[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın Azərbaycanla bağlı planı NƏDİR? - "Prosesləri sabotaj etməyə çalışır"
"Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti Vladimir Putinin Paşinyana zəngi, həmçinin Lavrovla Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb”. Zamantv.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılmasına qarşıdır:

"Moskva çalışır ki, iki ölkə arasında birbaşa təmas olmasın və yalnız onun vasitəçiliyi ilə proses davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Bu reallıqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanın davam edən nəticəsiz "vasitəçiliyini" qəbul etməyəcək. Məhz Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Ermənistana ciddi təzyiqlər edilərək, Azərbaycanla əldə olunan razılaşmaların yerinə yetirilməməsinə çalışır”.

Politoloq qeyd edib ki, Rusiyanın bu siyasəti effektli olmayacaq:

"Brüssel razılaşmalarının yerinə yetirilməməsi üçün Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu Yerevanın əleyhinə olacaq. Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yeni bir proses başlayarsa, Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmran Xan xarici güclərlə mübarizəyə başladığını bildirib
Pakistanın vəzifəsindən kənarlaşdırılmış baş naziri İmran Xan ona qarşı edilənləri hökumət çevriliş kimi dəyərləndirərək bu prosesdə iştirak etmiş xarici güclərlə mübarizəyə başladığını bəyan edib.

İmran Xan qeyd edib ki, 1947-ci ildə müstəqil dövlət olan Pakistan hazırda xarici güclərin həyata keçirdiyi planın qurbanına çevrilib.

“Bu gün xarici qüvvələrə qarşı azadlıq mübarizəsi yenidən başlayır”, - İmran Xan bildirib.

Mənbə: Thenews
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Slovakiya Ukraynaya özüyeriyən haubitsalar verir
Slovakiya Ukraynaya yerli istehsal olan “Zuzana” özüyeriyən haubitsaların bağışlanması ilə bağlı danışıqlar aparır.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nadya məlumat verib.

O əlavə edib ki, rəsmi Bratislava Kiyevi Slovakiya Hərbi Hava Qüvvələrində xidmətdə olan “MiQ-29” qırıcıları ilə təchiz etmək imkanları da nəzərdən keçirilir.

Qeyd edək ki, Slovakiya bir neçə gün əvvəl Ukraynaya “S-300” zenit-raket komplekslərini də yollayıb.

Mənbə: Pravda nəşri
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransada seçkilərin nəticələrinə etiraz
Fransanın Ren şəhərində prezident seçkilərinin birinci turunun nəticələrinə qartşı etiraz aksiyası keçirilib.

Zamantv.az-ın France Bleu radiosuna istinadla xəbərinə görə, Ren şəhərinin mərkəzinə toplaşanlar Emmanuel Makron və Marin le penin əsas namizədlər kimi növbəti tura keçməsinə etiraz ediblər.

Aksiya iştirakçıları tullantı qablarına od vurub, iş yerlərinin pəncərələrini sındırıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu 2 ölkə NATO-ya daxil olmaq istəyir
Finlandiya və İsveç bu yayda NATO-ya üzv olmaq niyyətindədir.

Zamantv.az-ın xəbərinə görə, bunu Times qəzeti Alyansdakı mənbəyə istinadla yayıb.

Mənbənin bildirdiyinə görə, hər 2 ölkənin NATO-ya üzvlüyü məsələsi xarici işlər nazirlərinin görüşlərində dəfələrlə müzakirə olunub.
“Görünür Finlandiya kimi İsveç də yayda üzvlük üçün ərizə verəcək” – deyə mənbə bildirib.
Avropa diplomatları qəzetə bildiriblər ki, sözügedən ölkələrin NATO-ya qəbul edilməsi Alyansı möhkəmləndirə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Ukrayna ordusuna NATO silahları veriləcəkBəzi ölkələr Rusiya ilə müharibənin aylar və ya illərlə davam edə biləcəyi perspektivini nəzərə alaraq, Ukraynaya sovet dövründən qalma silahlardan daha müasir NATO avadanlıqlarına keçməyə kömək etməyə hazırdırlar.

Zamantv.az bildirir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Qeyd olunur ki, bundan əvvəl ölkələr müasir silahlarla Ukrayna hərbçilərinin tanış olmaması səbəbindən onu tədarük etməkdən çəkinirdilər və təlim üçün vaxt tələb olunurdu. Ona görə də sovet dövründən qalma silahlar Ukraynaya verilib, lakin onların ehtiyatı müharibə bitməmiş tükənə bilər.
Ukrayna ordusuna NATO silahları veriləcək
“Bəzi müttəfiqlər Ukrayna qoşunlarına daha müasir silahlardan istifadə etmək üçün ölkədən kənarda təlim keçirə bilər”, - bu barədə “Bloomberg“ G7 və NATO üzvləri arasında aparılan müzakirələrdən xəbərdar olan mənbələrə istinadən xəbər verir.

Bu mənbələrdən birinin sözlərinə görə, məqsəd Ukraynaya tədricən NATO tipli standartlara doğru irəliləməyə kömək etmək olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə rusiyalılar üçün xüsusi hava yolu şirkəti yaradır?
Türkiyə hakimiyyəti ölkənin kurortlarına yalnız rusiyalı turistləri daşıyacaq yeni aviaşirkət yaratmağı planlaşdırır.

Zamantv.az-ın xarici mediaya istinadla xəbərinə görə, aviaşirkət Antalya hava limanında yerləşəcək və onun sərəncamında sığorta riskləri ilə yanaşı, ikinci dərəcəli sanksiyalara düşmə riski olmayan təyyarələr də olacaq. Bundan əlavə, ölkə hakimiyyəti hava sanksiyaları səbəbindən Rusiyadan gələn turistləri itirmiş böyük ev sahibi şirkətlərə dəstək üçün dövlət zəmanəti ilə kreditlər verməyi də planlaşdırır.

“Turkish Airlines”in reyslərində xüsusi olaraq “paket” turistlərin daşınması üçün artıq 1,5 milyon yer ayrılıb. Bildirilir ki, bu tədbirlər Türkiyəyə Rusiyadan turist axınına imkan verəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransada prezident seçkilərində ikinci tura 2 namizəd keçdi - ADLAR
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.

Zamantv.az-ın Fransa televiziyasına istinadla xəbərinə görə, seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib.

Onun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.
Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1%-i etimad göstərib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edildi -FOTO -YENİLƏNİB
Ukraynada həlak olan azərbaycanlı snayper Elnur Həsənov Goranboyda dəfn edilib.

Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib.

Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

Zamantv.az-ın APA-ya istinadən məlumatına görə, mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Mərhum Goranboy rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.
Ukraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edildi -FOTO -YENİLƏNİBUkraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edildi -FOTO -YENİLƏNİB
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinin sözləri başına bəla oldu: 30 min rubl cərimələndi
Sankt-Peterburq məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin müharibə ilə bağlı sözlərindən sitat gətirdiyi plakata görə vətəndaş Artur Dmitriyevi cərimələyib.

Zamantv.az xarici mediaya istinadən xəbər verir ki, A.Dmitriyev buna görə 30 min rubl ödəməli olacaq.

Qeyd edək ki, müharibə əleyhinə piketdə iştirak edən Arturun əlində tutduğu plakatda Putinin Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş nitqindən sitat yazıb:
"Müharibə o qədər kədər gətirdi ki, onu unutmaq mümkün deyil, yenidən aqressiv planlar quranlara heç bir bağışlanma yoxdur".

Qeyd edək ki, məhkəmədən əvvəl Dmitriyev gecəni 49 saylı şəhər polisində keçirib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO