[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstanda uşaq bağçasının yaxınlığında atışma: yaralanan var


Tbilisinin Nino Jvaniya küçəsindəki uşaq bağçalarından birinin yaxınlığında atışma olub, nəticədə valideynlərdən biri yaralanıb.

Hadisə səhər saatlarında baş verib.

Hadisənin digər təfərrüatları məlum deyil.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşımanı nəzərdə tutan 117 və 236-cı maddələri ilə istintaq başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Livan-İsrail sərhədində “Hizbullah”a məxsus dörd PUA vurulub

İsrail ordusu “Hizbullah”ın Livan ərazisindən buraxdığı ən azı dörd pilotsuz uçuş aparatını vurub.

Məlumata görə, kamikadze pilotsuz təyyarələr sərhədə yaxınlaşarkən məhv edilib.

Bundan əvvəl “Hizbullah” İrsailin müdafiə naziri Yoav Qalantın noyabrın 12-də ziyarət etdiyi Pranit qəsəbəsindəki kazarmalar ərazisində İsrail əsgərlərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb.
Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şimali Koreyadan dünyaya MESAJ: Rusiya ilə münasibətlərimizi...

Şimali Koreya Rusiya ilə dostluq münasibətlərinin daha da inkişaf edəcəyini açıqlayıb və ABŞ-ı “bu vəziyyətə öyrəşməyə” çağırıb.

Yenixeber.org  xarici mediaya istinadən xəbər verir ki, Pxenyan administrasiyası ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Koreyaya səfəri zamanı verdiyi açıqlamalara cavab verib. Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Blinkenin Şimali Koreya-Rusiya əlaqələrinin inkişafı ilə bağlı "narahatlığını" ifadə etdiyi və iki ölkəyə qarşı "əlavə sanksiyalar"dan danışdığı xatırladılıb. 

Əlavə edilib ki, ABŞ rəhbərliyi müstəqil suveren dövlətlər arasında münasibətlərin inkişafına xəstəlik dərəcəsində kin bəsləyir.

Açıqlamada Blinkenin “məsuliyyətsiz və təxribatçı” açıqlamalarının ABŞ-ın narahatlığını azaltmaq əvəzinə Koreya yarımadası və regionda təhlükəli siyasi və hərbi gərginliyi artırdığı qeyd edilib. ABŞ-ın suveren dövlət olan Şimali Koreyanın Rusiya ilə əlaqələri ilə bağlı narahatlığını aradan qaldırmağın tək yolu İki ölkəyə qarşı düşmənçilik siyasəti və soyuq müharibə zehniyyətindən əl çəkərək siyasi təxribatlara son qoymaqdır. 

Şimali Koreyanın digər dövlətlərlə əlaqələrinin əhəmiyyətinə toxunulan bəyanatda “Şimali Koreya, Rusiya Federasiyası, Çin Xalq Respublikası və digər müstəqil suveren dövlətlər arasında bərabər və qarşılıqlı əməkdaşlıq sülh və sabitliyin qorunmasında çox mühüm rol oynayır”, - deyilib. 

ABŞ-ın beynəlxalq ictimaiyyətin həmrəyliyi və birliyini lazımınca qiymətləndirməməsinin indiki “yazıq” xarici siyasətinin uğursuzluğunun əsas səbəbi olduğu iddia edilən bəyanatda deyilir: “Başqaları nə desə də, Şimali Koreya ilə Rusiya arasındakı münasibətlər müstəqillik, sülh və dostluq yolunda getdikcə möhkəmlənəcək, müstəqil və suveren dövlətlər bunun üçün ABŞ ilə əməkdaşlıq edəcəklər”. 

Bəyanatda vurğulanıb ki, “ABŞ Şimali Koreya-Rusiya münasibətlərinin yeni reallığına öyrəşməlidir”.

Xatırladaq ki, siyasi təmaslar üçün Cənubi Koreyaya səfər edən ABŞ dövlət katibi Antoni Blinken “Şimali Koreya Ukraynaya təcavüzünü davam etdirmək üçün Rusiyaya hərbi texnika verir, Rusiya isə Şimali Koreyaya hərbi proqramları üçün texnologiya və dəstək verir. Əsl narahatlıq da budur. Çinin Şimali Koreyanı məsuliyyətsiz və təhlükəli davranışdan xilas etmək üçün konstruktiv rol oynamasını gözləyirik" demişdi. 
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvan meriyası Xankəndidə ölənlərin ailələrinə yardım ayırıb

İrəvan meriyası Xankəndi yaxınlığındakı yanacaq anbarında baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə 200 min dram (təxminən 500 dollar) ayrılması barədə qərar qəbul edib.

Musavat.com-un xəbərinə görə, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.

Ancaq nəşrdə ödənişlərin nə vaxt və necə bölüşdürüləcəyi göstərilməyib. Bildirilib ki, məsələ tezliklə həll olunacaq.

Qeyd edək ki, sentyabrın 25-də Qarabağda, Xankəndi yaxınlığındakı qaz anbarının yaxınlığında güclü partlayışın baş verməsi nəticəsində 200-dən çox erməni ölmüşdü. Ermənistan mətbuatı bunu da xüsusi qeyd edib ki, ölənlərin dəqiq sayı hələlik məlum deyil.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəzzada ölən və yaralanan fələstinlilərin sayı açıqlandı

İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 10 400 nəfəri keçib.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayılıb.

Məlumata görə, hazırda münaqişə nəticəsində 10 468 nəfər ölüb, 27 mindən çox insan yaralanıb.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda sülhməramlıların rotasiyası başa çatdı


Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlı heyətin rotasiyası başa çatıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hərbi idarəsinin məlumatına görə, silah və texnika cari təmir üçün Rusiyaya göndərilib.

Qeyd edək ki, oktyabrda Rusiya Prezidenti Vladimir Putin rəsmi olaraq sülhməramlıların 2025-ci ilin noyabrına qədər Qarabağda qalacağını bəyan edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bəs bu halda NƏ EDƏCƏKSİNİZ?" - ekspertdən HAQLI SUAL

"Azərsu", "Azərişiq" və "Azəriqaz" rəsmilərinə və yaxud mətbuat katiblərinə sualım var. Mümkünsə sualımın cavabını elə burada yazın ki hər kəs məlumatlansın..." DİA.AZ bildirir ki, bu sualı özünün "facebook" səhifəsində tanınmış ekspert Elnur Fərzəliyev qeyd olunan şəxslərə ünvanlayıb.

Ekspert minlərlə vətəndaşı düşündürən aktual problemlə baağlı sualına cavab istəyərək yazır: "Oktyabrın 1-dən Bakıda yeni tikilən sənədsiz evlərə hər hansı kommunikasiya vasitələrinin (qaz, su və işığın) çəkilməməsi ilə bağlı qərar qəbul edilib. Bu kommunikasiya vasitələrinin çəkilməsi üçün mütləq şəkildə evin sənədi, yəni cıxarışı təqdim olunmalıdır. Lakin təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə cıxarışı olmayan fərdi həyət evləri var və onların hər birinin kommunikasiya ilə bağlı bütün sayğacları və sizin qurumlarla müqavilələri var. Əgər o həyət evlərində yaşayan sakinlərin hər hansısa bir kommunikasiya sayğacı xarab olarsa və o sayğacın dəyişdirilməsi ilə bağlı sizin qurumlara müraciət olunarsa, onlardan cıxarış tələb olunacaqmı ? Bu sualın cavabı hər kəs ücün vacibdir. Əgər vətəndaşları bu məsələ ilə bağlı məlumatlandırmasanız bu məsələ gələcəkdə böyük problemlərə yol acmış olacaq".

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu günə qədər ən böyük uğurumuz... - Ərdoğan


Türkiyə problemlərin həllində açar ölkəyə çevirilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qlobal gündəmi zəbt edən böhranların demək olar ki, hamısı ölkəmizin yerləşdiyi regionda baş verir. Biz Rusiya ilə Ukrayna arasındakı müharibədən tutmuş Suriyadakı qeyri-sabitliyə və Qəzzada humanitar faciəyə qədər bütün böhranların ilk həmsöhbətlərindənik. Bu günə qədər ən böyük uğurumuz ölkəmizi qaynar münaqişələrə tərəf çevirməməyimiz, qeyri-sabitlik alovunun ölkəmizə keçməsinə imkan verməməyimiz olub. Əksinə, həyata keçirdiyimiz balanslı, prinsipial və soyuqqanlı siyasətlə Türkiyəni böhranların həllində açar ölkəyə çevirdik", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, bütün böhranlarda həmişə ədaləti, sülhü, insan hüquq və azadlıqlarını müdafiə etmişik:

"Biz əlimizdə olan bütün imkanları səfərbər edirik ki, harda axan qan varsa, dayandırılsın. Biz məzlumları dəstəkləyərkən heç vaxt onların əqidəsinə, mənşəyinə baxmırıq, zalımın qarşısında dik durmağı özümüzə borc bilirik. Bundan sonra da eyni şərəfli mövqeyimizi davam etdirəcəyik".("TurkicWorld")

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkələr İsraildən səfirlərini geri çağırdı

Kolumbiya və Çili İsraildəki səfirlərini geri çağırıb.

Ölkə prezidentləri bu qərara Qəzzadakı hadisələrə görə gəldiklərini bildiriblər.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan özü Şahramanyana Azərbaycanın bütün tələblərini dərhal icra etməyi tapşırıb... - “Hraparak”


Ermənistan hakimiyyəti fəaliyyətini İrəvanda davam etdirməyə çalışan, Rusiyanın himayəsi və dəstəyi altında Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında 32 ildən çox separatizm və işğalçılıqla məşğul olmuş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanı həmin rejimin “təslim olması və ləğvi haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır”.

Bunu səhər saatlarında “Hraparak” nəşri yazır.

“Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları bildirir. O, həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə davamında Ermənistan qəzeti bildirir.

Erməni nəşri onu da əlavə edir ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndindəki “rəhbərliyə” çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb.

“MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”,- erməni nəşri belə yazır.

​Moderator.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO