[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səngərdən EVLİLİK TƏKLİFİ: Ukarynalı hərbçi cütlük
Ukraynada müharibə başlayanda Vladimir də digərləri kimi səfərbərliyə cəlb edilib.

Zamantv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Milli Qvardiyanın hərbi qulluqçusu olan sevgilisi İrinanın olduğu cəmləşmə rayonunda xidmətə başlayıb.

İrina artıq 3 ildir xidmətini davam etdirir. Vladimirin ağlına belə gəlməzdi ki, bir ay sonra keçid məntəqəsində sevgilisinə evlilik təklifi edəcək.
O, silahdaşlarının alqışları altında sevgilisinin qarşısında diz çökərək onun həyat yoldaşı olmasını təklif edib.

Həyəcan dolu görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“RoyalBank”ın rəhbəri özünə və oğluna bəraət istədi: PROKUROR İSƏ 14 İL...
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Camın işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zamantv.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Camın vəkili dövlət ittihamçısının çıxışına etiraz edib.

O, müdafiə etdiyi şəxsə prokurorun 14 il həbs cəza istəməsini əsassız hesab edir:
“Biz buna etiraz edirik. Məhkəmədə 101 cildlik cinayət işində kifayət qədər Fuad Camın xeyrinə faktlar olsa da, ittiham tərəfi bunları nəzərə almayıb. Bankın rəhbər şəxslərinin hamısı cinayətdə Fuadın adını çəkməyib. Hamısı bildirib ki, bu işdə Fuadın əli yoxdur. Amma ittiham tərəfi bunları nəzərə almayıb. Dövlət ittihamçısı bütün ittiham olunan maddələrdə Fuada ən ağır cəza istəyib. Niyə? İttiham tərəf niyə belə qərəz nümayiş etdirir? Məhkəmədə dindirilən şahidlər heç biri demədi ki, Fuada pul veriblər. Məhkəmədən xahiş edirəm, bu hallar nəzərə alınsın. Fuad Cama hökm oxunarkən xahiş edirəm, yüngülləşdirici hallar nəzərə alınsın”.

Vəkilin sözlərinə görə, Fuad Camın cinayət işindəki heç bir sənəddə imzası olmayıb:

"Cinayət Əli Camındırsa, oğul niyə ağır cəzaya məhkum olunmalıdır. Axı onun ittiham edilən sənədlərin heç birində ki, imzası yoxdur. Bu köçürmələri Əli Can edibsə, Fuad Cam niyə cəzalandırılır? İttihama kənd təsərrüfatı kreditləri adı ilə 4 milyon manata yaxın pul mənimsənilməsi var. Bu prosesdə Fuad Canın hesabına 1 milyon 200 min manat köçürülüb və çıxarılıb. İttiham aktında da göstərilir ki, bu proses Əli Camın göstərişi ilə köçürülüb və çıxarılıb. Burda Fuadın nə günahı var? Axı bu pulu Fuad köçürməyib. Əl Cam köçürüb də, çıxarıb da. Fuad Camın bu işdə nə günahı var? İttiham aktında yazılıb ki, Fuad bu işdə atası ilə əlbir olub. Bu əlbirlik harada olub? Kim sübut elədi bunu? İstəyirlər ki, Fuad, cavan uşaq türmədə yatsın?
Ona görə də xahiş edirəm Fuad barədə ədalətli qərar verəsiniz”.

Prosesdə Əli Cama son söz verilib.

Ə.Cam bildirib ki, onun prosesdə heç bir günahı yoxdur və bəraət istəyib:

“1991-ci ildən bu vaxta qədər olan xidmətlər bir kənara, biz bankı 2003-dən sonra götürmüşük. 2003-2006-cı illərdə bank əməkdaşları 12 nəfərdən 600 nəfərə çatdırılıb. 2008-ci ildə “RoyalBank”ın kapitalı 10 milyon, 2010-da 22 milyon olub. Bütün dünyada böhran olsa da mən bankın kapitalının düşməsinə imkan verməmişəm. Mən xaricdən mülkümü satıb Bakıya gətirmişəm. İstəməsəydim, etməzdim. Xahiş edirəm mən və oğluma bəraət verin".

Prosesdə son söz deyən Fuad Cam da məhkəmədən bəraət istəyib.

Hakimlər müşavirəyə ayrılıb.

Qeyd edək ki, ittihama görə, ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Xatırladaq ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulub, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya hərbçiləri dünya çempionunu MƏŞQ ZAMANI GÜLLƏLƏDİ - FOTO
İrpenə daxil olan Rusiya ordusunun hərbçiləri məşhur uşaq boks məşqçisi Aleksey Djunkivskini öldürüblər.

Zamantv.az xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Mərhumun yaxınlarının dediyinə görə, A.Djunkivski məşq zamanı idman zalında güllələnib.
Qeyd edək ki, Aleksey Djunkivski 4 dəfə hərbi qulluqçular arasında dünya çempionatının qalibi olub.

Karyerasını başa vurduqdan sonra uşaq məşqçisi olub və bir çox məşhur boksçular yetişdirib.

Məktəblilər arasında 2016-cı il Avropa çempionu Oleq Laquta və 2015-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladislav Marçuk da onun yetirmələridir.
Rusiya hərbçiləri dünya çempionunu MƏŞQ ZAMANI GÜLLƏLƏDİ - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistanın baş naziri ilə görüşəcəm" - İlham Əliyev
“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq”.

Zamantv.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş zamanı deyib.

Dövlət başçısının sözünə görə, bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilib ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır: “Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib”.
Prezident münaqişənin artıq öz həllini tapdığını vurğulayıb: “Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xarkovda yaralanan müəllimin portreti 100 min dollara satıldı
Xarkov vilayətinin Çuquev şəhərinin sakini Yelena Kurilonun portreti hərraca çıxarılıb.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralı müəllimənin rəsmi Amerikanın “Heritage Auctions” hərracında 100 min dollara satılıb.

Məlumata görə, əldə olunan vəsait Ukrayna ordusuna ayrılacaq.
Qeyd edək ki, həmin vaxt bu şəkil sosial şəbəkələrdə gündəm olmuşdu və fevralın 24-də dünya nəşrlərinin üz qabığında, birinci səhifələrində dərc edilmişdi.

Qeyd edək ki, həmin vaxt bu şəkil sosial şəbəkələrdə gündəm olmuşdu və fevralın 24-də dünya nəşrlərinin üz qabığında, birinci səhifələrində dərc edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki alov arasında: Ukraynalı sürücülər minalanmış yolda necə hərəkət etdiklərini göstərdilər
Ukraynalı sürücülər rusiyalı hərbçilər tərəfindən minalanmış yolda necə hərəkət etdikləri barədə görüntülər paylaşıblar. Kadrlar Borodyanka ətrafında çəkilib. Videoda sürücülərin öz avtomobillərini minaların arası ilə sürmələri əks olunub.

Qeyd edək ki, sürücülərin bu ölümcül riskli yolda hərəkəti yüksək peşəkarlıq tələb edir. Çünki adi bir səhv faciə ilə nəticələnə bilər. Ancaq yaşamaq üçün onlar hər gün bu riski etmək məcburiyyətindədirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya-Çin: Yeni “minalar” basdırılır – TƏHLİL + FOTO
Rusiya-Ukrayna müharibəsinə nöqtə qoyulması üçün tərəflərin İstanbulda danışıqlar apardığı bir zamanda Rusiyanın baş diplomatı Sergey Lavrovun Çinə getməsi beynəlxalq sistemin “Qərbi”ni yeni sınaqlar qarşısında qoyur.

Lavrov çinli həmkarı Vanq Yi ilə görüşüb. Görüş zamanı XİN rəhbərləri üzlərinə strateji tərəfdaşlıqdan doğan diplomatik təbəssüm verib və bununla da Qərbə mesaj ötürüblər.

Qərbin planlarında olan istiqamətlərdən biri də Çini Ukrayna müharibəsindəki bataqlığa sürükləmək, Pekinin Ukrayna müharibəsinə münasibətdə Moskva ilə müttəfiqlik münasibətləri görüntüsünü yaratmaq və ona qarşı da sanksiya tətbiq etməkdən ibarət idi.

Amma Çin kifayət qədər ehtiyatlı və bir qədər də sürüşkən mövqe nümayiş etdirir, özünü bataqlığın içərisinə salmır, Rusiya ilə Qərbin onu öz tərəfinə dartmağına imkan yaratmır və böyük strateji səbirlə beynəlxalq sistemdə öz mövqelərini daha da gücləndirir.

Ukraynadakı müharibənin doğurduğu cari mənzərə Çin-Rusiya ikilisini bir-birinə doğru itələyir, ancaq perspektivdə Çin fərqli də davrana bilər.
Rusiya-Çin: Yeni “minalar” basdırılır – TƏHLİL + FOTO
Ukrayna məsələsində Rusiya ilə Çinin bir-birinə nəfəs verməsinin indikatorunu Çin Xarici İşlər Nazirliyinin Lavrov-Yi görüşünə dair verdiyi açıqlamanın ruhunda görə bilərik.

SİTAT: “Çin-Rusiya münasibətləri beynəlxalq nizamın dəyişən yeni sınağına tab gətirərək düzgün istiqamətini qoruyub-saxladı”.

Görünür ki, Rusiyanın Ukraynaya təcavüzü Moskva ilə Pekin arasında yüksək səviyyəli strateji əlaqələri poza bilməyib, hərçənd ki, Çin nə Rusiyanın, nə də Qərbin oyununa gəlir.

Belə olan təqdirdə yeni dünya nizamının Çinin qlobal mərkəzçilik funksiyası ilə formalaşdığını demək mümkündür, ancaq dərin sularda ABŞ və Britaniya amili də var ki, onların məqsədi Çini həmin mərkəzdən qovmaqdır.

Çinin üstünlüyü ilə dünyanın yeni nizama “hamilə olması” isə Moskvanı o qədər də narahat etmir, çünki küncə sıxışdırılan Rusiya üçün ən etibarlı güc Çindir.

Maraqlıdır ki, demokratik meyarlara cavab verməyən göstəricilərin üstünlük təşkil etdiyi Rusiya və Çin görüşün nəticəsi olaraq ortaya yeni tezis atırlar: beynəlxalq münasibətlərin demokratikləşdirilməsi.

Rusiya ilə Çinin demokratiyaya aid baxışları Qərbin təsəvvürlərindən tamamilə fərqlənsə də, bu, ABŞ-ın qlobal hegemonluq xəttinə alternativlərin formalaşdırılması cəhdidir.

Rusiya ilə Çin Ukraynadan sonra Mərkəzi Asiya regionuna basdırılan “minaları” partlatmaq üçün addımlarını bir-biri ilə uyğunlaşdıracaqlar.

Ancaq bu ikili arasında rəqabət də qaçılmazdır və davam edir, bununla belə, Qərblə kəskinləşən qarşıdurma fonunda Pekinlə Moskva Mərkəzi Asiyada səylərini birləşdirəcək.

Mərkəzi Asiyada nüfuz dairələrinin gələcək bölgüsü planında Çinin üzərinə daha çox iqtisadi məsələlər məsuliyyət kimi qoyulacaq, Rusiya isə hərbi-siyasi fazada aktivlik göstərəcək.

Mərkəzi Asiyaya cənubdan giriş qapısı olan Əfqanıstan kilid nöqtədir, ona görə də Rusiya ilə Çin Əfqanıstanda hakimiyyətdə olan “Taliban”la münasibətləri möhkəmləndirmək xəttini tutacaqlar.

Lavrovun Çində “Taliban” nümayəndələri ilə danışıqlar aparması da bunun sübutudur.

Rusiyanın XİN başçısı Sergey Lavrov bu gün Çinin Tunsi şəhərində Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında NATO və ABŞ-a xəbərdarlıq edib, deyib ki, onların Mərkəzi Asiyada hərbi baza yerləşdirmək cəhdləri qəbuledilməzdir.

Mərkəzi Asiya uğrunda savaşın yeni mərhələsinə start verilir, bu, diplomatik əsəb gərginliyi müstəvisindən çıxacaq və yaxın perspektiv üçün hibrid müharibənin güclü elementləri ilə müşayiət olunacaq.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya-Çin: Yeni “minalar” basdırılır – TƏHLİL + FOTO
Rusiya-Ukrayna müharibəsinə nöqtə qoyulması üçün tərəflərin İstanbulda danışıqlar apardığı bir zamanda Rusiyanın baş diplomatı Sergey Lavrovun Çinə getməsi beynəlxalq sistemin “Qərbi”ni yeni sınaqlar qarşısında qoyur.

Lavrov çinli həmkarı Vanq Yi ilə görüşüb. Görüş zamanı XİN rəhbərləri üzlərinə strateji tərəfdaşlıqdan doğan diplomatik təbəssüm verib və bununla da Qərbə mesaj ötürüblər.

Qərbin planlarında olan istiqamətlərdən biri də Çini Ukrayna müharibəsindəki bataqlığa sürükləmək, Pekinin Ukrayna müharibəsinə münasibətdə Moskva ilə müttəfiqlik münasibətləri görüntüsünü yaratmaq və ona qarşı da sanksiya tətbiq etməkdən ibarət idi.

Amma Çin kifayət qədər ehtiyatlı və bir qədər də sürüşkən mövqe nümayiş etdirir, özünü bataqlığın içərisinə salmır, Rusiya ilə Qərbin onu öz tərəfinə dartmağına imkan yaratmır və böyük strateji səbirlə beynəlxalq sistemdə öz mövqelərini daha da gücləndirir.

Ukraynadakı müharibənin doğurduğu cari mənzərə Çin-Rusiya ikilisini bir-birinə doğru itələyir, ancaq perspektivdə Çin fərqli də davrana bilər.
Rusiya-Çin: Yeni “minalar” basdırılır – TƏHLİL + FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: “2014-cü ildə Rusiya cəzalandırılsaydı...”
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avstraliya parlamentariləri qarşısında çıxış edib. Videoformatda olan görüş zamanı dövlət başçısı bir neçə məsələyə toxunub.

İlk olaraq o bildirib ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etdiyi üçün cəzalandırılsaydı, 2022-ci ildə genişmiqyaslı işğal olmayacaqdı.

“Dünya səhvləri düzəltməli və beynəlxalq təhlükəsizlik qaydalarına dəyişiklik etməlidir”, - deyə o bildirib.

Bundan başqa, Zelenski Moskvanın sanksiyalardan yan keçməyə qoymamaqla bağlı çağırış edib və Avstraliyanı Rusiyadan gələn mallara əlavə rüsumlar tətbiq etməyə səsləyib.

“Ukrayna döyüş meydanında lazım olan hər şeyə sahib olmalıdır”, - deyən dövlət başçısı Avstraliyanı bu məsələdə kömək etməyə çağırıb.

Zelenski həmçinin Avstraliyadan müharibədən sonra Ukraynanın Xerson kimi şəhərlərinin bərpasına qoşulmasını istəyib.
Zelenski: “2014-cü ildə Rusiya cəzalandırılsaydı...”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlu Lavrov-Kuleba görüşünün anonsunu verdi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın həftələrdə Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kulebanın görüşəcəklərini anons edib.

“Biz Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşünün təşkili üzərində işləyirik. Dünən bu məsələ ilə bağlı Lavrov və Kuleba ilə danışıqlarım olub”, - deyə o, “A Haber” telekanalına müsahibəsində bildirib.

“İstanbulda nümayəndə heyətləri arasında danışıqlar zamanı ayaqüstü apardığımız söhbətlərə və tərəflərlə apardığımız danışıqlara əsasən deyə bilərik ki, bu görüşün yaxın bir-iki həftə ərzində keçirilməsi mümkündür”, - deyə türkiyəli nazir əlavə edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO