[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda iki "Jiquli" toqquşdu, 3 yaralı var
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisə ötən gün saat 16 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 16-cı kilometrliyində qeydə alınıb. Murad Əkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil qarşıdan gələn “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər sürücü M. Əkbərov, onun sərnişini Emin Əsədov və “VAZ-21011”in sərnişini Cəmilə Abulova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər 3 yaralı İsmayıllı rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra yaralılar evə buraxılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda bacılar arasında QANLI DAVA: Başından bıçaqla vurub...
Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Zamantv.az xəbər verir ki, şəhər sakini 62 yaşlı Kifayət Nurməmmədova ilə bacısı 48 yaşlı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə sonda qanla nəticələnib. K. Nurməmmədovanı bacısını başından bıçaqlayıb.

A. Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı K. Nurməmmədova saxlanılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda intihar etmək üçün ÖZÜNÜ DƏNİZƏ ATDI
Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, paytaxtın Xəzər rayonunda nəzarətsiz ərazidə, 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda XÜSUSİ ƏMƏLİYYAT: silahlılar tutuldu
Üzərində narkotik və odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib.

Əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən Saatlı rayon sakinləri Yaşar Cəfərov və tanışı Gülnarə Nəsirova saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Baş İdarə əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilinən Bəhmən İbrahimov saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "TT" markalı tapança, 8 ədəd patron və patron darağı aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bakıda XÜSUSİ ƏMƏLİYYAT: silahlılar tutuldu
Bakıda XÜSUSİ ƏMƏLİYYAT: silahlılar tutuldu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətai rayon polis rəisi "parkovşik"lərə ortaqlıq təklif edir - Nazirə ŞİKAYƏT
Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, mənzil 38-də yaşayan Rəcəbəliyev Amil Şamil oğlu daxili işlər naziri Vilayət Eyvazova ərizə ilə müraciət edib.

"Unikal"ın məlumatına görə, o müraciətində bildirib ki, 02 dekabr 2019-cu ildən "Çinar Avtoparking" MMC-nin 127-ci sektor rəisi vəzifəsində işləyir. Onun sözlərinə görə, xidmət etdiyi ərazi Bakı şəhərinin Xətai rayonunda yerləşir.

"Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Xətai rayon Bələdiyyəsi ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstəririk. Belə ki, aramızda olan razılığa əsasən, hər ay xidmət zamanı yığılmış vəsaitdən pul ödəyirik. Eyni zamanda, sektorumuzda fəaliyyət göstərən işçilərə əmək haqqı, sosial müdafiə fonduna və vergiyə ƏDV, mənfəət vergisi ödəyirik. 01.04.2022-ci il tarixdə Xətai rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə, polis əməkdaşları tərəfindən fəaliyyətimizə qeyri-qanuni müdaxilələr olub. Xidmət göstərən işçilərimiz dəfələrlə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə, qanunsuz küçə ticarəti aparmaqla bağlı protokollar tərtib olunub. İşçilərimiz bir neçə saat polis bölməsində saxlanılıb. Həmçinin, 80 manat cərimə olunublar. Həmin işçilər tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət edilərək xahiş olunub ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş polis əməkdaşları barəsində araşdırma aparıb qanuni tədbir görülsün", - deyə A.Rəcəbəliyev ərizəsində bildirib.
Xətai rayon polis rəisi "parkovşik"lərə ortaqlıq təklif edir - Nazirə ŞİKAYƏTXətai rayon polis rəisi "parkovşik"lərə ortaqlıq təklif edir - Nazirə ŞİKAYƏT
Həmin MMC ilə əmək müqaviləsi bağlayaraq fəaliyyət göstərən Etibar Məmmədov, Sərraf Abdullayev, Elvin Quliyev, Ehtibar Cavadov, Şamxal Qəhrəmanov və Təhməz Mütəllimov isə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılova şikayət ərizəsi ilə müraciət ediblər.

Onların hər biri şikayətlərində bildiriblər ki, "Çinar Parkinq" MMC-də Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlayaraq fəaliyyət göstəriblər və müəyyən edilmiş vergiləri ödəməklə əmək haqqı alırlar.

"Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları bizim fəaliyyətimizə maneələr yaradaraq işə gələn kimi, guya, qanunsuz xidmət göstərdiyimizə görə məcburi polis bölməsinə apararaq orada bir neçə saat saxlayandan sonra protokol tərtib edərək cərimə olunmağımıza dair qərar qəbul ediblər. Protokol yazarkən sahə müvəkkilinə bildirdik ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində göstərilir ki, qanunsuz küçə ticarəti, yəni, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi inzibati məsuliyyət yaradır. Biz, bələdiyyə ərazisində qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilmiş yerdə fəaliyyət göstəririk. Polis əməkdaşları isə buna heç bir əhəmiyyət verməyərək, bizi bölmədə qanunsuz olaraq saxlamaqla hüquqlarımızı pozublar. Sizdən xahiş edirik ki, araşdırma apararaq bizi qanunsuz cərimə edən şəxslər barəsində tədbir görülməsi üçün göstəriş verəsiniz", - deyə MMC-nin əməkdaşları bildiriblər.
Şikayətçilər onu da bildirirlər ki, polis rəisi və onun Samir adlı müavini onların sərbəst fəaliyyətinə imkan vermirlər, bunun yalnız hansısa “razılaşma” əsasında mümkün olduğunu deyirlər: "Belə çıxır ki, orada fəaliyyət göstərmək üçün ortaq işləməliyik. Onu da qeyd edək ki, sözügedən ərazidə xidmət aparan polis əməkdaşlarının qanunsuz fəaliyyətləri ilə bağlı müxtəlif faktlar var. Zərurət yarandığı təqdirdə onları da aidiyyatı üzrə təqdim edə bilərik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident mühüm Fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb.

"Zamantv.az" xəbər verir ki,Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir;

1.2. mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. bu Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Mikayılovun işçisi də tenderdə “qalib” oldu – Layihə hazırlamağa bir milyona yaxın vəsait alacaqlar
Zamantv.az “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti keçirmiş olduğu iki tenderin nəticələri barədə 07.04.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlama verib.

Köhnə Xan qızı və P-O ka­nallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 900 009.6 manat məbləğində satınalma müqaviləsini “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

Qızlıq kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 415 714 manat məbləğində satınalma müqaviləsini “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

İkinci tenderin qalibi,”PRO TECHNİCAL CONSULTİNG” MMC-nin barəsində açıq mənbələrdə geniş bir məlumat görsənmir. MMC-nin veb saytında isə bildirilir ki, hər növ layihələndirmə, texniki məsləhət işlərinə lisenziyası olan aparıcı mühəndislik, layihələndirmə və texniki məsləhətçi şirkətdir. Şirkətin Bakıda, Azərbaycanın müxtəlif regionlarında, eləcə də xarici ölkələrdə: Səudiyyə Ərəbistanı, BƏƏ – Dubayda fəaliyyət gostərdiyi bildirilir. Daha çox yaşayış binalarının layihələndirilməsi üzrə ixtisaslaşması görsənir. Məlum olan odur ki, MMC qalib elan olunduğu bu tenderdən bir gün əvvəl, bu qurum tərəfində keçirilmiş və 06.04.2022-ci il tarixdə açıqladığı 591 298 manat məbləğində daha bir tenderin qalibi olub. 2021-ci ildə isə Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş 263 917 manat məbləğində 3 tenderin qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.04.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 71, m. 21, qanuni təmsilçisinin isə Hacıyev Bəxtiyar Vahid oğlu olduğu göstərilir.

Keçək Köhnə Xan qızı və P-O ka­nallarının layihə sənədlərinin hazırlanmasına. Torpaq məcrada tikilmiş bu kanalın uzunluğu 64,5 km-dir. Yenidənqurma layhəsinin hazırlanmasına isə nə az, nə də çox, bir milyon manata yaxın vəsait ayrılıb. Bu günə qədər Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş cəmi bir tenderin qalibi olan bu MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 04.08.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 39, m. 55, qanuni təmsilçisinin isə Sultanov Akif Qara oğlu olduğu göstərilir.

Sultanov Akif Qara oğlu kimdir?

Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə 15 may 2013-cü il tarixdə “Tərəqqi” medalı ilə təltif olunmuş bir şəxs.

Bu şəxsin konkret olaraq “Azdövsutəslayihə” İnstitutunun işçisidir. Həm də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində sədri Zaur Mikayılov olan Elmi-Texniki Şuranın üzvüdür. Bu şəxsin oğlu Sultanov Nicat Akif oğlu isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “İnformasiya, idarəetmə sisteminin inkişafı” sektorunun müdiridir. Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov da “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində Elmi-Texniki Şuranın üzvüdür.

Bu isə o deməkdir ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin tender Komissiyası satınalma müqaviləsini rəhbərliklə daim təmasda olan, bəlkə də hər gün bir yerdə yeyib, içdikləri Akif Sultanova məxsus MMC ilə bağlayıb.

Amma qanun nə deyir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsi deyir ki, Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir;

Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:

Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;

Satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.

Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.

Göründüyü kimi Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin qalib elan etdiyi “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, yaxud da direktoru Akif Sultanov tenderi keçirən qurumun, yəni “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsidir və asılılığı var.

Bəs necə olur ki, Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Tender Komissiyası birdən-birə “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” MMC-ni qalib seçir. Axı bu qurumun indiyə qədər həyata keçirdiyi layihələri “Azdövsutəslayihə” İnstitutunun hazırlamışdır. Hansı ki, bu İnstitut 2022-ci ilin təkcə fevral ayında TİƏ-nin hazırlanması və layihələndirmənin həyata keçirilməsi üzrə ümumi olaraq 3 773 494 manat məbləğində 4 tenderin qalibi olub. Nə oldu ki, bu dəfə qalib “Azdövsutəslayihə” İnstitutu deyil, onun əməkdaşına məxsus MMC oldu? Bəlkə elə bu MMC-ni də “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayev yaradıb? Gözdən pərdə asmaq üçün işçisinin adına.

Axı ölkə Prezidenti İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Xatırladaq ki, Prezident İlham Əliyevin irad tutduğu səmərəsiz layihələrin kimlər tərəfindən irəli sürülürməsi, bu layihələrin kimlər tərəfindən hazıırlanması barədə elə həmin dövrdə yazmışdıq və qeyd etmişdik ki, layihələr birbaşa “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurum olan “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən hazırlanır. Hazırlanan bu layihələrin səmərəli olmadığını ölkə başçısı da açıqladı. Amma…

Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin belə faydasız layihələrdən qazanc əldə etməsi bu gün heç kimə sirr deyil. Bu qazancın səsi Avropanın bir çox ölkələrindən, müxtəlif şəhərlərindən gəlməkdıdir. Görsənən odur ki, yeni sədr Zaur Mikayılov da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri kimi varlanmaq eşqinə düşüb. Nə çoxdu Səhmdar Cəmiyyətin pul çıxarmalı qurumları. Amma yeni sədr ən rahat yolunu tapıb. Elə Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru, keçmiş sədrin ən yaxın adamlarından olan Ramiz Vəkilovla, “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayevlə işbirliyi qurmaq daha rahat və əlverişlidi. Onlar buradan asan qazanc əldə etməyin yolunu yaxşı bilirlər. Belə olmasaydı Zaur Mikayılovun işçisi özlərinin keçirdiyi tenderdə necə qalib ola bilərdi. Şübhələnməyə əsas var, deyilmi?
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda qardaş bacısını güllələdi
Sumqayıtda güllələnmə hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.

Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi üstündə olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşından ayrılaraq başqası ilə yaşamağa başlayıb.

Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ-ın yeni nüvə raketinin adı açıqlanıb
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni qitələrarası ballistik raketin (ICBM) adını açıqlayıb. Perspektivli döyüş sursatı LGM-35A “Sentinel” adını alıb.

Ground Based Strategic Deterrent (GBSD) adı altında hazırlanan raket LGM-30G “Minuteman III” ICBM-ni əvəz edəcək. Hərbçilər “Sentinel”i 2029-cu ildən almağa başlayacaq. Yeni raketlər təkmilləşdirilməkdə olan ABŞ Hərbi Hava Qüvvələrinin mövcud infrastrukturundan istifadə edəcək.

ABŞ Müdafiə Nazirliyi yeni raketlərlə yenidən təchizatın “Minuteman III” raketlərinin xidmət müddətini uzatmaqdan daha ucuz başa gələcəyini qeyd edib. “Sentinel” 2070-ci illərə qədər istismar olunacaq.

Mənbə: Defense News
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Torpaq sürüşdü, 11 nəfrə həyatını itirdi
Kolumbiyanın şimal-qərbində şaxtada baş verən sürüşmə nəticəsində 11 nəfər ölüb, 7 nəfər itkin düşüb.

Zamantv.az xəbər verir ki, bu barədə Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsi məlumat yayıb.

Güclü yağışın səbəb olduğu torpaq sürüşməsi Antioquia inzibati bölgəsindəki Abriaqui qəsəbəsində mədənə təsir edib.
İtkin düşənlərin axtarışı davam edir.

Abriaqui bələdiyyə başçısı Hektor Orreqo bildirib ki, hadisə işçilər nahar edərkən baş verib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO