[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”
“Martın 7-də ərimlə evdə idim, muzdlu hərbçi içəri girdi. O, məni silahla qonşuluqdakı evə apardı. Əmr etdi ki, paltarımı çıxarım, yoxsa güllələyəcəkdi...".

Zamantv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, rus ordusunun tərkibində döyüşən muzdlu hərbçilər tərəfindən təcavüzə məruz qalmış 50 yaşlı Annanın (təhlükəsizlik məqsədilə qadının adı dəyişdirilib) jurnalistlərə dediklərindəndir.

Həmin gün muzdlu tərəfindən zorlanan ukraynalı qadın təcavüz edəni çeçen yaraqlısı kimi təsvir edir:
“O, məni zorlayanda içəri daha dörd əsgər gəldi. Düşündüm ki, işim bitdi...”.

Kiyevdən 70 km qərbdə yerləşən kənddə yaşayan Annanın sözlərinə görə, o, rus əsgərlərinin ayrı bir bölməsi tərəfindən xilas edilib:

Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”
“Sonradan evə qayıtdım, ərimi yaralı gördüm. Məni zorlamağa aparanda ərim arxamca gəlməyə çalışıb, qarnından güllələyiblər. Ərimlə qonşu evdə gizləndik, ancaq heç cürə fürsət tapıb onu xəstəxanaya apara bilmədim. İki gün sonra o öldü. Ərimi həyətdə dəfn etdilər”.

Rusiya ordusunun əsgərləri bir neçə gün onun evində qalıb. Onlar getdikdən sonra Anna evdən narkotik və Viaqra tapıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Bakıda DƏHŞƏTLİ QƏTL: nəvə nənəsinin boğazını kəsdi
Bakıda qətl hadisəsi olub.

Suraxanı rayon Prokurorluğundan Zamantv.az-a bildirilib ki, aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 69 yaşlı Natalya Popovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 23 yaşlı Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid anasına vəzifə verildi
Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anasına vəzifə verilib.

Zamantv.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmri ilə Arzu Məmmədova 252 saylı məktəbə direktor təyin edilib.

Qeyd edək ki, Arzu Məmmədova 252 saylı məktəb-liseydə təlim tərbiyə işləri üzrə müavin çalışıb.
Şəhid anasına vəzifə verildiŞəhid anasına vəzifə verildi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda kirayədə qalan kişinin meyiti tapıldı
Sumqayıtda mənzildən meyit tapılıb.

Zamantv.az-ın məlumatına görə, meyit şəhərin Kimyaçılar adlanan ərazisindəki evlərdən birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini 62 yaşlı Zakir Ağayevə məxsus olması müəyyənləşib. Meyit tapılarkən üzərində hansısa zorakılıq əlamətləri aşkar edilməyib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada 20 jurnalist öldürülüb - SİYAHI
Milli Jurnalistlər Birliyi müharibədə həlak olan 20 media işçisinin adını açıqlayıb.

Zamantv.az xarici KİV-ə istinadla bildirir ki, təkcə Ukrayna Baş Prokurorluğunun rəsmi məlumatlarına görə, Rusiya ordusunun genişmiqyaslı hücumları başlayandan (aprelin 3-nə olan məlumata görə) 18 media işçisi həlak olub.

Ölənlər arasında xarici media nümayəndələri də var. Aprelin 8-də jurnalist və yazıçı Yevgeni Balya, aprelin 12-də isə Çerniqovun məşhur “Ditynets” televiziya kanalının əməkdaşı, videomühəndis Roman Nejiboretsin güllələnməsi barədə məlumat yayılıb. Bu, 20-ci ölüm hadisəsidir.
Ukraynada müharibə zamanı ölən jurnalistlərin siyahısı:

1. Pyer Zaklevski

2. Aleksandra Kuvşinova

3. Aleksandr Lıtkin

4. Pavel Li

5. Sergey Puşenko

6. Yevgeni Sakun

7. Brent Entoni Reno

8. Oksana Baulina

9. Dilerbek Şakirov

10. Viktor Dedov

11. Viktor Dudar

12. Liliya Qumyanova

13. Yuri Oleynik

14. Oleq Yakunin

15. Maksim Levin

16. Mantas Kvedoraviçyus

17. Sergey Zaikovski

18. Denis Kotenko

19. Yevgeni Bal

20. Roman Nejiborets
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır" - Əməkdar artist
Əməkdar artist Nigar Şabanova nikahdan kənar övlad dünyaya gətirməyi dəstəklədiyini deyib.

Zamantv.az-ın məlumatına görə, “Tarixin bir günü”ndə danışan ifaçı deyib:

“Hər bir qadının arzusu ana olmaqdır. Heç kimin ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə, bunun nəyi pisdir? Yaşlananda, bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcəklər?
Tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır. Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə, yaxşı edir”
"Nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır" - Əməkdar artist
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya təhlükəsizlik xidmətində "Böyük Təmizləmə": Rəis tutuldu, 150 zabit...
Rusiya Prezidenti Vladimir Putinin əmri ilə Rusiya Federal Təhlükəsizlik Xidmətində (FTX) “Böyük təmizləmə” işləri aparılıb.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bellingcat” araşdırmaçı jurnalistlər qrupunun rəhbəri Xristo Qrozev bildirib.

Onun sözlərinə görə, “Ukrayna məsələsi” ilə məşğul olan 5-ci xidmətin 150 zabiti təmizləməyə məruz qalıb. Xidmətin keçmiş rəisi, general-polkovnik Sergey Beseda isə artıq istintaq təcridxanasına göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi küçədə qəfil öldü
Bakıda küçədən meyit tapılıb.

Zamantv.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində qeydə alınıb. Küçədə meyiti tapılan şəxslə bağlı aparılan araşdırmalar zamanı onun Zəngilan rayon sakini 49 yaşlı Habil Süleymanov olduğu müəyyənləşib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Ölümün səbəblərini müəyyən etmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anti-terror əməliyyatlarına ciddi hazırlıqlar gedir - GƏLİŞMƏ
Ötən gün “Kaliber.az” saytında Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi ilə bağlı məlumatlar yer alıb. Qeyd olunub ki, ötən ilin aprelindən bu günə kimi Azərbaycan Ordusu Ağdərə istiqamətində separatçıların qurduğu 13 postu bir güllə atmadan götürüb və orada hazırda Azərbaycan bayrağı dalğalanır. Vurğulanıb ki, Ermənistan rəhbərliyi regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl atır. Müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxtda hamıya şikayətlənmək xəttini tutur:

“ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb”. Video süjetdə o da diqqətə çatdırılır ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması artıq heç nəyi dəyişmir: “Ermənistan tərəfi Fərruxda itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxtda Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşguldur”. Zamantv.az-ın məlumatına görə, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə deyib ki, hazırda Qarabağda zəncirvari idarəetmə ilə bağlı proses gedir. Analitik bəyan edib ki, son müşahidələr və cərəyan edən proseslər göstərir ki, coğrafi üstünlüklərin fəth olunması və təminat yollarının nəzarət altına alınması uğurla davam etdirilir:

“Laçın dəhlizindən keçərək Ağdərəyə qədər uzanan, sülhməramlıların nəzarəti altında və eyni zamanda terrorçuların yerləşdiyi əraziləri nəzarət altına almaq çox önəmlidir. Bunun üçün bütün təmas boyu qısa müddətdə anti-terror əməliyyatlarına başlamaq və ya başqa təsir rıçaqlarını işə salmaq istiqamətində ciddi hazırlıqlar gedir. Qarabağda baş verən proseslərin, ələlxüsus Ordumuzun hərəkətləri ilə bağlı hansısa rəsmi açıqlamanın olmaması bir neçə faktora bağlıdır. Ermənistanın daxili auditoriyasının ajiotajı Brüssel görüşündə əldə edilmiş uğurlu irəliləyişə əngəl törədə, ümumi prosesi yarımçıq saxlaya bilər. O baxımdan Azərbaycan hökuməti paralel şəkildə, ilk növbədə masada ciddi irəliləyiş əldə edir və onu təsdiqləyir.

Digər yandan isə Qarabağda strateji nöqtələri nəzarətə götürməklə hərbi vasitə ilə prosesi yekunlaşdırmağa çalışır. Görünən odur ki, 2025-ci ilə kimi bizi çox ciddi proseslər gözləyir. Həmin dövrədək problemlərin aradan qaldırılması mühüm hədəflərdəndir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dağıntılar altından çıxarılan qız: - "Hər yer qan idi..."
Anası ilə birlikdə mühasirəyə alınmış Mariupoldan təxliyə edilən azyaşlı ukraynalı qız Kira Çeberko başına gələnlərdən danışıb.
Zamantv.az yeniavaz.com-a istinadla xəbər verir ki, onun görüntülərini “TOK Media” dərc edib.
4 yaşlı Kira və ailəsi uzun müddət kiçik bir zirzəmidə yaşayıb, sonra onların olduğu yerə mərmi düşüb. Ailə möcüzə nəticəsində dağıntılar altından xilas ola bilib.
Onlar işğal olunmuş şəhəri tərk edərkən balaca qız bannerin üzərinə çıxıb və yaralanıb.
“Biz Mariupoldan ayrılırdıq. Evin yaxınlığında yerdə bir çıxış tapdım. Və sonra “bum” oldu. Daha sonra ""bum" olanda çantanın yanında oturdum. Anam məni qucağına alıb kolun yanında oturtdu. Qan var idi, qan çox idi, hər yer qan idi. Dağıntıların qalıqları tez bir zamanda çıxarıldı, biz əməliyyat olduq”, - balaca Kira deyib.
Uşağa vaxtında tibbi yardım göstərilib və hazırda onun səhhəti üçün təhlükə yoxdur.
Sözügedən kadrları təqdim edirik:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO