[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərminin yanan meyitini söndürən polis: “Rəisə deyən kimi qırmızı kurtkanı soruşdu”
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Zamantv.az xəbər verir ki, bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadə verib.

Şahid deyib ki, hadisə baş verən gün Tovuz Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı kimi xidmətdə olub, həmin vaxt Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak edib. Şahid qeyd edib ki, meyitin yanması ilə bağlı məlumat daxil olan kimi rayonun polis rəisinə zəng edib. Rəis isə ondan hadisə yerində qırmızı kurtka olub-olmadığını soruşub:

"Yanan meyiti İlkin, onun qonşusu Nazim Vəliyev və mən su və torpaqla söndürdük. Nazim də hadisənin görüntülərini lentə aldı. Onu da deyim ki, yanğın baş verən vaxt rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova zəng etdim. Rəis isə məndən hadisə yerində qırmızı rəngli uşaq kurtkasının olub-olmadığını soruşdu. Ətrafa baxış keçirən zaman həmin kurtkanı yanmış cəsədin yanında gördüm".

Prokurorun "Hadisəni videolentə almaqda məqsədiniz nə idi” sualına isə şahid "Gələcəkdə istintaqa lazım ola bilərdi”, - deyə cavab verib.

Şahid, həmçinin Nərmin itkin olduğu müddətdə axtarış işlərinin yalnız onun nənəsi ilə əmisinin evlərində və əkin sahələrində aparıldığını qeyd edib. Sabiq polisin sözlərinə görə, polis tərəfindən heç bir kənd sakininin evinə baxış keçirilməyib.

Proses aprelin 6-da davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda hakim ölmüş adama qadağa qoydu: “Məhkəmə araşdırmayıb ki, adam sağdır, ya yox” - AÇIQLAMA
Bakıda məhkəmə hakiminin ölmüş şəxsin ölkədən çıxışına qadağa qoyduğu iddia olunub.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov yazıb.

Onun sözlərinə görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun 28.02.2022-ci tarixli qətnaməsi ilə 28 avqust 2021-ci il tarixdə vəfat etmiş şəxsin ölkədən çıxışına vergi orqanının ərizəsi əsasında qadağa qoyulub.

"Vergi məbləği də şəxsin ölümündən sonra hesablanıb. Məhkəmə araşdırmayıb ki, adam sağdır, ya yox", - deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı hakim Kənan Hüseynov e-huquq.az-a açıqlamasında bildirib ki, elektron sistemdə şəxsin vəfat etməsi barədə heç bir məlumat yoxdur.

"Biz fevralın 28-də məhdudlaşdırma ilə bağlı 2 işə baxmışıq və hər ikisində iddia təmin olunub, lakin qarşı tərəflər iştirak etməyib. Biz elektron məhkəmə sistemində də araşdırma apardıq, hər iki işdə də şəxsin vəfat etməsi görünmür. Belə olan halda biz bir şey edə bilmərik. Çünki biz elektron sistemdə onu sağ olaraq görürük. Məhkəmə tərəfin iştirakı olmadan da işə baxıb qərar verə bilər. Qanunvericilikdə də göstərilib ki, şəxs gəlməsə, məhkəmə onun iştirakı olmadan qətnamə çıxara bilər. Eyni zamanda müddət qısa olduğu üçün işlərə operativ qaydada baxılır. Vergi orqanı işi məhkəməyə göndərir, hakim də sənədlərin qaydasında olub-olmadığını araşdırır. Problem yaranmasa, işə baxılır. Biz burda sorğu verə bilmirik ki, vətəndaş hardadır, sağdır yoxsa yox", - deyə o qeyd edib.

Hakimin sözlərinə görə, bu barədə məhkəməyə müraciət edən orqan araşdırma aparmalı idi: "Proses belədir ki, məhkəmə elektron sistemə daxil olub, görür ki, şəxsin adına aktiv VÖEN var və filan qədər borc hesablanıb. Artıq o borc məbləğinin belə əsaslı olub-olmamasının araşdırılması Bakı Kommersiya Məhkəməsinin deyil, Bakı İnzibati Məhkəməsinin səlahiyyətindədir. Əgər şəxs vergi borcundan narazıdırsa, inzibati məhkəmələrdə onu mübahisələndirməlidir".

K.Hüseynov bildirib ki, ümumiyyətlə bu tip işlərdə müddət qısa olduğuna görə tərəfin iştirakı olmadan qətnamə çıxarılır: "Vergi orqanının ərizəsi əsasında şəxsin ölkədən getməsinin məhdudlaşdırılması xüsusi icraat qaydasında baxılan işlər siyahısına aiddir. Xüsusi icraat qaydasında da işlərə adi icraat qaydasından fərqli olaraq qısaldılmış müddətə baxılır. Məhz bu tip işlərdə məhkəmə 10 gün ərzində işlə bağlı yekun qərar qəbul etməlidir. Şəxsin ölkədən çıxışına qoyulan qadağa müvəqqəti xarakter daşıyır. Bu tip məhkəmə işlərində qarşı tərəfə elektron qaydada məlumat verilir, eyni zamanda iş materiallarında olan qeydiyyat ünvanına bildiriş göndərilir. Lakin təəssüflər olsun ki, bəzi hallarda tərəflərdən biri prosesdə iştirak etmir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yük avtomobilini yandırdılar - İş adamları arasında qarşıdurma (VİDEO)
Bakıda qisas məqsədi ilə yük avtomobili yandırılıb. Zamantv.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə martın 19-u Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində yerləşən "Şır-Şır” restoranının yaxınlığında baş verib.
Kameralara əks olunan görüntülərdən məlum olur ki, bir neçə nəfər gecə saatlarında avtomobilə yaxınlaşaraq, əvvəlcə təkərləri partladır, daha sonra isə maşına od vururlar.
Məlumata görə hadisə iki şərik iş adamı arasında baş verən mübahisədən sonra törədilib. Avtomobil şəriklərdən biri - Samir adlı şəxsin “sifarişi” ilə yandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb və onlar barəsində cinayət işi qaldırılıb.
Hadisə barədə ətraflı məlumat verəcəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda MMC-dən oğurluq edən şəxslər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Zamantv.aza verilən məlumata görə, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də MMC-lərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslərin şəhər sakinləri-əvvəllər də oğurluğa görə məhkum edilmiş Elşən Həsənov,Emin Eminov və bir nəfər yeniyetmə olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməllərini etiraf ediblər.
İlkin araşdırma zamanı E.Həsənovun bir neçə dəfə həmin obyektlərdən oğurluq etdiyi, sonuncu dəfə isə saxlanılan digər iki nəfərin də onunla əlbir olduğu məlum olub. Saxlanılanlar oğurladıqlarını metal qəbulu məntəqələrinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "parnik"də narkotik əkib-becərən saxlanıldı - VİDEO
Bakının Hövsan qəsəbəsində bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb.

Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib. Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinə göndərilib.

Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
Bakıda "parnik"də narkotik əkib-becərən saxlanıldı - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "parnik"də narkotik əkib-becərən saxlanıldı - VİDEO
Bakının Hövsan qəsəbəsində bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb.

Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib. Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinə göndərilib.

Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
Bakıda "parnik"də narkotik əkib-becərən saxlanıldı - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"AA"seriyalı avtomobili qarət edən TUTULDU - FOTO
Azərbaycanda Dövlət Dram Teatrına məxsus avtomobilin qarət olunması ilə bağlı xəbər vermişdik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zamantv.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda tutuldu - FOTO
Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin yaxın adamı hesab edilən Camal Həsənov uzun müddət axtarışda olub.

O, 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Camal Həsənova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Baş Prokurorluğun İstintaq İdarəsində onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.

Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib.

O, bunun müqabilində 50 min rubl alıb.

Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

“Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda tutuldu - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tərtər işi”: 18 nəfər vətənə xəyanət, 16 nəfər işgəncəyə görə həbs edilib - “Həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır”
“Tərtər hadisələri” ilə bağlı yenilənmiş istintaq davam edir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və s. vəzifə cinayətləri edən 16 nəfər həbs edilib.

Yenilənən istintaqla həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məlum olduğu kimi, ötən ilin dekabrında “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupu yaradılıb. İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.

Baş Prokurorluğun yaydığı son məlumatda bildirilir ki, 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilərək məhkəmələrə apelyasiya protestləri verilib. 18 nəfər isə vətənə xəyanət ittihamı ilə həbsə alınıb. 16 nəfərin barəsində yekun məhkəmə qərarlarının ləğvi həmin qərarlara imza atmış hakimlərin məsuliyyət məsələsini də gündəmə gətirib. Yəni üzə çıxıb ki, qondarma ittiham aktları tərtib olunandan sonra məhkəmələr həmin ittiham aktları üzrə mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər. Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar. Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” ilə bağlı cəmiyyətdə olan müzakirələr, edilən müraciətlər əvvəl-axır bir reaksiya tələb edirdi. Nəticə etibarı ilə “Tərtər işi” yenidən istintaqa qaytarıldı və yeni istintaq qrupu yaradıldı: “Burada vətənə xəyanət faktlarını araşdırarkən yol verilmiş qanunsuz hərəkətlərə baxılmağa başlanıb. Bu zaman məlum olub ki, əslində xeyli zərərçəkən olub. 281 nəfər zərərçəkənin olduğu artıq rəsmi açıqlamada qeyd edilir. Proses davam edir. Hiss olunur ki, ”Tərtər işi" dayanmayacaq, gedəcək. Hazırda generallar yox, onlardan aşağı rütbəli olan zabitlər tutulub. O şəxslər ki, onlar haqqında məhkəmə qərarları olub, bəzilərinə şərti cəza verilibmiş, bəziləri haqda az keçdikdən sonra bəraət qərarı çıxarılıbmış. İndi həmin şəxslərin bəziləri yenidən istintaqa cəlb ediliblər və barələrində cinayət işi başlanıb. Onların cinayət işi indi sübuta yetirilsə, deməli, belə məlum olacaq ki, onlara bəraət hökmü çıxarmış hakimlər qanunsuzluq ediblər. Deməli, həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır".

Hüquqşünas deyir ki, bu gün əmri vermiş şəxsləri deyil, əmri icra edənləri tutublar: “Bu cinayətlərin təşkilatçıları, əmri verənlər hələlik ortada yoxdur. Əslində isə əmri verənlər, təşkilatçılar da məsuliyyətə cəlb olunmalıdır. Çünki heç cür mümkün deyil ki, bu qədər genişmiqyaslı qanunsuzluqlar üçün həmin icraçılar özləri qərarlar verərlər. Bu adamların əməlləri, şübhəsiz, qanunsuzdur, bunlar öz yerində. Amma məsələ burasındadır ki, təşkilatçılar, icraçılara əmri verənlər kimlər olub? İstintaq bu istiqamətə yönəldilməlidir və təşkilatçılar, əmr verənlər məsuliyyətə cəlb olunmalıdır. İstintaq qrupunun yarandığı hələ iki aydır. Qanunla bundan sonra 1 il 4 ay bu istintaq dava edə və əlavə şəxslər də cinayət məsuliyyətinə cəlb oluna bilər. Azərbaycan cəmiyyəti gözləyir ki, istintaq bu işin təkcə icraçılarını deyil, həmçinin təşkilatçılarını, göstəriş verənlərini də müəyyənləşdirib məsuliyyətə cəlb etsin. Hər kəs bilir ki, bu işdə Müdafiə Nazirliyinin daha yüksək rütbəli şəxsləri iştirak ediblər. Mümkün deyil ki, aşağı ranqlı zabitlər, hərbçilər birbaşa özləri qərar verib, özləri icraçı olublar. Eyni zamanda istintaqı aparanların da məsuliyyət məsələsi var. Çünki bu hadisələrin istintaqını aparanlar kənarda qalıblar. Həbs olunan aşağı ranqlı zabitlər, şəxslər əvvəl-axır danışacaqlar ki, göstərişi yuxarıda filankəslər verib”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, “Tərtər işi”nin istintaqı ədalətli aparılmalıdır: “Xalq görməlidir ki, bu ölkədə qanunları pozan, özünü qanunlardan üstün tutan, əsgərlərimizə, zabitlərimizə düşməncəsinə davranan şəxslər kimliyindən asılı olmayaraq qanuni cəzalarını aldılar. Bu, çox vacib məsələdir. Ortada yüzlərlə insanın hüququnun dəhşətli dərəcədə pozulduğu barədə məlumatlar var. Xalq əmin olmalıdır ki, ”Tərtər işi"nin istintaqı ədalətli aparılır və törətdiyi cinayətin məsuliyyətindən kənarda qalanlar olmadı. Bu məsələ dövlətimiz üçün milli maraq məsələsinə çevrilib. Bu işdə əli olan, cinayətə yol verən bütün şəxslərin qanunun tələb etdiyi şəkildə cəzalandırılmasını milli və dövlət maraqlarımız tələb edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda qızıl mağazasını qarət edən şəxslər saxlanılıb
Zamantv.az Göyçayda qızıl mağazasından 45 min manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, zərəçəkən Rayon Polis Şöbəsinə müraciət edərək 45 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Bəydövül kənd sakini Əfsun Səlimzadə və iki yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər mağazadan oğurluq etməyi bir neçə gün əvvəl planlaşdırıblar. Martın 26-da planlarını reallaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayanlardan biri mağazaya daxil olub. Satıcının yerində olmamasından istifadə edərək qızılları götürüb, oradan uzaqlaşmaq istəyərkən çıxışda mağazanın sahibi ilə rastlaşıb. Əvvəlcədən üzərində götürdüyü oyuncaq tapança ilə ona hədə-qorxu gəlib və qaçmağa başlayıb. Oğurladıqlarını bir qədər aralıda onu gözləyən Əfsun Səlimzadəyə verdikdən sonra iz itirmək məqsədilə ayrı-ayrı istiqamətlərdə hərəkət ediblər. Ə.Səlimzadə isə həmkəndlisi olan digər yetkinlik yaşına çatmayan şəxsin yaşadığı ünvana gedib və qızılları şüşə qaba qoyaraq birlikdə torpağa basdırıblar. Məqsədləri bir müddət keçdikdən sonra Bakı şəhərinə getmək və oğurladıqlarını paytaxtda satdıqdan sonra əldə etdikləri pulu öz aralarında bölmək olub.

Faktla bağlı cinayət işi başlanılıb və torpağa basdırılmış qızıl-zinət əşyaları həmin yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Göyçayda qızıl mağazasını qarət edən şəxslər saxlanılıbGöyçayda qızıl mağazasını qarət edən şəxslər saxlanılıbGöyçayda qızıl mağazasını qarət edən şəxslər saxlanılıbGöyçayda qızıl mağazasını qarət edən şəxslər saxlanılıb

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO