[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL-da yeni təyinat

Azərbaycan Hava Yollarında (AZAL - Azerbaijan Airlines) Korporativ Kommunikasiyalar və Sosial Məsuliyyət şöbəsinə yeni rəhbər təyin olunub. 

Aynur Həsənzadə bundan sonra şöbə rəisi vəzifəsində işini davam etdirəcək. 

Qeyd edək ki, Aynur Həsənzadə 15 ilə yaxındır bir sıra dövlət qurumlarında və özəl şirkətlərdə çalışıb. 
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Livan-İsrail sərhədində “Hizbullah”a məxsus dörd PUA vurulub

İsrail ordusu “Hizbullah”ın Livan ərazisindən buraxdığı ən azı dörd pilotsuz uçuş aparatını vurub.

Məlumata görə, kamikadze pilotsuz təyyarələr sərhədə yaxınlaşarkən məhv edilib.

Bundan əvvəl “Hizbullah” İrsailin müdafiə naziri Yoav Qalantın noyabrın 12-də ziyarət etdiyi Pranit qəsəbəsindəki kazarmalar ərazisində İsrail əsgərlərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb.
Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Politoloq: “Azərbaycan bütün dünyaya müasir müharibənin necə aparıldığını göstərdi”

“Azərbaycan bütün dünyaya müasir müharibələrin necə aparılmalı olduğunu göstərdi ki, bu da Ukrayna və Qəzza zolağında gedən müharibə fonunda xüsusilə diqqəti cəlb edir”.

“Report” xəbər verir ki, bu barədə Saratov vilayət dumasının “Vahid Rusiya”dan olan keçmiş deputatı, politoloq Dmitri Çernışevski özünün yutub kanalında Ukrayna və İsraildəki qarşıdurmaları təhlil edərkən danışıb.

“Çətin ki, kimsə analogiyalar aparıb və Azərbaycanı həm İsrail, həm də Ukraynaya nümunə göstərib. Azərbaycan müasir reallıqlarda Ukraynaya, eləcə də İsrailə müharibənin necə aparılmalı olduğunu göstərir”, - analitik bildirib.

O, hesab edir ki, müasir müharibələrdə informasiya komponenti əvvəlki dövrlərdən daha vacib rol oynayır:

“Müharibələr rabitənin sürətli inkişafı ilə televiziyanın əsas informasiya mənbəyi kimi inhisarını itirdiyi informasiya əsrində gedir. Sosial şəbəkələr çox aktivdir, informasiya məkanı böyükdür, müharibə canlı yayımda göstərilir”.

Politoloq vurğulayıb ki, Ukrayna üçün ABŞ-nin ictimai rəyi, ABŞ elitasının rəyi uğrunda mübarizə istənilən hərbi əməliyyatdan daha vacibdir:

“Çünki Ukraynanın müharibədə qalib olub-olmayacağı məhz onun Qərb ictimai rəyindəki mövqeyidən asılıdır. Ukrayna başqasının pulu ilə müharibə aparır, ona görə də Ramşteyn koalisiyasındakı müttəfiqlərindən kritik dərəcədə asılıdır. Eyni zamanda, Ukrayna informasiya sahəsində səylərini maksimum dərəcədə artırmadığı üçün indi belə bir vəziyyətlə üzləşib. O, hərbi komponentdən daha çox informasiya komponentindən asılıdır”.

“Ancaq İsrail, qəribə də olsa, eyni şəkildə informasiya komponentindən asılıdır. Bunu amerikalılar yüksək rütbəli rəsmilərinin dili ilə belə deyirlər - müharibənizin bitməsinə 2-3 həftə vaxtınız var, əks halda biz sizə dəstək ola, beynəlxalq və ictimai təzyiqə dözə bilməyəcəyik. Deməli, İsrail də ictimai rəydən asılıdır”, - deyən D.Çernışevski qeyd edib ki, Azərbaycan da informasiya komponentindən çox asılı idi.

“Ermənistan Azərbaycanın bir hissəsini işğal etdikdə ölkədə ən azı 700 min, bəlkə də bir milyon qaçqın var idi. Yurd-yuvalarından didərgin salınan, mülkləri əlindən alınan, öldürülən, təcavüzə uğrayan bu insanlar üçün Qərbdə heç kim göz yaşı tökməyib. Qərb hər şeyə göz yumub. Çünki o vaxtlar, 1990-cı illərdə Ermənistan informasiya gündəminə tamamilə hakim idi. Bu illərdə Azərbaycan təkcə Birinci Qarabağ müharibəsində deyil, informasiya müharibəsində də uduzdu”, - ekspert bildirib.

“İndi isə nə görürük? Azərbaycan həm informasiya sahəsində, həm də İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı. Qərb daxil olmaqla, müxtəlif yerlərdə Azərbaycanın əleyhinə və tamamilə yalan fikirlər səsləndirilir. Çünki onlar reallığa məhəl qoymurlar. Lakin bu fikirlər Azərbaycana olan müsbət münasibətlər fonunda nəzərə çarpmır”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsini həll edib:
“Doğrudur, ermənilər bu ərazidən gediblər. Amma heç kim onları buradan qovmayıb. Hətta bunu Avropa Parlamenti və bu qurumun deputatları etiraf edib. Ermənilər özləri getdilər, onları heç kəs qovmadı, çünki onların vicdanları təmiz deyildi. Onlar ya 30 il əvvəl azərbaycanlıların bu ərazilərdən didərgin salınmasında iştirak ediblər, ya da onların “Dağlıq Qarabağ ordusu” adlı terrorçu strukturda qohumları olub. Buna görə də azərbaycanlı qonşularının onlara belə bir sual ünvanlayacaqlarından qorxurdular: “Mənim mülküm, evim, avtomobilim haradadır?”. Bundan başqa, azərbaycanlılar buraya qayıtdıqdan sonra təhqir edilmiş məscidlərini, yerlə-yeksan olunmuş kəndlərini görəcəklər”.

O əlavə edib ki, ermənilər özlərini günahkar hesab etdikləri, öz əməllərinə görə utandıqları üçün bu əraziləri tərk ediblər.

Politoloq vurğulayıb ki, Azərbaycan qalib gəlməyin çox çətin olduğu bir vəziyyətdə qələbə qazanıb:

“Bu, kifayət qədər həssas və çətin vəziyyət idi. Burada günahkar tərəf olmaq çox asan idi. Amma Azərbaycan bu vəziyyətlə üzləşmədi. Yəni Azərbaycan informasiya sahəsində tam qələbə qazandı. Lokal antiterror tədbirləri cəmi iki gün davam edib. Bu müddət ərzində Azərbaycan qalib gəlib və bununla da “blitskriq” təmin edilib. Əslində, bu, zəruri şərtdir”.

D.Çernışevskinin fikrincə, Ukrayna da İsrail kimi haqlı tərəf olduğunu göstərmək üçün heç nə etmir:

“Azərbaycan bizə nəyi və necə edəcəyini göstərdi. Azərbaycan müharibəyə hazırlaşdı, informasiya platforması hazırladı, informasiya müharibəsində Ermənistan dövlətini tamamilə məğlub etdi və “blitskriq” həyata keçirdi”.

Ekspertin sözlərinə görə, Azərbaycan öz “blitskriqi” və informasiya komponenti ilə həm Ukraynaya, həm də İsrailə tamamilə qüsursuz nümunə göstərir:

“Son üç müharibədən yalnız biri müasir idi. Söhbət İkinci Qarabağ müharibəsindən gedir. Bu, çox güclü informasiya dəstəyi ilə müşayiət edilən ildırımsürətli müharibə idi”.

O qeyd edib ki, Ukrayna müharibəsi 1915-ci ilin, İsrail müharibəsi isə 1980-ci ilin müharibəsidir:

“Yəni bunlar köhnəlmiş qaydalarla aparılan müharibələrdir. Buna görə də problemlər yaranır. Ukrayna bu müharibəni necə aparacağını başa düşsə də, qalib gələ bilmir. Sadəcə müxtəlif səbəblərə görə kifayət qədər gücü yoxdur. İsrail də qalib gələ bilər, amma bunu necə edəcəyini bilmir. Məhz bu amillər sadalanan ölkələrin əleyhinə işləyir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QHT Agentliyində Dövlətin vəsaitini belə dağıdırlar: “İcraçı direktor rəfiqəsinə 9500 manatlıq qrant verib”

Hörmətli dostlar,
Son 1 həftə ərzində tarixi günlərimizlə əlaqədar QHT Agentliyi ilə bağlı məsələlərə yer ayırmadım. Hər şeydən öncə bizim üçün bu günlərdir.
Bir daha hər birinizi Zəfər Günümüz münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandana, şanlı ordumuza sonsuz təşəkkür edirəm.
Bir neçə gün bundan öncə bir videomaterial paylaşıldı və mənim də böyük marağıma səbəb oldu. Ortada ciddi faktlar olduğu halda hər kəs susdu və üzərindən keçdi.
Kiçik bir araşdırma aparmaq məcuriyyətində qaldım.
Deməli QHT Agentliyinin ötən qrant müsabiqələrinin birində “satılıq” bir QHT qalib elan olunub.
İddia olunur ki, bu QHT-nin qalib olmasından Müşahidə Şurasının xəbəri yoxdur. Çünki qanunsuz bir əmələ Müşahidə Şurası imza atmazdı.
QHT-nin sədri rəsmi olaraq başqa bir şəxs olsa da, Agentliyin icraçı direktoru Aygün Əliyevanın rəfiqəsi Nahidə adlı bir xanımın adı qeyd olunub. Xanım isə QHT sektorunda deyil, əvvəllər Binəqədi İcra Hakimiyyətində, hazırda isə TƏBİB-də çalışır.
Layihəyə 9500 manat ayrılsa da, mediada bu layihənin icrasına aid bir xəbər tapmadıq. Demək ki, həmin vəsait sadəcə silinmək üçün öz QHT-lərinə köçürülüb.
Satılıq olan bu QHT ilə bağlı bütün sənədləri əldə etmişik və yaxın zamanlarda youtube kanalımız vasitəsilə hər bir detalı açıqlayacayıq.
Böyük ehtimal ki, bu kimi satılıq təşkilatların sayı və pul silinməsi üçün ayrılan vəsaitlərin həcmi çoxdur.
Faktı araşdırmaq və ölçü götürmək aidiyyəti qurumların işidir.
Biz sadəcə eşitdiyimiz və əldə edə bildiyimiz faktları ictimaiyyətin diqqətinə çatdırırıq. Anlayırıq ki, media vasitəsilə üzərimizə basqılar artacaq, amma bu dövlət vəsaitidir və Cənab Prezident bu vəsaiti QHT-lərin təşəbbüslərinin dəstəklənməsinə ayırıb.
Bu vəsait kimlərinsə şərikli biznesinə ayrılmayıb.
Belə saxtakarlıqların üzərindən keçilməsi başqa mətləblərdən xəbər verir.
Biz hər zaman dövlət maraqlarından çıxış edərək QHT Agentliyindəki saxtakarlıqları ifşa etmişik. İlk dəfə Agentliyin böyük vəsait sildiyi “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbirlə bağlı, daha sonra 40-dan çox ölü QHT-yə qrant ayrılması faktlarını və s.
İnanırıq ki, kimlərinsə ört-bastır etməyə çalışdığı faktlarla QHT sektoru zamanla daha yaxından tanış olacaq.
Samir Adigozelli
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
QHT Agentliyində Dövlətin vəsaitini belə dağıdırlar: “İcraçı direktor rəfiqəsinə 9500 manatlıq qrant verib”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Akif Çovdarovu həbsdən, 31 deputatı iclasdan azad edən 65 yaş... - İLGİNC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 65 və yuxarı yaş qrupuna daxil olanlarla bağlı qərar verib.

Artıq həmin insanlar yüksək risk qrupuna aid edilməyəcək. Belə ki, qurum yenilədiyi risk göstərişlərində bu yaş qrupuna daxil olanları “orta risk” kateqoriyasına aid edib. Əvvəllər yüksək risk hesab edilən insanlar indi “orta risk” qrupunun tərkibində yer alıblar.

Bildiyimiz kimi, pandemiya dönəmində bütün dünyada 65 və yuxarı yaş qrupundakı insanlar yüksək risk qrupuna aid edildilər. Ölkəmizdə də həmin yaş qrupundan olan insanlarla bağlı müəyyən qərarlar verildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 100 nəfərin 3,2, 2021-ci ildə 100 nəfərin 3,4 faizini 65-69 yaş arasındakı insanlar təşkil edib. Müvafiq olaraq, həmin illərdə 100 nəfərin 4,1 və 4,2 faizinin isə 70 və yuxarı yaş qrupundan olan insanlar təşkil edib.

Cebhe.info ölkəmizdə pandemiya dövründə və ümumilikdə 65 və yuxarı yaş qrupundan olan insanlarla bağlı hansı qərarlar verildiyini təqdim edir:

*Ölkədə COVID-19 infeksiyasına görə 2020-ci ildə xüsusi karantin rejimi tətbiq edildi. Həmin il Nazirlər Kabineti tərəfindən martın 24-də ilk dəfə karantin elan edilərkən 65-dən yuxarı yaşı olanlara küçəyə çıxmaq qadağan olundu. Bu qərar 65 yaşı olan tibb işçilərinə aid edilməyib.

*Bu qadağaya görə həmin müddətdə 31 nəfər deputat parlamentin iclaslarında iştirak edə bilməyib.

*Bundan başqa, həmin il pandemiya yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb. Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki sabiq generalı - Akif Çovdarov və Sübahir Qurbanov da var. Akif Çovdarov 12, Sübahir Qurbanov isə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

*Ölkəmizdə 65 və yuxarı yaş həddindəki insanlarla bağlı ən önəmli qərar isə onların əmək fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddi 65 yaşdır. 65 yaşla bağlı daha bir qərar isə təqaüdlə bağlıdır. Belə ki, hazırda ölkədə 65 yaşına çatmış kişilər təqaüd yaşına çatmış hesab olunurlar. 2027-ci ildə qadınlar üçün də yaş həddi 65 müəyyən olunacaq.

Qeyd edək ki, yaş həddinin artırılması 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər əsasında baş verir. Belə ki, kişilərin yaş həddinin hər il artırılması 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək davam edib. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla davam edəcək. Yəni 2027-ci ildə həm qadınlar, həm də kişilər üçün yaş həddi 65 olacaq.(Cebhe.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Emin Əmrullayev nazir postundan gedir – DİM-ə rəhbər göndərilə bilər... (ÖZƏL)

Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

Məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətriləcəyi gözlənilir.

Mənbə bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. “Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin ira olunmnadığını göstərir.

“Bununla yanaşı, E.Əmrullayevin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə parlament üzvlərinə qarşı sayğısız münasibəti də ona qarşı inamsızlıq yaradır”, – deyə mənbə vurğulayıb.

Xatırladaq ki, noyabrın 1-də Gülüstan sarayında keçirilən Təhsil forumunda qalmaqal baş verib. Medianın yazdığına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri tədbirə dəvət olunmaması ilə yanaşı, orada iştirak edən deputatlara qarşı hörmətsiz davranış onların forumu yarımçıq tərk etməsi ilə nəticələnmişdi.

Gununsəsi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Narkoloji dispanserdə müalicə effektiv nəticə vermir" - Hüquqşünasdan İLGİNC RƏY

Əvvəlki illərlə müqayisədə ölkəmizdə narkotik istifadəçilərinin sayı artıb. Demək olar ki, hər gün paytaxtda və rayonlarda onlar polis tərəfindən saxlanılır.

Bəziləri isə narkomanların həbsxanaya göndərilməsinin işə yaramadığını, onların narkoloji dispanserə göndərilməli olduğunu iddia edir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, ağrılı məqam narkotik istifadəçisinə müalicədən sonra nəzarət etmək kimi anlayışın ümumiyyətlə olmamasıdır. Belə ki, onlar müalicədən sonra dispanserdən çıxır və yenidən həmin bataqlığa qayıda bilirlər:

“Narkoloji dispanserdə müalicə effektiv nəticə vermir. Açığı, onları həbs etmək də gözlənilən nəticəni vermir. Bu, sırf psixoloji məsələdir. Adamı həbs edirlər, 2-3 il sonra çıxır və 1 həftəyə yenidən narkotikdən istifadəyə başlayır. Mənim özümün də belə işlərim olub, şəxsin azadlıq imkanları məhdudlaşdırıldı, amma o həmin müddətdə də narkotikdən istifadə edirdi. Bu psixoloji məqam, insanın zəifliyi məsələsidir. Onlar həbsdən çıxırlar, amma beyinlərində bir şey olur: keçmiş narkoman dostlarla əlaqəyə keçmək. Müalicə də effekt vermir, müalicə olunurlar, qanları təmizlənir, üstündən 7-8 gün keçir və hər şey yenidən başlayır”.

Vəkil narkomanların həbsinin tərəfdarı olduğunu qeyd edib:

“Onların həbs edilməsinin üstün cəhətləri var, mən bunun tərəfdarıyam, çünki narkomanın ağrısı gələndə o vəziyyətdən çıxmaq üçün hər cür cinayətə əl ata bilirlər. Onlar həmin vəziyyətdə quldurluq da, oğurluq da edə bilərlər. Bu gün belə halların faiz dərəcəsi aşağı düşüb, bu, narkomaniyaya qarşı mübarizənin nəticəsindədir.

Narkomaniya bir bəladır. Bu cəmiyyətə, dövlətə qarşı olan psixoloji silahdır. Yenə deyirəm, müalicənin effekt verdiyi şəxsə mən hələ rast gəlməmişəm. Onların düzəlməyinin iki yolu var: ya tamamilə cəmiyyətdən təcrid etməlisən, ya da işlə yormalısan. Bu iş fiziki iş olmalıdır ki, onlar yorulsun, səhərdən axşama kimi çalışsınlar və narkotik barədə düşünməyə vaxtları qalmasın. Bu formada onları cəmiyyətə bəlkə də qaytarmaq olar, lakin müalicə ilə məsələ çox çətindir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının bu məktəbində “fond pulu” YIĞILIR – Komitə sədrinin SƏSYAZISI

Bakıda daha bir məktəbdə valideynlərdən yığılan “fond pulu” narazılıqlara səbəb olub. Söhbət Sabunçu rayonu 310 saylı orta məktəbin 5 “E”sinfindən gedir. Valideyn komitəsinin sədri yaratdığı “Whatsapp” qrupunda hər şagirddən 10 manat məbləğində pul tələb edir. Hər bir valideyni “fond pulu”nu verməyə məcbur edən komitə sədri yığılan vəsaitin printer üçün kağıza və xadiməyə veriləcəyini bildirir.

Bu barədə Bizim.Media-ya narazı valideynlər müraciət edib. Həmçinin faktla bağlı səsyazıları təqdim ediblər.

Səsyazıda “fond pulu” ilə yanaşı artıq geridə qalan müəllimlər günüilə bağlı da hər şagirddən 30 manat pul yığıldığı qeyd olunur.

Valideynlərin bildirdiyinə görə məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. İddialarına görə, pulun yığılmasını məktəb rəhbərliyi tələb edir.

Məsələ ilə bağlı 310 saylı məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Rəsmiyə Quliyeva Bizim.Media-ya açıqlamasında “fond pulu” və digər məsələlər üçün pul yığılmasından xəbərsiz olduğunu bildirib:

“Mən heç bir sinifdən pul tələb etmirəm. Məktəbə heç nə lazım deyil. Nə lazımdırsa var. Bu gün araşdıracağam görüm nə məsələdir, niyə pul yığılır? Çünki biz heç kimdən nə “fond pulu”, nə də başqa bir şey tələb edirik. Müəllimlərlə iclaslarda və valideynlərlə görüşdə də demişəm ki, məktəbdə printer və kserks aparatı var, mən lazımdırsa, gəlin həll edək”.

Direktor əlavə edib ki, elə bu gün valideynlərdən pul tələb edən sinif rəhbəri barəsində tədbir görəcək.

Qeyd edək ki, sözügedən məktəbin adı bundan əvvəl başqa bir qalmaqalda da çəkilib. Belə ki, həmin məktəbin müəllimi Leyla Niyazovanın 4-cü sinif şagirdini döyməsi iddia edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Milyonçular məhəlləsi"ndə qaraj davası: Nərimanovda nə baş verir? - FOTOLAR


Bakının Nərimanov rayonu, Ziya Bünyatov prospekti 64/68, mənzil 42 ünvanında - “Milyonerlər məhəlləsi” kimi tanınan məşhur ərazidə ümumi sahəsi 22 kv.metr olan qaraj qonşular arasında məhkəmə çəkişməsinə qədər uzanıb.

Bu barədə qanuni əmlakı (qarajı) ələ keçirilən Tahir Məlikov Haqqın.az-a şikayətində deyib.

Tahir Məlikov Haqqin.az saytına müraciətində deyib ki, o, 2005-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı əsasında 1995-ci ildən qaraj və anbar kimi istifadə etdiyi mülkünü özəlləşdirib: "2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mənim adıma bu qaraja texniki pasport verib. Lakin illər sonra, qonşu Nəsib Hacıyev mənə məxsus qarajı hasara alaraq zəbt edib. Daha doğrusu, ərazidə villa tikdirən qonşu mənə qarajımı ona satmağımı istədi. Açığı, əvvəlcə satmaq istəmədim, lakin uzun danışıqlardan sonra razılaşdım...".

Tahir Məlikovun sözlərinə görə, qonşu ilə arasındakı razılaşmadan demək olar ki, iki ilə yaxın vaxt keçib və bu müddət ərzində Nəsib Hacıyev vaxtaşırı ona zəng edərək, tezliklə qarajı alacağını, yəni, pulunu ödəyəcəyini təkrarlayıb: "Ancaq bir gün təsadüfən bildim ki, qonşum mənə məxsus qaraja hansısa qanunsuz yollarla çıxarış alıb. Bu barədə Nəsib Hacıyevdən soruşanda, kobudluqla qarşılaşdığım üçün hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qaldım".

Tahir Məlikov qeyd edir ki, özəl mülkinə qonşusunun necə çıxarış almasını öyrənmək üçün dəfələrlə Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinə müraciət edib: "Hər dəfə suallarıma anlaşılmaz cavablar verməklə məni yola verirdilər. Nəhayət, yuxarı instansiyalara çoxsaylı şikayətdən sonra məlum oldu ki, bu qərar Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən mənim əsla xəbərim olmadan keçirilən gizli məhkəmə prosesində verilib. Belə ki, adıçəkilən məhkəmə orqanı Nəsib Hacıyevin qanuni olaraq 3,9 sot əraziyə sahib olmasını təsdiqləməklə yanaşı, yerində heç bir texniki ekspertiza aparmadan və mənim qarajımın da yerləşdiyi əlavə ərazi üzrə mülkiyyətçinin mövcudluğunu müəyyən etmədən, mənim də mülkümin olduğu ərazi daxil, ümumilikdə 5,25 sot ərazinin Nəsib Hacıyevin xeyrinə sənədləşdirilməsi haqda qərar çıxarıb. Çox maraqlıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmənin bu qanunsuz qərarını yoxlamadan, araşdırmadan dərhal icra edib".

Şikayətçi deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi adıçəkilə qarajın yerinin ona məxsus olmasını təsdiqlədikdən sonra o, Nəsib Hacıyevə verilən çıxarışın ləğvi ilə bağlı zərərçəkmiş şəxs qismində məhkəməyə üz tutub: "Hazırda mənim haqlı və qanuni iddiama Bakı İnzibati Məhkəməsində baxılır...".

Nərimanov Rayon İcra Hakimiyyətindən haqqin.az-a verilən məlumata görə, 2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Tahir Məlikova Nərimanov rayonu, Ziya Bünyatov prospekti, 64 B ünvanında yerləşən qarajına texniki pasport verilib: "Vəziyyətin təhlili zamanı məlum olub ki, 2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qarajın yerləşdiyi ərazi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi kimi Nəsib Hacıyevin mülkiyyətinə verilib. Həmin ərazinin mülkiyyətinə dair sənədlərdəki ziddiyyətlərin aradan qaldırılması üçün Tahir Məlikova İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunub. Hər iki vətəndaşın mülkiyyət hüququ ilə bağlı sənədləri olduğundan, həmçinin qonşular arasında yaranmış münaqişənin danışıqlar yolu ilə həlli mümkün olmadığından Tahir Məlikova məhkəmə orqanlarına müraciət etmək də məsləhət görülüb".

Maraqlıdır, qeyri-vaxti hər xırda nüası belə araşdıran Rayon İcra Hakimiyyəti, Dövlət Əmlak Xidməti, onun müvafiq idarəsi, həmçinin məhkəmə bu dəfə niyə məsələyə "biganə" yanaşıb?

Hər halda müvafiq qurumlar bu faktı dərindən araşdırmalı və məsuliyyətsiz davranan məsul şəxsləri cəzalandırmalıdır. Əlbəttə, hüquqi dövlətdə belə belə kobud qanunsizluq və ya özbaşınalıq, həmçinin məhkəmə sistenmindəki "gizlənpaç" oyunları"na mütləq hüquqi qiymət verilməlidir...(Haqqın.az)
"Milyonçular məhəlləsi"ndə qaraj davası: Nərimanovda nə baş verir? - FOTOLAR
"Milyonçular məhəlləsi"ndə qaraj davası: Nərimanovda nə baş verir? - FOTOLAR
"Milyonçular məhəlləsi"ndə qaraj davası: Nərimanovda nə baş verir? - FOTOLAR
"Milyonçular məhəlləsi"ndə qaraj davası: Nərimanovda nə baş verir? - FOTOLAR

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO