I Qarabağ müharibəsi əlilləri: Birdəfəlik ödənişin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

20:55 6.04.2022 151
I Qarabağ müharibəsi əlilləri: Birdəfəlik ödənişin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin verilməsi prosesi ləngiyir.

Belə ki, ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Bununla bağlı fərman imzalandığı gündən hazırlıqlara başlanılsa, müvafiq işlər görülsə də, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayında veriləcəyinə başlanmasının nəzərdə tutulduğu məlum olub.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov fevral ayında Cebhe.info-ya açıqlamasında ödənişlərin verilməsinə bu ilin aprel-may aylarında başlanılmasının planlaşdırıldığını bildirmişdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevralın sonunda mətbuata açıqlamasında iyun ayına qədər elektronlaşmaların başa çatacağını qeyd edib.

Nazir bilirib ki, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşdırma və digər sənədlər olmadığına görə bu sahədə müəyyən çətinliklər var:

“Çünki həmin sənədlər elektronlaşdırılmayıb. Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək”.

Bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsaitin ödəniləcəyini deyən nazir, həmin şəxslərin sayının hələ yekun rəqəm olmadığını və siyahının dəqiqləşdiriləcəyini vurğulayıb.

İlkin mərhələdə fərmandan irəli gələn məsələlərin icrası, birdəfəlik ödənişin verilməsi qaydasının hazırlanması üçün komissiya yaradılıb. Qaydaların layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Lakin hələ də ödənişlərin verilməsinə başlanılmayıb. Sənədlərin toplanması, təqdim olunması, təsdiqi və elektronlaşması vaxt aparır. Bu səbəbdən də sənədləri hazır olmayan əlillər digərlərinə ödənişin verilməsini ləngidir. Lakin hazırda təqaüd alan I Qarabağ müharibəsi əlillərinin adlı siyahısının nazirlikdə olduğunu nəzərə alsaq, həmin əlillərə birdəfəlik ödənişin verilməsinin ertələnməsi məntiqsizdir.

Belə olduğu halda sənədləri hazır olan I Qarabağ müharibəsi əlillərinin ödənişinin verilməsi niyə ləngiyir? Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bu sahədə gecikmənin olmadığını bildirib:

“1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq işlər davam edir və bu sahədə hər hansı gecikmə də yoxdur”.

Qurum rəsmisi sənədlərin elektron sistemə köçürülməsi işlərinin aparıldığını qeyd edib:

“Birdəfəlik ödəmənin verilməsi qaydası ilə bağlı təkliflər müvafiq komissiya tərəfindən artıq Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən birdəfəlik ödəmə proqramının icrası e-infrastruktur üzərindən şəffaf şəraitdə aparılmaqla, həmin vəsaitlərin müvafiq kateqoriyalardan olan vətəndaşlara ödənilməsi prosesi proaktiv qaydada həyata keçiriləcək.

Yəni, artıq onların birdəfəlik ödəmə ilə bağlı hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmayacaq.

Bu ödənişlər elektron sistem üzərindən avtomatik təyin olunacaq və bu barədə şəxsə məlumat veriləcək.

Ona görə də 17-20 min insanı əhatə edən proqram üzrə ödənişlərin proaktiv təyinatı mexanizminin tətbiqi üçün də həmin insanların əlillik sənədləri ilə bağlı işlər, siyahılaşdırma, xüsusilə uzun illər əvvələ aid və çoxusu kağız üzərində olan əlillik sənədlərinin e-sistemə köçürülməsi işləri aparılır və bu işlər artıq yekun mərhələdədir.

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat nəzərdə tutulub. Həmin ödənişlər nağdsız qaydada onların bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO