[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Örüş sahəsində insan qalıqları TAPILDI

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan kibertəhlükəsizlik reytinqində 36 pillə yüksəlib” - DTX rəisi


“Azərbaycanın kibertəhlükəsizlik üzrə reytinqlərdə mövqeyi yüksəlib”.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin "Critical Infrastructure Defence Challenge 2023" ilə bağlı müraciətində bildirilib.

Xidmət rəisinin sözlərinə görə, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indiqator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 50-ci yerə çatıb.

General qeyd edib ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin indiyədək qazandığı ən yüksək mövqedir. Həmin cədvəldə Gürcüstan 44-cü, Ermənistan isə 96-cı yerdədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“O hakim vaxtilə “Tərtər işi”ndə nə qədər adamın taleyilə oynayıb” - ETİRAZ


Masallı rayonunun Ərkivan kənd sakini İlkin Zöhrabovun hərbi xidmətdən qayıtmasına 9 gün qalmış ölümüylə bağlı məhkəmə araşdırmaları yekunlaşıb.

Əsgəri intihar həddinə çatdırmaqda ittiham edilən gizir Mətləb Hacıyevə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bu cinayət işini araşdıran Tərtər Hərbi Məhkəməsi bu hadisədə onun təqsiri olmadığı qənaətinə gəlib.

M.Hacıyev tabeliyindəki başqa əsgərləri də incitməkdə təqsirləndirilirdi. Bu hərəkətlərə görə isə məhkəmə ona 2 il həbs cəzası təyin edib. İstintaq və məhkəmə getdiyi dövrdə 2 il həbsdə qaldığından, hökm oxunandan sonra o, məhkəmə zalından azadlığa buraxılıb.

“O hakim vaxtilə “Tərtər işi”ndə nə qədər adamın taleyilə oynayıb”
Mərhum əsgərin anası, zərərçəkmişin hüquqi varisi Səriyyə Zöhrabova prosesdən narazı qalıb və Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Düzdür, ana da təqsirləndirilən gizirin İlkini intihara vadar etdiyini düşünmür. S.Zöhrabovanın fikrincə, oğlu intihar etməyib, onu öldürüblər.

Ana məhkəmənin obyektiv, hərtərəfli araşdırma aparmamasına etiraz edir. O, oğlunun ölümüylə bağlı cinayət işinə baxan hakim İlqar Quliyevin adının “Tərtər işi”ndə məşhurlaşdığını da yada salıb:

“O hakim vaxtilə “Tərtər işi”ndə nə qədər adamın taleyilə oynayıb, amma heç kim ona söz demir, o, nəyə görə əməllərini bu gün də davam etdirir. Mən kasıb adamam, borc-xərclə Masallıdan Tərtər Hərbi Məhkəməsinə bir il gedib-gəldim ki, həqiqət ortaya çıxsın. Niyə araşdırmadı? Bu nə məhkəmədir?”

S.Zöhrabova AzadlıqRadiosuna danışır ki, hərbi xidmətdən qayıtmasına 9 gün qalan əsgərin özünü öldürməsi inandırıcı deyil. Onun sözlərinə görə, oğlunun intihar üçün səbəbi də olmayıb.

Cinayət işinin materiallarında iddia olunurdu ki, gizir Hacıyev tabeliyindəki əsgərləri, o cümlədən Zöhrabovu incidib, onu döyüb. O da dözməyərək, özünü avtomatla öldürüb.

Ancaq Hacıyev məhkəmədə bildirib ki, ittihamda yazılanlar yalandır, heç vaxt İlkini döyməyib, təhqir etməyib.

Anası da deyir ki, meyitə baxıb, övladının bədənində işgəncə izi görməyib:

“Bir güllə izi vardı, o da kürəyindən girmişdi. Adam özünü kürəyindən vura bilməz ki... Deməli, onu kimsə vurub. O güllə uzaqdan atılmış güllə olub. Yaxından olsaydı, bədənini dağıdardı. Kiçik deşik vardı...”

S.Zöhrabova xüsusilə də Hərbi Prokurorluqdan narazıdır. Onun sözlərinə görə, bu qurumda oğlunun olümüylə bağlı yetərincə araşdırma aparılmayıb. Səbəbini də bilmir:

“Əgər oğlum intihar eləmişdisə, niyə şəhid kimi gətirib, şəhidlərin yanında dəfn elədilər? Sonra nə oyun qurdular, özüm də baş açmadım. Yaxşı, Mətləb Hacıyev də günahkar deyil. Bəs niyə ölüb mənim oğlum? Cavab versinlər. Mən bir qarnı ac, bir qarnı tox övlad böyüdüb yola salmışdım, balamı versinlər...”

Hadisə Kəlbəcərdə dağlıq ərazidə baş verib. Elə məhkəmənin hökmündə də göstərilib ki, prokurorluq İ.Zöhrabovu erməni hərbçilərinin vurması ehtimalını araşdırmayıb.

Məhkəmədə İ.Zöhrabovu erməni kəşfiyyatının vurması barədə ehtimallar səslənib.

“Ola bilər, İlkin Zöhrabov səs eşidib, silahı götürüb çadırdan çölə çıxıb. Həmin vaxt düşmən kəşfiyyatı tərəfindən vurulub”, - təqsirləndirilən M.Hacıyevin sözləridir.

Şahidlər Peyman Kazımov, Məhəmmədəli Babazadə də onun xidmət etdiyi postun qarşı tərəf hərbçilərinin yerləşdiyi əraziyə yaxın olduğunu vurğulayaraq, bu versiyanı istisna etməyiblər.

Hadisə 2021-ci il martın 22-də baş verib. İddia olunur ki, 2001-ci il doğumlu İlkin Zöhrabov özünü avtomatla güllələyərək intihar edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan özü Şahramanyana Azərbaycanın bütün tələblərini dərhal icra etməyi tapşırıb... - “Hraparak”


Ermənistan hakimiyyəti fəaliyyətini İrəvanda davam etdirməyə çalışan, Rusiyanın himayəsi və dəstəyi altında Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında 32 ildən çox separatizm və işğalçılıqla məşğul olmuş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanı həmin rejimin “təslim olması və ləğvi haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır”.

Bunu səhər saatlarında “Hraparak” nəşri yazır.

“Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları bildirir. O, həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə davamında Ermənistan qəzeti bildirir.

Erməni nəşri onu da əlavə edir ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndindəki “rəhbərliyə” çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb.

“MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”,- erməni nəşri belə yazır.

​Moderator.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamdakı yaşayış binalarını tikən şirkət kimindir? - İLGİNC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ağdam şəhərində çoxsaylı yaşayış binalarının tikintisi üçün icazə verib.

DİA.AZ yeniavaz.com-aa istinadla xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi 6 ədəd 6 mərtəbəli yaşayış binasının tikintisinə 10 oktyabr 2023-cü il tarixli Tİ-34/23 saylı sənəd əsasında icazə verir.
Qeyd edək ki, Ağdam şəhərində tikintisinə icazə verilən binalar “Royal Estates” MMC tərəfindən inşa olunacaq. “Royal Estates” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Ağdamda böyük tikinti layihələri icra edəcək şirkətin nəinki veb-saytı, sosial şəbəkə hesabı belə yoxdur. Şirkət barədə mətbuatda yer alan məlumatlardan belə görünür ki, bu şirkət daha əvvəl keçmiş nəqliyyat naziri Ziya Məmmədova bağlı olan “ZQAN Holdinq”ə (daha sonra “Garant Holdinq”) məxsus olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Paşa- K” firmasının apteklərində qiymətlər baha, keyfiyyət isə... - İLGİNC İDDİALAR...


Şirkətin adı bəlkə hörmətli şeyximizin soyadından götürülüb…?
Biz bir media olaraq özəl biznesin, sahibkarlığın nəinki əleyhinə deyilik, əksinə bu sahənin inkişafının tərəfindəyik.
Çünki özəl biznes dövlətin çiynindəki yükü azaldır, yeni iş yerləri yaradır, rəqabət mühitinin nəticəsi olaraq qiymətlərin azalmasına təsir edir və s.
Amma təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən özəl biznes sahəsində xeyli problemlər yaranıb.
Qiymətlər nəinki ucuzlaşmır, əksinə günbəgün artır.
Digər tərəfdən məşğulluq problemi də, yəni insanların iş yeri ilə təmin olunmasında da ciddi problemlər var.
Belə ki, özəl sektorda vətəndaşlar qanuni yolla, yəni rəsmi müqavilə əsasında deyil, sadəcə, müqaviləsiz işə qəbul edilirlər, onların əmək haqqları qanuni yolla deyil, nəğd yolla ödənilir, bu isə ciddi vergidən yayınma deməkdir. Bu özəl sektorda neçə illərdir ki, qara mühasibatlıq hökm sürür və daha nələr...
Bu qanunsuz əməllər səhiyyə sahəsində, özəl apteklərin fəaliyyətində özünü daha çox göstərir.
Belə qanunsuz əməllər törədən şirkətlərdən biri də “Paşa-K” firmasıdır.
Məlumat üçün qeyd edək ki, hüquqi şəxs kimi 08 fevral 1996-cı il tarixində təsis edilərək, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bu şirkət əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur.
Təkcə topdan satışı ilə deyil, həm də bu şirkətin xeyli sayda özəl aptekləri fəaliyyət göstərir.
Firma dərman preparatlarının və digər tibbi məhsulların topdan satışını həyata keçirmək məqsədi ilə Səhiyyə Nazirliyindən 20.10.2015-ci il tarixdə 086503 saylı lisenziya almışdır. Firma həmin lisenziyalar əsasında Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Qəbələ və Astara şəhərlərində dərman preparatlarının pərakəndə satışını həyata keçirir.
Firmanın dərman, qida əlavələri, tibbi ləvazımatları, zərdab və vaksinlərin saxlanılması üçün xeyli sayda anbarı var.
Şirkətin dərman vasitələrini satış obyektlərinə çatdırılması üçün 40-dan artıq nəqliyyat vasitəsi var.
“Paşa-K” firması eyni zamanda “VEFA İLAC Pharmaceuticals”, “Sebapharma GmbH”, “İLKO İLAC”, “DEVA”, “Berlin Chemie”, “Pharma Zentrale”, "Medial D&P" LTD ilə əməkdaşlıq edir. “Sandoz D.D.”, “EGİS Pharmaceuticals”, “Farmsintez”, “Mosximpreparat im.Semaşko”, “Bukayev RU”, “Europharma”, “Lekxim”, “Omnifarma”, “Medibase SRL, “Biofarma S.A.”, “Grupo Reig Jofre”, “J.Uriach Company”, “İBSS Biomed S.A.”, “Sumerian Trade”, “Bilim İlac”, “Mersin İlac”, “Şahin Tibbi İlac”, “Borisovski zavod”, “Mega” və digər tanınmış əczaçılıq şirkətlərinin dərmanlarını alaraq ölkəyə gətirir.
“Paşa-K” firması öz reklamında qeyd edir ki, məqsədimiz vətəndaşların qayğısına qalmaq, onları keyfiyyətli dərmanla təmin etməkdən ibarətdir.
Amma alıcıların şikayətlərindən bəlli olur ki, “Paşa-K”nın apteklərində qiymətlər çox baha, keyfiyyət isə çox aşağıdır.
Bunlar hələ harasıdır..?
“Paşa-K” firması dəfələrlə gömrük -keçid qaydalarını pozduğu üçün cəzalandırılıb.
Belə ki, “Paşa-K” firmasına gömrük qaydaları əleyhinə olan ( Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) fəaliyyətinə görə, şirkətə qarşı inzibati tədbirlər görülüb.
Görəsən, özünə PAŞA adını götürən və bu ada layiq olmayan fəaliyyətlə məşğul olan firmanın bu adın çətiri altında gizlənməsininn səbəbi nədir..?
Bizdə olan məlumata görə, əslən Cənub bölgəsindən, daha doğrusu, Lənkərandan olan... Şirinov soyadlı şəxs bu firmaya rəhbərlik edir.
Əcəba, olmaya şirkətin adı hörmətli Şeyximizin soyadı PAŞA-zadə ilə bağlıdır..?
Sözün qısası, firmanın rəhbərliyinin nəzərinə çatdırırq ki, PAŞA-lıq təkcə sözdə olmur, əməldə olur. Çalışın hansısa ad altında gizlənməyin, vətəndaşlara düzgün xidmət edin və dövlətin vergisini vaxtında ödəyin.
Əks təqdirdə firmanızın adı köməyinizə çatmayacaq.
P.S. Nə üçün "Paşa-K" firmasının dərmanlarının qutuları dəyişir? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır" - Əli Nağıyev

Azərbaycanda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları" və “Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiq olunub, Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır.

Bunu Dövlət Təhıükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, onları sistemləşdirmək, təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, o cümlədən baş vermiş kiberinsidentlə əlaqədar rəqəmsal kriminalistik tədqiqatlar həyata keçirmək qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

"Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, 9 indikator üzrə (kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə, rəqəmsal kriminalistika və digər aidiyyəti sahələr üzrə ölkədə həyata keçirilən fəaliyyətlər və s.) əsaslandırılmış təqdimat nəticəsində Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyinin yüksəldilməsinə nail olunub. Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı yerdədir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşıb. Həmçinin 2009-cu ildə ratifikasiya edilmiş “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti daim müvafiq işlər həyata keçirir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Vəkilov saxta tenderlərlə milyonlarla dövlət vəsaitini mənimsəyib... - İTTİHAM VAR...


Azərbaycan ənənəvi olaraq aqrar ölkədir. Azərbaycan uzun illər o boyda SSRİ-ni meyvə-tərəvəzlə, kənd təsərrüfatı məhsulları ilə təmin edib.
Bunun üçün isə ən vacib olan vasitə SU-dur.
Cənab Perzident İlham Əliyev öz çıxışında qeyd edir: “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır”.
Fikir verdinizmi, ÇOXSAYLI QANUNSUZ BİRLƏŞMƏLƏR QURAŞDILIMIŞDIR...
Əslində bu milyonlarla dövlət vəsaitini mənimsəmək deməkdir.
Söhbət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və onun tabeçiliyində “Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti” deyilən qurumlardan gedir.
Təsəvvür edirsiniz, dəfələrlə redaksiyamıza müraciət edən fermerlər, saakinlər deyir ki, biz meyvə sahələrini, qoyun-quzu sürüsünü suvarmaq üçün hər dəfə pul verib maşınla su alırıq. İndi özünüz düşünün əgər fermer suyu maşınla alırsa, görün məhsulun qiyməti necə göyə qalxacaq...
Ancaq cənab Prezident dövlət büdcəsindən milyonlarla vəsait ayırır, artezian quyuları qazılır, su kanalları çəkilir...amma ASC-nin rəhbrərliyi bu suyu satmaqla milyonçuya çevrilir...
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeçiliyindəki ən böyük qurumlardan biri də “Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”dir.
Bu qurumun direktoru cənab Ramiz Vəkilovdur.
Qısa məlumat üçün qeyd edək ki, qurum 1948-ci ildə yaradılmışdır.
Bu qurum bütün Azərbaycan Respublikası üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir. Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir.
Fikir verdinizmi, cənab Ramiz Vəkilov dövlətin ayırdığı yüz milyonlarla vəsaiti İDARƏ EDİR...
Necə idarə edir..? Bax, bu maraqlıdır...
Deməli, Ramiz Vəkilov meliorasiya sahəsi üçün tikinti xidmətləri və avadanlıqların alınması üzrə tenderlər keçirir və müqavilələr bağlayır.
Ramiz Vəkilov milyonluq tenderləri özünə yaxın şəxslərə qanunsuz olaraq verir və “otkat” yolu ilə milyonlarla dövlət vəsaitini mənimsəyir.
Guya tenderlər açıq, şəffaf keçirilir, amma əslində tenderlər tam qanunsuz əsasda keçirilir.
Təkcə bi fakta nəzər salaq:
Ramiz Vəkilovun qurumu Balakəndə çayın kənarında 5000 metr uzunluğunda və 8 metr hündüryündə istinad divarı tikir.
Bu bilirsiniz hansı məbləğdə korrupsiya deməkdir..?
Sözün qısası, Ramiz Vəkilovun obyektlərinin və əmlakının dəyəri on milyonlarla ölçülür.
Ramiz Vəkilov uzun illərdir ki, direktor vəzifəsini daşıyır. Bu illər ərzində büdcədən ayrılan milyonlarla manat vəsaitin böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, təsərrüfatlararası paylayıcı kanalların tikintisi, istismarı işlərinin aparılması adı altında mənimsənilib. Yəni artıq Ramiz Vəkilovun GÖZÜ AYAĞININ ALTINI GÖRMÜR...
Bəli, Ramiz Vəkilov hər dəfə ona məxsus 90-AA- 385 nömrəli avtomobillə ölkəmizdəki mövcud yol idarəetmə qaydalarını kobud şəkildə pozaraq qanunlara meydan oxuyur.
Görünür, Ramiz Vəkilovun əməlli-başlı İSLAH olunmağa ehtiyacı var. Harada..?
Bunu zaman göstərəcək... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Latviyaya səfər edəcək


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 24-də Latviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.

Səfir dövlətimizin başçısına Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Yeni Klinika`da KÖHNƏ MƏRƏZ... - İTTİHAM VAR...

Bildiyimiz kimi FETÖ-nun Turkiyədə aktiv olduğu zamanlarda dünyanın hər yerindən olduğum kimi, Azərbaycandan da bir çox gənclər uzmanliq təhsili almaq üçün adı çəkilən ölkəyə getdilər. Bu gənclər təhsil aldıqları dövrdə orada dolanışıqları çətin olduğu üçün, həm də məvacib ala bilmədiklərindən FETÖ-culara qosuldular. Təhsillərini bitirdikdən sonra ölkəmizə dönüş edən həmin gənclər, Azərbaycana qayıtdıqdan sonra özləri kimi gənclərə yol açmağa başladılar. 2015-ci ildə Turkiyədə baş vermiş çevrilişə cəhd hadisəsindən sonra onlarin bəziləri təcili Həcc ziyarətinə getdilər. Bu Həcc ziyarətinə gedənlərin içərisində Barat Yusubov da var idi. Həmin Barat Yusubov ki, hal-hazırda FETÖ-cu həkimlərin əksəriyyətini başına yığaraq EGE hospitalda və HB Güven klinikasinda işləyirlər.
Qeyd edək ki, bu klinikalarin ikisinidə Barat Yusubov idarə edir. Amma bir məsələni də nəzərinizə çatdıraq ki, Barat Yusubov həm də Yeni Klinikanın rəhbəridir. Özünüz fikirləşin, necə ola bilər ki, Barat Yusubov tək canı ilə 3 klinikanı idarə edə bilsin. Barat Yusubov indi də FETÖ-cu dostlarının koməyi ilə FETÖ-cuları Yeni Klinikaya və dövlətin digər muəssisələrinə yerləşdirir.
Bir məsələni də nəzərinizə çatdıraq ki, Barat Yusubov bu yaxınlarda öz həyat yoldaşını və doğma oğlunu tabeçiliyinə işə qəbul edib.
Araşdırmalarımız davam edir. Mövzunu diqqətdə saxlayacağıq. //gundelik-baku.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO