[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəbdə uçqun baş verməsi nəticəsində həlak olanlar dəfn ediliblər - FOTO
Ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması zamanı həlak olanlar dəfn ediliblər.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, onlar Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıblar.

Xatırladaq ki, dünən hadisə nəticəsində 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü Asəf İsmayıl oğlu Rüstəmov ölüblər.

1996-cı il təvəllüdlü Alı Əliyev isə xəsarət alıb.

Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI
Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.

Zamantv.az - ın məlumatına görə, hadisəyə mülkə görə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Əlixan qızı Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan oğlu Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu rayonda oğurluq və soyğunçuluq edənlər saxlanıldı
Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Zamantv.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 4000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz Əhmədov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.
Bu rayonda oğurluq və soyğunçuluq edənlər saxlanıldı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Rusiya prezidentləri Qarabağdakı vəziyyəti müzakirə etdilər
Martın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Zamantv.az xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.

Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çoxmərtəbəli binada yanğın söndürüldü -FOTO
Bakının Xətai rayonunda mənzil yanıb.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Çingizxan Kərimov küçəsində baş verib.

15 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yanğın başlayıb. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Qısa zamanda yanğın söndürülüb. Araşdırılmalarla müəyyən edilib ki, hadisə vaxtı mənzildə heç kim olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada 2 yaşlı uşaq YANDI Zaqatalada iki yaşlı uşaq ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Zamatv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə martın 30-u axşam saatlarında rayonun Yuxarı Tala kəndində baş verib.

2020-ci il təvəllüdlü Cansu Əli qızı Qanzayevanın yaşadığı ünvanda üzərinə qaynar su dağılıb. Hədisə nəticəsində 2 yaşlı C.Qanzayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Qanzayevaya bədənin müxtəlif nahiyələrinin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərsu"yun əməkdaşlarına silah çəkdilər
“Azərsu”nun əməkdaşı silahla təhdid edilib.

Zamantv.az xəbər verir ki, 28 May qəsəbəsində bir abonent ərazidə xidmət edən “Abşeron Sukanal” İdarəsinin əməkdaşlarını odlu silahla təhdid edib.

Məlumata görə, 28 May qəsəbəsinin Paralellər adlanan küçəsində “Abşeron Sukanal” İdarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər.
Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) “Abşeron Sukanal” İdarəsinin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək “Azərsu” əməkdaşlarının təzyiqlərinə məruz qalması barədə yalan məlumatlar verib.

Hadisə ilə əlaqədar “Abşeron Sukanal” İdarəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və “Abşeron Sukanal” İdarəsinin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda məktəb çökdü: ÖLƏNLƏR VAR - FOTO
Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.

Zamantv.az xəbər verir ki, məlumatda bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur:

"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
eyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı şəxs reanimasiyaya yerləşdirilib.

Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.
Naxçıvanda məktəb çökdü: ÖLƏNLƏR VAR - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
  Xızıda 1 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb
Zamantv.az : - Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Nurlan Muxtarov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda maşın dərəyə aşdı: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO