“MN-də daha böyük həbslər olacaq” - GƏLİŞMƏ

18:10 21.02.2022 224
“MN-də daha böyük həbslər olacaq” - GƏLİŞMƏ
“Həbs olunan, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd keçmiş qərargah rəisi Nəcməddin Sadıkovun yaxınıdır. Düşünürəm ki, N. Sadıkovun orduya təsirini azaltmaq üçün, onun kadrlarını ordudan tam təmizləmək lazımdır. Çünki o yerində dinc dayanmır”. Zamantv.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyindəki həbslərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə N. Sadıkovun orduda olan kadrları ona hansısa məlumatları ötürürlər:

“Vətən Müharibəsindən əvvəl N. Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı”.
Hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf N. Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir:
“Ondan əvvəl köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf N. Sadıkovun kadrı idi. Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Bu gün o kadrlar öz köhnə rəislərinə hansısa məlumatları ötürür. N. Sadıkovun sağ əli Zahid vardı və orduda onu “Şlyapa Zahid” kimi tanıyırdılar. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıqova bağlı insan idi”.

R. Məhərrəmov satınlamlarla bağlı məsələyə də aydınlıq gətirib:
“Satınalma idarəsi ilk dəfə Müdafiə naziri Zakir Həsənovun vaxtında sərbəst bir qurum kimi yaradılıb. Amma Səfər Əbiyevin vaxtında belə bir qurum yox idi. Onun dövründə komissiya vardı və belə məsələlər ilə o məşğul olurdu. Daha sonra bunu sərbəst qurum kimi yaratdılar. Bütün sənədlər satınalmadan keçirdi. Əvvəllər idarə rəisləri Müdafiə Nazirliyindən kənarda özləri bunu sərbəst alır və sərbəst paylayırdılar. Daha sonra bunu mərkəzləşmiş formada etdilər. Görünür ki, burada çox ciddi problemlər var”.

Ekspert qeyd edib ki , DTX tərəfindən bu maliyyəçilərin həbs olunması, bu qədər cinayətlərin üstünün açılması Müdafiə Nazirliyindəki nəzarətsizlikdən irəli gəlir:
“Maliyyəçi hansısa hərbi hissənin maliyyə tələbatı haqqında Müdafiə Nazirliyinin Maliyə İdarəsinə sifariş verir. Həmin Maliyə İdarəsi isə verilən sifarişi yoxlamalıdır ki, tələbat verilən sifarişlə üst-üstə düşsün. Əgər üst-üstə düşmürsə, onlar yenidən əsaslandırılmış sifariş tələb etməlidirlər. Görünür, burada Maliyə İdarəsinin özündə bilərəkdən buna göz yumublar və bu qədər yeyintilər ortaya çıxıb. Hər bir halda Müdafiə Nazirliyinin Maliyə və Büdcə idarəsi nəzarət etməli idi. Yəqin ki, bunlar əlbir olublar”.
Sabiq rəisin sözlərinə görə, daha dərin yoxlasalar, həbslərin sayı artacaq:
“Düşünürəm ki, Müdafiə Nazirliyindəki başqa sahələr, məslən, Maddi-Texniki Baş İdarəsi də yoxlanılmalıldır. Onların da satınalmaları, tikintiyə xərclədiyi pulları var. Bu yoxlamalarla bərabər həbslərin sayı da çoxala bilər. Axırıncı hadisələr ondan xəbər verir ki, təkcə DTX deyil, Hərbi Prokurorluq da öz vəzifəsini yerinə yetirir və öz sahəsində ciddi yoxlamalar həyata keçirir. Yoxlamaların da nəticəsi göz qabağındadır. Bir satınalmada 3.5 milyon manat yeyintinin aşkar olunması çox pis olaylardan xəbər verir. Müdafiə Nazirliyi elə bir qurumdur ki, bu hallar orada olmamalıdır. Çünki bu, insanların büdcəyə toplanan pullarıdır. Torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz var. Yəni, Müdafiə Nazirliyi İdman Nazirliyi deyil. Bu nazirlikdə ciddi surətdə nəzarət olmalı və orduda təmizlik işləri aparılmalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO