[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda çevriliş və ya sabitliyin pozulacağı gözlənilir
Zamantv.az - Ermənistan müxalifəti və Qarabağ separatçılarının liderləri Azərbaycan və Türkiyə ilə barışıq mövqeyi səbəbindən Nikol Paşinyan hökumətinə qarşı mübarizəyə hazırlaşırlar. Son günlər baş verən hadisələrdən belə nəticə çıxarmaq olar.

Belə ki, aprelin 14-də “Qarabağ parlamenti” növbədənkənar iclasında Qarabağın müstəqilliyi uğrunda mübarizədən imtina ehtimalını istisna edən bəyanat qəbul edilib.

“Biz Ermənistan hakimiyyətindən məhvedici mövqeyindən əl çəkməyi və müstəsna olaraq yuxarıda qeyd edilən dəyərləri rəhbər tutmağı tələb edirik”, deyə bəyanatda bildirilir.

Elə həmin gün Qarabağda separatçıların lideri Araik Arutyunyanın Qarabağın hərbi rəhbərliyi və keçmiş liderləri ilə təcili iclasları və görüşləri baş tutub. İclasların və görüşlərin yekunlarına görə Arutyunyan açıq-aşkar bildirib ki, Ermənistan hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq planlarını qəbul etmir.

Ermənistan müxalifəti və Qarabağ liderləri Paşinyanın Azərbaycanla sülh bağlamaq planlarını pozmaq cəhdində birləşiblər və qətiyyətlə hərəkət etmək niyyətindədirlər. Göründüyü qədər, Ermənistanı sarsıntılar və sabitliyin pozulması gözləyir. Paşinyana qarşı sui-qəsd, hərbi çevriliş və ya müxalifətçilərin repressiyalarına gətirib çıxaracaq kütləvi etirazlar baş verə bilər. Erməni hərbiçilərin sülh sazişinin bağlanmasına yol verməmək üçün hərbi təxribatını da istisna etmək olmaz. //Turan//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arutyunyan Xankəndidən qaçmağa hazırlaşır: - APRELİN 18-DƏ...
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarından sonra Qarabağda separatçı-terrorçu rejimin qalıqları çətin vəziyyətə düşüb.

"Zamantv.az" publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma “başçısı” Araik Arutyunyan Paşinyanla görüşmək üçün İrəvana gəlir.

Ermənistan mediasının məlumatına görə, aprelin 18-də İrəvanda Paşinyanla görüşəcək Araik Arutyunyan son prosesləri müzakirə edəcək.

“Arutyunyan Paşinyanı “arsaxı” məhv etmək qərarından çəkindirməyə çalışacaq”, - “hayeli.am” yazır.

Hazırda Araik Arutyunyan özünü xilas etmək haqda düşünür. Çünki Azərbaycan tərəfi Qarabağdakı erməni vətəndaşlarına təhlükəsizlik və hüquqi təminat verir. Ermənistan tərəfi bu təminatla razıdır. Bu proses Xankəndidəki separatizmin neytrallaşdırılması deməkdir. Arutyunyanı narahat edən də erməni əhali yox, özünün taleyidir.

Paşinyan aprelin 19-da Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Paşinyanın Moskva səfərindən öncə Arutyunyanın İrəvana gəlmək planı da separatçıların özlərinin xilas edilməsinin yollarını axtardığından xəbər verir. Erməni mənbələr Arutyunyan və separatçı rejimin “rəhbərliyində” təmsil olunan digərlərinin Xankəndidən qaçmaq planını da alternativ variant kimi düşündüklərini yazır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalanın sabiq icra başçısının müsadirə olunmuş əmlakı - SİYAHI
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq İsmayıl Vəliyevin 5 milyon manatlıq əmlakı müsadirə olunub. Zamantv.az APA-ya istinadla xəbər verir ki, həmin əmlakların siyahısı əldə olunub. Əmlakların siyahısını təqdim edirik:

Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil

Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi

Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil

Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası),

Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası

“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisəsi

Neftçala şəhəri M. Ə. Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi

Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyaya bazar qapısı bağlanır: - Azərbaycan onu əvəz edəcək?
Enerji ticarətində Avropa ölkələri Rusiyanın əsas müştəriləri olsa da, vəziyyət getdikcə dəyişir.

Belə ki, Ukraynaya qarşı işğalçı siyasəti Rusiyanın enerji ilə bağlı bir sıra müştərilərini ardıcıllıqla itirməsinə gətirib çıxarır. Avropa İttifaqı Rusiyadan neft idxalını mərhələli şəkildə azaldacaq. Beləliklə, Avropa ölkələri bu müddət ərzində yeni təchizatçılarla müqavilələr bağlamağa vaxt qazanacaq.

“The New York Times”in xəbərinə görə, aprel ayının 24-də Fransada prezident seçkilərinin ikinci turu yekunlaşana qədər neft və qaz təchizatı ilə bağlı hər hansı qadağanın tətbiq edilməsinə dair məsələ gündəmdə olmayacaq. Bu gün dünya bazarında neft-qaz istehsalçısı olan ölkələr sırasında Azərbaycan da yer alır.

Bəs, Azərbaycanın adı Avropa ölkələrinin nəzərdə tutduğu yeni təchizatçılar sırasındadırmı? Zamantv.az -ın məlumatına görə, neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl bu ölkənin gündəlik neft ixracı təxminən 4, 6 milyon barel təşkil edirdi:

“Mövsümlə bağlı ixrac həcmləri hətta 5 milyon barel civarına da yüksələ bilirdi. Rusiya eyni zamanda beynəlxalq müştəri bazarlarına neft məhsulları da ixrac edirdi. Gündəlik ixrac həcmləri 2,6 milyon barel idi. Bütövlükdə Rusiya-Ukrayna müharibəsindən əvvəl bu ölkənin gündəlik neft və neft məhsulları ixracı 7,5-7,6 milyon barel idi. Enerji dəyər zəncirində iki əsas amil var ki, biri neft, digəri təbii qazdır. Bu dəyər zəncirində hər hansı qırılma təbii ki, qlobal iqtisadiyyata mənfi təsir göstərir. Avropa ölkərində mövcud olan emal gücləri əsasən Rusiyanın ixrac neftinə hesablanmışdı.

Rusiya Avropa ölkələrinə Qara dəniz limanı olan “Novorossiyk” üzərindən, eyni zamanda Baltik dənizi sahilində olan “Primorsk” və “Usluk” dəniz terminallarından xam neft və neft məhsulları ixrac edirdi. Digər tədarük həcmləri “Drujba” kəməri vasitəsilə ixrac edirdi ki, burada maksimum ötürücülük gücü gündəlik 800 min- 1 milyon barel civarındadır. Avropadakı neft emalı güclərinin konfiqurasiyası “Urals” markalı neftə hesablandığından mərhələli şəkildə Rusiya neftindən imtina ediləcəyi təqdirdə alternativ variantlar işə düşməlidir. Alternativ variantlar da tapılacaq”.

Ekspertin sözlərinə görə, bu halda neft təchizatında tədarük tezliyi deyilən bir anlam var ki, bu da məhsulun çatdıırlma müddətidir:

“Sadəcə olaraq alternativ mənbələrdən neftin çatdırılma müddəti bir az böyüyəcək. Məsələn, Rusiya nefti “Novorossiyk” və yaxud Baltik dənizi terminallarından Avropa bazarlarına, Aralıq dənizi regionlarına maksimum 7-10 gün müddətinə çatdırılırdı. Artıq alternativ mənbələrdən tədarük həcmləri 30-40 gün müddətinə çatdırılacaq. Eyni zamanda, burada daşınma, sığorta xərcləri artmış olacaq. Buna baxmayaraq, hazırkı vəziyyət siyasi məsələ olduğuna görə Avropa ölkələri alternativ mənbələrdən neft tədarükünü həyata keçirəcək. Hazırda bazarda neft qıtlığı müşahidə edilmir. Məsələn, mart ayında gündəlik tədarük 98 milyon bareldən yuxarı olub. Dünya üzrə neftə olan gündəlik tələbat isə 98 milyon bareldən yuxarı olub, mart ayının sonunda qlobal neft bazarlarında neftə olan tələbat 99,2 milyon barel təşkil edib ki, bu da pandemiyadan əvvəlki ixrac və idxal rəqəmlərinə yaxındır. Alternativ mənbələr əsasən Şimal dənizindən hesablanıb, ABŞ nefti, Liviya və Nigeriya üzərindən ixrac həcmləri olacaq”.

Ekspertin fikrincə, təbii ki, Azərbaycan nefti də əvvəlki qaydada həm Qara dəniz, həm də Aralıq dənizi enerji bazarında olacaq:

“Çünki Azərbaycanın neft təsisatları əsasən tədarük çevikliyində elə bir problem yaratmır. Biz istənilən Ceyhan limanından Aralıq dənizi regionlarına bir həftə ərzində neftin çatdırılmasını təşkil edə bilərik. Təbii ki, Azərbaycanın neft satışından əldə etdiyi gəlirlər ötən illə müqayisədə çox olacaq. İtaliyanın “Auqusta” limanında “AzerLight” markalı neft “Brent” etalon markalı neftə nisbətdə hər bareldə 6,5-6,25 dollar mükafatla satılır. Bu baxımdan Azərbaycan neft ixracında müştəri məmnuniyyətinin təminində elə bir problemi olmayacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarix olan Minsk Qrupu və ya ATƏT-dən “xalq diplomatiyası”na yardım gözləntisi - İNCƏLƏMƏ..
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ATƏT-in Minsk Qrupunun taleyindən danışarkən bildirib ki, artıq həmsədrlik institutu faktiki olaraq mövcud deyil. Prezident xatırladıb ki, həmsədrlər İkinci Qarabağ müharibəsindən dərhal sonra Bakıya gəliblər: "Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur".

"Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk Qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz həmsədrlərlə müxtəlif beynəlxalq tədbirlərdə görüşüb və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz", İ.Əliyev Bakının Minsk Qrupu ilə bağlı mövqeyini yeniləyib.

Bununla yanaşı, Azərbaycan lideri hesab edir ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər: "Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir".

Beləliklə, rəsmi Bakı ATƏT-ə "xalq diplomatiyası" ilə məşğul olmaq çağırışı etmiş oldu. Yəni ki, ATƏT Minsk Qrupu formatında siyasi deyil, bir beynəlxalq təşkilat olaraq bundan sonrakı sülh prosesində humanitar məsələlərdə yardımçı ola bilər. Azərbaycanın tanınmış ictimai şərxləri də hesab edirlər ki, hazırkı mərhələdə Azərbaycan və erməni vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin təşkili, təmasları sülhə töhfə verə bilər. Zamantv.az-ın məlumatına görə, "Yeni Nəsil" Jurnalistlər Birliyinin və "Press Klub"un rəhbəri Arif Əliyev AYNA-ya deyib ki, Minsk Qrupunun əvvəllər öhdəsində olan funksiyanı yerinə yetirə bilməməsi, bundan sonra da hansısa formada fəaliyyət göstərməsinin mümkün olmayacağı hər kəsə aydındır və həmsədrlik institutu demək olar ki, yoxdur.

Onun sözlərinə görə, hətta Rusiya da XİN başçısı səviyyəsində bildirib ki, həmsədrlərdən ikisi - ABŞ və Fransa Moskva ilə birlikdə işləməyə razı deyil: "Məsələ belədir ki, Azərbaycan razı olsa da, həmsədrləri bir yerə yığmaq mümkün deyil. Onların birlikdə nəsə etməsinə ehtiyac da qalmayıb. ATƏT-in özünün isə sülhyaratma missiyasında iştirakı məncə, istənilən halda qaçılmazdır. ATƏT olmasın Avropa İttifaqı olsun, Avropa İttifaqı olmasın Avropa Şurası olsun, bu beynəlxalq təşkilatlar sülhyaratma prosesində iştirak etməlidirlər və edəcəklər. Onların başlıca məqsədi sülhün yaranmasına yardım etmək, bunu sürətləndirmək, müxtəlif təbəqələr arasında əlaqələrin qurulmasına, informasiya mübadiləsinin bərpasına töhfə vermək olmalıdır. Bu baxımdan, Prezident Əliyevin qeydini təbii qəbul edirəm".

"Hansı konfliktə baxsanız görərsiniz ki, hamısında hərbi faza bitəndən sonra danışıqların getdiyi, sülh müqaviləsinin hazırlanması mərhələlərində bu təşkilatların rolu böyük olub. Amma bir məsələni nəzərə almaq lazımdır ki, təşkilatlar sadəcə yardımçı rolunu oynayacaqlar. Prosesi bütövlükdə özümüz - Azərbaycan və Ermənistanın dövlət orqanları, vətəndaş cəmiyyətlərinin təmasları ilə irəli aparmalıyıq", - deyə A.Əliyev vurğulayıb.

"Yəni ki, sülhyaratma mərhələsində də öncüllüyü beynəlxalq təşkilatlara həvalə edib kənara çəkilmək olmaz. Çünki onlar bizim özümüz qədər yerli spesifikamızı bilmirlər. Eyni zamanda, beynəlxalq təşkilatların özlərinin az da olsa, öz maraqları olur. Bu amillər əlbəttə, prosesə maneə yaradan hallardır. Biz bunu əvvəlki mərhələlərdə görmüşük", - "Press Klub" rəhbəri əlavə edib.

A.Əliyev belə bir prosesdə şəxsən iştirak etməyə hazıdır: "Düşünürəm ki, bu prosesdə mənim də xeyli köməyim dəyə bilər. Çünki bu istiqamətdə uzun illik fəaliyyətim və təcrübəm var. Xüsusilə də, Azərbaycan və Ermənistan media orqanları arasında əlaqələrin yaradılması, real informasiya mübadiləsinin təmin olunması sahəsində. Əlbəttə, belə bir mərhələdə hansısa proqram, partnyorlar maraqlı olarsa, biz bu sahədə öz töhfəmizi verməyə hazır olacağıq".

Müsahibimiz onu da qeyd edib ki, hazırda nə biz ermənilərə inanırıq, nə də onlar bizə inanırlar: "Arada 30 illik qan-qada var. Arada o qədər aldatmalar, şübhələr var ki, bu, qarşılıqlı inamsızlığı formalaşdırıb. Amma inam, zəmanət öz-özünə yaranmır, yaradılır. Bunun üçün əmək sərf edilməlidir, təcrübələr üzərində işlənilməlidir. Əlbəttə, bunu əvvəl-axır yaratmalı olacağıq. Əgər sülhün əldə olunmasını istəyiriksə, bizim yolumuz gec-tez buradan keçəcək".

"Bu, uzun və ağrılı proses olacaq. Cəmiyyətlər arasında inamı yaratmaq bir ilin, beş ilin məsələsi deyil. Həmişə hansısa problemlər qalacaq. Amma biz bu təcrübə nəticəsində problemləri dinc, ağıllı yolla, təmiz vicdanla bir-bir həll edəcəyik, bir-birimizə güllə atmaqla yox", - A.Əliyev fikrini tamamlayıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə özünün də iştirakı ilə belə bir prosesin başladığını qeyd edib.

Agentlik direktoru bildirib ki, erməni vətəndaş cəmiyyətinin nümayəndələri ilə iki görüşdə iştirak edib: "Görüşlər Avropa Birliyinin dəstəyi ilə “LINKS Europe” tərəfindən təşkil edilir. “LINKS Europe” 25 ildir ki, belə tədbirlərlə məşğuldur, böyük təcrübələri var. İkinci Qarabağ müharibəsindən sonra təşkilat belə bir təşəbbüslə çıxış etdi. Biz tərəfdən də, erməni tərəfdən də bu, qəbul olundu - rəsmi və qeyri-rəsmi səviyyədə. Birinci görüş ötən il sentyabrın axırlarında Gürcüstanda, ikinci görüş isə bu yaxınlarda Brüsseldə baş tutdu. Hansı ki, həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşdülər. Belə görüşlərin davamı olacaq. Əslində belə təmaslara ehtiyac var. Hesab edirəm ki, bu prosesə, yəni ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoquna dövlətlər də dəstək verməlidir".

"Hesab edirəm ki, belə görüşlərin keçirilməsi sülh prosesinə töhfə verəcək. İndiki vəziyyət də, bunu tələb edir. Vəziyyət bizim xeyirimizədir. Torpaqlar işğaldan azad olunub, sülh sazişinə doğru addımlar atılır. Bizə daha çox sərf edir ki, sülhlə bağlı daha aktiv işləyək", - Əliyev vurğulayıb.

M.Əliyev qeyd edib ki, bu prosesə hər iki tərəfdən istək və ehtiyac olmalıdır: "Məncə, hər iki amil mövcuddur. Beynəlxalq təşkilatlar maraqlıdırlar ki, rəsmi səviyyədəki danışıqlarla yanaşı, vətəndaş cəmiyyətləri arasında da dialoq olsun. Əlbəttə, ATƏT də buna öz dəstəyini göstərməlidir və yəqin ki, göstərəcək. ATƏT-in bu prosesə qoşulması qaçılmaz olacaq. Lakin indiki vəziyyətdə ictimai sülhyaratma missiyasına dəstək verməsi sual altındadır. çünki Rusiya-Ukrayna müharibəsi gedir, qarışıqlıq var. Geopolitik vəziyyətə uyğun addım atacaqlar".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hafiz Məmmədov barəsində qətimkan tədbiri dəyişdirildi
Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

Zamantv.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.

Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Məlumatı Hafiz Məmmədovun vəkili Orxan Cəfərbəyli APA-ya təsdiq edib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İndiyədək ölkə ərazisində 58 095 ədəd yeni nəsil NKA quraşdırılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Qurumdan verilən məlumata görə, indiyədək ölkə ərazisində 58 095 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev: “Bu gün Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha qabarıq görünür”
“Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə deyib.

“Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür”, - İlham Əliyev bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub.

Bu fikir aprelin 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüş zamanı Albaniyanın Baş naziri Edi Rama tərəfindən səsləndirilib.

“COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz”, - Albaniyanın dövlət başçısı deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna-Rusiya arasında əsirlərin mübadiləsi baş tutub
Bu gün Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlanan gündən etibarən sayca dördüncü əsir mübadiləsi prosesi baş tutub.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

“Beş zabit və 17 hərbi qulluqçu dəyişdirildi. Həmçinin biri qadın olmaqla səkkiz mülki şəxs də azad edildi”, - İrina Vereşçuk öz rəsmi “Telegram” hesabında yazıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO