[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Mikayılovun işçisi də tenderdə “qalib” oldu – Layihə hazırlamağa bir milyona yaxın vəsait alacaqlar
Zamantv.az “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti keçirmiş olduğu iki tenderin nəticələri barədə 07.04.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlama verib.

Köhnə Xan qızı və P-O ka­nallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 900 009.6 manat məbləğində satınalma müqaviləsini “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

Qızlıq kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 415 714 manat məbləğində satınalma müqaviləsini “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

İkinci tenderin qalibi,”PRO TECHNİCAL CONSULTİNG” MMC-nin barəsində açıq mənbələrdə geniş bir məlumat görsənmir. MMC-nin veb saytında isə bildirilir ki, hər növ layihələndirmə, texniki məsləhət işlərinə lisenziyası olan aparıcı mühəndislik, layihələndirmə və texniki məsləhətçi şirkətdir. Şirkətin Bakıda, Azərbaycanın müxtəlif regionlarında, eləcə də xarici ölkələrdə: Səudiyyə Ərəbistanı, BƏƏ – Dubayda fəaliyyət gostərdiyi bildirilir. Daha çox yaşayış binalarının layihələndirilməsi üzrə ixtisaslaşması görsənir. Məlum olan odur ki, MMC qalib elan olunduğu bu tenderdən bir gün əvvəl, bu qurum tərəfində keçirilmiş və 06.04.2022-ci il tarixdə açıqladığı 591 298 manat məbləğində daha bir tenderin qalibi olub. 2021-ci ildə isə Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş 263 917 manat məbləğində 3 tenderin qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.04.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 71, m. 21, qanuni təmsilçisinin isə Hacıyev Bəxtiyar Vahid oğlu olduğu göstərilir.

Keçək Köhnə Xan qızı və P-O ka­nallarının layihə sənədlərinin hazırlanmasına. Torpaq məcrada tikilmiş bu kanalın uzunluğu 64,5 km-dir. Yenidənqurma layhəsinin hazırlanmasına isə nə az, nə də çox, bir milyon manata yaxın vəsait ayrılıb. Bu günə qədər Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş cəmi bir tenderin qalibi olan bu MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 04.08.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 39, m. 55, qanuni təmsilçisinin isə Sultanov Akif Qara oğlu olduğu göstərilir.

Sultanov Akif Qara oğlu kimdir?

Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə 15 may 2013-cü il tarixdə “Tərəqqi” medalı ilə təltif olunmuş bir şəxs.

Bu şəxsin konkret olaraq “Azdövsutəslayihə” İnstitutunun işçisidir. Həm də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində sədri Zaur Mikayılov olan Elmi-Texniki Şuranın üzvüdür. Bu şəxsin oğlu Sultanov Nicat Akif oğlu isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “İnformasiya, idarəetmə sisteminin inkişafı” sektorunun müdiridir. Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov da “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində Elmi-Texniki Şuranın üzvüdür.

Bu isə o deməkdir ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin tender Komissiyası satınalma müqaviləsini rəhbərliklə daim təmasda olan, bəlkə də hər gün bir yerdə yeyib, içdikləri Akif Sultanova məxsus MMC ilə bağlayıb.

Amma qanun nə deyir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsi deyir ki, Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir;

Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:

Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;

Satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.

Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.

Göründüyü kimi Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin qalib elan etdiyi “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, yaxud da direktoru Akif Sultanov tenderi keçirən qurumun, yəni “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsidir və asılılığı var.

Bəs necə olur ki, Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Tender Komissiyası birdən-birə “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” MMC-ni qalib seçir. Axı bu qurumun indiyə qədər həyata keçirdiyi layihələri “Azdövsutəslayihə” İnstitutunun hazırlamışdır. Hansı ki, bu İnstitut 2022-ci ilin təkcə fevral ayında TİƏ-nin hazırlanması və layihələndirmənin həyata keçirilməsi üzrə ümumi olaraq 3 773 494 manat məbləğində 4 tenderin qalibi olub. Nə oldu ki, bu dəfə qalib “Azdövsutəslayihə” İnstitutu deyil, onun əməkdaşına məxsus MMC oldu? Bəlkə elə bu MMC-ni də “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayev yaradıb? Gözdən pərdə asmaq üçün işçisinin adına.

Axı ölkə Prezidenti İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Xatırladaq ki, Prezident İlham Əliyevin irad tutduğu səmərəsiz layihələrin kimlər tərəfindən irəli sürülürməsi, bu layihələrin kimlər tərəfindən hazıırlanması barədə elə həmin dövrdə yazmışdıq və qeyd etmişdik ki, layihələr birbaşa “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurum olan “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən hazırlanır. Hazırlanan bu layihələrin səmərəli olmadığını ölkə başçısı da açıqladı. Amma…

Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin belə faydasız layihələrdən qazanc əldə etməsi bu gün heç kimə sirr deyil. Bu qazancın səsi Avropanın bir çox ölkələrindən, müxtəlif şəhərlərindən gəlməkdıdir. Görsənən odur ki, yeni sədr Zaur Mikayılov da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri kimi varlanmaq eşqinə düşüb. Nə çoxdu Səhmdar Cəmiyyətin pul çıxarmalı qurumları. Amma yeni sədr ən rahat yolunu tapıb. Elə Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru, keçmiş sədrin ən yaxın adamlarından olan Ramiz Vəkilovla, “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayevlə işbirliyi qurmaq daha rahat və əlverişlidi. Onlar buradan asan qazanc əldə etməyin yolunu yaxşı bilirlər. Belə olmasaydı Zaur Mikayılovun işçisi özlərinin keçirdiyi tenderdə necə qalib ola bilərdi. Şübhələnməyə əsas var, deyilmi?
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ-ın yeni nüvə raketinin adı açıqlanıb
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni qitələrarası ballistik raketin (ICBM) adını açıqlayıb. Perspektivli döyüş sursatı LGM-35A “Sentinel” adını alıb.

Ground Based Strategic Deterrent (GBSD) adı altında hazırlanan raket LGM-30G “Minuteman III” ICBM-ni əvəz edəcək. Hərbçilər “Sentinel”i 2029-cu ildən almağa başlayacaq. Yeni raketlər təkmilləşdirilməkdə olan ABŞ Hərbi Hava Qüvvələrinin mövcud infrastrukturundan istifadə edəcək.

ABŞ Müdafiə Nazirliyi yeni raketlərlə yenidən təchizatın “Minuteman III” raketlərinin xidmət müddətini uzatmaqdan daha ucuz başa gələcəyini qeyd edib. “Sentinel” 2070-ci illərə qədər istismar olunacaq.

Mənbə: Defense News
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üçüncü Dünya Müharibəsi xəbərdarlığı: HƏR AN BAŞLAYA BİLƏR
Planetimiz Üçüncü Dünya Müharibəsinin astanasındadır və əgər iki nüvə dövləti bu ideyadan əl çəkməsə, bu, bəşəriyyətin çox hissəsini məhv edə bilər.

Zamantv.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri amerikalı hərbi analitik Nil Ferqyuson deyib.

Onun sözlərinə görə, ən azı iki dövlətin bəşəriyyətin böyük hissəsini məhv etmək üçün kifayət qədər nüvə başlığına malik olduğu bir dünyada, bu ölkələrin liderləri nüvə müharibəsi başlamaqdan imtina edənə qədər uzun sülh davam edəcək: “Bu, bizi Rusiyanın Ukraynaya təcavüzünə qaytarır”.
Amerikalı analitik qeyd edib ki, məsələn, Çin gələn il Tayvanı işğal etsə, habelə İranla onun regional düşmənləri - ərəb dövlətləri və İsrail arasında müharibə başlayarsa, yəqin ki, biz təkcə İkinci Soyuq Müharibə haqqında deyil, Üçüncü Dünya Müharibəsi haqqında da danışmalı olacağıq.

Ferqyuson xatırladıb ki, hazırda prezident Vladimir Putin Qərbin Rusiyaya hücumuna cavab olaraq taktiki nüvə silahlarını istifadəyə hazır vəziyyətdə saxlayır: “Kreml isə artıq belə bir hücumun hazırlanmasının lehinə arqumentlər irəli sürüb”.

Həmçinin bildirilib ki, Ukraynadakı müharibə Ağ Ev rəhbəri Co Baydenin mümkün olan hər yolla qaçmağa çalışdığı Üçüncü Dünya Müharibəsinə çevrilə bilər. Və buna görə də Ukraynaya Polşadan qırıcı təyyarələr almağa kömək etmir, həm də ölkəmiz Ukrayna hava məkanını bağlamaqdan imtina edir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Rusiya öz məqsədlərinə çatmaqda dayanmaq fikrində deyil, ona görə ki, indiki ABŞ administrasiyasında heç kim onunla, xüsusən də prezident Vladimir Putinlə danışa bilməz”, deyə analitik vurğulayıb.

ABŞ Prezidenti Co Bayden bir daha ölkəsinin Ukraynaya quru qoşunlarını göndərməyəcəyini, çünki bu halda Üçüncü Dünya Müharibəsi başlayacağını bəyan edib.

Bundan əlavə, qeyd edilir ki, Rusiyanın öz ərazilərini və maraqlarını müdafiə etdiyi üçün dünya müharibəsi başlaya bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
[thumb=left]http://zamantv.az/uploads/posts/2022-04/1649381050_624f30d1dc027624f30d1dc0281649357009624f30d1dc025624f30d1dc026.jpg[/thumb
Rusiya ümid edir ki, Ukraynadakı xüsusi əməliyyatın məqsədi yaxın günlərdə başa çatacaq.

Zamantv.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews” telekanalının efirində bildirib.

“Biz həqiqətən ümid edirik ki, yaxın günlərdə bu əməliyyat öz məqsədlərinə çatacaq. Bu Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yolu ilə də başa çata bilər”, - deyə Peskov bildirib.
O qeyd edib ki, Rusiya hərbçiləri əməliyyatı başa çatdırmaq üçün əlindən gələni edir.

Peskov həmçinin bildirib ki, Ukraynadakı əməliyyat diplomatiya yolu ilə başa çata bilər. Bu, Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmasından asılıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kommunistlərin rəhbərindən Putinin mətbuat katibinə SƏRT TƏNQİD
Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov Dövlət Dumasında çıxış edərək, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şərhlərini tənqid edib.

Zamantv.az Rusiya mediasına istinadla bildirir ki, Zyuqanovun sözlərinə görə, o, bəzən “Peskovun nə şərh etdiyini və Ukrayna ilə danışıqlar aparan Vladimir Medinskinin davranışının məntiqinin nədən ibarət olduğunu anlaya bilmir”.

Bunda əvvəl Putinin tərəfdarları Rusiyanın İstanbul danışıqlarından sonra qoşunlarını qismən çıxarmaq və Kiyev və Çerniqov istiqamətində döyüş əməliyyatlarının aparılmasını kəskin şəkildə azaltmaq qərarına gəlməsindən narazılıq ediblər.
Putinin tərəfdarları hesab edirlər ki, qoşunların çıxarılması Rusiya prezidentinin Ukrayna ilə bağlı planlarına ziddir.

Belə ki, Rusiya dövlətinin təbliğatçısı Vladimir Solovyov qoşunların geri çəkilməsi ilə bağlı qəzəblənib. O, bəyan edib ki, Rusiya, ümumiyyətlə, Ukrayna ilə heç bir danışıqlar aparmamalıdır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya-Ukrayna müharibəsi: Yeni təhlükəli ssenarilər – TƏHLİL
Rusiya-Ukrayna müharibəsinin ikinci ayında Kreml işğal etdiyi Kiyev vilayətindən, Çerniqovdan və Sumıdan qoşunlarını sürətlə geri çəkdi. Bununla da Kiyevə şimal, şimal-şərq və şərq cinahlarından gələn hərbi təhdid ən azından indi üçün yoxa çıxır.

Rusiya qoşunlarını Ukraynanın şərq sərhədlərində birləşdirərək oradan hansısa yeni hücuma hazırlaşmaq imkanlarını nəzərdən keçirə bilər.

Hazırda Rusiya İzyum şəhərini ələ keçirib, oradan Slovyanska doğru olan məsafəni qət etmək istəyir, bununla belə şiddətli müqavimətlə üzləşir.

Rusiya Mariupolu da intensiv hava və artilleriya zərbələri altında saxlayır, bu göstərir ki, Ukraynanın cənub cinahı Rusiya üçün vacibdir.

Beynəlxalq müzakirə masalarında Ukraynadakı müharibənin nə zaman bitəcəyindən necə bitəcəyi daha aktual sual kimi müzakirə edilir, çünki nəticə sonrakı geopolitik çəkişmələrin çərçivələrini və xarakterini müəyyənləşdirəcək.

Ukraynanın dözümü və psixoloji-siyasi iradəsi sarsılmayıb, o, hələ intensiv atəşlərə davam gətirmək qabiliyyətindədir.

Bunun əsas səbəblərindən biri də, Ukraynanın Qərb tərəfindən silahlandırılmasıdır, bu isə onun hərbi texnikasının, silahlarının tükənməsi riski ilə üzləşməməsinə gətirib çıxarır.

Rusiyanın dövlət rəhbərliyinin sonrakı planlarının nə olduğunu göstərən aydın əlamətlər gözə dəyməsə də, Moskva Kiyev ətrafındakı fiaskonu müxtəlif epitetlərlə malalamağa çalışır.

Ancaq daxildəki etirazlar metastaz verib böyüyəcəyi təqdirdə bu, Rusiya rəhbərliyi üçün risk daşıyacaq.

Hələlik Rusiyanın bu mövzuda “hakim sərhədlərinə” təhlükəli hədd yaranmayıb, bununla belə müəyyən çatlar əmələ gəlib. Rusiya hakimiyyətinin və xalqının dünyagörüşünü nəzərə alsaq, daxili platformanın Kremlin qərarlarına hansı səviyyədə təsir alətləri yarada biləcəyi haqqında isə aydın təsəvvür yarana bilmir.

Bəşəriyyətə təhdid yaradan digər ssenari NATO-nun hansı halda müharibəyə birbaşa müdaxilə edib-etməyəcəyi ilə bağlı suallardır – görəsən NATO üçün sırf Ukrayna coğrafiyasında belə sərhəd var və ya yoxdur – bu sual özü belə təhlükəli səslənir.

Rusiya nüvə silahlarının və ya kütləvi qırğın silahlarının tətiyini çəksə, NATO cavab tədbiri üçün “mən də atım, yoxsa atmayım” dilemması qarşısında qalacaq. Çünki Qərbin cavab tədbiri yalnız NATO ölkələrinin birinin ərazisinə nüvə zərbəsi endiriləcəyi təqdirdə realdır, Ukraynaya bu cür silah atılması isə NATO-nu adekvat tədbirə sövq etmək əvəzinə onu ehtiyatlı davranmağa vadar edər.

Bu cür vəziyyət, üstəgəl Ukrayna münaqişəsi fonunda Rusiya-Çin əməkdaşlığında yeni səhifələr açılması Qərbi, xüsusilə ABŞ-ı incə balanslaşdırma aktına məcbur edir.

Tarazlığın saxlanılması hansı həddə qədər mümkündür? Bunu da gedişatlar müəyyən edəcək, amma Rusiyanın Ukraynadan geri çəkilməsi Ukrayna üçün də, Avropa üçün də yeni təhlükə vəd edir.

Bu, Rusiyanın kütləvi qırğın silahlarından istifadə edə bilmə ehtimalı ilə əlaqədardır.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hulusi Akar beş ölkənin müdafiə nazirlərini topladı
Türkiyə milli müdafiə naziri Hulusi Akar Bolqarıstanın müdafiə naziri Draqomir Zakov, Polşanın müdafiə naziri Mariuş Blasçak, Rumıniyanın müdafiə naziri Vasile Dincu, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə altıtərəfli videokonfrans toplantısında görüşüblər.

Türkiyənin dəvəti və koordinasiyası ilə keçirilən görüşdən sonra verdiyi açıqlamada Akar görüşün çox məhsuldar keçdiyini deyib:

“Görüşdə diplomatik həllə kömək etmək üçün Ukraynada təcili atəşkəsin əhəmiyyəti və mülki şəxslərin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyi qeyd olunub”.

İclasda müzakirə edilən digər məsələlərlə bağlı da dəyərləndirmələr aparan Akar bildirib:

“Görüş zamanı Qara dənizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması, o cümlədən minalara qarşı mübarizə üçün əməkdaşlığın vacibliyi bir daha vurğulandı. Nəhayət, ağırlaşan humanitar vəziyyətlə əlaqədar fasiləsiz humanitar yardım və bölgədə böhranın daha da artmasının qarşısını almaq üçün görüləcək tədbirlər vurğulandı”.

Mənbə: Anadolu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Times: Britaniya Ukraynaya kəşfiyyat-dozor maşını verlə bilər
Böyük Britaniya Ukraynaya döyüş maşınları və onların idarə edilməsini öyrədən təlimçilər göndərməyi planlaşdırır.

Zamantv.az-ın xəbərinə görə, bu barədə “Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ukraynaya bir neçə ədəd “Mastiff” zirehli avtomobili və “Jackal” kəşfiyyat-dozor maşını verilə bilər. Bundan əlavə, Kiyevə tank əleyhinə sistemlər göndərilməsi də müzakirə mövzusudur. Birləşmiş Krallıq hesab edir ki, yaxın 3 həftə ölkədəki hərbi əməliyyatların nəticələri üçün həlledici olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüşün yekununa dair bəyanat yaydı – TAM MƏTN
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanat yayıb.

Zamantv.az-ın Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, Aİ Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı qəbul edib.

Aİ Şurası prezidenti gərginliyin aradan qaldırılması üçün sıx əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığını dərinləşdirməyə sadiqliyini təsdiqləyib.
“Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla videokonfransdan sonra baş verənlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını nəzərdən keçiriblər. Tərəflər gərginliklə bağlı son məlumatları müzakirə edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların lazımi səviyyədə həyata keçirilməsini təmin etmək üçün bu qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər,” deyə bəyanatda vurğulanıb.

Aİ Şurası prezidenti etimad və birgəyaşayışı təşviq etmək üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən saxlanılanların azad edilməsi və itkin düşənlərin probleminin hərtərəfli həllinin tam və tezliklə həllinin vacibliyini vurğulayıb.

O, həmçinin Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib: “Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək.”

Prezident Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb: “Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.”

Aİ Şurası Prezidenti həmçinin vurğulayıb ki, qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib: “Liderlər həmçinin Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər.”

Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır.

“Liderlər görüşün nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər", - deyə bəyanatda bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ Putin və Lavrovun ailə üzvlərinə sanksiya tətbiq etdi
ABŞ Rusiya prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edir.

Zamantv.az bildirir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

“Bu gün biz Putinin yetkin övladlarına, nazir Lavrovun arvadı və qızına, həmçinin Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiyalar tətbiq edirik”, - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO