[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Jiquli” 2 avtomobillə toqquşaraq yanacaqdoldurma məntəqəsinə girdi
Kürdəmirdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 39 yaşlı Baxşəliyev Zamin Soltan oğlu idarə etdiyi “VAZ-2107” markalı maşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkət edən “Mercedes” markalı avtomobilə sonra isə həmin istiqamətdə hərəkət edən “Opel”ə çırpılıb. Daha sonra yoldan çıxan “VAZ-2107” yol kənarındakı yanacaqdoldurma məntəqəsinə girərək məntəqənin avadanlıqlarını sıradan çıxarıb. Hadisə zamanı “VAZ-2107”nin sürücüsü Zamin Baxşəliyev və onun sərnişini 52 yaşlı Tağıyev Kərim Məmmədtağı oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kombini sökmək istəyən oğru kameraya düşdü
“Paytaxtın Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında naməlum şəxs kombini sökməyə cəhd edir. Görür kamera var, uzaqlaşır. Hazırda həmin şəxsin axtarışları başlayıb. Onu tanıyan varsa, bizə məlumat verməyi xahiş edirik”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Polis mayoru onu da xatırladıb ki, təhlükəsizlik kamerasının faydası var: “Kameralaşmaya etinasız yanaşmayaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda yanğın: iki nəfər xəsarət aldı
Göyçay rayonunda çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alanlar var.

Zamantv.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasında baş verib. Binanın 2-ci mərtəbəsində yaşayan rayon sakini 1955-ci il təvəllüdlü Musayeva Fəridə Əsgər qızına məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin iki otağı və içəridəki əşyalar yanıb, qalan hissə yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub. Yanğın zamanı təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub. Yanğın qısa vaxtda söndürülüb, alovun bütün binanı əhatə etməsinin qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olub, ev sahibi, 1955-ci il təvəllüdlü Məcidov Fikrət Tərlan oğlu və onun oğlu, 1978-ci il təvəllüdlü Məcidov Pərviz Fikrət oğlu bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindın baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzulidə mülki şəxs MİNAYA DÜŞDÜ
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

Zamantv.az-ın APA-ya istinadən xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Füzulidə mülki şəxs minaya düşüb.

Zamantv.az-ın məlumatına görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə o, ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda əməliyyat: 19 kiloqram narkotik aşkarlandı
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çəkisi 19 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Nurlan Rəhimov və Adəm Təhməzov saxlanılıblar.

Onlara məxsus torbadan ayrı-ayrı bağlamalarda 9 kiloqram 200 qrama yaxın heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli idilər.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Cəlilabadda əməliyyat: 19 kiloqram narkotik aşkarlandı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mollanın qəbiristanlıqda FACİƏSİ: "Yasin" oxuyan yerdə ÖLDÜ
Azərbaycanda molla qəbiristanlıqda dünyasını dəyişib.

Zamantv.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbiristanlıqda molla vəfat edib. Məlumata görə, məzarların birinin önündə "Yasin" oxuyan qəsəbənin mollası, 55 yaşlı İslam Abdullazadə qəfildən ölüb.

Mollanın ürək çatışmazlığından öldüyü bildirilir. Mərhum elə həmin qəbiristanlıqda da dəfn olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda daha bir cənc ANA FACİƏSİ
Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə martın 21-də günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 27 yaşlı Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.
Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Azərbaycanda daha bir cənc ANA FACİƏSİ
Zaqatala rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinəyə əsasən ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda daha bir DƏHŞƏT: Qız zorakılığa məruz qaldı, anası intihar etdi
Zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdirilib.

Zamantv.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri olan Mehriban Zeynalova paylaşım edib. O bildirib ki, xalasının sevgilisindən zorakılıq görən qızın anası özünü öldürüb:

“Azyaşlı qızımız xalasının sevgilisinin zorakılığına məruz qalır. Bu hadisəni isə heç kimlə bölüşə bilmir. Anası ilə kirayədə yaşadığı mənzilin sahibi onların evdən çıxmasını tələb etdikdən sonra anası və özünün qalması üçün ev axtarmağa başlayıb. Sonuncu dəfə ev axtarmaqdan qayıdanda evdə polislərin və təcili yardım xidmətinin olduğunu görərək böyük stress keçirib. Artıq anasının həyatda olmadığını, evdə canına qəsd etdiyini öyrənib.
Ötən gün anasının məzarını ziyarət gedən qız hələ də onun hansı səbəbdən özünə qəsd etdiyini anlamaqda çətinlik çəkir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı-Qazax yolunda "TIR" aşdı: sürücü...
Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “TIR” maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda "TIR" aşdı: sürücü...Bakı-Qazax yolunda "TIR" aşdı: sürücü...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur şirkətin əməkdaşından DƏLƏDUZLUQ: - 150 mindən çox pulu mənimsədi
Azərbaycanın məşhur şirkətində külli miqdarda dələduzluq olub. Zamantv.az məlumat verir ki, hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, “ABC telekom” Məhdud Məsuliyyətli Cəmiyyətdən Səbail rayon Prokurorluğuna şirkətin əməkdaşı Emin Quliyevin müxtəlif şəxslərin adına kredit rəsmiləşdirərək 154 min manat pulu mənimsəməsi barədə şikayət daxil olub.

Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Səbail rayon Prokurorluğu rayon Polis İdrəsi ilə birlikdə əməliyyat-axtarış tədbirlərini davam etdirir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO