[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan BRICS-ə yalnız bu halda qoşula bilər...


"Azərbaycan və BRICS: imkanlar və perspektivlər" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahir Qasımov "Azərbaycan xarici siyasətində BRICS-in yeri" mövzusunda çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan xarici dünya ilə münasibətlərini ərazi bütövlüyünə hörmət, ümumiyyətlə qarşılıqlı hörmət prinsipləri əsasında qurur:

"Azərbaycan qlobal təhlükəsizliyə və sülhə öz töhfəsini verib. Xarici siyasətimizin humanitar ölçüsünə baxdıqda isə son bir-iki ildə keçirilmiş tədbirlər böyük əhəmiyyət kəsb edib. Biz 30-dan çox ölkəyə 330 milyon dəyərində humanitar yardım göstərmişik. Bu gün iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirak edirik".

XİN nümayəndəsi bildirib ki, Azərbaycan BRICS-in fəaliyyətini yaxından izləyir.

Bəs Azərbaycan BRICS-ə üzv ola bilərmi? Bunun ölkəmizə faydası olacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, BRICS-ə Azərbaycanın da üzv olması mümkündür:

"Biz yalnız beynəlxalq mülki, iqtisadi, maliyyə qurumları ilə iş görə, onlara üzv ola bilərik. Biz heç bir hərbi təşkilatın üzvü deyilik. Niyə də BRİCS-ə üzv olmayaq? BRİCS bu gün deyərdim ki, inkişaf etməkdə olan maliyyə qurumudur. Hətta quruma üzv ölkələrin ortaq valyutasının yaranmasından da söhbət gedir. Sadəcə olaraq Azərbaycan milli maraqlarına, beynəlxalq mövqeyinə nə maraqlı oldu, o addımı da atacaq".

İqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, Azərbaycanın iqtisadi münasibətləri kifayət qədər Qərblə bağlıdır:

"İstər neft-qaz layihələri, istərsə də idxal-ixrac əməliyyatları kifayət qədər Qərb şirkətləri, o cümlədən qardaş Türkiyəylə bağlıdır. BRICS-də Azərbaycana maraqlı sahə yoxdur. Yəni bizim BRICS üzvü ölkələrinə ixrac edə biləcəyimiz məhsul yoxdur. Bizim istehsal etdiyimiz məhsulların bazarı məlumdur. İdxala gəldikdə, Rusiyadan, Çindən Azərbaycana kifayət qədər idxal olur. İdxalda bu iki ölkə Türkiyə ilə birlikdə ilk üçlükdə yer alır. BRICS-ə üzv olmaq üçün iqtisadi bir səbəb yoxdur".

Ekspert vurğulayıb ki, BRICS-ə yalnız Türkiyə ilə birlikdə qoşulmaq olar:

"Gələcəkdə qardaş Türkiyə BRICS-ə üzv olmaq istəsə, onunla birlikdə birlikdə təmsil olunmaq mümkündür. Amma ayrı-ayrılıqda, Türkiyəsiz üzv olmaq Azərbaycana ciddi heç bir dvident gətirməyəcək".

BRICS - beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Qrupun üzvləri aşağıdakı ölkələrdir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Maliyyə Nazirliyi ilə bağlı FƏRMAN

 
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi vəzifəsi ləğv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftimizin qiyməti 87,57 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.82 dollar və ya 0.93% azalaraq 87,57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 88,39 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ələkbərovun nəzarətindən çıxan bankda 288 milyon yığılmış zərər - DETALLAR

“Yelo Bank” ASC-nin 2023-cü ilin yekunları üzrə maliyyə hesabatları açıqlanıb.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 566 mln 453 min manat təşkil edib. Bu isə 2022-ci ilin yekunları ilə müqayisədə 91% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 22,9% artaraq 764 mln 310 min manat təşkil edib.

2022-ci ilin son rübü ilə müqayisədə bankın depozit portfeli 2,3 dəfə artaraq 1 mlrd 292 mln 23 min manata çatıb. Bankın cəmi öhdəlikləri isə 2 dəfəyə yaxın artaraq ötən ilin dekabrın 31-ə 1 mlrd 467 mln 384 min manat təşkil edib.

Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri də 91 mln 275 min manat olub ki, bu da illik müqayisədə 4,6% çoxdur.

Nizamnamə kapitalı 378 mln manat, yığılmış zərəri 288 mln 252 min manat olan “Yelo Bank”ın cəmi kapitalı illik müqayisədə 29,9% artaraq 99 mln 69 min manata yüksəlib.

Ötən ilin son rübünün yekununda bankın xalis faiz gəlirləri 67 mln 162 manat, xalis qeyri-faiz xərcləri isə 58 mln 956 min manat təşkil edib. Əməliyyatlarını 8 mln 206 min manat mənfəətlə icra edən bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 12 mln 555 min manat azaldıb. Bununla da, “Yelo Bank” ötən ili 20 mln 762 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Yelo Bank” ASC-nin səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur. Bir müddət əvvəl milyader Vahid Ələkbərovun nəzarət etdiyi “Topaz İnvestment Limited” MMC bankdakı payını digər səhmdarlara ötürüb. Bununla da Banka birbaşa nəzarət V. Ələkbərovdan M. Kulişovaya keçib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək əsən kimi niyə ancaq məktəb binalarının dam örtüyü uçur? - HƏQİQƏTƏN DƏ...

Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub. Güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb. Ölkə ərazisində güclü külək əsən kimi adətən ən çox zərər görən tikililər orta təhsil müəssisələrinin binalarıdır. Bu isə təhsil müəssisələrinin daha keyfiyyətli və təbiət hadisələrinə davamlı inşasına zəmin yaradır.

Təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, güclü külək nəticəsində adətən təhsil müəssisələrinin zərər görməsi tikintini həyata keçirən podratçı şirkətin ciddi şəkildə pozuntulara yol verdiyinin göstəricisidir:

"Etiraf edək ki, o qədər də güclü olmayan küləklərdə məktəblərin inzibati binasında müəyyən qədər söküntülər əmələ gəlir. Məsələn, dam örtükləri uçur və yaxud da inzibati binalarda qəzalar baş verir. Bu, onu göstərir ki, tikintini həyata keçirən podratçı şirkət ciddi şəkildə pozuntulara yol verir. Yəni bu gün Azərbaycanda biz əgər uğur qazanan bir məktəb istəyiriksə, burada təkcə müəllimlərin bilik və bacarıqları yüksək olmamalıdır, həmçinin təhlükəsiz məktəb mühitinin yaradılması məsələsi də daim gündəmdə olmalıdır".

Nazirlər Kabinetinin tikinti normaları ilə bağlı 2012-ci ildə qəbul etdiyi 171 saylı qərarını xatırladan ekspert söyləyib ki, həmin qərarda orta ümumtəhsil məktəblərinin texniki göstəriciləri də qeyd olunub:

"Təəssüflər olsun ki, binanın dam örtüyünün bərkidildiyi konstruksiyalar taxtadan ibarət olur. Külək zamanı böyük ölçülü damların altına hava axını daxil olur. Nəticədə taxta örtüklər onu saxlaya bilmirlər. Ona görə də tikintini həyata keçirən və onu təhvil alan qurum binanın dam örtüyünün taxta konstruksiyalardan quraşdırılmasına icazə verməməlidir. Onlar dəmir şəbəkələrlə qorunmalıdır".

K.Əsədov həmçinin vurğulayıb ki, son 15 il ərzində ölkədə ümumilikdə 3 mindən çox yeni məktəb binası tikilərək istifadəyə verilib. Onun sözlərinə görə, amma hazırda 900-ə yaxın məktəb qəzalı vəziyyətdədir: "Bu qədər məktəbin qəzalı vəziyyətdə olmasına baxmayaraq, hər il orta rəqəmlə 40-a yaxın yeni məktəb binası tikilir və yaxud da əsaslı təmir işləri aparılır. Hazırda Azərbaycanda 4432 orta ümumtəhsil məktəbi mövcuddur və həmin məktəblərdə 1,6 milyon şagird təhsil alır".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, təkcə məktəblərdə deyil, bütün təyinatlı obyektlərdə tikinti norma və standartlarına əməl edilməlidir. Onun sözlərinə görə, obyekt tikilib hazır olduqdan sonra ona vaxtında dövrü xidmətlər göstərilməlidir:

"İstər üz boyası və dam örtüyünün, istərsə də pilləkən və həyətyanı sahələrdə əlavə tikililərin, zirzəmi, qazanxana, nasosxana və s. yerlərin daim saz vəziyyətdə olmasına diqqət etmək lazımdır. Hər hansı bir nasasazlıq varsa, vaxtında aradan qaldırmaqla, eləcə də korroziya, deformasiyaya uğrayan və yaxud da istismar müddəti bitmə üzrə olan avadanlıqları dəyişməklə bu kimi xoşagəlməz hadisələrdən müəyyən qədər sığortalanmaq olar".

Təbiət hadisələrindən yüz faiz qorunmağın qeyri-mümkün olduğunu deyən ekspert müxtəlif təyinatlı obyektlərdə dam örtüyünün uçması, üz qabığının qopması və yaxud da pəncərələrin, şüşələrin sınması kimi halların müşahidə edildiyini xatırladıb: "Əlbəttə, yaxşı olardı ki, bütün təyinatlı obyektlərin təbii fəlakətlər və bu kimi digər təhlükəli vəziyyətlər zamanı insanların daha az zərər çəkməsi üçün tədbirlər planı olsun. Təbii ki, bəzi obyektlərdə təbii fəlakətlərə, fors-major hallara qarşı yanaşma konsepsiyası var. Ümumiyyətlə, bütün təyinatlı obyektlər və insanlar hər bir gözlənilməz hadisələrə qarşı mənəvi, psixoloji və fiziki cəhətdən hazır olmalıdır".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi qəzalı vəziyyətdə olan məktəb binalarının mütəmadi olaraq əsaslı təmiri, bərpası və ya yenidənqurması ilə əlaqədar olaraq tenderlər elan edir. İl ərzində bu kimi tenderlərə milyonlarla manat vəsait xərclənir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur şirkətin vergi borcu yarım milyonu ötdü, rəhbəri məhkəməyə verildi

“Cəlilabad Şərab-2” ASC-nin İdarə Heyətinin sədri Məmmədəli Qocayev məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib.

Buna səbəb isə ASC-nin yığılan vergi borcunun ödənilməməsi göstərilir. Şirkətin vergi borcu hazırda 550 min manatı ötüb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Məhkəmə işi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. Əgər məhkəmə DVX-nin iddiasını təmin etsə, M.Qocayevin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşir. 1999-cu ildə yaradılan şirkətin 352 786 manat nizamnamə kapitalı var. 50 nəfər ətrafında işçiyə sahibdir. M.Qocayev isə bu ilin may ayından şirkətə rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əvvəl priton idi, indi ''Vətən'' olub... - Məşhur restoranda soyğunçuluq
Yolun kənarındakı "Vətən" adı dostumla məni yolumuzdan döndərir.
İnsafən, yaxşı düzəldiblər, müştəriləri qarşılayan xanımın üzündən zəhər, xidmətçi bəylərin gözündən yuxu tökülsə də, ab-hava pis deyil. Təcili nahar edib çıxacağımızı dedik. İstədiyimiz yeməklərin heç biri yoxdur. Ofisiant "hisə verilmiş dana" məsləhət bilir. "Xolodnı"dan çox seçmirik - göyərti, turşu, içməyə ''Sirab'', vəssalam.
Bir az keçmiş bir nəfərlik tavada yemək gəlir. Baxan kimi tərifə uyğun olmadığını görsəm də, dostumun iştahını küsdürməmək üçün heç nə demirəm. Uzağı 100 qram ət, yanında da dilimlənmiş kartof. Kartof demək olar ki, bişməyib, bəlkə də, hisə dana əti yox, məhs kartof verilib. Çox keçmir, qurman dostum, dərhal ifşa edir: "Burada nə dana əti var, nə də his. Allah bilir, nə ətinə barbekü sousu qatıb, hisə verilmiş dana əti adıyla verməyin''. Araya zarafat qatıb, tələsik yeyirik. İki nəfərə demək olar ki, çatmır.
Hesab istəyəndə təəccüblənirik - 82 manat 83 qəpik. Bizə bir pors kimi görünən yeməyi üç pors yazıblar.

Qiymətlər belədir:
Turşu - 8 AZN
Göyərti - 4 AZN
Təndir çörəyi (ağ) - 4 AZN
Təndir çörəyi (qara) - 1,80 AZN
Lavaş - 0,50 AZN
Sirab - 3 AZN
Can əti hisli kartof ilə - 54 AZN
Tam məbləğ - 75,30 AZN
Servis - 7,53 AZN
Yekun - 82,83 AZN
Qiymətlərin baha olduğunu deyəndə ofisiant hamının narazı olduğunu, hətta qiymətlərə ofisiantların da etiraz etdiyini bildirir: "'Sizə hələ yaxşı yazıblar. Burada iki nəfərlik nahar 150 manatdan az olmur".
Administratoru otağa dəvət edib, pors sayının çox, qiymətlərin baha olduğunu demək istəyirik. Özü gəlmir, sifariş göndərir: ''Əvvəldən deyilsəydi ki, nahar edəcəkdilər, qiymətlər fərqli olardı. Bundan sonra gələndə fərqi görərlər''.
Bundan sonrakı söhbətləri, ofisiantların münasibəti, administratorun bir dələduz kimi rəftarını detallı yazmaq istəmirik. Bəlkə bu restoranın adı ''Vətən'' olmasaydı, kabinetlərinin hərəsinə bir rayonumuzun adı verilməsəydi, orada müşatərilərə ərəb turistlər kimi baxmaları adama toxunmazdı.
Maraqlıdır ki, bu restoran bir neçə il əvvələ qədər Bakının iki-üç pritonundan biri olub. Sonra adını ''Vətən'' qoyub restorana çeviriblər. Ad dəyişsə də, əxlaq, niyyət dəyişməyib...

Mənbə: BakuPost
Əvvəl priton idi, indi ''Vətən'' olub... - Məşhur restoranda soyğunçuluq
Əvvəl priton idi, indi ''Vətən'' olub... - Məşhur restoranda soyğunçuluq

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni ildə köhnə ənənə: Bu məhsullar bahalaşacaq - NƏ ETMƏLİ?

Hər il olduğu kimi, bu ildə bayramqabağı qiymətlərin bahalaşacağı gözlənilir.

Bayram yaxınlaşdıqca “ənənəvi” qiymət artımının şahidi oluruq. Sanki bu, dəyişməz adətə çevrilib.

Alıcılar da hər bayramqabağı xüsusilə ərzaqların qiymətinin artmasından şikayətlənirlər.

Maraqlıdır ki, digər ölkələrdə bayramqabağl xüsusi, böyük qiymət endirimlərinə şahid oluruq. Lakin ölkəmizdə bayramqabağı ciddi bahalaşma olur.

İqtisadçı-ekspert Akif Nəsirli mövzu ilə bağlı Cebhe.info-ya bildirib ki, ərzağın qiymədətində bu il artım olacaq:

“Bu il ərzaq məhsullarının qiymətində artım olacaq. Bu il hökumət tərəfindən fermerlərə və digər sahibkarlara dövlət tərəfindən dəstək zəif olduğuna, bəzi hallarda isə heç bir dəstək olmadığına görə istehsalata maraq azalıb. Bu səbəbdən idxal məhsullarına maraq artıb. Buna görə də ərzaq və digər məhsulların qiymətində artım olacaq”.

Ekspert həmçinin, qiymətləri artacaq ərzaq məhsullarından danışıb. Onun sözlərinə görə, ətin, süd və süd məhsullarının, bitki mənşəyli məhsulların bahalaşması gözlənilir:

“Torpaqların istifadəsində aqrotexniki qaydalara əməl olunmadığına görə məhsuldarlıq aşağı düşür. Nəticədə məhsulun azalması yerli istehlak bazarının tələbatını qarşılaya bilmir. Yerli məhsulları idxal məhsulları əvəz edir. O da özlüyündə qiymət artımına gətirib çıxarır”.

Mənbə: Cebhe.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR: “Azərbaycan BEM sahəsində çox yaxşı mövqe tutub”


“Azərbaycan bərpaolunan enerji mənbələri (BEM) sahəsində çox yaxşı mövqe tutub”.

Bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Mustafa Qurbanlı Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

“Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində çox yaxşı mövqe tutub, lakin indi əsas məsələ Azərbaycan və ən böyük neft-qaz şirkəti kimi SOCAR-ın nöqteyi-nəzərindən harada olduğumuzdur. Azərbaycan hökuməti istixana tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı öhdəsinə götürüb.

Bundan başqa, Azərbaycan bərpaolunan enerji istehsalını 2030-cu ilədək 30 faiz artırmaqla bağlı strateji qərar qəbul edib. Bu, Azərbaycan hökumətinin qəbul etdiyi çox mühüm qərardır və SOCAR regiondakı ən iri şirkətlərdən biri olaraq, Azərbaycan hökumətinin qərarlarının sürətini izləyir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, SOCAR cari məqsədlərə nail olmaq üçün üç istiqamətə diqqət yetirir.

“Birinci istiqamətimiz dekarbonizasiyadır. Fəaliyyət göstərdiyimiz bütün sahələrdə, bütün əməliyyatlarımızda kompleks dekarbonizasiya proqramını həyata keçiririk. İkincisi, yeni biznes növlərinə investisiya qoyuruq. SOCAR bərpaolunan enerji mənbələri sahəsində aparıcı şirkətlərlə əməkdaşlıq edir və külək, günəş, hidrogen və karbondan istifadə kimi yeni bizneslər qurmağa çalışır. Üçüncüsü, təşkilati dəyişikliklərdən ibarətdir.

SOCAR hazırda strukturunu dəyişdirməklə və inteqrasiya olunmuş idarəetmə sistemini optimallaşdırmaqla keçid prosesindədir. Strategiyamızda seçdiyimiz sahələr bunlardır: dekarbonizasiya proqramları, bərpaolunan enerji və hidrogen infrastrukturuna investisiya, elektrikləşdirmə və transformasiya proqramları. Enerji keçidinə nail olmaqda bizə kömək edəcək bütün qabaqcıl texnologiyalar da buraya daxildir”, - deyə o əlavə edib.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu