[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi mənzilində diri-diri YANDI
Bakı şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda oğul atasının maşınını qaçırdı
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə fevralın 28-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən qəsəbə sakini D.Şirinova məxsus “Ford” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən oğlu avtomobillə birlikdə saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elektron qolbaq daşıyan məhkum oğurluğa görə yenidən saxlanıldı - FOTO
İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus evlərdən ümumi dəyəri 7000 manatdan artıq olan müxtəlif məişət əşyaları, elektrik kabelləri, su qızdırıcları və təmir-tikinti alətlərinin oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən rayon sakinləri Rəsul Bəbirov və 2020-ci ildə törətdiyi oğurluğa görə azadlığı məhdudlaşdırılaraq elektron qolbaqla təchiz olunmuş Samir Əsədli tutulub.
Onlar əməllərini etiraf edib və oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə rayon ərazisində ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda AĞIR QƏZA: ölən və yaralanan var - VİDEO - YENİLƏNİB
Bakının Heydər Əliyev prospektində qəzada həlak olan piyadanın adı məlum olub.

Zamantv.az-ın məlumatına görə, həmin şəxsin 28 yaşlı Bəşirova Türkan Elşad qızı olduğu bildirilir.
Bakının Heydər Əliyev prospektində baş verən qəzada 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, paytaxtın Heydər Əliyev prospektində avtomobil gənc qadını vuraraq öldürüb. Onun sözlərinə görə, qəza nəticəsində bir nəfər yaralanıb. Xəsarət alan Məsimov Həsən Mənsim oğlu 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

A. Əsgərli bildirib ki, hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir, istintaq araşdırmaları aparılır.

Bakıda qəza olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Bildirilir ki, hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Sıxlıq baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Qəza ilə əlaqədar "ASK ARENA"dan "Koroğlu" metrostansiyası istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
Bakıda AĞIR QƏZA: ölən və yaralanan var - VİDEO - YENİLƏNİB


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Narkotik satan usta saxlanıldı - VİDEO
Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini Əfrail Seyfullayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxsin ev təmiri ilə məşğul olduğu və “İnstagram” sosial şəbəkəsində gördüyü işləri reklam etmək məqsədi ilə özünəməxsus səhifə açdığı müəyyən edilib. Daha sonra Əfrail Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşıb. Bu məqsədlə o, narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil edib. Əfrail Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün tutulan Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Narkotik satan usta saxlanıldı - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qatar maşınla toqquşdu, ölən var - VİDEO
Bakıda teplofoz maşınla toqquşub.

Zamantv.az xəbər verir ki, hadisə fevralın 26-da gecə saatlarında paytaxtın Xəzər rayonu Pirallahı-Qala yolunda qeydə alınıb. Teplofoz “Chevrolet Cruze” markalı avtomobillə toqquşub.

Ağır xəsarətlər alaraq 3 saylı Kliniki şəhər Xəstəxanasına yerləşdirilən avtomobilin sürücüsü 21 yaşlı Nicat Fərzəliyev orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda ev yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

"Zamantv.az" xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tələbə dəm qazından zəhərlənərək öldü
Göyçay rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Zaqatala rayon sakini, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Soltanov Səxavət Nemət oğlu bu gün Göyçay şəhərində kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Bakıda evdən 10 min manatdan çox PUL OĞURLANDI
Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 22-də Suraxanı rayonu ərazisindəki evlərin birindən 10.300 manat və sənədlər oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaradağdakı evləri qarət edən ağdamlı qadın tutuldu - VİDEO
Qaradağ rayon Polis İdarəsinə müraciət edən vətəndaş Ümid qəsəbəsindəki evindən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4000 manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən edilib.
Faktlarla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO