[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan yeni müharibəyə hazırlaşır: Bunun nəticəsi nə olacaq? - GƏLİŞMƏ
Rusiya Ermənistana müdafiə qabiliyyətinin gücləndirmək üçün kömək edəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə bildirib.

“Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək”, - Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Lavrovun bu açıqlaması birmənalı qarşılanmayıb. Hazırda Ukrayna ilə müharibə aparan və ciddi itkiləri olan Rusiyanın belə bir vəziyyətdə Ermənistana açıq dəstək nümayiş etdirməsi müzakirələrə səbəb olub.

Ümumiyyətlə, indiki şəraitdə Rusiya niyə Ermənistanın müdafiəsini gücləndirməyə kömək edəcəyini bəyan edir? Zamantv.az-ın məlumatına görə, hərbi ekspert Ramil Məmmədli Cebhe.info-ya açıqlamasında deyib ki, bu, təbii bir prosesdir:

"Çünki Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan müttəfiq ölkələrdir. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı təhlükəsizliklə bağlı ikitərəfli razılaşmalar da mövcuddur. Yəni Rusiya Ermənistanın qarantı rolunda oynayır. Əslində Kremlin erməni ordusunu silahlandırmasının qarşısını almaq qeyri-mümkündür. Bunun olmaması üçün Ermənistan Rusiya ilə müttəfiqlik razılaşmasından çıxmalıdır.

Ona görə də bu məsələyə qeyri-adi yanaşmaq doğru deyil. Lakin Ermənistan ordusunun strateji silahlarla gücləndirilməsi yolverilməzdir. Çünki bu, İrəvanın regiondakı işğalçılıq siyasətinə və addımlarına dəstək vermək kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bununla bağlı da Azərbaycan tərəfi də öz reaksiyanı verməlidir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baydendən Rusiya və Belarus qarşı SANKSİYA
Bayden Rusiya neftinə və Rusiya və Belarusla ticarətə qarşı yeni sanksiyalar imzalayıb

ABŞ Prezidenti Co Bayden Rusiya və Belarusa qarşı əlavə sanksiyaları nəzərdə tutan iki qanun layihəsini imzalayıb.

Zamantv.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qanun layihələrindən biri Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandıraraq, bu ölkələrdən idxala rüsumların artırılmasına zəmin yaradır.

Digəri isə Rusiyadan enerji məhsullarının, o cümlədən neft, kömür və təbii qazın idxalını qadağan edir.

Senat yekdilliklə hər iki qanun layihəsini təsdiqləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çində yoluxma PİK HƏDDƏ: Ciddi karantin tədbirləri qayıdır
Çin hakimiyyəti hələ də Şanxay meqapolisində koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilmir.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsindən bildirilib.

Ötən gün ölkədə 1350 nəfərin koronavirusla kəskin formada xəstələnməsi qeydə alınıb və Çində ayrıca qeydə alınan 23 815 asemptomatik yoluxma halı müəyyən edilib. Onlardan müvafiq olaraq 16 və 78 xəstə xaricdən gəlib, qalanları isə ölkə daxilində yoluxub.

Şanxay epidemiyanın episentri olaraq qalır. Orada ötən gün 1015 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22 609 asemptomatik yoluxma halı qeydə alınıb.

Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın məşhur media rəhbərlərinin AKTİVLƏRİ DONDURULDU - ADLAR
Avropa İttifaqı (Aİ) Rusiyanın məşhur media qurumlarının rəhbərlərinə sanksiya tətbiq edib.

Zamantv.az xəbər verir ki, bu barədə qərar Avropanın “Rəsmi Qəzet”ində dərc olunub.

Siyahıda TASS agentliyinin baş direktoru Sergey Mixaylov, “Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və digərlərinin adları yer alır.
Qərara görə, adları siyahıda yer alan şəxslərin Avropadakı aktivləri dondurulur, onların İttifaq ərazisinə girişi qadağan edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI
Ukrayna Rusiya Silahlı Qüvvələrinin indiyədək itirdiyi canlı qüvvə və texnikanın sayını açıqlayıb.

Zamantv.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı verib.

Məlumatda qeyd olunur ki, bu günə qədər Rusiyanın 19 100-ə yaxın hərbçisinin zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ-ın yeni nüvə raketinin adı açıqlanıb
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni qitələrarası ballistik raketin (ICBM) adını açıqlayıb. Perspektivli döyüş sursatı LGM-35A “Sentinel” adını alıb.

Ground Based Strategic Deterrent (GBSD) adı altında hazırlanan raket LGM-30G “Minuteman III” ICBM-ni əvəz edəcək. Hərbçilər “Sentinel”i 2029-cu ildən almağa başlayacaq. Yeni raketlər təkmilləşdirilməkdə olan ABŞ Hərbi Hava Qüvvələrinin mövcud infrastrukturundan istifadə edəcək.

ABŞ Müdafiə Nazirliyi yeni raketlərlə yenidən təchizatın “Minuteman III” raketlərinin xidmət müddətini uzatmaqdan daha ucuz başa gələcəyini qeyd edib. “Sentinel” 2070-ci illərə qədər istismar olunacaq.

Mənbə: Defense News
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üçüncü Dünya Müharibəsi xəbərdarlığı: HƏR AN BAŞLAYA BİLƏR
Planetimiz Üçüncü Dünya Müharibəsinin astanasındadır və əgər iki nüvə dövləti bu ideyadan əl çəkməsə, bu, bəşəriyyətin çox hissəsini məhv edə bilər.

Zamantv.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri amerikalı hərbi analitik Nil Ferqyuson deyib.

Onun sözlərinə görə, ən azı iki dövlətin bəşəriyyətin böyük hissəsini məhv etmək üçün kifayət qədər nüvə başlığına malik olduğu bir dünyada, bu ölkələrin liderləri nüvə müharibəsi başlamaqdan imtina edənə qədər uzun sülh davam edəcək: “Bu, bizi Rusiyanın Ukraynaya təcavüzünə qaytarır”.
Amerikalı analitik qeyd edib ki, məsələn, Çin gələn il Tayvanı işğal etsə, habelə İranla onun regional düşmənləri - ərəb dövlətləri və İsrail arasında müharibə başlayarsa, yəqin ki, biz təkcə İkinci Soyuq Müharibə haqqında deyil, Üçüncü Dünya Müharibəsi haqqında da danışmalı olacağıq.

Ferqyuson xatırladıb ki, hazırda prezident Vladimir Putin Qərbin Rusiyaya hücumuna cavab olaraq taktiki nüvə silahlarını istifadəyə hazır vəziyyətdə saxlayır: “Kreml isə artıq belə bir hücumun hazırlanmasının lehinə arqumentlər irəli sürüb”.

Həmçinin bildirilib ki, Ukraynadakı müharibə Ağ Ev rəhbəri Co Baydenin mümkün olan hər yolla qaçmağa çalışdığı Üçüncü Dünya Müharibəsinə çevrilə bilər. Və buna görə də Ukraynaya Polşadan qırıcı təyyarələr almağa kömək etmir, həm də ölkəmiz Ukrayna hava məkanını bağlamaqdan imtina edir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Rusiya öz məqsədlərinə çatmaqda dayanmaq fikrində deyil, ona görə ki, indiki ABŞ administrasiyasında heç kim onunla, xüsusən də prezident Vladimir Putinlə danışa bilməz”, deyə analitik vurğulayıb.

ABŞ Prezidenti Co Bayden bir daha ölkəsinin Ukraynaya quru qoşunlarını göndərməyəcəyini, çünki bu halda Üçüncü Dünya Müharibəsi başlayacağını bəyan edib.

Bundan əlavə, qeyd edilir ki, Rusiyanın öz ərazilərini və maraqlarını müdafiə etdiyi üçün dünya müharibəsi başlaya bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
[thumb=left]http://zamantv.az/uploads/posts/2022-04/1649381050_624f30d1dc027624f30d1dc0281649357009624f30d1dc025624f30d1dc026.jpg[/thumb
Rusiya ümid edir ki, Ukraynadakı xüsusi əməliyyatın məqsədi yaxın günlərdə başa çatacaq.

Zamantv.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews” telekanalının efirində bildirib.

“Biz həqiqətən ümid edirik ki, yaxın günlərdə bu əməliyyat öz məqsədlərinə çatacaq. Bu Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yolu ilə də başa çata bilər”, - deyə Peskov bildirib.
O qeyd edib ki, Rusiya hərbçiləri əməliyyatı başa çatdırmaq üçün əlindən gələni edir.

Peskov həmçinin bildirib ki, Ukraynadakı əməliyyat diplomatiya yolu ilə başa çata bilər. Bu, Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmasından asılıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa İttifaqından Ukraynaya YARDIM
Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı qüvvələrinə yardım üçün ayrılan vəsaiti daha 500 milyon avro artırmaq niyyətindədir.

Zamantv.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel “Twitter” hesabında yazıb.

“Bu yardımdan sonra Aİ-nin Ukraynaya hərbi yardımının məbləği 1,5 milyard avro təşkil edəcək”, - deyə Mişel qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kommunistlərin rəhbərindən Putinin mətbuat katibinə SƏRT TƏNQİD
Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov Dövlət Dumasında çıxış edərək, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şərhlərini tənqid edib.

Zamantv.az Rusiya mediasına istinadla bildirir ki, Zyuqanovun sözlərinə görə, o, bəzən “Peskovun nə şərh etdiyini və Ukrayna ilə danışıqlar aparan Vladimir Medinskinin davranışının məntiqinin nədən ibarət olduğunu anlaya bilmir”.

Bunda əvvəl Putinin tərəfdarları Rusiyanın İstanbul danışıqlarından sonra qoşunlarını qismən çıxarmaq və Kiyev və Çerniqov istiqamətində döyüş əməliyyatlarının aparılmasını kəskin şəkildə azaltmaq qərarına gəlməsindən narazılıq ediblər.
Putinin tərəfdarları hesab edirlər ki, qoşunların çıxarılması Rusiya prezidentinin Ukrayna ilə bağlı planlarına ziddir.

Belə ki, Rusiya dövlətinin təbliğatçısı Vladimir Solovyov qoşunların geri çəkilməsi ilə bağlı qəzəblənib. O, bəyan edib ki, Rusiya, ümumiyyətlə, Ukrayna ilə heç bir danışıqlar aparmamalıdır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO