[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”
“Martın 7-də ərimlə evdə idim, muzdlu hərbçi içəri girdi. O, məni silahla qonşuluqdakı evə apardı. Əmr etdi ki, paltarımı çıxarım, yoxsa güllələyəcəkdi...".

Zamantv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, rus ordusunun tərkibində döyüşən muzdlu hərbçilər tərəfindən təcavüzə məruz qalmış 50 yaşlı Annanın (təhlükəsizlik məqsədilə qadının adı dəyişdirilib) jurnalistlərə dediklərindəndir.

Həmin gün muzdlu tərəfindən zorlanan ukraynalı qadın təcavüz edəni çeçen yaraqlısı kimi təsvir edir:
“O, məni zorlayanda içəri daha dörd əsgər gəldi. Düşündüm ki, işim bitdi...”.

Kiyevdən 70 km qərbdə yerləşən kənddə yaşayan Annanın sözlərinə görə, o, rus əsgərlərinin ayrı bir bölməsi tərəfindən xilas edilib:

Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”
“Sonradan evə qayıtdım, ərimi yaralı gördüm. Məni zorlamağa aparanda ərim arxamca gəlməyə çalışıb, qarnından güllələyiblər. Ərimlə qonşu evdə gizləndik, ancaq heç cürə fürsət tapıb onu xəstəxanaya apara bilmədim. İki gün sonra o öldü. Ərimi həyətdə dəfn etdilər”.

Rusiya ordusunun əsgərləri bir neçə gün onun evində qalıb. Onlar getdikdən sonra Anna evdən narkotik və Viaqra tapıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada 20 jurnalist öldürülüb - SİYAHI
Milli Jurnalistlər Birliyi müharibədə həlak olan 20 media işçisinin adını açıqlayıb.

Zamantv.az xarici KİV-ə istinadla bildirir ki, təkcə Ukrayna Baş Prokurorluğunun rəsmi məlumatlarına görə, Rusiya ordusunun genişmiqyaslı hücumları başlayandan (aprelin 3-nə olan məlumata görə) 18 media işçisi həlak olub.

Ölənlər arasında xarici media nümayəndələri də var. Aprelin 8-də jurnalist və yazıçı Yevgeni Balya, aprelin 12-də isə Çerniqovun məşhur “Ditynets” televiziya kanalının əməkdaşı, videomühəndis Roman Nejiboretsin güllələnməsi barədə məlumat yayılıb. Bu, 20-ci ölüm hadisəsidir.
Ukraynada müharibə zamanı ölən jurnalistlərin siyahısı:

1. Pyer Zaklevski

2. Aleksandra Kuvşinova

3. Aleksandr Lıtkin

4. Pavel Li

5. Sergey Puşenko

6. Yevgeni Sakun

7. Brent Entoni Reno

8. Oksana Baulina

9. Dilerbek Şakirov

10. Viktor Dedov

11. Viktor Dudar

12. Liliya Qumyanova

13. Yuri Oleynik

14. Oleq Yakunin

15. Maksim Levin

16. Mantas Kvedoraviçyus

17. Sergey Zaikovski

18. Denis Kotenko

19. Yevgeni Bal

20. Roman Nejiborets
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya təhlükəsizlik xidmətində "Böyük Təmizləmə": Rəis tutuldu, 150 zabit...
Rusiya Prezidenti Vladimir Putinin əmri ilə Rusiya Federal Təhlükəsizlik Xidmətində (FTX) “Böyük təmizləmə” işləri aparılıb.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bellingcat” araşdırmaçı jurnalistlər qrupunun rəhbəri Xristo Qrozev bildirib.

Onun sözlərinə görə, “Ukrayna məsələsi” ilə məşğul olan 5-ci xidmətin 150 zabiti təmizləməyə məruz qalıb. Xidmətin keçmiş rəisi, general-polkovnik Sergey Beseda isə artıq istintaq təcridxanasına göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dağıntılar altından çıxarılan qız: - "Hər yer qan idi..."
Anası ilə birlikdə mühasirəyə alınmış Mariupoldan təxliyə edilən azyaşlı ukraynalı qız Kira Çeberko başına gələnlərdən danışıb.
Zamantv.az yeniavaz.com-a istinadla xəbər verir ki, onun görüntülərini “TOK Media” dərc edib.
4 yaşlı Kira və ailəsi uzun müddət kiçik bir zirzəmidə yaşayıb, sonra onların olduğu yerə mərmi düşüb. Ailə möcüzə nəticəsində dağıntılar altından xilas ola bilib.
Onlar işğal olunmuş şəhəri tərk edərkən balaca qız bannerin üzərinə çıxıb və yaralanıb.
“Biz Mariupoldan ayrılırdıq. Evin yaxınlığında yerdə bir çıxış tapdım. Və sonra “bum” oldu. Daha sonra ""bum" olanda çantanın yanında oturdum. Anam məni qucağına alıb kolun yanında oturtdu. Qan var idi, qan çox idi, hər yer qan idi. Dağıntıların qalıqları tez bir zamanda çıxarıldı, biz əməliyyat olduq”, - balaca Kira deyib.
Uşağa vaxtında tibbi yardım göstərilib və hazırda onun səhhəti üçün təhlükə yoxdur.
Sözügedən kadrları təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenskinin dostu AYNA-ya danışdı: - “Bu, Putin üçün “əcəl zəngi”dir”
Böyük Britaniyanın Baş naziri Boris Consonun gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfəri dünya gündəminin əsas mövzularındandır. Səfər çərçivəsində Prezident Volodimir Zelenski ilə birlikdə mərkəzi Kiyev küçələrini gəzən Conson bununla Ukraynanı ən yüksək səviyyədə müdafiə etdiklərinə dair Kremlə mesaj ünvanladı.

Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı koalisiyada lider dövlətlərdən hesab olunur və Moskvaya qarşı sərt maliyyə və iqtisadi sanksiyaların, Ukraynaya silah tədarükünün əsas təşəbbüskarlarından biridir. Zamantv.az-ın məlumatına görə, Volodimir Zelenskinin azərbaycanlı dostu, bu günlərdə bu qaynar ölkədən qayıdan və dünyanın bir sıra nüfuzlu informasiya resurslarında çalışmış tanınmış jurnalist Şakir Eminbəyli AYNA-ya müsahibəsində Ukraynada baş verənlər barədə danışıb. Qeyd edək ki, Zelenski hələ Prezident olmamışdan öncə onu Azərbaycana səfəri zamanı Eminbəyli müşayiət edib.

- Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Buçada insanlıq əleyhinə soyrıqım törədir. Kremlin amansız işğal siyasətini doğuran səbəblər nədir?

- İstər Krımın ilhaqı, istərsə də Ukraynanın şərq vilayətlərinin işğalı özlüyündə baş verən qeyri-adi təbiət hadisəsi deyil. Bütün bunlar Rusiyanın qonşu ölkəyə qarşı apardığı hərbi təcavüz nəticəsində baş verib. Uzun illər Rusiya bu müdaxiləyə müxtəlif əcaib adlar qoyaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışsa da, sonunda özünün işğalçı siyasətini gizlədə bilmədi və əsl simasını açıq şəkildə göstərdi. De-fakto işğal etdiyi Donetsk və Luqansk adlı qondarma “xalq respublikalarını” tanımağa qərar verdi. Əslində isə bu qərar həm də Ukraynaya qarşı açıq təcavüzə start fiti idi. 24 fevralda fit çalındı, Ukraynaya ordu yeridildi.

Təcavüzə əsas kimi Putin və onun komandası yeni terminlər icad edərək ağılasığmaz səbəblər göstərir. “Demilitarizasiya” və “denasifikasiya” kimi ikrah doğuran ifadələrin altında əslində heç bir məna dayanmırdı. Ukraynanı faşizmdə ittiham etməyin özü artıq cəfəngiyatdır. Diqqət yetirsək, görəcəyik ki, müharibədən ay yarım müddət keçdikdən sonra rusların ilkin elan etdikləri “səbəbləri” artıq özləri belə, əvvəlki ritorika ilə səsləndirmirlər.

Məsələ burasındadır ki, təpədən dırnağacan korrupsiyaya uğramış, Rusiyaya son 22 ildə rəhbərlik edən Putinin ətrafı onun könlünü açan, ürəyini oxşayan məlumatı çatdırmaqda maraqlıdır. Alternativ mənbələrə etibar etməyən Putinə edilən məruzələrdə Ukraynanın ordusunu zəif və aciz olması, mifik rus hərb maşınının onları bir göz qırpımında darmadağın edəcəyi barədə məlumatlar ötürülürdü. Yaddan çıxarmayaq ki, müharibə həm də milyardlarla vəsaitin maraqlı tərəflərin ciblərinə axması deməkdir. Müharibədə hər kəsin bəlli marağı var. Putinin başlıca marağı Rusiya tarixində “rus torpaqlarını” genişləndirən hökmdar kimi qalmaqdır. Putin isə SSRİ-nin yaranmasının 100 illiyində özünə və ətrafına “hədiyyə etmək” istəyirdi - hansı ki, buna da nail olmadı.

- Böyük Britaniya və Avstriya liderləri gözlənilmədən Kiyevə səfər etdilər. Bu planlaşdırılmamış səfərlərin məqsədi nəydi?

- Dünyanın aparıcı dövlətlərinin Ukraynaya aşkar hərbi, iqtisadi yardımları fonunda indi də gözlənilməz səfərlərinin şahidi oluruq. Rusiyanın ünvanına çox sərt bəyanatlar səsləndirilir. Rusiya bu müharibədən üzüağ çıxmağa çalışsa da, ABŞ və Qərb müharibənin tezliklə bitməsinin tərəfdarı deyil. İqtisadi və hərbi cəhətdən Rusiyanı çökdürmək üçün illərdir aparılan gizli oyunlar Qərbin gözündə öz bəhrəsini verməkdədir. Bu səbəbdən də artıq “açıq kartlarla” oynayırlar. Rusiyanın blef edəcəyi alətlərin siyahısı getdikcə sıfıra enir. Ən vacib təzyiq elementi olan neft və qazdan demək olar ki, bütün Avropa ölkələri artıq imtina etməyə başlayıb. Xaricdəki bütün aktivlər dondurulur. Oliqarxlar təşviş içində artıq etiraz səslərini açıqca bildirirlər. Düşünürəm ki, bütün bu kimi riskləri hesablayan Qərb, risk dərəcəsinin cüzi olduğuna görə son addımlarını rahatlıqla, nümayşkaranə şəkildə atır.

- Moskva özü də bilirdi ki, Ukrayna NATO-ya üzv olmayacaq. Rusiyanın NATO bəhanəsi əslində hansı məqsədlərə xidmət edirdi?

- Putin gözəl bilirdi ki, Ukrayna nəinki sabah, heç yaxın 10 ildə belə, NATO-ya üzv ola bilməyəcək. Sadəcə olaraq Ukraynanı müxtəlif provokasiyalara sürükləmək lazım idi. “KGB” məktəbi üçün bu, adi su içmək kimi bir şeydir. Putin Ukrayna xalqını, Ukrayna dövlətini, təcrübəsiz Zelenskini özündən çıxarmaq üçün “DXR”, “LXR” kimi qondarma respublikaları tanımaqla, Prezident Zelenskini “NATO-ya girmək”, “Ukraynanın nüvə silahına yenidən yiyələnmək” kimi ifadələri dilə gətirməyə vadar edərək, özü üçün "yaşıl işıq" yandırmış oldu. Qalan şeylər texniki məsələlər idi. Məqsəd, heç şübhəsiz, NATO-dan qorunmaq, təhlükəsizlik təminatı almaq adı altında keçmiş ittifaq dövlətlərini, o cümlədən Ukraynanı nəzarətdə saxlamaq idi. Kreml bunu rahat edəcəyini düşünürdü. Hesab edirdi ki, kiçik sanksiyalarla Qərbin təzyiqlərindən yayına biləcək. Bu gün isə artıq özü çıxılmaz durumdadır. Anlayır ki, Rusiyanın çöküşünün əsasını qoyub və hazırda bunun qarşısını almaqla məşğuldur.

- Rusiya təcavüzdən öncə qonşu Avropa ölkələrini nüvə silahı ilə təhdid edirdi, hazırda isə NATO-ya üzvlük məsələsinin onların daxili işi olduğunu bəyan edir. Nə baş verir?

- Düşünürəm ki, bu müharibə artıq dünyanın düzənini dəyişib. Bundan sonra Rusiya istər postsovet məkanında, istərsə də sərhədləri ətrafındakı ölkələrin istənilən hərbi və iqtisadi birliyin üzvü olmasına maneçilik törətməkdə böyük çətinliklərlə üzləşəcək. Dünya formatını dəyişir. Rus hegemonluğu tarixin arxivinə atılır. Ukraynada məğlub duruma düşən, qlobal təzyiqlərin mərkəzinə çevrilən Moskva artıq ritorikasını dəyişməyə başladı. Şübhəsiz ki, bütün bunları istəyərək etmir. Sadəcə buna məcburdur. Əks halda düşdüyü quyunu daha da dərinləşdirə bilər. Avropaya hücum Moskva üçün “əcəl zəngi”dir. Buna başa düşür və son açıqlamalar, o cümlədən Peskovun dilindən ritorikanın dəyişilməsi də məhz bundan qaynaqlanır.

- Bu günlərdə Ukraynadan qayıtmısınız. Müşahidələriniz sizə nə deyir? Ukrayna xalqı Rusiyaya qarşı müqavimətdən yorulmayıb ki?

- Ukraynada qısamüddətlik səfər zamanı müxtəlif ranqlı dostlarla görüşdüm. Əlimdən gələn onlara yalnız mənəvi dəstəyimi göstərmək idisə, onu da gəlişimlə nümayiş etdirdim. Gördüyüm ən əsas mənzərə isə ukraynalıların məğrur, döyüşkən, öz azadlıqları uğrunda sona qədər savaşmağa hazır olduqları idi. Bu keyfiyyətlərinə görə Azərbaycan xalqı ilə son dərəcə oxşarlıqlar var. Təəssüf ki, Putinin başladığı işğal uzun illər Ukraynalıların rus xalqına nifrət hissi ilə yaşaması ilə bitəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
[thumb=left]http://zamantv.az/uploads/posts/2022-04/1649763824_1649762823_888.png[/thumb
Ermənistan dövlətlərarası sülhə nail olmaq üçün Azərbaycanın təqdim etdiyi beş prinsipdən ibarət sənədi qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 6-da keçirilmiş görüşündən sonra həm Avropa Birliyi, həm də Rusiya sözügedən sülh gündəliyinin icarasına dəstək verməyə hazır olduğunu bəyan edib. Bu məqsədlə Brüsseldə əldə olunmuş razılaşdırmaya uyğun olaraq, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılacağı gözlənilir.

Eyni zamanda, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın təsis edilməsi nəzərdə tutulub. Sərhədlərin müəyyənləşməsinə dair həm ötən il noyabrın 26-da imzalanmış Soçi Bəyannaməsində, həm də aprelin 6-da Brüsseldə öz əksini tapmış razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya hökumətlərarası işçi qrupunun iclasının keçiriləcəyi bildirilir. Brüssel görüşünün nəticələrinə dair bəyanatda Birgə Sərhəd Komissiyasının iclasının aprel ayının sonuna qədər keçiriləcəyi qeyd edilir. Azərbaycan və Rusiya prezidentləri arasında aprelin 10-da baş tutan telefon danışığında da işçi qrupunun növbəti fəaliyyəti müzakirə olunub. Dövlət başçıları bu formatda nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın növbəti təmaslar barədə də söhbət aparıb. Hətta Ermənistan mediası Baş nazir Nikol Paşinyanın aprelin sonunda Moskvaya gözlənilən səfəri zamanı Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycanla növbəti danışıqalrın baş tutacağı barədə xəbər yayıb. Həmin müzakirələrdə yeni sənədin imzalanacağı istisna edilmir. Yəni söhbət Azərbaycanın təklif etdiyi sülh prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsinə dair sənədin rəsmiləşdirlməsindən gedir.

Azərbaycan irəli sürdüyü baza prinsiplərini Ermənistanın qəbul edəcəyi təqdirdə, sülh danışıqlarına başlaya biləcəyini bildirib. “İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır.

Qeyd edək ki, Azərbaycan XİN Ermənistana beş bənddən ibarət sülh təkliflərini mart ayının 14-də göndərib. Həmin vaxt Ermənistan hökuməti təklifləri qəbul etməyə razı olduğunu bildirsə də, Azərbaycanın qarşısında adekvat şərt irəli sürmüşdü. Rəsmi İrəvan Qarabağ ermənilərinə status verilməsini sülhün prosesi ilə ATƏT-in Minsk qrupunun məşğul olması ideyasını irəli sürdü. Ermənistanın bu təklifi ortaya atması Minsk Qrupunun fəaliyyətini yenidən bərpa etməyə hesablanmışdı. Əsas məqsəd isə status məsələsini beynəlxalq səviyyədə yenidən gündəmə gətirmək, Türkiyəni prosesdən kənarlaşdırmaqla ermənilərin Azərbaycana qarşı ərazi iddiasını reallaşdırmaq idi. Lakin Ukrayna müharibəsi fonunda baş verən geosiyasi proseslərin Cənubi Qafqaza təsiri Ermənistanın planlarını gözlənilmədən pozub. Yəni ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunda Rusiya ilə əmkdaşlıqdan imtina etməsi bu formatın dağılması ilə nəticələndi. Bu isə Minsk qrupunun mövcudluğunda Qərbin artıq maraqlı olmadığını göstərir.

Status məsələsində Azərbaycanı ABŞ-ın və Fransanın təzyiqi ilə güzəştə vadar edəcəyinə ümid edən Ermənistan faktiki olaraq, oyundankənar vəziyyətə düşdü. Tərəflər arasında sülh əldə olunarsa, Rusiyan hərbi kontingentinin Azərbaycan ərazisində sülhməramlı fəaliyyətinə ehtiyac qalmaz. Avropa Birliyinin Brüssel görüşündə tərəflər arasında razılaşmaların əldə olunmasına da bu kontekstdən baxmaq lazımdır. Lakin Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini desə də, növbəti dəfə yayındırıcı elementlər ortaya atmaqla diplomatik masada özünü məğlub deyil, bərabərhüquqlu tərəf kimi göstərməyə çalışır. Belə ki, Azərbaycanın martın 14-də təqdim etdiyi beş bəndlik təkliflə sonuncu variant arasında xeyli fərq müşahidə olunur. Birinci təkliflər paketi konkret şərtləri özündə ehtiva etdiyi halda yeni mətndə bunların ümumiləşdirilməsi və ya çıxarılması müşahidə olunur.

Martın 14-də təqdim edilmiş sülh şərtləri belə olub:

1.Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağa hər hansı iddiadan imtina edilməsi;
2.Ermənistan qoşunlarının anklavlardan çıxarılması; (Kərki və Qazaxın 7 kəndi nəzərdə tutulur). 3.Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının 1970-ci il Sovet xəritəsi əsasında aparılması;
4.“Zəngəzur dəhlizi”nə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması;
5.Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi”.

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh təkliflərinin yeni mətni isə belə göstərilir:

1.Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Göründüyü ki, paketdən “Ermənistanın Qarabağa iddiadan imtina etməsi” ifadəsi çıxarılıb və “Dövlətlərin bir-birinə qarşı ərazi iddialatının olmaması” kimi yazılıb. Halbuki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. Ona görə də Azərbaycanın Ermənistan qarşısında hər hansı siyasi və hüquqi öhdəlik götürməsi mümkün deyil. İkincisi, Ermənistan açıq mətnlə Qarabağa ərazi iddiasının olmadığını təsdiq etməli olduğu halda bundan boyun qaçırır.

Qazax rayonunun yeddi kəndi və Sədərək rayonunun Kərki kəndi işğal olunmuş ərazilərdir və qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Ermənistan işğal olunmuş kəndlərin qaytarılmasını sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin tərkib hissəsi sayır. Lakin sərhədlərin müəyyənləşməsi on illərlə sürtə bilər. Bu halda Azərbaycanın kəndlərinin on illərlə işğal altında qalması heç bir məntiqə sığmır. Yeni mətndə sərhədlərin delimitasiya və demarkasiya prosesinin 1970-ci il xəritəsi əsasında aparılması təklifi də yoxdur. Bu isə Ermənistanın həmin şərtdən imtina etdiyi anlamına gələ bilər.

Halbuki, həmin dövrə aid xəritənin tətbiqi Sovet dövründə qanunsuz olaraq Azərbaycan SSR-in Ermənistana peşkəş edilmiş minlərlə hektar torpaqlarının qaytarılmasına imkan verə bilər. Həmçinin, Ermənistan sonuncu variantda Zəngəzur dəhlizinə xüsusi status verməkdən imtina edərək onu sadəcə olaraq, “nəqliyyat və kommunkasiyaların açılışı” razılaşması kimi qəbul edib. Nəhayət, yeni mətndə azərbaycanlı qaçqınların Ermənistana qayıtması və onlara təzminatın ödənilməsi yoxdur. Yəni Ermənistan bundan tamamilə imtina edir. Belə olan halda, Ermənistanın sülhə razılaşdığı, yoxsa növbəti siyasi spekulyasiyaya cəhd etdiyi tam aydın olmur.
Cebhe.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiya hərbçiləri mülki geyimdə döyüşməyə başlayıblar" - Ukrayna MN
Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Qurumdan Rusiya tərəfinin bölmələrini yenidən qruplaşdırdığı bildirilib.

Məlumata görə, Rusiya Ukraynanın şərq sərhədlərinin yaxınlığındakı aerodomlara hava qüvvələrinin köçürülməsini başa çatdırmağa çalışır:

"Onlar texnika və canlı qüvvələrini yaşayış evlərinə yerləşdirirlər. Bu isə beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır. Qarşı tərəfin hərbçilərinin mülki geyimdə döyüşməsi müşahidə olunur. Volın və Polissiya istiqamətlərində düşmənin hərəkətlərində dəyişiklik yoxdur. Rusiya şimal istiqamətində ayrı-ayrı bölmələrin şərq əməliyyat zonasına yeridilməsini başa çatdırır. Mərkəzi Hərbi Dairənin 41-ci Ümumqoşun Ordusunun bölmələri Belqorod və Voronej vilayətlərindəki rayonlara köçürülür. Sloboda istiqamətində Xarkov şəhərinin qismən mühasirəsi davam edir. Qarşı tərəf bölmələrimizin mövqelərini və onların hərəkət marşrutlarını müəyyənləşdirmək üçün hava kəşfiyyatı aparır".

Vurğulanıb ki, Melitopol və İlovaysk ərazilərində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi qeydə alınıb: “Çox güman ki, Rusiya qüvvələri gələcəkdə Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Mariupol şəhərini ələ keçirməyə, Popasnanı tutmağa və Kuraxove istiqamətində hücuma keçməyə çalışacaq. Onlar Xerson vilayətinin inzibati sərhədlərində möhkəmlənmək cəhdlərindən əl çəkmirlər. Qara və Azov dənizlərinin sularında Rusiyaya aid hərbi dəniz qrupları döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və quru bölmələrinin atəşə tutulması ilə bağlı tapşırıqları yerinə yetirməkdə davam edir. Onların raket silahlarından istifadə təhlükəsi hələ də qalmaqdadır. Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya tərəfinin 6 hücumu dəf edilib. 4 tank, 5 zirehli texnika, 26 avtomobil və 8 artilleriya sistemi vurulub. Həmçinin ötən sutka ərzində Rusiyaya aid 1 təyyarə, 2 helikopter və 4 PUA məhv edilib”. //report//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmran Xan xarici güclərlə mübarizəyə başladığını bildirib
Pakistanın vəzifəsindən kənarlaşdırılmış baş naziri İmran Xan ona qarşı edilənləri hökumət çevriliş kimi dəyərləndirərək bu prosesdə iştirak etmiş xarici güclərlə mübarizəyə başladığını bəyan edib.

İmran Xan qeyd edib ki, 1947-ci ildə müstəqil dövlət olan Pakistan hazırda xarici güclərin həyata keçirdiyi planın qurbanına çevrilib.

“Bu gün xarici qüvvələrə qarşı azadlıq mübarizəsi yenidən başlayır”, - İmran Xan bildirib.

Mənbə: Thenews

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO