[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiya hərbçiləri mülki geyimdə döyüşməyə başlayıblar" - Ukrayna MN
Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Qurumdan Rusiya tərəfinin bölmələrini yenidən qruplaşdırdığı bildirilib.

Məlumata görə, Rusiya Ukraynanın şərq sərhədlərinin yaxınlığındakı aerodomlara hava qüvvələrinin köçürülməsini başa çatdırmağa çalışır:

"Onlar texnika və canlı qüvvələrini yaşayış evlərinə yerləşdirirlər. Bu isə beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır. Qarşı tərəfin hərbçilərinin mülki geyimdə döyüşməsi müşahidə olunur. Volın və Polissiya istiqamətlərində düşmənin hərəkətlərində dəyişiklik yoxdur. Rusiya şimal istiqamətində ayrı-ayrı bölmələrin şərq əməliyyat zonasına yeridilməsini başa çatdırır. Mərkəzi Hərbi Dairənin 41-ci Ümumqoşun Ordusunun bölmələri Belqorod və Voronej vilayətlərindəki rayonlara köçürülür. Sloboda istiqamətində Xarkov şəhərinin qismən mühasirəsi davam edir. Qarşı tərəf bölmələrimizin mövqelərini və onların hərəkət marşrutlarını müəyyənləşdirmək üçün hava kəşfiyyatı aparır".

Vurğulanıb ki, Melitopol və İlovaysk ərazilərində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi qeydə alınıb: “Çox güman ki, Rusiya qüvvələri gələcəkdə Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Mariupol şəhərini ələ keçirməyə, Popasnanı tutmağa və Kuraxove istiqamətində hücuma keçməyə çalışacaq. Onlar Xerson vilayətinin inzibati sərhədlərində möhkəmlənmək cəhdlərindən əl çəkmirlər. Qara və Azov dənizlərinin sularında Rusiyaya aid hərbi dəniz qrupları döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və quru bölmələrinin atəşə tutulması ilə bağlı tapşırıqları yerinə yetirməkdə davam edir. Onların raket silahlarından istifadə təhlükəsi hələ də qalmaqdadır. Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya tərəfinin 6 hücumu dəf edilib. 4 tank, 5 zirehli texnika, 26 avtomobil və 8 artilleriya sistemi vurulub. Həmçinin ötən sutka ərzində Rusiyaya aid 1 təyyarə, 2 helikopter və 4 PUA məhv edilib”. //report//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ağdərədə irəliləyən Azərbaycan ordusunun əsas hədəfi...” - İLGİNC
“Ermənilər həmişə ara qatmağı seviblər. Onlar iddia edirlər ki, Azərbaycan erməniləri “etnik təmizləmə”yə məruz qoyurlar. Buna bişmiş toyuğun da gülməyi gələr. 1990-cı illərdə ruslarla birlikdə Azərbaycan ərazilərini işğal edərkən, bir milyondan artıq insanı etnik təmizləməyə kim məruz qoydu? Əlbəttə, ermənilər və ruslar. Mən hələ 1905-07, 1918-1920-ci illərə getmirəm. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ən ağır illəridir. Dəqiq faktlar əsasında sübut edilib ki, bu dövrdə Qars, Ərdahan, İğdır, Maku, Mərənd, Urmiya, Qərbi Azərbaycan (indiki Ermənistan) və Şimali Azərbaycanın Neftçaladan tutmuş, Qubayadək böyük ərazisində ermənilər və ruslar tərəfindən iki milyondan çox azərbaycanlı soyqırımına məruz qalıb. Amma bu biz bu soyqırımı faktlarını dünya miqyasında tanıda bilməmişik”. Zamantv.az politoloq Qabil Hüseynlinin teleqraf.com-a müsahibəsini təqdim edir:

- Son günlər Qarabağda müəyyən xəbərlər gəlir, rus sülhməramlıları və ermənilərin təxribatlara əl atması haqda məlumatlar dolaşır. Üstəgəl, Azərbaycan ordusunun bu təxribatlara cavab olaraq Ağdərədə irəlilədiyi bildirilir. Sizcə, nə baş verir və hadisələrin davamını necə proqnozlaşdırırsınız?

- Qənaətimə görə, bu təxribatlar gözlənilən idi. Avropa Birliyinin sülhyaratma prosesinə əl atması və az qala prosesi əlinə alması Rusiya tərəfindən qısqanclıqla qarşılandı. Üstəgəl, Rusiya Xarici İşlər naziri Sergey Lavrov çox uğursuz və qızışdırıcı bəyanat verdi. O, bəyanatında bildirdi ki, “Biz Dağlıq Qarabağın kimlərinsə əlinə keçməsinə imkan vermərik”.

Lavrov elə danışır ki, sanki Qarabağ onun “ata-baba torpağı”dır.

Bəli, Azərbaycan qoşunları təxribatların baş verdiyi Ağdərə istiqamətində fəaldır və bu cür təxribatlara yerindəcə cavab verirlər. Xüsusilə Sərsəng su anbarı istiqamətində fəallığımızı artırmalıyıq. Sərsəng su anbarı Suqovuşandan sonra Azərbaycanın nəzarət etmək hüququ olan ən mühüm strateji obyektlərindən biridir. Burada da müəyyən mövqe mübarizəsi gedir. Rusiya sülhməramlıları isə prosesə müdaxilə etməyə çalışırlar. Yəni Azərbaycan ordusunun irəliləməsinin və Sərsəng su anbarına tamamilə nəzarəti bərpa etməsinin qarşısını almaq üçün müxtəlif təxribatlara əl atmağa cəhdlər göstərirlər. Amma hələ ki, vəziyyət qarşıdurma səviyyəsində deyil. Bununla belə, vəziyyətin bu həddə çatması üçün Lavrovun dedikləri də bəs edərdi.

Görünür, Rusiya Ukraynada başına gələnlərdən ibrət dərsi götürmür. Bir ayağı Ukraynada olan Rusiya digər yandan Dnestryanı və digər bölgələri qarışdırmağa çalışır. Bu fonda Qarabağda da təxribatlara əl atır. Zənnimcə, Azərbaycan nə etdiyini və necə edəcəyini yaxşı bilir. Üstəgəl, Türkiyə ilə müttəfiqlik və atılan addımların koordinasiya edilməsi amilini də unutmamalıyıq.

Hesab edirəm ki, Rusiya Ukraynada etdiyi özbaşınalığı burada edə bilməyəcək. İlk növbədə, bunun üçün potensialı yoxdur, ikincisi də, Azərbaycanın hərbi gücü də kifayət qədərdir. Azərbaycan antiterror fəaliyyəti həyata keçirir. Ağdərə həm böyük dağ massivləri, həm də Qarabağın zəngin su ehtiyatlarının cəmləşdiyi bir ərazidir. Azərbaycan Tərtər rayonunun bu su ehtiyatlarına nəzarəti bərpa etmədən bu ərazilərdə öz suverenliyini bərpa edə bilməyəcək. Bu baxımdan, Azərbaycanın atdığı addımları təqdir edirəm. Bunlar düzgün addımlardır.

Hesab edirəm ki, yaxın müddətdə Sərsəng su anbarı nəzarətə götürülməlidir. Sərsəng su anbarına nəzarətin təmin edilməsi, Ağdərənin mərkəzinə nəzarətin bərpa olunması demək olacaq. Oradan da Xocalı rayonu və Şuşanın kəndləri istiqamətində yol açılacaq. Bu prosesin nə qədər davam edəcəyini deyə bilmərəm, amma bunun Sərsəng su anbarı və Ağdərənin mərkəzinə nəzarətin bərpa olunmasınadək davam edəcəyini düşünürəm.

