Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.
Zamantv.az xəbər verir ki, məlumatda bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur:
"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
eyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
Zamantv.az APA-ya istinadən xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.
Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
Yaralı şəxs reanimasiyaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.
Zamantv.az