[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşən Rusiya hərbçilərinə ŞİRNİKLƏNDİRİCİ VƏD
Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqı ölkələrini Ukraynada döyüşməkdən imtina edən Rusiya əsgərlərinə sığınacaq verməyə çağırıb.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, onun fikrincə, bu, həyata keçirilməli olan dəyərli ideyadır.

O, Avropa İttifaqı ölkələrini rusiyalı fərarilərə sığınacaq vermək barədə düşünməyə çağırıb.
Mişel Rusiya hərbçilərinə müraciətində deyib: “Ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın, döyüş meydanını tərk edin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BMT “dişsiz” təşkilatdır! – “Tərkibi dəyişdirilməli, TŞ üzvlərinin sayı..”
Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edib. Dövlət başçısı BMT haqqında danışarkən bu təşkilatın dünyada sülhü effektiv şəkildə təmin edə bilmədiyini bəyan edib : “Aydındır ki,təcavüzkarı sülhə məcbur edilməsini təmin etməli olan əsas institutut sadəcə olaraq effektiv işləyə bilmir ”. V.Zelenski “BMT yaradılarkən dünyada sülhün təmin ediləcəyinə dair verilən zəmanət haradadır?” sualını verib. Dia.az xəbər verir ki, siyasi şərhçi Fuad Abbasov Ukrayna dövlət başçısının BMT-nin fəaliyyətsizliyi ilə bağlı açıqlamasını “Sherg.az”a şərh edib:

“BMT İraq, Liviya müharibəsində, eləcə də, “Ərəb baharı”nın meydana gəldiyi digər ölkələrdə öz fəaliyyətsizliyini göstərib. O mərkəzi ofisi Nyu-York şəhərində yerləşən və Amerika siyasətindən asılı təşkilatdır. Artıq BMT-nin tərkibinin dəyişdirilməsi çox vacib şərt olaraq gündəmə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə “Dünya beşdən böyükdür”-, deyərək çağırış edib.Yəni təhlükəsizliklə bağlı qərarların verilməsində sadəcə BMT üzvü olan beş ölkə deyil, digər ölkələr, eləcə də,Türkiyə iştirak etməlidir”.

Analitik diqqətə çatdırıb ki, BMT ikinci dünya müharibəsindən sonra alınmış qərarlar üzərində duran bir təşkilatdır:

“O sadəcə beş ölkənin qərarı ilə fəaliyyət göstərir. Hətta Qarabağ məsələsində bu təşkilatın uzun illər öncə qəbul etdiyi qətnamələri Azərbaycan əsgərlərinin yerinə yetirdiyinin şahidi olduq. Bu onu göstərir ki, gec-tez BMT-nin strukturu dəyişdirilməli və Təhlükəsizilik Şurasının üzvlərinin sayı artırılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
I Qarabağ müharibəsi əlilləri: Birdəfəlik ödənişin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin verilməsi prosesi ləngiyir.

Belə ki, ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Bununla bağlı fərman imzalandığı gündən hazırlıqlara başlanılsa, müvafiq işlər görülsə də, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayında veriləcəyinə başlanmasının nəzərdə tutulduğu məlum olub.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov fevral ayında Cebhe.info-ya açıqlamasında ödənişlərin verilməsinə bu ilin aprel-may aylarında başlanılmasının planlaşdırıldığını bildirmişdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevralın sonunda mətbuata açıqlamasında iyun ayına qədər elektronlaşmaların başa çatacağını qeyd edib.

Nazir bilirib ki, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşdırma və digər sənədlər olmadığına görə bu sahədə müəyyən çətinliklər var:

“Çünki həmin sənədlər elektronlaşdırılmayıb. Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək”.

Bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsaitin ödəniləcəyini deyən nazir, həmin şəxslərin sayının hələ yekun rəqəm olmadığını və siyahının dəqiqləşdiriləcəyini vurğulayıb.

İlkin mərhələdə fərmandan irəli gələn məsələlərin icrası, birdəfəlik ödənişin verilməsi qaydasının hazırlanması üçün komissiya yaradılıb. Qaydaların layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Lakin hələ də ödənişlərin verilməsinə başlanılmayıb. Sənədlərin toplanması, təqdim olunması, təsdiqi və elektronlaşması vaxt aparır. Bu səbəbdən də sənədləri hazır olmayan əlillər digərlərinə ödənişin verilməsini ləngidir. Lakin hazırda təqaüd alan I Qarabağ müharibəsi əlillərinin adlı siyahısının nazirlikdə olduğunu nəzərə alsaq, həmin əlillərə birdəfəlik ödənişin verilməsinin ertələnməsi məntiqsizdir.

Belə olduğu halda sənədləri hazır olan I Qarabağ müharibəsi əlillərinin ödənişinin verilməsi niyə ləngiyir? Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bu sahədə gecikmənin olmadığını bildirib:

“1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq işlər davam edir və bu sahədə hər hansı gecikmə də yoxdur”.

Qurum rəsmisi sənədlərin elektron sistemə köçürülməsi işlərinin aparıldığını qeyd edib:

“Birdəfəlik ödəmənin verilməsi qaydası ilə bağlı təkliflər müvafiq komissiya tərəfindən artıq Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən birdəfəlik ödəmə proqramının icrası e-infrastruktur üzərindən şəffaf şəraitdə aparılmaqla, həmin vəsaitlərin müvafiq kateqoriyalardan olan vətəndaşlara ödənilməsi prosesi proaktiv qaydada həyata keçiriləcək.

Yəni, artıq onların birdəfəlik ödəmə ilə bağlı hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmayacaq.

Bu ödənişlər elektron sistem üzərindən avtomatik təyin olunacaq və bu barədə şəxsə məlumat veriləcək.

Ona görə də 17-20 min insanı əhatə edən proqram üzrə ödənişlərin proaktiv təyinatı mexanizminin tətbiqi üçün də həmin insanların əlillik sənədləri ilə bağlı işlər, siyahılaşdırma, xüsusilə uzun illər əvvələ aid və çoxusu kağız üzərində olan əlillik sənədlərinin e-sistemə köçürülməsi işləri aparılır və bu işlər artıq yekun mərhələdədir.

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat nəzərdə tutulub. Həmin ödənişlər nağdsız qaydada onların bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Twitter”dən Putinin hesabına MƏHDUDİYYƏT
“Twitter” aralarında Rusiay Prezidenti Vladimir Putin olmaqla bu ölkənin 300-dən çox hökumət rəsmilərinin hesabına məhdudiyyyət qoymaq istəyir.

Zamantv.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sosial şəbəkə bildirib ki, hesablar artıq saytda qrafiklərdə, bildirişlərdə və ya başqa yerdə tövsiyə olunmayacaq.
Şirkət silahlı münaqişəyə cəlb olunanan istənilən ölkəyə qarşı tədbirlər görəcəyini bildirib.

Hal-hazırda Vladimir Putinin sosial şəbəkədə iki rəsmi hesabı var. Biri rus digəri isə ingilis dilindədir. Səhifələrin müvafiq olaraq 3,6 milyon və 1,7 milyon abonəçisi var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi hissədə əsgəri DÖYDÜLƏR: 1 hərbçi xidmətdən qovuldu
Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.

Zamantv.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qurum rəsmisi bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib:
"Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək" -deyə E.Zahidov qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Fransa meydan"ında separatçıların bayrağı: Təsadüf? Nə baş verir?
Bir qədər əvvəl İrəvanda hökumətin hesablamalarına görə təxminən 11 min, müxalifətin hesablamalarına görə isə 20 min insanın iştirakı ilə anti - Paşinyan mitinqi baş tutdu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının ideoloji və təşkilati işlər, sosial məsələlər üzrə müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov açıqlamasında bildirib ki, mitinqdə Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan və sairləri iştirak edərək Azərbaycan və Türkiyə ilə yeni danışıqlarla bağlı hakimiyyəti xəbərdar etdilər.

Müxalifət aşağıdakı tələbləri irəli sürdü:
1. Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır.

2. Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsinin rədd edilməsi.

3. Qarabağ anklav olmamalıdır. Etibarlı quru sərhəddi istənilir.

4. 1994 - cü ildə ATƏT sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir.

5. Dəhliz verilməməlidir.

6. Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır.

7. Qarabağdakı ermənilərinin müqqədaratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır.

8. Türkiyə ilə danışıqlarda "soyqırımı" sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır.

Xatırladım ki, mitinq getdiyi vaxt Paşinyanın Brüsselə səfəri başlayıb. Onun Blinkenlə telefon danışığı baş tutub. Müxalifət isə, sabahdan regionlarda da mitinqlərin keçirilməsi üçün tərəfdarlarına çağırış edib. Onlar Paşinyanın istefası üçün tədricən ümümxalq mitinqlərinə başlamaq niyyətindədirlər.

Baş verən hadisələrdə diqqətdən yayınmayan ən əsas fakt var. Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqqının təşkilatçılığı ilə təşkil edəcəyi 6 aprel görüşünə bir neçə gün qalmış gözlənilmədən müxalifətin 2 siyasi bloku küçə mitinqlərinin keçirilməsinə qərar verir. Serj Sarkisyan hansı ki, 4 il ərzində evdə oturub hadisələrə seyr etməyə üstünlük verirdi , indi "küçə ulduzu" olmağı iddiasına düşüb.

Təbii ki, baş verənlər ABŞ- Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil edilməlidir. Ukraynada baş verənlər və Qafqazda son proseslər fonunda Vaşinqton yaxın aylar ərzində Nikol Paşinyana maksimum dəstək verməyi və onun zor gücü ilə hakimiyyətdən getməməsi üçün əlindən gələni edəcək. ABŞ Saakaşvili - İvanişvili "səhvinin" Ermənistanda təkrarlanmaması üçün Paşinyanın daxili auditoriyada reytinqini qoruyacaq addımları atmağa cəhd göstərəcək. Bu isə o deməkdir ki, Qarabağın dağlıq hissəsi və demarkasiya- delimitasiya məsələlərində yaxın 6 ayda ABŞ tərəfindən status - kvonun qorunmasına üstünlük veriləcək. Bunlar daha çox Azərbaycan və Ermənistan arasındakı məsələlərə aiddir. Türkiyə - Ermənistan mövzusunda isə, əksinə, Vaşinqton Ankara ilə İrəvan arasında yeni münasibətlərin qurulması və sərhədlərin açılmasını dəstəkləyəcək.

Digər diqqət yetirməli olduğumuz digər məqam 9 aprel Moskvada baş tutmalı olan Putin- Paşinyan görüşü ilə bağlıdır. Görünən odur ki, Rusiya Ermənistandan yeni qarantiyalar və imzalanacaq sənədlər istəyir. Paşinyan isə, 2 ay idi ki, vaxt aparmaqla məşqul idi. Nikolun Moskva qarşısında vaxt uzatması Fərruxlu yüksəkliyi ilə bağlı vəziyyətin dəyişməsinə və bu gün mitinqin baş tutmasına gətirib çıxartdı. Beləcə, Kreml öz dişini Ermənistan hökumətinə göstərmiş oldu.

Mövcud reallıqlar fonunda yaxın aylar ərzində Azərbaycan və Ermənistan arasındakı danışıqlarda hümanitar məsələləri çıxmaq şərtiylə, ələlxüsus siyasi mövzularda hər- hansı irəliləyişin olması gözlənilmir.

Lakin... Çox güman ki, bu dəfə də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişel tərəfindən təkbətək söhbət etmələrinə imkan yaradılacaq. Paşinyan ağıllı olsa , yegane xilas yolu olan tərəflə açıq söhbət edər...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
Zamantv.az yeni layihəyə başlayır - “Məni tanı”.

Bu layihədə dünyaca məşhur insanların həyatından maraqlı faktları təqdim edəcəyik. İlk bəhs edəcəyimiz isə Pakistanın keçmiş baş naziri İmran Xandır.

İmran Xan 5 oktyabr 1952-ci ildə anadan olub. Varlı ailədə böyüyən İmran atası inşaat mühəndisi İkramulla Xan Niyazinin geniş imkanları sayəsində yaxşı təhsil alıb.
İkramulla Xan Niyazi ilə həyat yoldaşı Şövkət xanımın yeganə oğlan övladı olan İmranın 4 bacısı var. O, əvvəlcə Laxoradakı Atkinson kollecində oxuyub. Daha sonra Böyük Britaniyadakı Vuster gimnaziyasında, Oksfordda təhsil alıb.

Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
16 yaşından Laxorada kriket oynamağa başlayan İmran 1976-cı ildə Pakistana qayıdanda milli yığmanın üzvü idi. O, 30 yaşına kimi kriketlə məşğul olub.

İmran Xan 80-ci illərin əvvəllərində əyləncə məclislərini sevən məşhur London “pleyboylarından” idi.

O, 1984-cü ildə “Mail Online” nəşrinə müsahibəsində Pakistandan tək gəzən qızlara rast gəlməyin mümkünsüz olduğunu demişdi.
Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
“Pakistanda tək gəzən qızlara rast gələ bilməzsiz. Diskotekalar, barlar, görüş üçün yerlər yoxdur”.

İmran Xan verdiyi müsahibədə həm də qadınlarla görüşdüyünü və bundan zövq aldığını vurğulamışdı.

Uzun illər kriket oyunçusu kimi çalışan İmran Xan, 1992-ci ildə karyerasını başa vurduqdan sonra öz obrazını dəyişməyə cəhd edir.

Elə həmin il İmranın sevgilisi Sita Uaytdan Tirana adında bir qız övladı dünyaya gəlir. İmran Xan əvvəllər qızını qəbul etməyib. Amma sonradan razılaşıb.

İmran Xan 42 yaşında yəhudi milyarder Ceyms Qoldsmitin 20 yaşlı qızı Cemimi Qoldsmitə evlilik təklif edir. Bir neçə həftə sonra cütlük ailə qurur.

1997-ci ildə isə onların Süleyman İsa, daha sonra isə Qasım adlı oğlu dünyaya gəlir. 2004-cü ildə cütlük ayrılır.

Uzun müddət tək yaşayan İmran Xan 2015-ci ildə subaylığın daşını atır. Belə ki, BBC-də hava proqnozunu təqdim edən xanım jurnalist Rexamla ailə həyatı qurur.

Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
Rexamla İmran Xanın tanışlığı isə 2012-ci ildə - ondan müsahibə alan zaman baş verir. Onun isə əvvəlki evliliyindən 3 övladı var. İkinci müsahibədən sonra İmran Xan onu yeməyə dəvət edir. Birinci evlilikdə olduğu kimi İmran Xan bununla da ikinci görüşdə evlənmə təklif edir.

Rexam İmranın təklifini qəbul etsə də, nikah uğursuz olur. Və cəmi 10 ay davam edir...

İmran Xan yenidən – 3 illik fasilədən sonra 2018-ci ilin fevral ayında evlənir. Baş nazirin sonuncu rəsmi evliliyi Burşa Maneka ilə olur. Bu dəfə seçdiyi 39 yaşlı Burşa xanım isə Sufi məktəbinin lideri olub. Burşanın İmran Xandan əvvəlki evliliyindən 5 övladı var.

İmran Xan ailə həyatı qurduğu xanımın üzünü toya qədər görməmişdi. Bunun səbəbi isə Burşa Manekanın niqab taxmağı idi. Sadəcə İmrana cavan vaxtlarında üzü açıq çəkdirdiyi bir fotosunu göstərib.
Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
25 iyul 2018-ci ildə Pakistan İslam Respublikasında keçirilən parlament seçkilərində Xanın yaradıb rəhbərlik etdiyi “Təhrek-e-İnsaf” (“İnkişaf və ədalət”) partiyası 270 yerdən 116-nı tutaraq birinci yerə çıxdı. Bu rəqəmlər də İmran Xanın Pakistanın yeni baş naziri olacağından xəbər verir.

“Şükür Allaha biz qalib gəldik. Və Allahın izniylə ortaya nümunə qoyacağıq”, – deyə İmran Xan qələbəsini elan edərkən bildirib.

Həbsdə olan sabiq baş nazir Nəvaz Şərif isə İmran Xanın qələbəsini tanımayıb və seçkidə saxtakarlıqların olduğunu deyib.

İmran Xan baş nazir üçün nəzərdə tutulan rezidensiyaya köçməyəcəyini, oranı məktəb və ya başqa təhsil müəssisəsinə çevirəcəyini bəyan edib.

“Belə böyük evdə yaşamaqdan utanardım”, – deyə İmran Xan bildirib.

İmran Xanla bağlı maraqlı faktlardan biri də Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı baş verib.
Belə ki, Baş nazir Kremldə görüş zamanı Putinlə təsbeh çevirə-çevirə danışıqlar aparıb. Və bu dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu...

Qeyd edək ki, İmran Xan bir neçə gün əvvəl baş nazir vəzifəsindən istefa verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ərazi güzəştindən söhbət gedə bilməz” - Başqa yolu YOXDUR!
Azərbaycan və Ermənistan liderləri sabah, aprelin 6-da Brüsseldə yenidən bir araya gələcək. Dünyanın diqqət mərkəzində olan görüş sözgügedən tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli formada baş tutacaq. Son üç ayda Azərbaycan və Ermənistan liderləri dördüncü dəfə üz-üzə gələcək.

Görüşdən öncə həm Ermənistan, həm də Azərbaycan tərəfdən optimist fikirlər səsləndirilir. Rəsmi Bakı sülh müqaviləsinin təməllərini təşkil etmək üçün 5 prinsip açıqlayıb. Bununla bağlı rəsmi İrəvandan etiraz gəlməyib.
İ.Əliyevlə N.Paşinyanın Brüssel görüşündən nələr gözlənilir? Zamantv.az xəbər verir ki, "Sherg.az"ın sualını cavablandıran hərbi-siyasi ekspert Həşim Səhrablının sözlərinə görə, liderlərin görüşündə konkret məsələlər ətrafında müzakirələr aparılacaq:

" Ölkələrarası krizi, problemi aydınlaşdırmaqdan ötrü ölkələrin xarici işlər nazirləri, yaxud ikinci, üçüncü dərəcəli siyasətçilərin qurduğu kommisiyalar müzakirəni reallaşdırır.

Vətən müharibəsindən sonra Azərbaycanın qətiyyətli qələbəsi artıq məsələni diplomatik sahədə konkret məcraya daşıyır. Azərbaycan tərəfinin Ermənistana 5 baza prinsip təkliflər etmişdi.

Rəsmi İrəvan müəyyən müsbət ifadələr söyləyir. 6 aprel tarixində tərəflər sülh müqaviləsi imzalamayacaq, lakin bu istiqamətdə ciddi addımların atılması haqda razılıq əldə edilməsi mümkündür. Növbəti görüşlər üçün effektiv zəmin hazırlana bilər. Ərazi problemləri tam həllinə qovuşmayıb".

Ekspert bildirib ki, Ermənistan tərəfi Qarabağa ərazi iddialarının üzərində dayanırlar:

“2020-ci ildən əvvəlki qədər olmasa da, “erməni dövləti”nin qurulması kimi bəyanatları görürük.
Azərbaycan tərəfi birmənalı şəkildə mövqeyini irəli sürüb.

Ərazi güzəştindən söhbət gedə bilməz.
Ermənistanın da qısa zamanda sözügedən ərazilərdən imtina edəcəyini gözləmək sadəlövhlükdür.

Rəsmi İrəvan buna can atsa da, cəmiyyətdəki siyasi zəmini nəzərə alaraq qısa müddətdə gerçəkləşdirməsi imkansızdır.

Ermənistan siyasi elitası, sosial təbəqəsi belə Qarabağ məsələsində güzəştə gedilməməsinin tərəfdarıdırlar.
N.Paşinyanın Azərbaycanla münasibətləri bərpa etməsi üçün Qarabağdan qəti imtina etməsi gözlənilmir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Həsənovdan qalan bədxassəli “miras” – QHT-lərin önündəki süni maneələr Azərbaycana necə zərər verir?
Azərbaycanda donorların və ictimai təşkilatların fəaliyyətində son illərdə müəyyən çətinliklər, problemlər müşahidə edilir.

Son illərə qədər ölkəmizdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət imkanları geniş olsa da, 2013-cü ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Qrant haqqında” qanunlarda edilən dəyişiklikdən sonra QHT-lərin fəaliyyətində çətinliklər yarandı, onların üzləşdiyi bürokratik maneələr artdı.

QHT-lərin işini çətinləşdirən bürokratik əngəllər

Adıçəkilən qanunlarda dəyişikliyin ideya müəllifi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov idi. Əfsuslar olsun ki, ondan miras qalan dəyişikliklər hələ də donorlara və QHT-lərə ciddi maeneələr yaradır.

QHT-lər haqqında mövcud olan qanuna görə donor təşkilatları Azərbaycanda qeydiyyatdan keçməlidir. Əvvəl belə bir tələb yox idi və donor təşkilatının öz ofisi olan digər ölkədən Azərbaycana birbaşa qrant ayırmaq imkanı var idi. 2013-cü ildən tətbiq edilən yeni qaydalara əsasən, xarici donor təşkilatı Azərbaycan təşkilatına qrant ayırmaq üçün ölkəmizdə qeydiyyata alınmalıdır.

"Qrant haqqında” Qanuna əsasən isə donor elan etdiyi layihənin texniki-iqtisadi əsaslandırmasını aparılmalıdır O, sübut etməlidir ki, bu layihə Azərbaycan üçün vacibdir. Bir çox hallarda müvafiq icra qurumu olan Ədliyyə Nazirliyi bu layihələrə ehtiyac olmadığı haqqında rəy verir. Beləliklə bir çox hallarda donorların Cənubi Qafqaz üçün nəzərdə tutulan vəsaitlərin Azərbaycan üçün nəzərdə tutulan hissəsi də Gürcüstan və Ermənistan təşkilatları tərəfindən istifadə edilməyə başlandı.

Qanuna görə qeydə alınmayan qrantın verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

İctimai təşkilatların fəaliyyəti sahəsində digər mühüm problem qrant müsabiqəsinə təqdim edilən layihələrə razılığın (bildiriş) alınmasıdır. Qanuna əsasən, ictimai birliklər və fondlar qrant və ianə aldıqları zaman layihəni Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərməli, baş idarə isə onu 1 ay ərzində qeydiyyata alıb-almaması haqqında təşkilatlara rəsmi bildiriş təqdim etməlidir.

Bəzən razılığın verilməsi 5-6 ay, hətta 1 ilə qədər uzanır. Bu hal layihələrin icrasını çətinləşdirir, hətta onun tam dayandırılmasına səbəb olur. Çünki hər bir layihə müəyyən müddət üçün hazırlanır və həmin müddətdə layihə icra edilib yekunlaşdırılmalıdır. Amma razılığın verilməsinin gecikdirilməsi layihəni vaxtında başlamağa imkan vermir və ya layihənın icrası dayandırılır. Layihə icra edilmədikdə isə donor QHT-yə ödədiyi vəsaiti geri alır.

Biz də Azərbaycanın suverenliyinə təhdid ola biləcək donor və layihələrə qarşıyıq. Lakin nə dərəcədə bütün donorları və QHT-ləri tərəzinin eyni gözünə qoymaq ədalətlidir?

Azərbaycanda yüzlərlə QHT var ki, onlar dövlətçilik maraqlarına xidmət edir. Eyni zamanda Yaponiya höküməti, TİKA, bp şirkəti və s. donor təşkilatlar da vardır ki, onların ayırdığı qrantlarla çoxlu sayda infrastruktur layihələri həyata keçirilir və bu layihələr sosial rifaha müsbət təsir edir. Belə qrantlarla məktəblər tikilib və ya təmir edilib, kəndlərə su çəkilib, sağlamlıq və səhiyyə obyektləri inşa olunub, aztəminatlı insanlara dəstək göstərilib, yaşıllıqlar salınıb, yeni iş yerləri yaradılıb və s. Lakin qrant layihələrinin həyata keçirilməsi üçün bildirişin verilməsi zamanı mövcud olan "qaydalar” QHT-lər önündə ən böyük əngəllərdən biridir.

Buna görə də hüquqi prosedurun sadələşdirilməsi vacibdir. Donor təşkilatlarının qeydiyyatı məsələsi aradan qalxmalıdır, eyni zamanda qrantların icazəli sistemdən xəbərdarlıq sisteminə keçidi təmin olunmalıdır.

Əli Həsənovdan qalan "miras”

Vaxtilə Ə.Həsənov sözegedən dəyişiklikləri arzu etdiyi təşkilatlara dəstək verib, istəmədiklərinə əngəl olmaq üçün icad etmişdi. Bu gün Ə.Həsənov olmasa da, ondan qalan "miras” davam edir. Nəyə görə? Axı hər layihə yeni iş yerlərinin açılması, yeni problemlərin həlli deməkdir. Əgər bu tələblər hansısa təşkilatların şübhəli fəaliyyəti ilə bağlıdırsa, bunu anlamaq olar. Amma qeydiyyat və razılıq sistemi kütləvi şəkildə çətinlik yaradırsa, ümumi xarakter alırsa, artıq bu barədə ciddi düşünmək lazımdır. Görünür, bu sahədə də islahatların dönəmi yetişmişdir.

Xatırladaq ki, 2013-cü ilə qədər mövcud olan qaydalara əsasən qrant layihələri ilə bağlı xəbərdarlıq sistemi var idi, razılıq əldə edilməsi tələb olunmurdu.
Son 9 ilin təcrübəsi göstərdi ki, yeni qaydalar özünü doğrultmur, QHT-lər qrant ala bilmir və nəticədə onların fəaliyyəti məhdudlaşır. Yenidən əvvəlki imkanların yaradılması, prosedurun sadələşdirilməsi üçün qanunlara dəyişikliklər olunmalıdır, qeydiyyat və razılıq tələbi ləğv edilməlidir.

QHT-lərlə bağlı qanun niyə yumşalmdılmalıdır?

Yaranmış vəziyyətdən sadəcə QHT-lər yox, həm də və daha çox Azərbaycan dövləti, ölkə iqtisadiyyatı itirir. Təcrübə göstərir ki, məhdudlaşdırma qrant ayrılmasının qarşısını almır. Əksinə, bir sıra hallarda həmin qrantlar qeyri-rəsmi yolla daxil olur, hökumət nəzarəti itirir. Əgər qanun tələbi yumşalarsa, hökumət maliyyə axınına nəzarət edə bilər.

Qrantların çox olması və rəsmi şəkildə bəyan edilməsi hökumətə vergi və digər icbari sosial ödənişlərlə daha çox vəsait əldə etmək imkanı yaradır. Hazırda gizli qrant sövdələşmələri ilə ödənilən maaşlardan tutulmalar yoxdur, xidmətlərdən vergi ödənişi olmur, ofislərə görə icarə vergisi alınmır və s. Bu hal dövlətin hər il böyük məbləğdə vəsait itirməsi deməkdir.

QHT-lərin qrant alması əslində qeyri-neft ixracının, xidmətlər ixracı anlamını verir. Layihə müəllifləri zehni əməyi ilə xaricdən qrant formasında investisiya cəlb edir, ölkəyə milyonlarla dollar dəyərində xarici valyuta daxil olur. Həmin sərmayələr hesabına çoxlu sayda iş yeri açılır, ölkədə məşğulluq səviyyəsi yaxşılaşır. Qrant layihələri əsasında müxtəlif tədbirlər keçirilir ki, bu da xidmət sektorunun inkişafına kömək edir.

Digər mühüm məqam xarici təşkilatların Azərbaycanla bağlı hazırladığı hesabatlarda özünü biruzə verir. Donor təşkilatlarının və QHT-lərin çətinliklərlə üzləşməsi səbəbindən xarici təşkilatlar Azərbaycan haqqında daha sərt məzmunlu hesabatlar təqdim edir. Beynəlxalq təşkilatlar isə həmin hesabatlar əsasında Azərbaycanla bağlı rəy verir və ölkəmizin mövqeyi pisləşir.

Dövlət başçısının son illərdə tez-tez toxunduğu məsələlərdən biri də dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təşkilidir. QHT sektoru inkişaf etmədən ictimai nəzarəti təmin etmək, nəzarətin səmərəliliyini yüksəltmək isə çətindir. QHT-lərin fəaliyyətinin genişlənməsi ictimai nəzarətin güclənməsinə də imkan yaradar.

Vasif
Sfera.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Volodimir Zelenski Krım və Donbasın gələcək taleyinə aydınlıq gətirib
“Kiminsə Krımı öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.

O, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağını söyləyib: “Əsas məsələ suverenliyimizi itirməməkdir. Bu, çox vacibdir. İkincisi, mən yüz minlərlə insanın həlak olmasını istəmirəm. Üçüncüsü, kiminsə Krımı öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz. Bu, yalnız Ukraynanın ərazisidir. Mən sənəddə (Ukraynanın təhlükəsizliyinə təminat haqqında müqavilə - "Report") bu məsələyə dair möhlətlə razıyam. Bu kompromis qərar ola bilər. Donbas mənim, bizim, hamımız üçün Ukraynadır”.

Dövlət başçısının sözlərinə görə, Rusiyanın müvəqqəti nəzarəti altında olan ərazilər barədə hələ danışmırlar: “Fevralın 24-dək bizim nəzarətimiz altında olan ərazilərin statusu barədə hətta müzakirə aparılmır. Biz bu barədə danışmırıq. Hərçənd biz bununla bağlı əvvəldən ultimativ şərtlər eşidirdik. Rusiya müvəqqəti işğal altında olan Donbas bölgəsindəki "respublika"ları tanıyıb. Yaranmış vəziyyətdən çıxş yolu tapmalıyıq. Bu ərazilər Ukraynaya məxsusdur. Onların Ukraynaya məxsus olması ilə bağlı statuslarının saxlanılması vacibdir. Mən şəxsən bu gün Ukraynanı qalib sayıram. Əlbəttə, mən harada, kim, necə dövlət olduğumuzu, nə qədər itki verdiyimiz, itirdiyimizi, itirə biləcəyimizi, nəyi saxladığımızı başa düşürəm. Mən hesab edirəm ki, Rusiyanın genişmiqyaslı müharibəni başladığı nöqtəyə, yəni fevralın 24-dək olan mövqeyə çəkilməsi Ukraynanın qələbəsidir”.

Qeyd edək ki, təminatçı dövlətlərə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya, habelə Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa, İsrail daxildir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO