[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN Oğuzdakı yanğınla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Zamantv.az-ın FHN-in saytına istinadən xəbərinə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 30-yaxın tutulan var
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxtvə bölgələrdə xüsusi əməliyyatlar keçirib gizlin anbarlarda 63 kiloqramdan artıq narkotik maddə saxlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan daha 29 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 63 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 550 ədəd psixotrop tərkibli həb, həmçinin kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 91 kiloqram olan 468 ədəd çətənə kolu aşkar edilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonu Hövsan qəsəbəsində keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şakir Rəfiyev tutulub. Onun həyətindəki narkotik tərkibli bitkilər yetişdirmək üçün xüsusi olaraq su, işıq və havalandırma ilə təchiz edilmiş istixanaya baxış zaman 468 ədəd çətənə kolu və evindən satış niyyəti ilə qurutduğu 12 kiloqram marixuana aşkar olunub.

Baş İdarə əməkdaşlarının Salyan və Biləsuvar rayonlarnda həyata keçirdikləri əməliyyatlar zamanı isə paytaxt sakinləri Adət Qədirovla Elsevər Fətəliyev saxlanılıblar. Onların üzərlərinə, avtomobillərinə və xüsusi olaraq narkotik vasitələrin saxlanc yeri kimi istifadə etdikləri gizli anbarlara baxış zamanı 38 kiloqram heroin, metamfetamin, tiryək, marixuana, narkotik satşı zamanı qeydlər apardıqları dəftərlər, onlayn satış zamanı istifadə olunan plastik kartkar, pul vəsaitləri və elektron tərəzilər aşkar olunub.

Qeyd edək ki, Adət Qədirov və Elsevər Fətəliyev mütəşəkkil dəstə halında xaricdən göndərilən külli miqdarda narkotik vasitəni ölkə ərazisində qəbul ediblər. Daha sonra onlar narkotikləri müxtəlif üsullarla əvvəlcədən hazırladıqları yerlərdə gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.

Paytaxtın Yasamal, Nizami, Nərimanov, Suraxanı, Sabunçu, Binəqədi rayonları, eləcə də, Abşeronda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 10 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 12 nəfər saxlanılıb. Bu şəxslərdən 3 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub.
Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Düşmən Tovuzun bu kəndini ATƏŞƏ TUTDU
Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Düşmən Tovuzun bu kəndini ATƏŞƏ TUTDU

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahid Vilyam Hacıyevə 70 min manat rüşvət verdiyini dedi - Pulu atası aparıbmış
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Zamantv.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Feyzi Məmmədov deyir ki, icra hakimiyyətinə 10 800 manat vəsait vermişəm:
“Əvvəllər İşıqlandırma İdarəsində rəisi idim. Daha sonra İşıqlandırma Birliyi yarandı orada sahə rəisi oldum. Ümumi 10 800 manat icra hakimiyyətinə pul vermişəm. Məbləğin bir qismini material almaq üçün vermişəm. Digər qismini isə deyirdilər ki, tədbir var ora ödəmişəm.

Vəsaiti də mailiyyənin müdiri Rəhim Rəhimova vermişəm. O, məni çağırıb dedi ki, kart hesabına material almaq üçün pul köçürüləcək, amma sən o pula material alma. Mən də kartdan vəsaiti çıxarıb Rəhimova təqdim etdim. O da “Bu Vilyam Hacıyevin tapşırığıdır” dedi. Amma bundan sonra heç bir material alınmadı”.

Vilyam Hacıyevin sualını cavablandıran şahid bildirib ki, Vilyam Hacıyev ondan rüşvət tələb etməyib.

Digər şahid Asif Bədirov isə bildirib ki, Meloservis idarəsinin rəisi işləyib:

"Mən idarədə rəis işləyən vaxtı eşitdim ki, kanal qazılması üçün pul ayırıblar. Müraciət etdim ki bu işi mən götürüm. Atam girdi danışdı, çıxdı ki, başçı 300 min pulun 70 min manatını istəyir. Mən də razılaşdım. 300 min manat ayrıldı, həmin pulun 70 min manatını qaytardım. Əvvəl demişdi ki, pulun 50 faizini başçıya qaytarmaq lazımdı. Sonra razılaşdıq 70 min manatını qaytardım. Pulu Vilyam Hacıyevə mən yox, atam verib".

Zərərçəkmiş Zakir Uğurluyev ASC İdarə heyətinin sədri vəzifəsində çalışdığını deyib:

“Vilyam Hacıyevlə münasibətim normaldır. İmişli rayonunda abadlıq işlərinin görülməsi ilə bağlı Cəmil Musayevə 16-17 min aralığında vəsait ödəmişəm. Həmin vəsait öz şəxsi qazancımdır. Vilyam Hacıyev məndən rüşvət yox, köməklik istəyib”.

Zərərçəkmiş Akif Quliyev 10 000 manat icra hakimiyyətinə vəsait verib:

“2019-2022-ci illərdə İmişli rayon İdman Kompleksinin direktoru olmuşam. Açılışdan 1 gün qabaq Vilyam Hacıyevin qəbulunda oldum. Dedi ki, get İdman Nazirliyinə sabah sizi qəbul edəcəklər. Getdim məni sual-cavab elədilər.

Rayona qayıdanda 10 000 manat pulu Cəmil Musayevə verdim. Bu vəsaiti də ödəməyimi Cəmil Musayev demişdi. Həmin pul da Vilyam Hacıyevə çatacaqdı”.

Şahidin ifadəsinə etiraz edən Vilyam Hacıyev deyir ki, o, nazirliyin işçisi olub:

“Sən nazirliyin işçisi olmusan. Mənə tabe deyilsən. Pulu mənə niyə verməlisən? Əgər verirdinsə, elə pulu mənə verərdin”.

"Göyüşlü"MMC-nin rəhbəri olan Asif Cavadov bildirib ki, rayonun Xoşçobanlı kəndində məktəb tikintisi ilə bağlı tenderin qalibi olub:

"Mən tenderlər bağlı Vilyam Hacıyevə müraciət etdim ki, tenderdə mənim şirkətin qalib olsun. Vilyam Hacıyev məni öz köməkçisi Füzuli adlı şəxsin yanına göndərdi və bildirdi ki, bununla bağlı Füzuli nə desə onu edərsən. Tender keçirildi mənim şirkətim qalib oldu. Məktəb tikintisi üçün 950 min manat ayrıldı. Həmin pulun 284 min manatını Füzuliyə verdim. Füzuli də paket əlimdə Vilyam Hacıyevin otağına keçdi, pulu verdi qayıtdı. Ondan sonra qalan vəsaitlə məktəbi tikib təhvil verdim".

Vilyam Hacıyev şahidi tanımadığını vurğulayır:

“Mən heç səni tanımıram, birinci dəfədi görürəm. Qəbulumda olduğunu da xatırlamıram”.

Şahid bildirib ki, məktəbi tikib təhvil vermək üçün evini və maşınını banka girov qoyub:

"Qalan pulla məktəbi tikmək qeyri mümkün idi. Ona görə də bankdan pul götürüb işi təhvil verdim.

Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
On iki azərbaycanlı Ukraynaya qayıdıb
“Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarından 12 nəfər Moldovadan keçməklə yenidən bu ölkəyə qayıdıb”.

Bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Səfir bildirib ki, Ukraynaya qayıdanlar Şəmkir, İmişli, Sumqayıt, Ağcabədi və Cəlilabad sakinləridir:

“Əməkdaşlarımız onlar üçün xüsusi sənədlər hazırlayıblar. Həmin şəxslər XİN “qaynar xətt”inə müraciət ediblər. Oradan bizimlə əlaqələndiriliblər. Onların yenidən Ukraynaya qayıtmasının səbəbi yaşadıqları ərazidə atəşkəsin bərpa olunmasıdır. Soydaşlarımızın təhlükəsiz qayıdışı üçün Moldova və Ukrayna tərəfi ilə danışıqlar aparılıb.

Şəmkirdən olan ailənin üç körpə uşağı Odessada nənələrinin yanında qalmışdı. Onlar bilet alıb Kişineuya gəldilər. Onları Moldova sərhədindən qəbul etdik və Ukraynaya yola saldıq”.

Qüdsi Osmanov onu da deyib ki, hazırda Moldovada müvəqqəti olaraq kilsədə yerləşən daha 50 azərbaycanlı Ukraynaya geri qayıtmağa hazırlaşır:

“23 nəfəri Moldovadan Almaniyaya yola salmışıq. Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımızın təxliyəsi davam edir. Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin həyat yoldaşı, qızı və ailənin iki pişiyi bu gün Kişineudan Azərbaycana yola salınacaqlar”.

Könül Cəfərli
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Viktor Nebojenko: “Çoxları qəzəblənsələr də, hamının Türkiyəyə ehtiyacı var” - MÜSAHİBƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkəni əsaslı şəkildə təmizlədi. İstanbul indi dünyanın ən kəşfiyyatdan təmizlənmiş şəhərlərindən biridir. Beləliklə, orada “incə söhbətlər” etmək təhlükəsizdir.

Bu barədə “Ukrayna barometri” sosioloji xidmətinin direktoru Viktor Nebojenko Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik səyləri və Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün İstanbul görüşü barədə danışarkən bildirib.

Politoloq Türkiyə prezidentinin özünəməxsus çox maraqlı üslubu olduğunu vurğulayıb.

“O, başqa ölkələrin nümayəndələrinin deməkdən qorxduqlarını rahatlıqla səsləndirir. Bu işdə onun haqqını vermək lazımdır. Ən əsası isə onun dediyi sözlər gerçəkləşir, hadisələr onun qeyd etdiyi istiqamətdə gedir. Almaniya, Fransa və bir çox başqa ölkələrin liderləri bu qədər açıq danışa bilməzlər”, - deyə o, qeyd edib.

Ukrayna və Rusiya prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı bəyanata gəlincə isə Nebojenko Türkiyə liderinin müharibə dövründə bunun mümkün olmadığını, bunun həm Rusiyada, həm də Ukraynada xəyanət kimi qəbul ediləcəyini bildiyini qeyd etdi.

“Amma İstanbulda Zelenski ilə Putin arasında danışıqların aparılması ideyasının özü təzə addımdır, nə Kiyev, nə də Moskva bundan inciməyəcək”, - deyə müsahib bildirib.

Politoloq əlavə etdi ki, Rəcəb Tayyib Ərdoğanın virtual, reallaşdırılması az mümkün şeylər haqqında danışdığı görünə bilər, amma müəyyən mərhələdə bu baş verə bilər. O, bu yerdə Ərdoğanın uğurla həll etdiyi daha bir məsələdən danışdı.

“Türkiyə uzun illər boyu böyük Osmanlı İmperiyası ilə Atatürkün yolu arasında qalıb. Türkiyə liderinin tarazlıq tapması vacibdir. İndi də türkdilli dövlətlərin yaxınlaşmasını görürəm, bu çox güclü addımdır.

Siz yaşlananda Çində təəccüblənəcəklər: necə oldu ki, Türkiyəsiz keçinə bilməyəcəyimiz “Bir kəmər, bir yol” sistemi qurduq?! (gülür - red.). Amma belə çıxır ki, Ərdoğanın Orta Asiyadan İstanbula qədər mədəniyyət konfederasiyası Çinin layihəsinin uğur qazanması üçün şərtlərdən biridir. Aydındır ki, bu tezliklə baş verməyəcək, amma olacaq”, - deyə ekspert izah edib.

Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüşə gəlincə isə, politoloqun sözlərinə görə, dünya liderlərindən biri nə vaxtsa bunu təşkil etməlidir və Ərdoğan da obyektiv dünya lideridir.

“Qeyd edim ki, Türkiyənin əvvəllər çoxlu layiqli liderləri olub, ancaq Rəcəb Tayyib Ərdoğan, təkrar edirəm, dünya lideri ola bildi. Təsadüfi deyil ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin təminatçısı olan ölkələr qrupuna daxil ola bilər. Bu da Türkiyə Respublikasının rolunun tanınmasıdır”, - deyə Nebojenko əlavə edib.

O, Türkiyənin Rusiya, Ukrayna, ərəb dünyası və Qərb arasında möhtəşəm manevrlər etdiyini vurğulayıb və bildirib ki, çoxları qəzəblənsə də hamının Türkiyəyə ehtiyacı var.

Politoloq Ukrayna və Rusiya prezidentlərinin görüşünə gəlincə, isə bunun yalnız atəşkəs haqqında ilkin razılaşmadan sonra mümkün olacağını vurğulayıb.

“Ölkələr arasında saziş gələcək zaminlərin iştirakı ilə beynəlxalq sülh konfransından sonra imzalana bilər. Dünyada belə qəbul olunub. İndi bizim üçün, deyək ki, Böyük Britaniya və Rusiya ilə münaqişədə olan eyni təhlükəsizlik qarantlarının siyahısını toplamaq mümkün deyil, çünki bizim problemlərimiz Ukrayna və Rusiya səviyyəsində deyil, beynəlxalq formatda həll edilməlidir”, - deyə Viktor Nebojenko sözlərini yekunlaşdırıb.

Nair Əliyev
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb
Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaporojye istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Bir müddət əvvəl Donetsk istiqamətində gedən döyüşlərdə yaralanan digər azərbaycanlı hərbçi Raqif Əliyev isə Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev - cəmiyyətin xüsusi diqqəti altındadır:

“Hər iki yaralının vəziyyəti normaldır”.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Rusiya ilə danışıqların ŞƏRTLƏRİNİ açıqladı
“Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər”.

Zamantv.az-ın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“İndi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq. Beş ölkə, buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tam hüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik”, - deyə Zelenski bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bir nəfər başqasının yerinə imtahana girmək istəyib - YAXALANDI
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən Zamantv.az-a verilən məlumata görə, imtahanların idarə olunmasına 109 ümumi imtahan rəhbəri, 318 imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 26087 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Aprelin 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Gələcək imtahan iştirakçılarının diqqətli olması və tələb olunan qaydalara riayət etməsi üçün bəzi məsələləri də qeyd etmək istərdik. Uzun illərin imtahan təcrübəsi göstərir ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanlarda qaydalara riayət etməyən, nizam-intizamı pozmağa cəhd edən abituriyentlərin sayı daha çox olur. Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO