[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanılıb
Zamantv.az Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakini, Zamin Məmmədov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Sürücünün polis əməkdaşları tərəfindən saxlanılan zaman ağır dərəcəli sərxoş olması da müəyyən edilib. Sərxoşluq müayinəsindən keçirilən Z. Məmmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat miqdarında cərimə edilib.
Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanılıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 35 yaşlı kişinin evdə asılmış meyiti tapıldı
Bakıda intihar hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 35 yaşlı Balaxan Elman oğlu Dəmirov yaşadığı evdə özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İtkin düşən tələbənin dənizdə meyiti tapıldı-FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Zamantv.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 19 yaşlı Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, İ. Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.

O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb.
İtkin düşən tələbənin dənizdə meyiti tapıldı-FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üçqat Olimpiya çempionu vəfat etdi
Qılıncoynatma üzrə üçqat Olimpiya çempionu Aleksandra Zabelina 85 yaşında vəfat edib.

Zamantv.az Rusiya mediasına istinadla bildirir ki, Zabelinanın ölüm səbəbi açıqlanmır.

Zabelina SSRİ yığmasının tərkibində üç dəfə Olimpiya oyunlarının qalibi olub. 1960, 1968 və 1972-ci il olimpiadalarında qızıl medal qazanıb.
Zabelina sovet idmanı tarixində fərdi çempionatda qılıncoynatma üzrə ilk dünya çempionudur. Doqquz dəfə Dünya Çempionatının, üç dəfə Avropa Kubokunun qalibi olub.

Zabelina 23 dəfə fqılıncoynatma üzrə SSRİ çempionatının qalibi olub. SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda maskalılar ZƏRGƏRLİK MAĞAZASINA basqın etdi - VİDEO
Göyçay rayonunda naməlum şəxslər qızıl mağazasına daxil olaraq soyğunçuluq ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin mərkəzindəki M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibkar Cəbrayıl Abakarova məxsus "Yaqut" adlı qızıl və gümüş əşyaların satışı mağazasına daxil olan iki nəfər maskalı şəxs oradan təxminən dəyəri 60 min manat olan qızıl-zinyət əşyalarını oğurlayaraq qaçıb.

Məlumata görə oğrular qızıl mağazasının sahibi və satıcısı olan Cəbrayıl Abakarovu izləyiblər, onun qonşu mağazaya keçməsindən istifadə edərək dərhal içəri daxil olublar.
Satıcı 5 dəqiqə sonra geri qayıdarkən üzlərinə maska keçirmiş iki nəfər naməlum şəxslə qarşılaşıb, onlar əlindəki tapança ilə Cəbrayıl Abakarovu qorxudaraq mağazadan çıxıblar. Onların küçədə hərəsinin bir istiqamətə qaçdığı deyilir.

Hadisə yerinə dərhal polis əməkdaşları gəlib, hazırda həmin naməlum şəxslərin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın yerli bürosunun sorğusuna cavab olaraq faktı təsdiqləyib, hazırda istintaq tədbirlərinin davam etdirildiyini, hadisə ilə bağlı mətbuata əlavə məlumat veriləcəyini bildirib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Azərbaycanda maskalılar ZƏRGƏRLİK MAĞAZASINA basqın etdi - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
70 yaşlı kişi özünü binadan atdı - AZƏRBAYCANDA
Gəncə şəhərində intihar hadisəsi baş verib.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

İlkin məlumata görə, təxminən 60-70 yaşlarında kişi özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən ,intihar edən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mağazadan oğurluq edənlər SAXLANILDI
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat pul, 1500 manat dəyərində tütün məmulatı və 500 manat dəyərində danışıq kartları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zamantv.az-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunan R.Hüseynov və R.Abbaszadə saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda zirzəmidə yanğın: ÖLƏN VAR
Binəqədi rayonunda ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan mansarda tipli üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb.

Zamantv.az[b][/b]-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Piyadanı avtomobillə vurub QAÇAN TAPILDI
Martın 24-də Bərdə rayonunda yolu keçən F.Bağırovanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zamantv.az-a verilən məlumata görə, qəza nəticəsində zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Dərhal Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.

Bərdə RPŞ-də araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalası ilə birlikdə 2 kq narkotiklə saxlanıldı - Polisdən ƏMƏLİYYAT
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Zamantv.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova və xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO