[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Ukraynada yeni hücuma hazırlaşır? – ŞƏRH
Rusiya və Ukrayna üçün danışıqlar aparmağa ən etibarlı məkanlardan biri İstanbuldur, İstanbul hazırda dünyanın həlledici siyasi mərkəzi kimi coğrafi əhəmiyyətini artırır.

İstanbulda aparılan Rusiya-Ukrayna danışıqları müharibənin bitməsinə dair ümidləri cücərtsə də, hərb cəbhəsindəki bəzi qaydalar fərqli fikirlər yürütməyə səbəb verir.

Rusiya İstanbuldakı müzakirələrin getdiyi zamanda öz qoşunlarının bir hissəsini Kiyev şəhərinin şərq və qərb hissəsindən, Çerniqovun, Sumının, Xarkovun bəzi ərazilərindən çıxarıb. İstanbuldakı müzakirələrdən sonra Rusiyanın Ukraynadakı hərbi sxeminin izahını verməyə çalışaq.

Rusiya qüvvələri məhdud və lokallaşdırılmış quru hücumları həyata keçirərək müdafiəyə keçməyə davam edir. Ukrayna isə Rusiyanın bu geri çəkilişindən ehtiyat edərək onun əməliyyatlarını pozmaq və Kiyevə təzyiqi aradan qaldırmaq üçün paytaxt ətrafında məhdud və uğurlu əks-hücumlar həyata keçirir.

Mariupoldakı döyüşlər isə Ukraynanın şiddətli müqaviməti və Rusiyanın məhdud mübarizəsi kimi davam edir.

Qısası, Rusiya İstanbulda müzakirələr başlayandan bu yana Ukraynada demək olar ki, hücum əməliyyatı təşkil etməyib və Ukrayna ordusunun bir neçə istiqamətdən əks-hücumu ilə üzləşib.

Lakin Rusiya öz sərhədi ətrafında işğal bucağı yaratmağa nail olub, hadisələrin hansı məcraya yönələcəyi isə hələ qeyri-müəyyən olaraq qalır.

Bununla belə, Qərb tərəfdən verilən açıqlamalarda Rusiyanın növbəti hücuma hazırlaşdığına dair həyəcan təbili çalınır, bu informasiyalar üzərində isə proqnozlar səsləndirmək mümkündür.

NATO-nun, eləcədə də alyansın nəhəngləri ABŞ və Britaniyanın həyəcanlı kəşfiyyat məlumatlarını analiz etsək, belə mülahizə yürüdə bilərik:

1. Böyük ehtimal ki, Rusiya atəşkəsə nail olmağa çalışır, bu isə onun qüvvələri yenidən birləşdirmək üçün vaxt qazanmasına hesablanıb,

2. Ancaq Rusiyanın ümumi tablodakı hərbi məqsədlərini incəliyi ilə müəyyən etməyə dair aydın əlamətlər gözə dəymir.

Hazırda Rusiyanın ümid edə biləcəyi optimal düstur Ukraynada əldə etdiyi işğal qazancını möhkəmləndirmək və “donmuş” vəziyyət yaratmaq üçün atəşkəsə nail olmaqdır. Rusiyanın hazırkı hədəflərindən biri Ukraynanın cənubudur, əgər atəşkəs olarsa, Moskva Ukrayna ordusunun cənubdakı əks-hücum əməliyyatını dayandıra biləcək və orada olan qüvvələrini yeni hücum üçün hazırlayacaq.

Yəqin ki, indi danışıqlarda Rusiya üçün əsas hədəf atəşkəsdir və Qərb də onun planındakı hiyləgərliyi anlayır. Buna görə də, Qərb danışıqlarda Ukrayna tərəfinə çıxış əldə edərək rəsmi Kiyevi bu plana getməməyə çağıra bilər.

Atəşkəsə nail olmaq üçün isə Rusiya görüntü yaratmalıdır və zahiri olaraq bu fonu təqdim etməyə çalışır. Rusiya qoşunlarının rotasiyasını geri çəkilmək kimi qələmə vermək cəhdlərinə girişir.

Rusiyanın təcavüz planlarını hələ də masada olduğunu göstərən nişanələrdən biri də, “Vaqner” özəl hərbi şirkətinə məxsus muzdluların yenidən Ukraynaya salınmasıdır.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada müharibə qıtlığa səbəb olacaq
Ukraynadan ixracın olmaması səbəbindən bəzi ölkələrdə qıtlıq baş verə bilər.

Bu barədə ölkənin aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.

Onun sözlərinə görə, Ukrayna son illərdə taxıl tədarükçüləri arasında ilk beşliyə daxil olub, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır. Ukrayna eyni zamanda günəbaxan yağının ilk tədarükçüsü, soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.

“Ukrayna məhsullarından ən çox asılı olan regionlara nəzər salsanız, bunlar Yaxın Şərq, o cümlədən Şimali Afrikadır”.

“Bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal əti, quş əti, yumurta, süd məhsullarının ixracı da dayanıb. Əslində bu, xeyli qıtlığa səbəb ola bilər və həqiqətən də aidiyyəti ölkələrdə aclıqla nəticələnə bilər”, - deyə nazir müavini izah edib.

Vısotski qeyd edib ki, Ukrayna günəbaxan yağı ixracının 55 % -ni təşkil edir. Eyni zamanda, Çin və Hindistandan başqa, Avropa İttifaqı ölkələri də əsas idxalçılardır. Buna görə də Ukrayna təchizatı olmadan qlobal qıtlıq yaranacaq.

Mənbə: UNİAN
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski iki generalı rütbələrindən məhrum etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Daxili Təhlükəsizlik İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Xerson vilayəti üzrə departamentinin keçmiş rəhbəri Sergey Krivoruçkonun general rütbələrini əlindən aldığını bildirib.

Dövlət başçısı bildirib ki, indi bütün satqınlarla məşğul olmağa vaxtı yoxdur, lakin tədricən onların hamısı cəzalandırılacaq.

“Ukrayna xalqına hərbi sədaqət andını pozan yüksək rütbəli hərbi zabitlər bütün rütbələrindən məhrum ediləcəklər. Təsadüfi generallar bizimlə yol yoldaşı deyillər, Silahlı Qüvvələrin əsl qəhrəmanlarına - Vətənimizi səmimiyyətlə müdafiə edən hər kəsə eyni dərəcədə minnətdarıq”, - deyə Zelenski xalqa növbəti müraciəti zamanı qeyd edib.

Martın 31-də Zelenski Ukrayna Silahlı Qüvvələri sıralarından 136 Ukrayna qəhrəmanının təltif edilməsi haqqında sərəncam imzalayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Azərbaycanla bağlı daha bir sənədi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də dərc olunub.

Qərar imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, sözügedən Protokol 2021-ci il fevralın 19-da Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində imzalanıb.

Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya banklarına daha bir qadağa tətbiq ediləcək
Rusiya banklarının 2025-ci ilədək yerli proqram təminatına keçməsi üçün kifayət qədər vaxtı var.
Zamantv.az-ın xəbərinə görə, bunu Rusiya Banklar Assosiasiyasının sədri Aleksey Voylukov bildirib.

Qeyd edək ki, prezident Vladimir Putinin martın 28-də imzaladığı fərmana görə vacib sahələr üzrə xarici proqram təminatının alınması müvafiq strukturlarla razılaşdırılmalıdır. 2025-ci ildən etibarən isə bütün vacib infrastrukturlarda xarici proqram təminatından istifadə qadağan ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya banklarına daha bir qadağa tətbiq ediləcək
Rusiya banklarının 2025-ci ilədək yerli proqram təminatına keçməsi üçün kifayət qədər vaxtı var.
Zamantv.az-ın xəbərinə görə, bunu Rusiya Banklar Assosiasiyasının sədri Aleksey Voylukov bildirib.

Qeyd edək ki, prezident Vladimir Putinin martın 28-də imzaladığı fərmana görə vacib sahələr üzrə xarici proqram təminatının alınması müvafiq strukturlarla razılaşdırılmalıdır. 2025-ci ildən etibarən isə bütün vacib infrastrukturlarda xarici proqram təminatından istifadə qadağan ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vertolyot qəzasında 5 nəfər həlak oldu
Avstraliyanın Melburn şəhərindən Ulapna uçan turist helikopteri qəzaya uğrayıb.

Zamantv.az-ın TASS-a istinadla xəbərinə görə, qəza nəticəsində biri qadın olmaqla 5 nəfər həlak olub. Nəqliyyat vasitəsi kolluq əraziyə düşdüyü üçün xilasedicilər onun qalıqlarına gecə çata bilməyib.

Qəzanın səbəbləri araşdırılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrpen küçələrində dinc əhalinin cəsədləri toplanır: DƏHŞƏTLİ
Azad edilən İrpen şəhərində polis mülki şəxslərin cəsədlərini toplayır.

Zamantv.az-ın məlumatına görə, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebytov "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, təkcə son 24 saat ərzində ölənlərin 14-ü morqa təhvil verilib:
"Meyitlərin axtarılması və toplanması işlərinə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri, general-leytenant Pavlyuk şəxsən rəhbərlik edir. İlk növbədə, İrpin şəhərində işlər aparılır. Dünən , xüsusi qrup işləyib. Rus hərbçilər ölən vətəndaşlarımızın cəsədlərini minalaması ehtimalı var. Təbii ki, biz Fövqəladə Hallar Dövlət Xidmətinin mütəxəssislərinin köməyindən istifadə edəcəyik”.

Nebytovun sözlərinə görə, icazəsiz basdırılanlar çoxdur və polisin cəsədlərin eksqumasiya edilməsi, şəxsiyyətin müəyyən edilməsi üçün hələ çox işi var:

"Cəsədlərin qohumları tərəfindən normal dəfn edilməsi üçün məlumatları ümumiləşdirəcəyik”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya MN: Ukraynanın 350 PUA-sı məhv edilib
Rusiyanın hava hücumundan müdafiə sistemiləri İzyum şəhərindən 30 kilometr qərbdə Ukraynaya məxsus Mi-24 helikopterini vurub.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

O, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatının vurulduğunu söyləyib.
“Rusiya hava kosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İzyum şəhərindən 30 kilometr qərbdə havada bir Ukrayna Mi-24 helikopterini, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub", deyə Rusiya MN sözçüsü vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aclıqdan ölənlərin cəsədlərini suya atdılar
Standarta uyğun olmayan qayıqla İspaniyanın Kanar adalarına gəlməyə cəhd edən azı 25 nəfər həlak olub.

Zamantv.az-ın xəbərinə görə, bu barədə İspaniya polisi şahid ifadələri əsasında məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Mavritaniyadan çıxan qayıqda olanlardan 25 nəfər öldüyü üçün cəsədləri dənizə atılıb. 48 nəfər Kanar adalarına gəlib çatmağa nail olub. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.
Polis bildirib ki, qayıqdakıların ərzağı tükəndiyi üçün açından ölüblər. Qayığın sahibi olduğu iddia edilən 2 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO