[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müəllimin internatdan göndərdiyi video qalmaqal yaratdı: - “Guya onun uşağı normal imiş?”Müəllimin internatdan göndərdiyi video qalmaqal yaratdı: - “Guya onun uşağı normal imiş?”
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbin müəllimi Əliyeva Ramilə şagirdin videosunu çəkib və valideyninə göndərib.

Videoda müəlliminin uşaqla anlayışlı davranmadığı görünür.

Zamantv.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video etirazlara səbəb olub.

Bildirilir ki, müəllim həmişə sakit olan, dərslərini oxuyan şagirdi əvvəl əsəbləşdirib sonra videosunu çəkib valideynə göndərib. Bununla da demək istəyib ki uşaq aqressivdir və onu məktəbdən çıxartmaq lazımdır.

İddia edilir ki, buna valideynin 8 martda müəllimin bayramını təbrik etməməsi səbəb olub.

Məktəbin direktoru Nüşabə Heydərova məsələylə bağlı Cebhe.info-ya açıqlama verib:

“Guya onun uşağı normal uşaq imiş, bizim məktəbə gələndən sonra belə olub? İndi öz aramızdır, məktəbin birbaşa xüsusiyyəti budur ki, əqli cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Əgər elədirsə, göndər uşağını normal məktəbə. Yəni bu uşaq normaldırsa, orta məktəblərə gedə bilərdi. Bura niyə gətirirsən? Valideyn nə istəsən yazar. İndi sosial şəbəkələri elə bir yiyəsizlik götürüb ki, küçədən keçən də gəlib özünə səhifə açıb, ağzına gələni yazıb, qoyur. Buna sözün həqiqi mənasında son qoymaq lazımdır ki, bir də belə şeylər olmasın".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Həsənovdan qalan bədxassəli “miras” – QHT-lərin önündəki süni maneələr Azərbaycana necə zərər verir?
Azərbaycanda donorların və ictimai təşkilatların fəaliyyətində son illərdə müəyyən çətinliklər, problemlər müşahidə edilir.

Son illərə qədər ölkəmizdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət imkanları geniş olsa da, 2013-cü ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Qrant haqqında” qanunlarda edilən dəyişiklikdən sonra QHT-lərin fəaliyyətində çətinliklər yarandı, onların üzləşdiyi bürokratik maneələr artdı.

QHT-lərin işini çətinləşdirən bürokratik əngəllər

Adıçəkilən qanunlarda dəyişikliyin ideya müəllifi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov idi. Əfsuslar olsun ki, ondan miras qalan dəyişikliklər hələ də donorlara və QHT-lərə ciddi maeneələr yaradır.

QHT-lər haqqında mövcud olan qanuna görə donor təşkilatları Azərbaycanda qeydiyyatdan keçməlidir. Əvvəl belə bir tələb yox idi və donor təşkilatının öz ofisi olan digər ölkədən Azərbaycana birbaşa qrant ayırmaq imkanı var idi. 2013-cü ildən tətbiq edilən yeni qaydalara əsasən, xarici donor təşkilatı Azərbaycan təşkilatına qrant ayırmaq üçün ölkəmizdə qeydiyyata alınmalıdır.

"Qrant haqqında” Qanuna əsasən isə donor elan etdiyi layihənin texniki-iqtisadi əsaslandırmasını aparılmalıdır O, sübut etməlidir ki, bu layihə Azərbaycan üçün vacibdir. Bir çox hallarda müvafiq icra qurumu olan Ədliyyə Nazirliyi bu layihələrə ehtiyac olmadığı haqqında rəy verir. Beləliklə bir çox hallarda donorların Cənubi Qafqaz üçün nəzərdə tutulan vəsaitlərin Azərbaycan üçün nəzərdə tutulan hissəsi də Gürcüstan və Ermənistan təşkilatları tərəfindən istifadə edilməyə başlandı.

Qanuna görə qeydə alınmayan qrantın verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

İctimai təşkilatların fəaliyyəti sahəsində digər mühüm problem qrant müsabiqəsinə təqdim edilən layihələrə razılığın (bildiriş) alınmasıdır. Qanuna əsasən, ictimai birliklər və fondlar qrant və ianə aldıqları zaman layihəni Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərməli, baş idarə isə onu 1 ay ərzində qeydiyyata alıb-almaması haqqında təşkilatlara rəsmi bildiriş təqdim etməlidir.

Bəzən razılığın verilməsi 5-6 ay, hətta 1 ilə qədər uzanır. Bu hal layihələrin icrasını çətinləşdirir, hətta onun tam dayandırılmasına səbəb olur. Çünki hər bir layihə müəyyən müddət üçün hazırlanır və həmin müddətdə layihə icra edilib yekunlaşdırılmalıdır. Amma razılığın verilməsinin gecikdirilməsi layihəni vaxtında başlamağa imkan vermir və ya layihənın icrası dayandırılır. Layihə icra edilmədikdə isə donor QHT-yə ödədiyi vəsaiti geri alır.

Biz də Azərbaycanın suverenliyinə təhdid ola biləcək donor və layihələrə qarşıyıq. Lakin nə dərəcədə bütün donorları və QHT-ləri tərəzinin eyni gözünə qoymaq ədalətlidir?

Azərbaycanda yüzlərlə QHT var ki, onlar dövlətçilik maraqlarına xidmət edir. Eyni zamanda Yaponiya höküməti, TİKA, bp şirkəti və s. donor təşkilatlar da vardır ki, onların ayırdığı qrantlarla çoxlu sayda infrastruktur layihələri həyata keçirilir və bu layihələr sosial rifaha müsbət təsir edir. Belə qrantlarla məktəblər tikilib və ya təmir edilib, kəndlərə su çəkilib, sağlamlıq və səhiyyə obyektləri inşa olunub, aztəminatlı insanlara dəstək göstərilib, yaşıllıqlar salınıb, yeni iş yerləri yaradılıb və s. Lakin qrant layihələrinin həyata keçirilməsi üçün bildirişin verilməsi zamanı mövcud olan "qaydalar” QHT-lər önündə ən böyük əngəllərdən biridir.

Buna görə də hüquqi prosedurun sadələşdirilməsi vacibdir. Donor təşkilatlarının qeydiyyatı məsələsi aradan qalxmalıdır, eyni zamanda qrantların icazəli sistemdən xəbərdarlıq sisteminə keçidi təmin olunmalıdır.

Əli Həsənovdan qalan "miras”

Vaxtilə Ə.Həsənov sözegedən dəyişiklikləri arzu etdiyi təşkilatlara dəstək verib, istəmədiklərinə əngəl olmaq üçün icad etmişdi. Bu gün Ə.Həsənov olmasa da, ondan qalan "miras” davam edir. Nəyə görə? Axı hər layihə yeni iş yerlərinin açılması, yeni problemlərin həlli deməkdir. Əgər bu tələblər hansısa təşkilatların şübhəli fəaliyyəti ilə bağlıdırsa, bunu anlamaq olar. Amma qeydiyyat və razılıq sistemi kütləvi şəkildə çətinlik yaradırsa, ümumi xarakter alırsa, artıq bu barədə ciddi düşünmək lazımdır. Görünür, bu sahədə də islahatların dönəmi yetişmişdir.

Xatırladaq ki, 2013-cü ilə qədər mövcud olan qaydalara əsasən qrant layihələri ilə bağlı xəbərdarlıq sistemi var idi, razılıq əldə edilməsi tələb olunmurdu.
Son 9 ilin təcrübəsi göstərdi ki, yeni qaydalar özünü doğrultmur, QHT-lər qrant ala bilmir və nəticədə onların fəaliyyəti məhdudlaşır. Yenidən əvvəlki imkanların yaradılması, prosedurun sadələşdirilməsi üçün qanunlara dəyişikliklər olunmalıdır, qeydiyyat və razılıq tələbi ləğv edilməlidir.

QHT-lərlə bağlı qanun niyə yumşalmdılmalıdır?

Yaranmış vəziyyətdən sadəcə QHT-lər yox, həm də və daha çox Azərbaycan dövləti, ölkə iqtisadiyyatı itirir. Təcrübə göstərir ki, məhdudlaşdırma qrant ayrılmasının qarşısını almır. Əksinə, bir sıra hallarda həmin qrantlar qeyri-rəsmi yolla daxil olur, hökumət nəzarəti itirir. Əgər qanun tələbi yumşalarsa, hökumət maliyyə axınına nəzarət edə bilər.

Qrantların çox olması və rəsmi şəkildə bəyan edilməsi hökumətə vergi və digər icbari sosial ödənişlərlə daha çox vəsait əldə etmək imkanı yaradır. Hazırda gizli qrant sövdələşmələri ilə ödənilən maaşlardan tutulmalar yoxdur, xidmətlərdən vergi ödənişi olmur, ofislərə görə icarə vergisi alınmır və s. Bu hal dövlətin hər il böyük məbləğdə vəsait itirməsi deməkdir.

QHT-lərin qrant alması əslində qeyri-neft ixracının, xidmətlər ixracı anlamını verir. Layihə müəllifləri zehni əməyi ilə xaricdən qrant formasında investisiya cəlb edir, ölkəyə milyonlarla dollar dəyərində xarici valyuta daxil olur. Həmin sərmayələr hesabına çoxlu sayda iş yeri açılır, ölkədə məşğulluq səviyyəsi yaxşılaşır. Qrant layihələri əsasında müxtəlif tədbirlər keçirilir ki, bu da xidmət sektorunun inkişafına kömək edir.

Digər mühüm məqam xarici təşkilatların Azərbaycanla bağlı hazırladığı hesabatlarda özünü biruzə verir. Donor təşkilatlarının və QHT-lərin çətinliklərlə üzləşməsi səbəbindən xarici təşkilatlar Azərbaycan haqqında daha sərt məzmunlu hesabatlar təqdim edir. Beynəlxalq təşkilatlar isə həmin hesabatlar əsasında Azərbaycanla bağlı rəy verir və ölkəmizin mövqeyi pisləşir.

Dövlət başçısının son illərdə tez-tez toxunduğu məsələlərdən biri də dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təşkilidir. QHT sektoru inkişaf etmədən ictimai nəzarəti təmin etmək, nəzarətin səmərəliliyini yüksəltmək isə çətindir. QHT-lərin fəaliyyətinin genişlənməsi ictimai nəzarətin güclənməsinə də imkan yaradar.

Vasif
Sfera.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncənin icra başçısı üçün ÇƏTİN GÜNLƏR,.. - İLGİNC İDDİA
Özünü Qarabağ müharibəsi qazisi, polkovnik kimi təqdim edən ( rəsmi tərcümeyi-halında ) Niyazi Bayramovun barəsində yazılan bütün neqativ xəbərləri ZAMAN-ın ayağına yazmaq olar.
Amma birini heç cür və heç hara yazmaq olmur...
Doğrudanmı, nəinki böyük bir şəhərin rəhbəri, hətta sıradan bir adam belə bir addımı ata bilərmi..?
Söhbət 44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir.
Təsəvvür edirsiniz, erməni qəsbkarlarının raket hücumu nəticəsində Gəncə sakininin evi tamamilə dağılıb, ev əşyaları məhv olub….doğmaları ölüb…vətəndaş küçədə qalıb…
Və cənab Prezident İlham Əliyevin göstərişi ilə Gəncə sakinlərinin evlərinin bərpası üçün dövlət vəsaiti ayrılıb. Amma….
Əmması odur ki, erməni terroru nəticəsində evi dağılan, doğması ölən, yaralanan şəxslərə dövlətimiz kompensasiya verir, öz vətəndaşını himayə edir…
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və işçiləri isə bir gözü görməyən Gəncə sakininə 6 min manata qol çəkdirib, ona cəmi 1500 manat pul veriblər.
Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan zavallıya dövlət 6 min manat kömək edir, 75 faizini Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee...
İndi özünüz deyin, hansı daha dəhşətlidir: erməni terroru, yoxsa məmur özbaşınalığı..?
Erməni düşməndir, özü də qansız düşmən, onun elədikldərini harasa yazmaq olar.
Bəs, sapı özümüzdən olan məmurun əməllərini hara yazaq..?
Ona görə də möhtərəm Prezidentimiz dəfələrlə belə məmurlara üzünü tutaraq deyir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun...
Elə bilirsiniz Niyazi Bayramovun adamlarının əməlləri bununla bitir ?
Təsəvvür edirsiniz, 8 ay sonra oğlunun nəşini tapan, Qarabağ şəhidi Elvin Mustafayevin atası Fəxrəddin kişi neçə aydır Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir.
Bu adamdan soruşan lazımdır ki, oturmusan kabinetində, sənin 5-10 dəqiqə vaxtın yoxdurmu, şəhidin atasını qəbul edəsən..?
Axı, şəhid atası Niyazi Bayramovdan heç nə istəmir. Sadəcə, oğlunun və digər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Bulağın inşa edilməsinə dəstək istəyir. Amma...
Əmması odur ki, Fəxrəddin kişi və digər şəhid ataları, əmiləri icra hakimiyyətinin binası önündə günlərlə gözləsələr də icra başçısı onları qəbul etmir. Və bu boyda dərdə və biganəliyə ürəyi dözməyən Fəxrəddin kişinin ürəyi dayanmaq həddinə çatıb.
Yaxud başqa bir misal.
Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi basdıra bilmir.
Amma 44 günlük müharibə gedən ərəfədə öz övladına Londonda 30 milyon dəyərində mülk alır.
Yaxud Kəlbəcərdə şəhid olan 21 yaşlı Sahib Hüseynovun anası 6 aydır Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. Kirayədə qalan və kirayə haqqını verə bilməyən şəhid anasının məqsədi icra başçısından iş istəmək olub. Və 6 ay qəbula düşə bilməyən şəhid anası ŞİH-nin binası qarşısında çoxlu sayda dərman içərək intihar etmək istəyib və nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Belə şikayətlər bir deyil, iki deyil, üç deyil...Amma əvəzində...
Bu yaxınlarda Niyazi Bayramovun həyat yoldaşının Bakı şəhərində 10 milyonluq restoranı tapıldı. Və daha nələri…
Hələ bu harasıdır…?
Niyazi Bayramov Prezidentin Gəncəyə səfəri zamanı dövlət başısını aldadıb...
Belə ki, bütün ölkənin izlədiyi videoda Gəncədə Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı Niyazi Bayramov tələsik ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb aparıblar.
İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..?
Əslində belə məmurun yeri başqa məkandır...
Niyazi Bayramovun Mingəçevirin icra başçısı olarkən Kür çayı boyu satdığı münbit torpaqlarının dəyəri 10 milyonlarladır.
Bu siyahını kifayət qədər uzatmaq olar.
Yəqin ki, yaxın zamanda bütün bunlara Niyazi Bayramov istintaqda cavab verməli olacaq.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Hələ biz özündən 17 yaş böyük dostdan danışmırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Volodimir Zelenski Krım və Donbasın gələcək taleyinə aydınlıq gətirib
“Kiminsə Krımı öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.

O, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağını söyləyib: “Əsas məsələ suverenliyimizi itirməməkdir. Bu, çox vacibdir. İkincisi, mən yüz minlərlə insanın həlak olmasını istəmirəm. Üçüncüsü, kiminsə Krımı öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz. Bu, yalnız Ukraynanın ərazisidir. Mən sənəddə (Ukraynanın təhlükəsizliyinə təminat haqqında müqavilə - "Report") bu məsələyə dair möhlətlə razıyam. Bu kompromis qərar ola bilər. Donbas mənim, bizim, hamımız üçün Ukraynadır”.

Dövlət başçısının sözlərinə görə, Rusiyanın müvəqqəti nəzarəti altında olan ərazilər barədə hələ danışmırlar: “Fevralın 24-dək bizim nəzarətimiz altında olan ərazilərin statusu barədə hətta müzakirə aparılmır. Biz bu barədə danışmırıq. Hərçənd biz bununla bağlı əvvəldən ultimativ şərtlər eşidirdik. Rusiya müvəqqəti işğal altında olan Donbas bölgəsindəki "respublika"ları tanıyıb. Yaranmış vəziyyətdən çıxş yolu tapmalıyıq. Bu ərazilər Ukraynaya məxsusdur. Onların Ukraynaya məxsus olması ilə bağlı statuslarının saxlanılması vacibdir. Mən şəxsən bu gün Ukraynanı qalib sayıram. Əlbəttə, mən harada, kim, necə dövlət olduğumuzu, nə qədər itki verdiyimiz, itirdiyimizi, itirə biləcəyimizi, nəyi saxladığımızı başa düşürəm. Mən hesab edirəm ki, Rusiyanın genişmiqyaslı müharibəni başladığı nöqtəyə, yəni fevralın 24-dək olan mövqeyə çəkilməsi Ukraynanın qələbəsidir”.

Qeyd edək ki, təminatçı dövlətlərə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya, habelə Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa, İsrail daxildir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazi intiharları yenidən gündəmdə: - "Müharibə iştirakçıları bir təşkilatda cəmlənməlidir"
Ötən həftənin şənbə günü Gədəbəy rayonunun Çanaqçı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmüş, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunmuş, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu ad günündə özünü asaraq intihar edib. Ümumilikdə, İkinci Qarabağ Müharibəsindən sonra Vətən müharibəsi iştirakçılarının intihar və ya intihara cəhd halları artıb. Zamantv.az-ın məlumatına görə, bu vəziyyətlə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, qazilərin intiharı əksər hallarda maddi durumla bağlı olmur:

“Qazilər arasında intihar hallarının olması təəssüf doğurur. Müharibə çox ağır bir prosesdir. Bu prosesi yaşamayanlar onun dəhşətlərini anlaya bilməz. Ona görə də müharibədən sağ çıxmış və yaralanmış insanlar üçün bu vəziyyət çox çətin olur. Müharibədə elə hadisələr yaşanır ki, illər keçsə də, insanı rahat buraxmır. Mövzu həmin şəxslərin psixoloji durumu ilə bağlıdır. Bu gün dövlət Vətən müharibəsi iştirakçılarına kifayət qədər diqqət və qayğı göstərsə də, bəzi hallarda qazilər diqqətdən kənarda qalırlar və özlərinə qapanırlar. Eyni zamanda, müharibədə aldıqları travma özünəqəsdlə nəticələnir. Ən vacib məsələ qazilərin psixoloji dəstəyə ehtiyacının olmasıdır. Bunu hansısa psixoloqla həll etmək mümkün olmur. Qazi və veteranların bir yerdə çox olması, mütəmadi görüşlərin təşkili, hər il müxtəlif sanatoriyalara göndərilməsi problemi həll edə bilər. Həmçinin qazi və veteranların bir təşkilatda cəmlənməsi effektiv nəticə verə bilər. Birinci Qarabağ Müharibəsindən sonra da kifayət qədər psixoloji travma alanlar var idi. Həmin insanlar o vaxtı Qarabağ Əlillər Cəmiyyətində toplaşmaqla bir-birilərinə dəstək olurdular. Bu institutu yenidən formalaşdırmaq lazımdır. 2001-ci ildə Ramiz Mehdiyevin rəhbərliyi ilə Qarabağ Əlillər Cəmiyyəti ləğv edildi. Bu, Mehdiyevin bir oyunu idi. Yaradılan yeni struktur isə gözləntiləri doğrulda bilmədi və başqa məqsədlər üçün istifadə olunur. Ora artıq qazilərin ocağı deyil.

Ölkəmizdə Qazilər Xiyabanının salınmasına ehtiyac var. Rəhmətə gedən qazilərimizin hərəsi bir tərəfdə dəfn olunub. Ən azından, Bakıdakı qazilər eyni yerdə dəfn olunmalıdır. Eyni zamanda, qazilər üçün istirahət yerləri açılmalıdır. Ovaxtkı istirahət yerləri satılıb və imkanlı adamlar tərəfindən obyektlər tikilib. Qazilərin intihara cəhd etməməsi üçün onların bir yerdə cəmləşdirilməsi çox vacibdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik" - Prezident İlham Əliyev
Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əjdər Ol 8 il 6 ay müddətinə həbs edildi - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Əjdər Cəbiyev məhkəmədən xahiş edib ki, şəxsiyyətini və nüfuzunu nəzərə alaraq ədalətli qərar qəbul etsin.

Müşavirədən sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir. //trend//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Adam düşünür ki, yəqin, bu adamlar Azərbaycanda yaşamırlar" - deputat
“Azərbaycan dövləti bütün sahələrdə vətəndaşlarının, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçılarının yanında olduğunu həmişə sübut edib. Dövlətimiz həmin kateqoriyadan olan vətəndaşlara qarşı hər zaman daha həssas münasibət sərgiləyib. Bu, həm İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə, həm də post-münaqişə dövründə belə olub. Şəhid ailələri, qazilər və ümumiyyətlə, bütün müharibə iştirakçılarına davamlı olaraq yardımlar edilir və aylıq müavinətlər verilir. Radikal müxalifətin bəzi nümayəndələrinin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olanda adam düşünür ki, yəqin, bu adamlar Azərbaycanda yaşamırlar”. Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, həmin radikal qrup bu həssas mövzu ilə bağlı həyata keçirilən işlərlə, sözsüz ki, tanışdır, çünki görülən işlər göz qabağındadır: “Əhalinin həmin həssas təbəqəsi ilə bağlı dövlətin konkret mövqeyi var. Sadəcə olaraq, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının çox olduğu üçün proses mərhələli şəkildə həyata keçirilir. Şahidiyik ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevə bu qəbildən olan insanlarla hər zaman görüşür və onların qayğıları ilə maraqlanırlar. Azərbaycan dünyanın azsaylı dövlətlərindən biridir ki, şəhid ailələrinin hər birinin mənzillə təminatına başlayıb, artıq yüzlərlə ailələr mənzillə təmin edilib. Belə ailələrin və müharibə veteranlarının işlə təmin edilməsi, onların diqqət və qayğı ilə əhatə olunmaları təqdirəlayiqdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şadlıq sarayında SAXTA İÇKİ aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirdiyi monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkarlayıb.

Bu barədə Zamantv.az -a AQTA-dan məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib. Araşdırmalar davam etdirilir.
Şadlıq sarayında SAXTA İÇKİ aşkarlandı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evdən külli miqdarda pul və qızıl apardı
Sumqayıtda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, martın 11-dən 23-dək olan müddətdə şəhər ərazisindəki bir evdən 5000 dollar və qızıl-zinət əşyaları, digər evdən isə qızıl-zinət əşyaları oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Qismətli saxlanılıb.

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...