[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
88 min manat mənimsəyən direktorun yerinə TƏYİNAT
11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə yeni direktor təyin olunub.

"Zamantv.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Yeganə Məmmədəliyeva təyinat alıb. Qeyd edək ki, Y.Məmmədəliyeva bu təyinatadək 4 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Gülnarə Abdullayeva barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Hazırda istintaq davam edir.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Xatırladaq ki, Gülnarə Abdullayeva ötən ilin oktyabr ayında vəzifəsindən azad olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda yeni dövlət şirkəti yaradılır
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin İnzibati binaların istismarı idarəsi kommersiya qurumuna çevrilir.

Zamantv.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, idarə adını və təşkilati-hüquqi formasını dəyişərək eyni adlı MMC-yə çevrildiyini elan edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya rəsmisindən “atəş açmağa hazırıq” MESAJI
Rusiya hərbi rəsmisi ölkəsinin onun ərazi sularına qanunsuz daxil olan xarici gəmi və sualtı qayıqlara atəş açmağa hazır olduğunu bildirib.

"Zamantv.az" xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə danışan Rusiya hərbi rəsmisi bəyan edib.

Onun sözlərinə görə, Rusiya onun ərazi sularına daxil olan xarici gəmilərə və sualtı qayıqlara atəş açmağa hazırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Gürcüstana yardım təklif etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Bu barədə "Zamantv.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın ehtiyac duyulduğu təqdirdə hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat Məşhur Məmmədovun biznes siyahısı yayıldı-İlginc Faktlar
Belə ki,1996-cı ildə qurulmuş Embawood şirkəti artıq öz sərhədlərini xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.

Zamantv.az: Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.
Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb.
Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə Embawood şirkətinə məxsus satış nöqtələri vardır.
Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
Bu boyda şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil.
Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin dalından nazir, komitə sədri, millət vəkili çıxır.
Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Təkcə bir faktı qeyd edək ki, cənab deputat Məşhur Məmmədov özünə Nyu-Yorkda neçə milyonluq villa alması sıradan bir hadisə deyil.
Deputatın ilk kapitalı çirkli yolla İrandan gəlib.
Təsəvvür edin ki, “Embawood” şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçir.
Məşhur Məmmədov görəsən bu milyonları haradan tapıb?
Nəzərinizə çatdıraq ki, Masallının biznesmen-deputatı, məşhur “Embawood” mebel firmasının sahibi Məşhur Məmmədovun başı qalmaqaldan açılmır.
Masallıdan olan mənbədən aldığımız məlumata görə, deputatın biznesinə şərik olan qohumları ilə arasında ədavət yaşanmaqdadır
İş adamı, deputat Məşhur Məmmədov şəriki ilə “BOKT Embafinans”dakı payının bir hissəsini satıb
“Bank olmayan kredit təşkilatının Embafinans” QSC-in səhmdarları Elşad Abbasov (60% idi) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar satıb.
Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payl 51%-ə və Məşhur Məmmədov isə 35%-ə düşüb.(xeberal.az)
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dayısının məzarından oğurluq edən narkotacir tutuldu
Lənkəranda 11 narkotacir saxlanılıb, onlardan üçünün oğurluq əməlinin də üstü açılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Zamantv.az-a verilən xəbərə görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtarda və rayonun müxtəlif ərazilərində 7 avtomobildən maqnitafon oğurladığı müəyyən edilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığından dayısınının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri oğurlayan R.Mirzəyev və rayon ərazisindəki evlərdən birindən 340 manat pul oğurlayan R.Mahmudov saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər rayon sakini – N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov, V.Babayev, A.Bayramzadə və R.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Dayısının məzarından oğurluq edən narkotacir tutuldu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda kursant İTKİN DÜŞDÜ
Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

Zamantv.az xəbər verir ki, bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.
Azərbaycanda kursant İTKİN DÜŞDÜ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yarım milyonluq "Iphone" Azərbaycan gömrüyündə saxlanıldı
Külli miqdarda mobil telefonların Azərbaycana qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Zamantv.az-a verilən məlumata görə, Rusiyadan “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş - 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.
Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qadın qohumunun evindən külli miqdarda qızıl oğurladı
Fevralın 8-dən 12-dək olan müddətdə Mingəçevir şəhərindəki evlərin birindən 20.min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv .az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 39 yaşlı kişi YOXA ÇIXDI
Bakıda kişi itkin düşüb.

Zamantv.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 39 yaşlı Hafiz Rza oğlu Mustafayev fevralın 11-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun tapılması üçün Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO