Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.
Zamantv.az - ın məlumatına görə, hadisəyə mülkə görə düşən mübahisə səbəb olub.
Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Əlixan qızı Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan oğlu Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.
Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Zamantv.az