- Ukraynada uğursuzluğa düçar olan Rusiya yeni cəbhəni Azərbaycanda – Qarabağda aça bilərmi? Bu da son günlərdə irəli sürülən ehtimallar arasındadır.

- Görünür, Rusiyanın planında belə bir şey varmış. Qənaətimə görə, ən azı Ukraynaya hücum etməzdən əvvəl Azərbaycana hücum planları ilə bağlı sərsəm bəyanatlar səsləndirilirdi. Güman etmirəm ki, Rusiya belə bir ağılsızlığa imza atacaq. Çünki Rusiya daha o Rusiya deyil. Öz hərbi potensialının 40 faizdən çoxunu Ukraynada itirən, buna baxmayaraq, Donbasda yeni silahlı qarşıdurmaya hazırlaşan Rusiya Azərbaycana qarşı cəbhə açarsa, bu, onun üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Üstəgəl, belə bir durumda Türkiyə bu prosesin içində olacaq. Zənnimcə, Türkiyənin prosesə qoşulması Rusiyanın tamamilə süqutuna gətirib çıxara bilər.

- Lavrovun ATƏT-in Minsk qrupu ilə bağlı son bəyanatı da diqqət çəkdi. Lavrov bildirdi ki, ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər. Üstəgəl, o, Fransa və ABŞ-ın erməni tərəfinin maraqlarını qurban verdiklərini dedi. Lavrovun bu vurğusunun izahı necə ola bilər?

- Bu adam hələ başa düşmür ki, Qərb bir çox beynəlxalq təşkilatlar miqyasında Rusiya ilə əməkdaşlıqdan imtina edib. Siz BMT-nin İnsan Haqları Şurasından çıxarıldınız, G-8-dən çıxarıldınız, Avropa Şurasından çıxarıldınız. İndi də G-20-nin sırasından qovulacağını gözləyirsiniz. Bəli, Amerika sizinlə dünya və regionun taleyinə təsir edə biləcək məsələlərin həllində əməkdaşlıq etmək istəmir. Çünki siz dağıdıcı dövlətə və dünyanı qanda çalxalayan çevrilmisiniz. Belə olan halda, siz Minsk qrupunun nəyində iştirak edəcəksiniz?

Digər yandan, heç Minsk qrupunun görə biləcəyi iş də qalmayıb. İkincisi, Fransa və ABŞ-ın bu format çərçivəsində Rusiya ilə əməkdaşlıq etməsi, ona can-qan vermək demək olardı. Üstəgəl, burada ermənilərə hansı “xəyanət”dən gedə bilər? Üstəgəl, Avropa Birliyi sülhyaratma prosesində vasitəçilik səylərini tamamilə öz əlinə alır və bu prosesdə fəal siyasət aparır. Buna görə də, Rusiyanın iddialarının heç bir əsası yoxdur.

- Nikol Paşinyan Brüsseldən qayıdar-qayıtmaz Ermənistan Xarici İşlər Nazirliyi ard-arda bir-birinə zidd açıqlamalar verməyə başlayıb. Bəs bunu necə başa düşək: bu ziddiyyətli açıqlamalar kimin diktəsi ilə səsləndirilir?

- Ermənilər həmişə ara qatmağı seviblər. Onlar iddia edirlər ki, Azərbaycan erməniləri “etnik təmizləmə”yə məruz qoyurlar. Buna bişmiş toyuğun da gülməyi gələr. 1990-cı illərdə ruslarla birlikdə Azərbaycan ərazilərini işğal edərkən, bir milyondan artıq insanı etnik təmizləməyə kim məruz qoydu? Əlbəttə, ermənilər və ruslar. Mən hələ 1905-07, 1918-1920-ci illərə getmirəm. 1918-1920 azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ən ağır illəridir. Dəqiq faktlar əsasında sübut edilib ki, bu dövrdə Qars, Ərdahan, İğdır, Maku, Mərənd, Urmiya, Qərbi Azərbaycan (indiki Ermənistan) və Şimali Azərbaycanın Neftçaladan tutmuş, Qubayadək böyük ərazisində ermənilər və ruslar tərəfindən iki milyondan çox azərbaycanlı soyqırımına məruz qalıb. Amma bu biz bu soyqırımı faktlarını dünya miqyasında tanıda bilməmişik.

Ermənilər 400 min ermənidən 1.5 milyon erməninin qırılması haqda qondarma bir mif düzəldib, bunu dünyaya yayır. Zənnimcə, bundan sonra iki milyondan çox azərbaycanlının soyqırımına məruz qalması faktının dünyanın diqqətinə çatdırılması üçün çox ciddi şəkildə işləməliyik. İndiyədək bir erməninin də burnunu qanatmamışıq, bir erməniyə qanundankənar davranmamışıq. Amma onlar “ermənilərə qarşı etnik təmizləmə”dən söz açırlar. Bu hoqqabazlıq və Azərbaycan xalqına böhtan atmaqdır.

Ermənilər bu məsələləri daha çox rusların ötürmələri ilə hallandırırlar. Ermənilərin bu cəfəng iddialarının qarşısına daha ciddi faktlar və arqumentlərlə çıxmalıyıq. Həmin faktlar əlimizdədir. 1990-cı illərdə baş vermiş Meşəli, Ağdaban, Bağanıs Ayrım və Xocalı soyqırımılarını da üstünə gələndə, bu faktlar daha da böyüyür. İndi ermənilər öz adlarını bizə qoymaq istəyirlər, amma bu alınmayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzi Bankın rəhbərliyinə gətirilən Taleh Kazımov kimdir? - DOSYE
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

Zamantv.az Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizəd olan Taleh Kazımov haqqında dosyeni təqdim edir:
Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. O, Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsini bitirib.

O, 2004-2006-cı illərdə isə Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.

Taleh Kazımov iş fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib.

Qeyd edək ki, onun maliyyə sektorunda peşəkar fəaliyyəti isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

O, 2006-cı ildən 2007-ci ilədək “Ernst&Young” şirkətində auditor vəzifəsini tutub. 2007-ci ilin yanvar ayından aprel ayınadək “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımov 2007-ci ildə isə “PAŞA Bank”da fəaliyyəti başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
7 dekabr 2011-ci ildən “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya edib.

Kazımov 1 iyul 2015-ci il tarixində “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.
O, ailəlidir, iki övladı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elman Rüstəmov Mərkəzi Bankdan GED
Bu qun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar iclasında müzakirə üçün tövsiyyə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın iki şəhərindən qızları aldadıb Türkiyəyə apardılar, növbə ilə...
İnsan alverində təqsirləndirilən Məsdan Dadaşova və Gülnarə Məhərrəmovanın cinayət işləri üzrə ibtidai istintaq başa çatıb.

Zamantv.az-ın məlumatına görə, cinayət işləri üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. M.Dadaşovanın işi hakim Rasim Sadıxov, G.Məhərrəmovanın işi isə Azad Məcidovun icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, 1962-ci il təvəllüdlü Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək zərərçəkmişləri Türkiyənin Aksaray şəhərinə aparıb. Zərərçəkmişlər 1982-ci il təvəllüdlü G.S, 1983-cü il təvəllüdlü G.S və 1987-ci il təvəllüdlü K.K-dır. Onların hər üçü Sumqayıt şəhərində yaşayıblar. Məlumata əsasən, Məsdan Dadaşova hər üç qurbanını növbə ilə Türkiyənin qeyd olunana şəhərinə aparıb və orada onları fahişəliyə cəlb edib. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub
Digər təqsirləndirilən şəxs 1975-ci il təvəllüdlü Gülnarə Məhərrəmovanın əməlindən isə 4 qadın zərər çəkib. Onlar 1985-ci il təvəllüdlü Z.B, 1989-cu il təvəllüdlü S.Q, 1997-ci il təvəllüdlü Z.T və 2001-ci il təvəllüdlü Ə.M-dır. Onların hər biri Şəmkir rayonunda yaşayıblar. G. Məhərrəmova 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayınadək qurbanlarını Türkiyənin Balıkesir şəhərinə, Burhaniye qəsəbəsinə aparıb. Daha sonra onları müxtəlif kişilərlə cinsi istismara sövq edib.

G. Məhərrəmova barəsində də Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abonentin işıq, qaz və suyu nə vaxt kəsilir?
Zamantv.az-ın “Bir sual, bir cavab” rubrikasındabu günə olan mövzu kommunal təchizatın kəsilməsidir.

Vətəndaşlar tərəfindən ən çox edilən müzakirə və şikayətlərdən biri də fərdi yaşayış evlərində işıq, qaz və suyun borca kəsilməsidir. Bəziləri hansı hallarda sadalanan kommunal təchizatların kəsilməsindən xəbərsizdir.

Görəsən qanunvericiliyə əsasən, hansı hallarda abonentlərin işıq, qaz və suyu kəsilə bilər?





[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mingəçevirdə KORRUPSİYA İZİ... - Büdcə pulları belə xırıd edilir...
İlham İsmayılov Mingəçevir şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə başçı təyin olunub. Buna qədər o, sözügedən şəhərdə 2008-2018-ci illərdə İcra Hakimiyyəti başçısının müavini və birinci müavini vəzifələrində çalışıb. Onu vəzifəyə 2007-2012-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyətinə başçılıq etmiş Mübariz Ağayev gətirib. İlham İsmayılov daha sonra hazırda Gəncə şəhərinə başçılıq edən, 2012-2018-ci illərdə Mingəçevirin başçısı olmuş Niyazi Bayramovla çalışıb. Yəni icra başçılığı yolunda dərsini korrupsionerlərdən alıb. İşlərini elə bu yolla da davam etdirir.

Mingəçevirdə İlham İsmayılovun kadrları da onun istədiyi yolla gedirlər. Məhz elə buna görə də son dövrlərdə şəhər sakinlərinin narazılıqlarını əks etdirən şikayətlərin sayı artmaqdadır. Sakinlər sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində daha çox şəhərin məhəllədaxili yollarından, qaranlıq küçələrindən,baxımsız qalmış park və yaşıllıqların düşdüyü vəziyyətdən narazıdılar. Amma Mingəçevirdə yolların təmirinə də, şəhərin yaşıllaşdırılmasına da vəsaitlər ayırır. Milyonlarla manat. Amma bu vəsaitlərin hara xərcləndiyi bəlli deyil. Məsələn, Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin dövlət satınalmaları yolu həyata keçirdiyi işlərə külli miqdarda vəsait ayrıldığını açıq-aydın görmək olar. Ayrılmış vəsaitlərin müqabilində görülən işləri isə görmək olmur. Bəs bu vəsaitlər hara və necə xərclənir? Bunu başdan ayağa şübhələrlə dolu tender prosedurlarının nəticələrində görmək olar. Həmin tenderlərin bir neçəsini diqqətinizə çatdırırıq.

Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satınalınması üzrə 21.02.2022-ci il tarixdə müsabiqə yolu ilə başlanılmış açıq tenderə yekun vurulub və “ALPAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 149 999.99 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 01.04.2022-ci il tarixdə elan edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALPAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 121A, m. 26, qanuni təmsilçisinin isə Şöyübov Fərid Tamerlan oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı müəyyən etdik ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “ALPAN GROUP” MMC açıq tenderin keçirilməsi barədə verilən elandan, yəni 21.02.2022-ci il tarixdən cəmi 27 gün əvvəl, 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsindən bir ay əvvəl yaradılmış, maddi texniki bazası bəlli olmayan bir MMC ilə 150 min manat civarında satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur?

Bundan əlavə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2021-ci ildə keçirilmiş tenderlərdədə gobud şəkildə pozulub. Belə ki, İdarənin Tender Komissiyası müxtəlif malların və xidmətlərin satınalması üzrə “FARXALI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 268 833 manat məbləğində 4 satınalma müaviləsi bağlayıb.

Nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin, inventar, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 11570.81 manat məbləğində satınalma müaviləsi 30.12.2021-ci il tarixdə;

Mal-material və alətlərin satınalınması üzrə 122 679.92 manat məbləğində satınalma müaviləsi 30.12.2021-ci il tarixdə;

Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə özüboşaldan yük avtomobilinin satınalınması üzrə 10799.36 manat məbləğində satınalma müaviləsi 23.12.2021-ci il tarixdə;

“Mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satın alınması” üzrə 123 783.21 manat məbləğində satınalma müaviləsi 18.10.2021-ci il tarixdə;

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FARXALI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.01.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 14A, MƏH. 507/511, m. 31, qanuni təmsilçisinin isə İbrahimov Mabud Qürbət oğlu olduğu göstərilir.

Açıq mənbələrdə müxtəlif malların və xidmətlərin satınalması üzrə ayrı-ayrı tenderlərin qalibi olmuş bu MMC-nin barəsində heç bir məlumat yoxdu və analoji işlərdə təcrübəsinin olub olmaması suallar doğurur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 2021-ci il üçün ehtiyat hissələrinin, mal-materialların, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması üzrə 154 494.92 manat məbləğində satınalma müaviləsini “NIHAD MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıldığı göstərilir. Lakin araşdırdıqda göstərilən VÖEN-in “NIHAD MMC”-yə deyil, “ABADLIQ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu bəlli oldu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABADLIQ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 03.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, ev Boz Dağ küçəsi 1, m. 46, qanuni təmsilçisinin isə Mirzəyeva Elnurə Sabir qızı olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı “ABADLIQ İNŞAAT” MMC-nin qanuni təmsilçisi kimi göstərilən Mirzəyeva Elnurə Sabir qızı həm də “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Elnurə Mirzəyevanın təmsilçisi olduğu “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” MMC 2019-2021-ci illərdə, Ağdaş rayon Pirəzə Mexaniki Suvarma İdarəsinə maşın mexanimlərin və nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınmasından tutmuş, Mingəçevir şəhərində 2019-cu ildə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il tədbirlərinin keçirilməsi işlərinə, Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə xüsus texnikanın satınalınmasından tutmuş, Naftalan şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə mal-materialın alınmasına qədər 11 tender və kotirovka soröusunun qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 12.06.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, NƏSİMİ, ev 8 B, qanuni təmsilçisinin isə Mirzəyeva Elnurə Sabir qızı olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevirdə nədənsə abadlıq və yaşıllaşdırma işlərinin başında qadın biznesmenlər durur. Ötən yazılarımızın birində Mingəçeviri həm abadlaşdıran, həm yaşıllaşdıran, həm də işıqlandıran biznesmen xanım barədə məlumat vermişdik. Əslində isə bu xanımlar İlham İsmayılovun yaxın, yaxud uzaq qohumlarından başqa kimsə deyil və başçının yaxın adamları tərəfindən idarə olunurlar. Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Qürbət Məmmədov da elə İlham İsmayılovun yaxınlarından sayılır. Düzdü onu bu vəzifəyə Niyazi Bayramov təyin edib. Amma o vaxtlar birinci müavin olan İlham İsmayılovun istəyi ilə. İndi də əl-ələ verib Mingəçeviri kağız üzərində abadlaşdırır, binaların dam örtüyü dəyişdirir, əsaslı təmir işlərini görür, yeni yaşıllıqlar salırlar.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO