli, kənd təsərrüfatı sahəsində inkişafın qarşısını alan amillər aradan qaldırlmalıdır.

Ekspert Eldəniz Əmirovon fikrincə, bu amillərdən biri də kənd təsərrüfatı məhsullarının yerli və bazar qiymətləri arasında kəskin fərqin olmasıdır. Bir çox hallarda fermerlər məhsulu dəyər-dəyməzinə satmağa məcbur qalır, buna görə də ya zərər uğrayır, ya da çox az qazanırlar. Halbuki bazarlarda və marketlərdə həmin məhsul fermerin təklif etdiyindən 6-7 dəfə baha satılır. Nəticədə il boyu çalışıb, qəpik-quruş qazanan fermer əkin-biçindən uzaq durmağa üstünlük verir: “Fermerlərin yerindəki qiymətlə mağazalardakı qiymətlərdə bu qədər fərqin olması, aradakı vasitəçilərin çoxluğu ilə bağlıdır. Buna görə də, fermerlərin bazara birbaşa çıxışının təmin olunması qiymətlərin aşağı olmasını təmin edəcək. Qiymətlərin artmasının digər bir səbəbi isə inflyasiya meyllərinin aşağı düşməsidir”.

Ekspertlərin fikrincə, ikinci amil isə suvarma ilə bağlıdır. Su ehtiyatlarından düzgün istifadə olunmaması, yay aylarında əkin-biçinin susuz qalması kimi problemlər son illər daha da aktuallaşıb.

Bu günlərdə “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiqləndi.

Ekspertlər ümid edir ki, bu qərar sayəsində ümumilikdə su ehtiyatlarından səmərəli istifadə təmin olunacaq, suvarma sistemindəki bir sıra problemlər də həllini tapacaq: “Dünyanın bir çox ölkələrində çaylardan, göllərdən, yeraltı su mənbələrindən istifadə ödənişlidir. Qərarın özündə göstərilir ki, burada əsas məqsəd suya qənaət edilməsi və su istifadəsi hesabatının doğru aparılması ilə bağlıdır. Düşünürəm ki, taariflər müəyyənləşdikdən sonra bunun müsbət və mənfi tərəflərini daha aydın görəcəyik“.

Bəs hazırda kənd təsərrüfatı sahəsində hansı stimullaşdırıcı tədbirlər görülür və bunlar yetərli sayıla bilərmi? Ekspert Xalid Kərimlinin sözlərinə görə, hər il kənd təsərrüfatı məhsullarına 450-500 milyon manat xərclənir: “Fermerlərin xərclərinin aşağı salınması üçün həm taxıla, həm digər kənd təsərrüfatı məhsullarına, pambığın özünə belə subsidiyalar verilir. Bundan başqa, aqrar sığorta mexanizmi də işlənir ki, fermerlər hər hansı risklər olarsa, həmçinin iqlim risklərindən mühafizə olunsun. Hökumət kənd təsərrüfatı üçün güzəştli kreditlər verir. Bu bir qədər yanlış düşüncədir ki, ölkəmizdə bütün məhsulları istehsal etsək, iqtisadi cəhətdən bolluq yaranacaq və ya qiymətlər aşağı olmasına təsir edəcək“.

Bəs kənd təsərrüfatı sahəsinin stimullaşdırılması üçün başqa nələr edilməlidir? Hansı sahələrdə dəyişikliyə ehtiyac var? Necə edək ki, öz məhsullarımızla tələbatımızı ödəyə bilək? Ekspert Rəşad Həsənov əsas problemi Aqrar Sığorta mexanizmində görür və bu sahədə yeni yanaşmalara ehtiyac olduğunu düşünür. O həmçinin bildirir ki, dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında intensiv böyümə daha səmərəlidir: “Azərbaycanda məhsuldarlıq göstəriciləri aqrar ölkələrlə müqayisədə çox aşağıdır. Bu istiqamətdə əsas problem odur ki, istehsalın 97% ailə təsərrüfatlarından gəlir. Ailə təsərrüfatları istehsal prosesinə ənənəvi yanaşır. Bunun nəticəsində mənfəət norması bu sektorda çox aşağıdır. Düşünürəm ki, bu sahədə maarifləndirmə gücləndirilməli, problem qısa vaxtda həllini tapmalıdır”.

Sonda onu da xatırladaq ki, ötən illə müqayisədə taxıl məhsulları 50%-dən çox bahalaşıb. Rusiya və Ukrayna arasındakı müharibə nəticəsində bu məhsulların daha 20-22% bahalaşacağı gözlənilir


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda insanları məcburi işlədən ferma müdirinə AĞIR CƏZA
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilib və o, şübhəli şəxs qismində tutulub.

Nazirlikdən Zamantv.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya azərbaycanlı İlqardan danışır: 2 qram narkotik, uşaq evi…
Rusiyanın Xakasiya Respublikasının Abakan şəhər Məhkəməsi azərbaycanlı Şükürov İlqar Muğamat oğlu barədə cinayət işinə xitam verib.

Zamantv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İlqar Şükürov Abakanda fəhləlik edir, ailəlidir, uşaqları var.

Məlumata görə, yerli polis Şükürovu 2.5 qram həşişlə yaxalayıb. Onu Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə 3 il müddətində həbs gözləyirmiş. Amma İlqar unikal addım atıb. O, yerli “Şans” qəzetinə bu məzmunda elan verib:

“Mən 1991-ci il təvəllüdlü Şükürov İlqar Muğamat oğlu bütün xalqdan üzr istəyirəm. Əməlimə görə peşmanam və məni bağışlamağınızı xahiş edirəm”.
Bu hadisədən sonra hakim İlqar Şükürovu bağışlayıb. Məhkəmə ona kiçik məbləğdə pul cəzası kəsib.

Həmçinin Şükürov yerli uşaq evlərindən birinə də pul vəsaiti köçürüb.

Hazırda bu hadisə Rusiyada gündəm ol
Rusiya azərbaycanlı İlqardan danışır: 2 qram narkotik, uşaq evi…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərsu" 25 min manatadək cərimələnə bilər - SƏBƏB
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində qurğulardan istifadə qaydalarının pozulması aşkarlanıb.

Zamantv.az-ın məlumatına görə, aşkarlanan nöqsanla bağlı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.
Qeyd edək ki, nöqsan təsdiqlənərsə, “Azərsu” 20 min manatdan 25 min manatadək cərimə gözləyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokurorluqdan sabiq gömrük əməkdaşının bəraət almasına ETİRAZ
Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barədə verilən qərara protest verilib.

Baş Prokurorluqdan Zamantv.az-a verilən məlumata görə, bəzi media səhifələrində Dövlət Gömrük Komitəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarına Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza və ya bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin keçirilməsi ilə bağlı prosedurların sürətli icra edilməklə idxal olunan malların gömrük nəzarətindən sərbəst dövriyyəyə buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO