[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araq almağa gedən "qanuni oğru" saxlanıldı
Rusiyanın paytaxtı Moskvada qazaxıstanlı “qanuni oğru”saxlanılıb.

Zamantv.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, “Lexa Maymış” ləqəbli “qanuni oğru” Aytkali Maymışov “Alfa İzmayılov” otelindən çıxaraq, yaxınlıqdakı supermarketdən araq almaq istəyib. Bu vaxt təsadüfən polis tərəfindən yoxlanılıb. Yoxlama zamanı 63 yaşlı avtoritetin üzərindən metadon tapılıb. Polis idarəsində isə onun “qanuni oğru” olduğu məlum olub.

Məlumata əsasən, o, Dağlıq Altay diyarından Moskvaya gəlibmiş. Ancaq onun gəlişinin məqsədi məlum deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc oğlan qonşusunu öldürdü
Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 52 yaşlı Sədiyar Novruzovun öldürülməsi barədə məlumat daxil olub.

Şəhər Prokurorluğundan Zamantv.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla qonşusu, 22 yaşlı Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi MƏLUM OLDU
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.

"Zamantv.az" "Report"a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.

Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektorun müşavirini və komendantı bıçaqlayan şəxsə HÖKM OXUNDU
Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Zamantv.az" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin verilmiş ittihamla təqsirli bilinməsini və 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra İsmixan Mirzəyevin vəkili müdafiə çıxışı edib. Müdafiəçi bildirib ki, müvəkkilinin zərərçəkmiş şəxslərə qəsdən xəsarət yetirmək fikri olmayıb, xəbər vermədən maaşının 200 manat kəsilməsi, bir müddət sonra isə işdən azad olunması ona pis təsir edib. Vəkil, həmçinin İsmixan Mirzəyevin həmin vaxt ailsinin maddi cəhətdən vəziyyətinin çox aşağı olduğunu qeyd edib.

İsmixan Mirzəyev son sözündə məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edib. Təqsirləndirlilən şəxs bildirib ki, onu bu əməli törətməyə vadar ediblər: "Əvvəl maaşımı azaldılar, sonra da işdən azad etdilər. Bütün bu gərginliklər gətirib bu yerə çıxardı".

Prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Mirzəyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tələbələrin yaşadığı evə BASQIN
Gəncədə tələbələrin yaşadığı evə basqın edilib.
Zamantv .az APA-ya istinadən xəbər verir ki, şəhər sakini Sadiq Cəfərli polisə ərizə ilə müraciət edərərək tələbə yoldaşları Rüstəm Eyvazov və Kamran Cəfərovla birlikdə kirayə yaşadıqları mənzilə naməlum şəxsin daxil olduğunu bildirib.

Həmin şəxs onlara bıçaqla hədə-qorxu edərək 4 min manatlıq əmlaklarını götürərək gedib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 2 yük maşını yandı
Bakıda yük avtomobilləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda "Shacman" markalı yük avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “Mercedes” markalı digər yük avtomobilinin ban hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda həkimləri qarət edən kameralara düşdü
Bakınnı Nərimanov rayonunda klinikalardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib.

Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törtməkdə şühəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin 2021-ci ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bakıda həkimləri qarət edən kameralara düşdü
Bakıda həkimləri qarət edən kameralara düşdü
Bakıda həkimləri qarət edən kameralara düşdü

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləsuvarda 8 kilodan çox narkotik və "Kalaşnikov" tapıldı
Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini Sahil Tapdıqov tanışı, Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə və Bakı şəhər sakini Nicat Eminovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gəiriliblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Zamntv.az-a verilən məlumata görə, onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Bundan əlavə Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının son bir neçə gün ərzində keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər saxlanılıb və hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Mirxanlar Qasımzadə saxlanılıb. Onun yaşadığı evin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı oradan “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid daraq və 12 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.
Biləsuvarda 8 kilodan çox narkotik və "Kalaşnikov" tapıldı
Biləsuvarda 8 kilodan çox narkotik və "Kalaşnikov" tapıldı

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda "Mercedes" YANDI
Sumqayıt şəhərində yanğın olub.

"Zamantv.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gözəllik yarışmasının qalibi İNTİHAR ETDİ
2019-cu ildə “Miss ABŞ” yarışmasının qalibi seçilən Çesli Krist intihar edib.

Zamantv.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, özünü yaşadığı binadan atıb.

Qadının meyiti evinin yanında tapılıb.

Mərhum intihar məktubunda bütün var-dövlətinin anasına təhvil verilməsini istəyib.

Hadisə ilə bağlı araşdırma aparılır
Gözəllik yarışmasının qalibi İNTİHAR ETDİ

XƏBƏR LENTİ

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi