[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
https://youtu.be/rlr6U-Ui8E8
Azərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib.

Qərara əsasən, elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi ilə bağlı bəndə aşağıdakı əlavə edilir:

-lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Kiyevi vuracaq - XƏBƏRDARLIQ
Rusiya Silahlı Qüvvələri Kiyevə zərbə endirə biləcəyini açıqlayıb.

Zamantv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“Biz Ukrayna qoşunlarının təxribat cəhdlərini və Rusiya ərazisindəki hədəflərə zərbələr endirdiyini görürük. Belə təxribat davam edərsə, Rusiya Silahlı Qüvvələri qərarqəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevdə Rusiya ordusunun indiyədək çəkindiyi mərkəzlərə zərbələr endirəcək”, - deyə Rusiya MN-dən bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həyat yoldaşını döydüyü üçün intihar etdi
Bakının Sabunçu rayonunda ər həyat yoldaşını döydüyü üçün intihara cəhd edib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Tramvay küçəsində yaşayan 1985-ci il təvəllüdlü Hacıyev Rza Səlim oğlu həyat yoldaşını döyərək ona xəsarət yetirib.
Əməlindən peşman olan R.Hacıyev intihara cəhd edib. O, mətbəx bıçağı ilə özünə bir neçə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə korrupsiyaya görə həbs ÖNƏMLİ DEYİL... - Vəzifədə QALA BİLƏRSƏN...
Təhsil naziri Emin Əmrullayev, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev korrupsiya faktı ilə həbs olunanları vəzifə kürsüsündə saxlayır.

Belə ki, ötən yazımızda Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov ilə həbs olunan icra hakimiyyətinin köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev haqqında yazımız dərc olunmuşdur.

Xatırladaq ki, adı çəkilən şəxslər 26 aprel 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun qanunsuz əməllərində saxlanılmışdır.

Vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilən, sabiq İcra başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev istintaqa cəlb olunsada hal-hazırda polis nəzarətində olan sabiq icra hakimiyyətinin baçısının köməkçisi Mahir Əliyev, Təhsil şöbəsinin müdiri Qüdrət Əliyev azadlıqda olaraq eyni postu tutub dövlətin qanunlarından dolayı yolla yayınıblar.

Sual yaranır ki, bundan öncə həbs olunan icra hakimiyyətinin baçılarının müavinləri, köməkçiləri, təhsil şöbəsinin işçiləri həbs olunan icra hakimiyyətinin başçıları ilə məsuliyyətə çəlb olunsada, nədənsə qara qüvvələr adı çəkilən, həbsdə olan İcra başçısı Alimpaşa Məmmədovun qulbeçələri hələdə azadlıqda meydan suluyurlar.

Məlumata görə, DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşlara zərər vurulması, qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib adı çəkilən Mahir Əliyevi, Qüdrət Əliyevi icra hakimiyyətinin baçısı ilə həbs olunması haqqında mətbuata açıqlama verən rəsmi orqanlar bu gün belə çinayətkar şəxslərin yenidən vəzifə kürsüsündə qalmasına göz yumurlar, axı niyə?

Bir halda ki, belə şəxslər vəzifə postunda çinayət ediblərsə, onların çəzası vətənə xəyanətə bərabərdir. Çinayət cəzası qalanda yeni çinayət pöhrəm atır, cəmiyyəti, dövlətin maraqlarını, hakimiyyəti zəif struktur kimi formalaşdırır, dövlətin qanunlarını kölgədə saxlayır.

Təhsil Naziri Emin Əmrullayev, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin, belə şəxsləri vəzifə də saxlaması yolverilməzdir. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşən azərbaycanlılarla nə etməli: Cəza, yoxsa... - HƏQİQƏTƏN DƏ...
Martın 27-də Kiyev yaxınlığında həlak olan snayper Elnur Həsənov ötən bazar günü ailəsinin yaşadığı Goranboy rayonunda torpağa tapşırılıb. Həsənovun cənazəsi Azərbaycana gətirilərək ailəsinə təhvil verilib. Ukraynada isə Azərbaycanın himninin Ukrayna dilində səsləndirildiyi Ə.Həsənovla təntənəli vida mərasimi keçirilib.

Elnur Həsənov “Alik” adı ilə tanınan “Karpat Sıç” könüllü batalyonunun tərkibində İrpen istiqamətində döyüşüb. Qeyd etmək lazımdır ki, o, 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.

Ukrayana Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadovun AYNA-ya dediyinə görə, Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə azərbaycanlıların həlak olması faktı birinci dəfə deyil: “Bu günlərdə Rüstəm İsmayıl oğlu İsmayılov qəhrəmancasına həlak olub. Bundan başqa, A0693 saylı hərbi hissənin motoatıcı taborunun atəşə dəstək tank əleyhinə tağımının 2-ci tank əleyhinə bölüyünün böyük operatoru, baş əsgər Alxaslı Naib Əli ötən il noyabrın 26-da cəbhədə snayper gülləsindən dünyasını dəyişib. Azərbaycanda anadan olub, Xarkovda yaşayıb. 2018-ci ildə hərbi xidmətə gedib, ikinci Vətənini müdafiə edib”.

UABD-nin sədri xatırladıb ki, bundan əvvəl Ukrayna uğrunda gedən döyüşlərdə Yolçu Əliyev və Fariz İbrahimov, çavuş Sahib Atakişiyev və kapitan İlqar Bağırov şəhid olublar: “Bəli, Ukraynada doğulmuş və ya bu ölkədə müxtəlif müddətlərdə yaşayan azərbaycanlıların çoxu rus işğalçılarına qarşı çıxır. Onlar bizim və sizin azadlığınız üçün vuruşurlar. Necə ki, ukraynalılar vaxtilə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşublar”.

Həmsöhbətimizin sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycanın bu ukraynalı qəhrəmanlarından birinin ölümü ilə bağlı faciəli xəbərlər gəlib: “Günahkar dünyamızı pilot Leonid Kravetsi tərk etdi. O, Xocalı soyqırımı ilə bağlı rəsmi Bakıya məlumat verən ilk pilot olub. Çingiz Mustafayevi və hərbçiləri bu ağır cinayətin törədildiyi yerə aparan da o olub. Bu, həqiqətən də qəhrəmanlıq idi”.

“Biz Viktor Sereginin qəhrəmanlığını da xatırlayırıq. Bildiyiniz kimi, 1992-ci il yanvarın 28-də saat 16:20-də onun idarə etdiyi, göyərtəsində 47 sərnişin olan mülki Mi-8 helikopteri Ermənistan tərəfindən atılan “Stinger” termal raketi ilə vurulub. Havada baş verən partlayışdan və salonda baş verən yanğından sonra Seregin helikopteri Şuşa şəhərinin yaşayış massivlərindən uzağa, teleqüllə ərazisinə yönəldə bilib. O, ekipaj və sərnişinlərlə birlikdə həlak olub. Viktor Seregin Bakıda Şəhidlər Xiyabanında dəfn edilib, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu günlərdə Xarkovdan Kişinyova təxliyə edilmiş, Azərbaycanın Milli Qəhrəmanı Viktor Sereginin dul arvadı və qızı - Qalina Mixaylovna Seregina və Oksana Viktorovna Dumenko Bakıya uçdular. Biz bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edirik, hörmətlə anırıq və bundan sonra da yaşadacağıq. Ukrayna uğrunda döyüşlərdə canlarından keçmiş azərbaycanlılar kimi. Ruhları şad olsun”, - deyə H.Cavadov vurğulayıb.

Düzdür, bu məsələyə başqa bir baxış da var. Azərbaycanda Rusiya-Ukrayna hadisələrində iştirak edən azərbaycanlılar cəzalandırılacaq. Bu sözləri Milli Məclisin üzvü Fazil Mustafa deyib. Eyni zamanda, onun sözlərinə görə, əgər azərbaycanlı Rusiya və ya Ukrayna vətəndaşıdırsa, bu ölkələrin qanunlarına uyğun olaraq orduya çağırılıbsa və ya könüllü dəstələrdə döyüşürsə, o, Azərbaycan Respublikasının qanunları ilə heç bir məsuliyyət daşımır.

“Lakin əgər şəxs Azərbaycan vətəndaşıdırsa və müvafiq olaraq başqa ölkənin ordusuna və ya könüllü birləşmələrinə qoşulubsa, cavabdehlik daşıyır”, - deyə deputat yerli mətbuata müsahibəsində bildirib.

Əməkdaşımızla söhbətində isə Mustafa qeyd edib ki, döyüşənlərə, şəraitdən asılı olaraq, Cinayət Məcəlləsinin müxtəlif maddələri aid edilə bilər: “Amma ümumilikdə bu, ağır cinayətdir və 10 ildən başlayan məhkumluq cəzası nəzərdə tutulur”.

Göründüyü kimi, deputat problemə şəxsi münasibətini bildirməyib. O, sadəcə olaraq ölkədə mövcud qanunlara işarə edərək, bunu qısaca qeyd edib. Amma burada qanunlarla yanaşı, mövcud reallıqlar da var.

Onlar elədirlər ki, həqiqətən də, yüzlərlə etnik azərbaycanlı indi əllərində silah rus işğalçılarına qarşı çıxırlar. Üstəlik, həm Azərbaycan vətəndaşı olan Ukrayna vətəndaşları, həm də “şəhadətnamə”, yəni müvəqqəti və ya daimi yaşamaq hüququ verən sənəd əsasında Ukraynada yaşayan Azərbaycan vətəndaşları var.

İkinci kateqoriyaya aid olanların Ukraynada ailələri, evləri, dostları və tanışları var. Onlar Ukraynanı həqiqətən ikinci vətənləri hesab edirlər və rus işğalçılarının hücumu zamanı onu müdafiə etməyə bilməzlər. Bu halda, qanunların tətbiqi üçün məhdudiyyət müddətinin olmadığını da nəzərə alsaq, necə olmalıdır? Yəni, ölkəmizin vətəndaşı statusunda Ukrayna uğrunda döyüşmüş, sonradan Ukrayna vətəndaşlığını qəbul etmiş azərbaycanlı qanunun tələbinə uyğun olaraq Azərbaycanda cinayət məsuliyyətinə cəlb oluna bilər.

Mən bu vəziyyətdən yalnız bir çıxış yolu görürəm: ölkəmizin pasportu ilə Ukrayna uğrunda döyüşənlərin Azərbaycan vətəndaşlığından çıxması üçün sürətləndirilmiş prosedur. Üstəlik, əslində bu, o qədər də mürəkkəb prosedur deyil. Eyni zamanda həm Azərbaycan, həm də Ukrayna pasportlarına sahib olanların sayının çox olduğunu demirəm. Baxmayaraq ki, qanun buna da imkan vermir. //ayna//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mənim diaqnozumla əlillik alanlar olsa da, mənə “imtina” verilib...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
“Vətən müharibəsinə könüllü qoşulmuşam, Füzulidən Şuşa istiqamətinə qədər döyüşmüşəm. Döyüşdə yaralandım və kəllə-beyin travması aldım. Lakin indiyə qədər əlillik dərəcəsi ala bilmirəm”. Zamantv.az xəbər verir ki, bunu “Qafqazinfo”ya Cəlilabad rayonundan olan 27 yaşlı Vətən müharibəsi qazisi Babək Cəfərli bildirib. Onun sözlərinə görə, ötən il dekabrın 28-də əlillik dərəcəsinin təyin olunması üçün lazımi sənədləri aidiyyəti quruma təqdim edib: “Qanunvericilikdə göstərilir ki, 15 iş günü müddətində əlilliklə bağlı müraciətə cavab verilməlidir. Buna baxmayaraq, 92 gündən sonra - aprelin 6-sı mənə “imtina” cavabı gəlib.

Mən Aprel döyüşlərində də iştirak eləmişəm. Vətən müharibəsində, oktyabrın 6-da yaralanmışam. Kəllə-beyin travması, beyin silkələnməsi və onurğamdan zədə almışam. Füzuli, Biləsuvar Rayon Mərkəzi Xəstəxanalarında, Bakı və Gəncə şəhərlərində xəstəxada müalicə almışam. Mənə qoyulan diaqnozla əlillik dərəcəsi alanlar olsa da, mən əlillik ala bilmirəm...”

Qazi bildirib ki, səhhətində problemlər olduğuna görə işləyə də bilmir: “Mənim kimi digər cəbhədə döyüşən yoldaşlarım var. İş üçün müraciət edəndə də bizə deyirlər ki, “Maştağada yatmısınız, sizə iş verə bilmərik”.

Problemlə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bunları bildirdi: “Vətən müharibəsi iştirakçısı Cəfərli Babək Əzimxan oğlu bu il martın 11-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. B.Cəfərlinin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu səbəbdən əlillik təyinatından imtina edilib”.

Qeyd edək ki, Babək Cəfərli Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mənzil fırıldağını önləmək üçün:Tikilməmiş binaya da “kupça” almaq olar - AKTUAL
Rahat və öz evinin olması azərbaycanlıların ən böyük arzususdur.

Ömürlərinin ən önəmli hissəsini bu arzunu reallaşdırmağa sərf edənlər müəyyən çətinliklə rastlaşırlar. Belə ki, mənzilləri satışa çıxaran tikinti şirkətlərinin bəzisi bir mənzili bir neçə şəxsə satır. Tikilməkdə olan, bəzən təməlini belə qoymadıqları binanın mənzillərini alıcılara təklif edən şirkətlər daxili müqavilə yolu ilə satışı həyata keçirirlər. Müqaviləni də şirkət birtərəfli qaydada hazırladığı üçün alıcıların hüquqları pozulur. Bu cür müqavilələrdə tərəflərin öhdəlikləri göstərilsə də, icra vaxtı dəqiq göstərilmir. Bu isə qanunvericiliyə ziddir. Məlumat üçün bildirək ki, dünən insanları aldatmaqda ittiham edilən iki tikinti şirkətinin rəhbərləri həbs edilib.

“Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun “GG Company” MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu cür halların yaranmaması üçün hüquqşünaslar hesab edirlər ki, müqavilə notariat qaydada təsdiq olunmalıdır. Mülki Məcəllənin 394-cü maddəsində göstərilir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydada təsdiq olunmalıdır. Hüquqşünaslar şirkətin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış binanın mənzilləri haqqında sərəncam vermək, mənzilləri satmaq hüququnun olmadığını deyirlər. Çünki Mülki Məcəllənin 178.2-ci maddəsinə görə, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Bəs ev həsrətində olanlar nə etməlidirlər? Bina tikilmədən satılan mənzillərə çıxarış verilməsinə qanunvericilik icazə verirmi? MMC-lər üçün vahid müqavilə forması varmı? Zamantv.az-ın məlumatına görə, mövzuyla bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikilməkdə olan binalarda bu cür mənfi hallara rast gəlinir:

“Bu cür şirkətlərin sayı çox deyil, lakin onların yaratdığı problemlər ümumilikdə bütün tikinti sektoruna böyük zərbə vurur. İnsanlarda müqaviləli mənzillərə inamsızlıq yaradır. Zamanla bu cür problemlər qonşu ölkələrdə də baş verib, amma hər ölkə öz qanunvericiliyinə uyğun bir mexanizm qurdu və bununla da bu cür halların baş verməsinin qarşısı alındı. Azərbaycanda 2000-ci illərdən başlayaraq çoxmənzilli yaşayış binaların tikintisinə start verilib və 2 minə qədər bina tikilib, təhvil verilib. Bu, çox böyük rəqəmdir. Sadəcə bunların ilkin sənədləşməsi müqavilə formasında aparılır. Vətəndaş istəsə belə, hər hansısa dövlət orqanından MTK-dakı mənzillərlə bağlı məlumat ala bilməsi mümkün deyil. Çünki bazası yoxdur. Bütün baza həmin şirkətin özündə olduğu üçün vətəndaşın xəbəri olmadan bir mənzili 10 nəfərə sata bilər. Təbii ki, bu hallar bina tikilən zaman baş verir, tikildikdən sonra yox”.

Ekspert hesab edir ki, indiyə kimi yaşanan problemlərin əsas səbəbi vahid informasiya bazasının olmamasıdır: “Ölkə Prezidenti 20 illik fəaliyyət planı ilə bağlı sərəncam imzalayıb. Orada bu məsələyə də toxunulub ki, bu cür halların qarşısının alınması üçün 2022-2024-cü illərdə tikilməkdə olan yenitikili binalardakı, yəni müqavilə yolu ilə satılan binaların vahid informasiya bazası yaradılsın. Bu binaların reyestri aparılmır. Bu gün hər hansı sənədlə bağlı vətəndaş arxiv arayışı ala bilir, çünki onun reyestri aparılır, o bazada mövcuddur. Amma bu sənədlərin heç biri bazada olmadığına görə bina təhvil verilənə, çıxarışa qədər vətəndaş həmin sənədlə bağlı məlumat əldə edə bilmir. Təəssüflər olsun ki, bizdə vətəndaş mənzil alarkən binanın keyfiyyətindən daha çox, binanı tikən şəxsin şəxsi keyfiyyətləri ilə maraqlanır. Bu, yaxşı hal deyil. Tutaq ki, vətəndaş bankdan kreditlə pul götürür, bank ondan verdiyi pulun iki mislinə qədər girov, əlavə zamin və nömrələr istəyir. Yəni bank özünü sığortalayır. Amma vətəndaş 100-200 min manat pul verib müqaviləli binadan mənzil alır, vətəndaşın verdiyi pul sığortalanmır, vətəndaşa zəmanət verilmir. Bu cür hallar səbəbindən illərdir eyni problemləri yaşayırıq. Ümumilikdə bunlar bir neçə faiz təşkil etsə də, insanların etibarı zədələnir, böyük şirkətlərin nüfuzuna da xələl gətirir”.

Elnur Fərzəliyev tikinti şirkətləri üçün vahid müqavilənin olmasının problemi həll etməyəcəyini qeyd edib:

“Hər kəs öz istədiyi formada müqavilə hazırlayıb. Təbii ki, oxşar müqavilələrdir. Müqavilə vahid formada olsa belə, əgər reyestri aparılmayıbsa,əsas deyil”.

Ekspert bəzi şirkətlərin bina komleks şəkildə tikilib bitməmiş çıxarış verilməsi məsələsinə də toxunub:

“Bu təcrübə Türkiyədə var. Bəzi şirkətlər var ki, onlar tikilməkdə olan binalara çıxarış verə bilirlər. Bu çıxarış nədir? Torpağın çıxarışı olur, layihə çəkilir, aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunur və binaya ümumi ilkin çıxarış verilir. Həmin çıxarışdan vətəndaşın mənzilinə çıxarışdan çıxarış verilir. Yəni ümumi layihənin çıxarışı var və bu mənzil də bu şəxsə aiddir. Bu, təbii ki, çox yaxşıdır. Bunu böyük şirkətlər edə bilirlər. Onların maddi-texniki bazası böyük olur. Şirkət gözləmir ki, hansısa vətəndaş mənzil alacaq, ona satdığım mənzilin pulu ilə tikintini davam etdirəcək. Bunlar hamısı şərtdir. Özəl sektor inkişaf etməli, dövlət tərəfindən onlara güzəştlər olunmalıdır. Çünki Bakıda minlərlə sökülməli, istismar müddətini bitirmiş binalar var. Onu sökən özəl sektordur. Amma satışına nəzarət olunmalı, reyestri aparılmalıdır”.

Ekspert şirkətlərin hamısının müqaviləni notariusda təsdiqlətmə tələbinə riayət etmədiyini deyib: “2017-ci ildə belə bir qanun layihəsi təsdiq olundu ki, müqaviləli mənzillərin alqı-satqısı notarial formada aparılsın. Buna bir neçə şirkət əməl elədi. Lakin müqavilənin təsdiqlənməsi notarial olsa da, orada da vahid baza formalaşmadı. Hətta çox mənzillər, şəxslər var ki, adamın alqı-satqı müqaviləsi notariusda təsdiq olunub, amma MTK həmin mənzili başqa şəxsə satıb. Yənu bu cür hallar çoxdur. Hər kəs bunun qarşısında acizdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət sərhədini pozan şəxslərə xəbərdarlıq atəşi açılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Xəbərə görə, aprelin 11-də saat 22:50 radələrində DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıb.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”, 8 kiloqram 480 qram “marixuana”, 0.60 qram “metamfetamin”) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenskinin Medvedçukun hərbi əsirlərlə dəyişdirilməsi təklifinə Rusiyadan CAVAB
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada həbsdə olan xalq deputatı, RF başçısı Vladimir Putinin qızının “xaç atası” Viktor Medvedçukun dəyişdirilməsinin mümkünlüyündən danışıb.

“O, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir, biz onun bunu istədiyini belə dəqiq bilmirik”, – deyə Peskov bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Medvedçukun Rusiya ilə pərdəarxası münasibətlərinin olmadığını vurğulayıb və bildirib ki, əgər belə bir şey olsaydı deputat xüsusi əməliyyatlardan öncə Ukraynanı tərk edərdi.

“Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı, tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olması yaxşı məlumdur. Onun bu mövqeyi həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ancaq belə bir şeyi fərz etsək, o zaman Medvedçuk xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukrayna ərazisini tərk etməli idi. Ancaq o, bunu etməyib”, - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbəri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk Ukraynada həbs edilib.

Mənbə: RİA Novosti
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenskinin Medvedçukun hərbi əsirlərlə dəyişdirilməsi təklifinə Rusiyadan CAVAB
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada həbsdə olan xalq deputatı, RF başçısı Vladimir Putinin qızının “xaç atası” Viktor Medvedçukun dəyişdirilməsinin mümkünlüyündən danışıb.

“O, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir, biz onun bunu istədiyini belə dəqiq bilmirik”, – deyə Peskov bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Medvedçukun Rusiya ilə pərdəarxası münasibətlərinin olmadığını vurğulayıb və bildirib ki, əgər belə bir şey olsaydı deputat xüsusi əməliyyatlardan öncə Ukraynanı tərk edərdi.

“Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı, tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olması yaxşı məlumdur. Onun bu mövqeyi həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ancaq belə bir şeyi fərz etsək, o zaman Medvedçuk xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukrayna ərazisini tərk etməli idi. Ancaq o, bunu etməyib”, - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbəri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk Ukraynada həbs edilib.

Mənbə: RİA Novosti

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO