[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya-Ukrayna müharibəsi: Yeni təhlükəli ssenarilər – TƏHLİL
Rusiya-Ukrayna müharibəsinin ikinci ayında Kreml işğal etdiyi Kiyev vilayətindən, Çerniqovdan və Sumıdan qoşunlarını sürətlə geri çəkdi. Bununla da Kiyevə şimal, şimal-şərq və şərq cinahlarından gələn hərbi təhdid ən azından indi üçün yoxa çıxır.

Rusiya qoşunlarını Ukraynanın şərq sərhədlərində birləşdirərək oradan hansısa yeni hücuma hazırlaşmaq imkanlarını nəzərdən keçirə bilər.

Hazırda Rusiya İzyum şəhərini ələ keçirib, oradan Slovyanska doğru olan məsafəni qət etmək istəyir, bununla belə şiddətli müqavimətlə üzləşir.

Rusiya Mariupolu da intensiv hava və artilleriya zərbələri altında saxlayır, bu göstərir ki, Ukraynanın cənub cinahı Rusiya üçün vacibdir.

Beynəlxalq müzakirə masalarında Ukraynadakı müharibənin nə zaman bitəcəyindən necə bitəcəyi daha aktual sual kimi müzakirə edilir, çünki nəticə sonrakı geopolitik çəkişmələrin çərçivələrini və xarakterini müəyyənləşdirəcək.

Ukraynanın dözümü və psixoloji-siyasi iradəsi sarsılmayıb, o, hələ intensiv atəşlərə davam gətirmək qabiliyyətindədir.

Bunun əsas səbəblərindən biri də, Ukraynanın Qərb tərəfindən silahlandırılmasıdır, bu isə onun hərbi texnikasının, silahlarının tükənməsi riski ilə üzləşməməsinə gətirib çıxarır.

Rusiyanın dövlət rəhbərliyinin sonrakı planlarının nə olduğunu göstərən aydın əlamətlər gözə dəyməsə də, Moskva Kiyev ətrafındakı fiaskonu müxtəlif epitetlərlə malalamağa çalışır.

Ancaq daxildəki etirazlar metastaz verib böyüyəcəyi təqdirdə bu, Rusiya rəhbərliyi üçün risk daşıyacaq.

Hələlik Rusiyanın bu mövzuda “hakim sərhədlərinə” təhlükəli hədd yaranmayıb, bununla belə müəyyən çatlar əmələ gəlib. Rusiya hakimiyyətinin və xalqının dünyagörüşünü nəzərə alsaq, daxili platformanın Kremlin qərarlarına hansı səviyyədə təsir alətləri yarada biləcəyi haqqında isə aydın təsəvvür yarana bilmir.

Bəşəriyyətə təhdid yaradan digər ssenari NATO-nun hansı halda müharibəyə birbaşa müdaxilə edib-etməyəcəyi ilə bağlı suallardır – görəsən NATO üçün sırf Ukrayna coğrafiyasında belə sərhəd var və ya yoxdur – bu sual özü belə təhlükəli səslənir.

Rusiya nüvə silahlarının və ya kütləvi qırğın silahlarının tətiyini çəksə, NATO cavab tədbiri üçün “mən də atım, yoxsa atmayım” dilemması qarşısında qalacaq. Çünki Qərbin cavab tədbiri yalnız NATO ölkələrinin birinin ərazisinə nüvə zərbəsi endiriləcəyi təqdirdə realdır, Ukraynaya bu cür silah atılması isə NATO-nu adekvat tədbirə sövq etmək əvəzinə onu ehtiyatlı davranmağa vadar edər.

Bu cür vəziyyət, üstəgəl Ukrayna münaqişəsi fonunda Rusiya-Çin əməkdaşlığında yeni səhifələr açılması Qərbi, xüsusilə ABŞ-ı incə balanslaşdırma aktına məcbur edir.

Tarazlığın saxlanılması hansı həddə qədər mümkündür? Bunu da gedişatlar müəyyən edəcək, amma Rusiyanın Ukraynadan geri çəkilməsi Ukrayna üçün də, Avropa üçün də yeni təhlükə vəd edir.

Bu, Rusiyanın kütləvi qırğın silahlarından istifadə edə bilmə ehtimalı ilə əlaqədardır.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hulusi Akar beş ölkənin müdafiə nazirlərini topladı
Türkiyə milli müdafiə naziri Hulusi Akar Bolqarıstanın müdafiə naziri Draqomir Zakov, Polşanın müdafiə naziri Mariuş Blasçak, Rumıniyanın müdafiə naziri Vasile Dincu, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə altıtərəfli videokonfrans toplantısında görüşüblər.

Türkiyənin dəvəti və koordinasiyası ilə keçirilən görüşdən sonra verdiyi açıqlamada Akar görüşün çox məhsuldar keçdiyini deyib:

“Görüşdə diplomatik həllə kömək etmək üçün Ukraynada təcili atəşkəsin əhəmiyyəti və mülki şəxslərin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyi qeyd olunub”.

İclasda müzakirə edilən digər məsələlərlə bağlı da dəyərləndirmələr aparan Akar bildirib:

“Görüş zamanı Qara dənizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması, o cümlədən minalara qarşı mübarizə üçün əməkdaşlığın vacibliyi bir daha vurğulandı. Nəhayət, ağırlaşan humanitar vəziyyətlə əlaqədar fasiləsiz humanitar yardım və bölgədə böhranın daha da artmasının qarşısını almaq üçün görüləcək tədbirlər vurğulandı”.

Mənbə: Anadolu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Times: Britaniya Ukraynaya kəşfiyyat-dozor maşını verlə bilər
Böyük Britaniya Ukraynaya döyüş maşınları və onların idarə edilməsini öyrədən təlimçilər göndərməyi planlaşdırır.

Zamantv.az-ın xəbərinə görə, bu barədə “Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ukraynaya bir neçə ədəd “Mastiff” zirehli avtomobili və “Jackal” kəşfiyyat-dozor maşını verilə bilər. Bundan əlavə, Kiyevə tank əleyhinə sistemlər göndərilməsi də müzakirə mövzusudur. Birləşmiş Krallıq hesab edir ki, yaxın 3 həftə ölkədəki hərbi əməliyyatların nəticələri üçün həlledici olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüşün yekununa dair bəyanat yaydı – TAM MƏTN
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanat yayıb.

Zamantv.az-ın Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, Aİ Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı qəbul edib.

Aİ Şurası prezidenti gərginliyin aradan qaldırılması üçün sıx əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığını dərinləşdirməyə sadiqliyini təsdiqləyib.
“Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla videokonfransdan sonra baş verənlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını nəzərdən keçiriblər. Tərəflər gərginliklə bağlı son məlumatları müzakirə edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların lazımi səviyyədə həyata keçirilməsini təmin etmək üçün bu qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər,” deyə bəyanatda vurğulanıb.

Aİ Şurası prezidenti etimad və birgəyaşayışı təşviq etmək üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən saxlanılanların azad edilməsi və itkin düşənlərin probleminin hərtərəfli həllinin tam və tezliklə həllinin vacibliyini vurğulayıb.

O, həmçinin Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib: “Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək.”

Prezident Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb: “Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.”

Aİ Şurası Prezidenti həmçinin vurğulayıb ki, qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib: “Liderlər həmçinin Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər.”

Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır.

“Liderlər görüşün nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər", - deyə bəyanatda bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ Putin və Lavrovun ailə üzvlərinə sanksiya tətbiq etdi
ABŞ Rusiya prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edir.

Zamantv.az bildirir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

“Bu gün biz Putinin yetkin övladlarına, nazir Lavrovun arvadı və qızına, həmçinin Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiyalar tətbiq edirik”, - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşən Rusiya hərbçilərinə ŞİRNİKLƏNDİRİCİ VƏD
Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqı ölkələrini Ukraynada döyüşməkdən imtina edən Rusiya əsgərlərinə sığınacaq verməyə çağırıb.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, onun fikrincə, bu, həyata keçirilməli olan dəyərli ideyadır.

O, Avropa İttifaqı ölkələrini rusiyalı fərarilərə sığınacaq vermək barədə düşünməyə çağırıb.
Mişel Rusiya hərbçilərinə müraciətində deyib: “Ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın, döyüş meydanını tərk edin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BMT “dişsiz” təşkilatdır! – “Tərkibi dəyişdirilməli, TŞ üzvlərinin sayı..”
Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edib. Dövlət başçısı BMT haqqında danışarkən bu təşkilatın dünyada sülhü effektiv şəkildə təmin edə bilmədiyini bəyan edib : “Aydındır ki,təcavüzkarı sülhə məcbur edilməsini təmin etməli olan əsas institutut sadəcə olaraq effektiv işləyə bilmir ”. V.Zelenski “BMT yaradılarkən dünyada sülhün təmin ediləcəyinə dair verilən zəmanət haradadır?” sualını verib. Dia.az xəbər verir ki, siyasi şərhçi Fuad Abbasov Ukrayna dövlət başçısının BMT-nin fəaliyyətsizliyi ilə bağlı açıqlamasını “Sherg.az”a şərh edib:

“BMT İraq, Liviya müharibəsində, eləcə də, “Ərəb baharı”nın meydana gəldiyi digər ölkələrdə öz fəaliyyətsizliyini göstərib. O mərkəzi ofisi Nyu-York şəhərində yerləşən və Amerika siyasətindən asılı təşkilatdır. Artıq BMT-nin tərkibinin dəyişdirilməsi çox vacib şərt olaraq gündəmə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə “Dünya beşdən böyükdür”-, deyərək çağırış edib.Yəni təhlükəsizliklə bağlı qərarların verilməsində sadəcə BMT üzvü olan beş ölkə deyil, digər ölkələr, eləcə də,Türkiyə iştirak etməlidir”.

Analitik diqqətə çatdırıb ki, BMT ikinci dünya müharibəsindən sonra alınmış qərarlar üzərində duran bir təşkilatdır:

“O sadəcə beş ölkənin qərarı ilə fəaliyyət göstərir. Hətta Qarabağ məsələsində bu təşkilatın uzun illər öncə qəbul etdiyi qətnamələri Azərbaycan əsgərlərinin yerinə yetirdiyinin şahidi olduq. Bu onu göstərir ki, gec-tez BMT-nin strukturu dəyişdirilməli və Təhlükəsizilik Şurasının üzvlərinin sayı artırılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
Zamantv.az yeni layihəyə başlayır - “Məni tanı”.

Bu layihədə dünyaca məşhur insanların həyatından maraqlı faktları təqdim edəcəyik. İlk bəhs edəcəyimiz isə Pakistanın keçmiş baş naziri İmran Xandır.

İmran Xan 5 oktyabr 1952-ci ildə anadan olub. Varlı ailədə böyüyən İmran atası inşaat mühəndisi İkramulla Xan Niyazinin geniş imkanları sayəsində yaxşı təhsil alıb.
İkramulla Xan Niyazi ilə həyat yoldaşı Şövkət xanımın yeganə oğlan övladı olan İmranın 4 bacısı var. O, əvvəlcə Laxoradakı Atkinson kollecində oxuyub. Daha sonra Böyük Britaniyadakı Vuster gimnaziyasında, Oksfordda təhsil alıb.

Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
16 yaşından Laxorada kriket oynamağa başlayan İmran 1976-cı ildə Pakistana qayıdanda milli yığmanın üzvü idi. O, 30 yaşına kimi kriketlə məşğul olub.

İmran Xan 80-ci illərin əvvəllərində əyləncə məclislərini sevən məşhur London “pleyboylarından” idi.

O, 1984-cü ildə “Mail Online” nəşrinə müsahibəsində Pakistandan tək gəzən qızlara rast gəlməyin mümkünsüz olduğunu demişdi.
Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
“Pakistanda tək gəzən qızlara rast gələ bilməzsiz. Diskotekalar, barlar, görüş üçün yerlər yoxdur”.

İmran Xan verdiyi müsahibədə həm də qadınlarla görüşdüyünü və bundan zövq aldığını vurğulamışdı.

Uzun illər kriket oyunçusu kimi çalışan İmran Xan, 1992-ci ildə karyerasını başa vurduqdan sonra öz obrazını dəyişməyə cəhd edir.

Elə həmin il İmranın sevgilisi Sita Uaytdan Tirana adında bir qız övladı dünyaya gəlir. İmran Xan əvvəllər qızını qəbul etməyib. Amma sonradan razılaşıb.

İmran Xan 42 yaşında yəhudi milyarder Ceyms Qoldsmitin 20 yaşlı qızı Cemimi Qoldsmitə evlilik təklif edir. Bir neçə həftə sonra cütlük ailə qurur.

1997-ci ildə isə onların Süleyman İsa, daha sonra isə Qasım adlı oğlu dünyaya gəlir. 2004-cü ildə cütlük ayrılır.

Uzun müddət tək yaşayan İmran Xan 2015-ci ildə subaylığın daşını atır. Belə ki, BBC-də hava proqnozunu təqdim edən xanım jurnalist Rexamla ailə həyatı qurur.

Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
Rexamla İmran Xanın tanışlığı isə 2012-ci ildə - ondan müsahibə alan zaman baş verir. Onun isə əvvəlki evliliyindən 3 övladı var. İkinci müsahibədən sonra İmran Xan onu yeməyə dəvət edir. Birinci evlilikdə olduğu kimi İmran Xan bununla da ikinci görüşdə evlənmə təklif edir.

Rexam İmranın təklifini qəbul etsə də, nikah uğursuz olur. Və cəmi 10 ay davam edir...

İmran Xan yenidən – 3 illik fasilədən sonra 2018-ci ilin fevral ayında evlənir. Baş nazirin sonuncu rəsmi evliliyi Burşa Maneka ilə olur. Bu dəfə seçdiyi 39 yaşlı Burşa xanım isə Sufi məktəbinin lideri olub. Burşanın İmran Xandan əvvəlki evliliyindən 5 övladı var.

İmran Xan ailə həyatı qurduğu xanımın üzünü toya qədər görməmişdi. Bunun səbəbi isə Burşa Manekanın niqab taxmağı idi. Sadəcə İmrana cavan vaxtlarında üzü açıq çəkdirdiyi bir fotosunu göstərib.
Adı qızlarla hallanan, 3 dəfə evlənən, Putinlə təsbehlə danışan BAŞ NAZİR - MƏNİ TANI
25 iyul 2018-ci ildə Pakistan İslam Respublikasında keçirilən parlament seçkilərində Xanın yaradıb rəhbərlik etdiyi “Təhrek-e-İnsaf” (“İnkişaf və ədalət”) partiyası 270 yerdən 116-nı tutaraq birinci yerə çıxdı. Bu rəqəmlər də İmran Xanın Pakistanın yeni baş naziri olacağından xəbər verir.

“Şükür Allaha biz qalib gəldik. Və Allahın izniylə ortaya nümunə qoyacağıq”, – deyə İmran Xan qələbəsini elan edərkən bildirib.

Həbsdə olan sabiq baş nazir Nəvaz Şərif isə İmran Xanın qələbəsini tanımayıb və seçkidə saxtakarlıqların olduğunu deyib.

İmran Xan baş nazir üçün nəzərdə tutulan rezidensiyaya köçməyəcəyini, oranı məktəb və ya başqa təhsil müəssisəsinə çevirəcəyini bəyan edib.

“Belə böyük evdə yaşamaqdan utanardım”, – deyə İmran Xan bildirib.

İmran Xanla bağlı maraqlı faktlardan biri də Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı baş verib.
Belə ki, Baş nazir Kremldə görüş zamanı Putinlə təsbeh çevirə-çevirə danışıqlar aparıb. Və bu dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu...

Qeyd edək ki, İmran Xan bir neçə gün əvvəl baş nazir vəzifəsindən istefa verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Volodimir Zelenski Krım və Donbasın gələcək taleyinə aydınlıq gətirib
“Kiminsə Krımı öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.

O, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağını söyləyib: “Əsas məsələ suverenliyimizi itirməməkdir. Bu, çox vacibdir. İkincisi, mən yüz minlərlə insanın həlak olmasını istəmirəm. Üçüncüsü, kiminsə Krımı öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz. Bu, yalnız Ukraynanın ərazisidir. Mən sənəddə (Ukraynanın təhlükəsizliyinə təminat haqqında müqavilə - "Report") bu məsələyə dair möhlətlə razıyam. Bu kompromis qərar ola bilər. Donbas mənim, bizim, hamımız üçün Ukraynadır”.

Dövlət başçısının sözlərinə görə, Rusiyanın müvəqqəti nəzarəti altında olan ərazilər barədə hələ danışmırlar: “Fevralın 24-dək bizim nəzarətimiz altında olan ərazilərin statusu barədə hətta müzakirə aparılmır. Biz bu barədə danışmırıq. Hərçənd biz bununla bağlı əvvəldən ultimativ şərtlər eşidirdik. Rusiya müvəqqəti işğal altında olan Donbas bölgəsindəki "respublika"ları tanıyıb. Yaranmış vəziyyətdən çıxş yolu tapmalıyıq. Bu ərazilər Ukraynaya məxsusdur. Onların Ukraynaya məxsus olması ilə bağlı statuslarının saxlanılması vacibdir. Mən şəxsən bu gün Ukraynanı qalib sayıram. Əlbəttə, mən harada, kim, necə dövlət olduğumuzu, nə qədər itki verdiyimiz, itirdiyimizi, itirə biləcəyimizi, nəyi saxladığımızı başa düşürəm. Mən hesab edirəm ki, Rusiyanın genişmiqyaslı müharibəni başladığı nöqtəyə, yəni fevralın 24-dək olan mövqeyə çəkilməsi Ukraynanın qələbəsidir”.

Qeyd edək ki, təminatçı dövlətlərə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya, habelə Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa, İsrail daxildir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya hərbçiləri Ukraynada qadınları zorladıqdan sonra asıblar – İDDİA
Kiyev yaxınlığındakı Buça və İrpen şəhərlərində dinc əhalinin öldürülməsi çox amansızlıqdır.

Ukraynalı qadınlar Rusiya hərbçiləri tərəfindən kütləvi şəkildə zorlanıb, sonra asılıb və yandırılıblar.

Zamantv.az xarici mediaya istinadla bildirir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Feigin LIVE YouTube kanalının efirində məlumat verib.
“Qətllər kütləvi olub. Hazırda İrpendən 410 cəsəd çıxarılıb. Küçələrdə olanlar bunlardır. Bunlar zorlanan qadınlar, uşaqlardır, küçələrdə güllələnən insanlardır.

Bir çox insan, hətta bəzi ekspertlər əlləri bağlı yüzlərlə insanın başlarının arxasından güllələnərək öldürüldüyünü deyirlər. Bunlar yerli hakimiyyət nümayəndələri, sadə insanlardır”, - Arestoviç deyib.

Onun sözlərinə görə, qadınları zorladıqdan sonra asıblar: “Jitomir şossesində - maşınlardan atılan, üst-üstə yığılan, üstlərinə dizel yanacağı səpilən və yandırmağa cəhd edilən 5 gənc qadın cəsəd var”.

O, həmçinin əlavə edib ki, bir çox vətəndaşlar işğalçıların cinayətlərinin təsadüfən şahidi olduqları üçün öldürülüblər.

"Onlar öldürüblər və küçədə kimisə görəndə, yaxalayıb güllələməyə çalışıblar ki, şahid olmasın. Şahidləri təmizləməyə çalışıblar", - Arestoviç vurğulayıb..

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO