[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı-Quba yolunda 9 maşın bir-birinə çırpıldı - VİDEO - YENİLƏNİB
Bakı-Quba yolunda baş verən qəza zamanı sürücü xəsarət alıb.

Zamantv.az-ın məlumatına görə, bu gün səhər saatlarında Bakı-Quba yolunda "İsuzu" və "Kamaz" markalı iki yük avtomobili bir-birinə çırpılıb. Nəticədə "İsuzu"nun sürücüsü 36 yaşlı Ağayev Elnur Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əldə etdiyimiz məlumata görə, qeyd olunan yolda müşahidə olunan qatı dumana görə daha 7 avtomobil bir-birinə çırpılaraq qəza törədiblər. Həmin qəzada isə ölən və ya yaralanan olmayıb.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi ötən gün hava şəraiti ilə bağlı sürücülərə müraciət edərək, ehtiyatlı olmaları və sürət həddini hava şəraitinə uyğun təyin etməyi tövsiyə edib.
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Zamantv.az xəbər verir ki, qəza zamanı iki yük avtomobili bir-birinə çırpılıb. Məlumata görə, qəzaya səbəb qeyd olunan yolda qatı duman olmasıdır.

Qəza nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir rayonda İKİ İNTİHAR
Masallıda 2 nəfər intihar edib.

Zamantv.az-ın məlumatına görə, hadisələrdən biri rayonun Lülənin kəndində qeydə alınıb.

Kənd sakini 60 yaşlı Rahidə Ağayeva yaşadığı evin həyətində özünü asıb.
Digər hadisə rayonun Sığdaş kəndində baş verib. Kənd sakini 58 yaşlı Etibar Sadıxov yaşadığı evdə özünü asıb.

Rayon sakinlərinin intihar etməsinin səbəbləri hələlik məlum deyil. Hər iki faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədidə qəza, ölən var
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Zamantv.az"a verilən məlumata görə, fevralın 23-də saat 22 radələrində Ağcabədi şəhəri ərazisində Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi “Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub, sonradan “VAZ-21011” markalı avtomobil səkidə dayanmış şəhər sakini Rauf Quliyevə dəyib. Nəticədə R.Quliyev hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
21 yaşlı gəncin qətli ilə bağlı RƏSMİ MƏLUMAT
Tərtər Rayon Prokurorluğu 21 yaşlı gəncin qətli barədə məlumat yayıb.

"Fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bacısının külli miqdarda pulunu oğurlayan şəxs məhkəmə zalında həbs edildi
Bakıda oğurluqda təqsirləndirilən Mahir Əlizadəyə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Zamantv.az xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbs olunub.

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda QƏTL: sevgilisini evində öldürdü - TƏFƏRRÜAT
Bakıda qətl törədilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə fevralın 23-də saat 11 radələrində paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayon sakini Sevinc Cəfərova yaşadığı evdə qətlə yetirilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərəçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Zamantv.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən S.Sadıqov qadının sevgilisi olub.

Belə ki, S.Cəfərovanın həyat yoldaşı bir müddət əvvəl vəfat edibmiş. Onların bir övladı olub. Həyat yoldaşını itirən S.Cəfərova S.Sadıqov ilə tanış olur və onların arasında sevgi münasibətləri yaranıb. Hadisə baş verən gün qadının oğlu məktədə olub. S.Cəfərovanın yaşadığı evə gələn S.Sadıqovla sevgilisi arasında mübahisə yaranıb. Mübahisə zəminində S.Sadıqov sevgilisini qətlə yetirib.

Dərsdən qayıdan uşaq evdə anasının öldürüldüyünün şahidi olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlətə xəyanətdə təqsirləndirilən jurnalistlə bağlı məhkəmədən YENİ QƏRAR
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi xeberman.com saytının redaktoru Polad Aslanovun kassasiya şikayətinə baxılıb.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, P. Aslanovun cəzası 16 ildən 13 ilə endirib.
Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə təqsirləndirilir.

Bundan başqa əməkdaşlığa cəlb etmək istədiyi jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov hədələyib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.

P.Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərişıq"ın əməkdaşı FACİƏLİ şəkildə öldü
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı vəzifə başında ölüb.

Hadisə ilə bağlı Lent.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Narkotiki su sayğacında GİZLƏTDİ -FOTO -VİDEO
Nizami rayonunda narkotik vasitələri satmaq məqsədi ilə su sayğacında gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı paytaxt sakini Orxan Məmmədov saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram narkotik vasitə olan marixuana aşkar edilib. Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu ərazisində binalardan birinin girişində su sayğacının işərisində gizlətdiyi əlavə olaraq 60 qram narkotik vasitə də aşkar olunaraq götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri tərəfindənm narkotik vasitələrin satışını təşkil etmək üçün narkokuryerliyə cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Narkotiki su sayğacında GİZLƏTDİ -FOTO -VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub..." - Ukrayna DİN
Rusiya qoşunlarının Ukraynaya yeni işğal məqsədli hücumu nəticəsində “onlarla” ukraynalı həlak olub. Zamantv.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə fevralın 24-də "Facebook"-da Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

"Artıq Ukrayna ərazisinə minlərlə raket və mərmi atılıb. Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub. Daha minlərlə olacaq", - o yazıb.

Geraşenko həmçinin videomüraciətində ukraynalıları ruslara üz tutmağa və “susmamağı” tələb etməyə çağırıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO