[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Öldürdükləri insanların orqanlarını da oğurlayırlar" - Qəzzada dəhşətli görüntü

Oktyabrın 7-dən bu yana Qəzzada 15 mindən çox insanı qətlə yetirən İsrail ordusunun ölən fələstinlilərin orqanlarını da oğurladığı iddia edilib.

Tibb mütəxəssisləri Qəzzada bəzi cəsədləri araşdırarkən qaraciyər, böyrək və ürək kimi həyati vacib orqanların əskik olduğu müəyyən edilib. Euro -Med Human Rights Watch təşkilatı İsrail ordusunu Qəzzada ölülərin orqanlarını oğurlamaqda günahlandırıb və müstəqil beynəlxalq araşdırmaya çağırıb.

Euronews-un məlumatına görə, Euro-Med Human Rights Watch təşkilatı verdiyi açıqlamada Qəzzada bəzi cəsədləri müayinə edən tibbi ekspertlərin hesabatlarından sonra Fələstin cəsədlərindən orqanların oğurlanması ilə bağlı narahatlıqların olduğunu bildirib. Təşkilat İsrail qüvvələrinin Qəzzanın şimalındakı Əl-Şifa və İndoneziya xəstəxanalarından və cənubdakı digər xəstəxanalardan onlarla cəsədi ələ keçirdiyini sənədləşdirdiyini iddia edib.

O, həmçinin qeyd edib ki, İsrail ordusu Əl-Şifa xəstəxanasının həyətində qazılmış kütləvi məzarlıqdan cəsədləri çıxarıb və müsadirə edib.

Tibbi ekspertlər tərəfindən müayinə edildikdən sonra qaraciyər, böyrək və ürək kimi həyati vacib orqanlar, eləcə də koklea və buynuz qişanın çatışmadığı aşkarlanıb və bu, potensial orqan oğurluğunun sübutu kimi qiymətləndirilib. Euro-Med-in məlumatına görə, Qəzzada müxtəlif xəstəxanaların həkimləri bildiriblər ki, orqan oğurluğu yalnız məhkəmə-tibbi ekspertiza ilə sübut edilə bilməz, çünki ölümdən əvvəl birdən çox cəsəd əməliyyat olunub.

Euro-Med həmçinin İsraili oktyabrın 7-dən Qəzzada apardığı hərbi əməliyyatlar zamanı həlak olan onlarla fələstinlinin cəsədini saxlamaqda ittiham edib. İsrailin ən azı 145 fələstinlinin cəsədini morqlarında, təxminən 255 fələstinlinin cəsədini isə İordaniya sərhədinə yaxın qeyri-ictimai ərazidə saxladığı iddia edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəzaya düşən maşın mağazaya girdi - Foto


Bu gün Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.

Azdress qəsəbəsində “Hyundai Santafe” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub.

İlkin məlumata görə hadisə yerində bir uşaq xəsarət alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ-da Fələstin embarqosu: Pilot işdən çıxarıldı

ABŞ-ın United Airlines aviaşirkəti sosial mediada Fələstinə dəstək mesajı olan bir post paylaşan pilot İbrahim Mosallamı vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə “The New York Post” məlumat yayıb. Mosallamın 7 oktyabr hücumlarından sonra Fələstinə dəstək verdiyi Facebook paylaşımı sosial mediada gündəmə gəlib.

Yazının "anti-semit" ifadələri olduğu səbəbilə sosial mediada reaksiyalar almasından sonra pilotun işlədiyi United Airlines, məsələ ilə bağlı araşdırmalara başlayıb və Mosallamın fəaliyyətini dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəzza zolağından ən azı 50 girov azad ediləcək

“İsrail hökuməti birsaatlıq xüsusi iclas keçirərək, Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində qaytarılması planını təsdiqləyib”.

Bu barədə baş nazir Benyamin Netanyahunun ofisindən bildirilib.

Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, humanitar fasilədən sonra anklavda hərbi əməliyyatlar davam etdiriləcək.
İsrail hökuməti bütün girovları evlərinə qaytarmaq niyyətindədir. Bəyanatda deyilir ki, hökumət bu məqsədə nail olmaq üçün birinci mərhələ planını bu gecə təsdiqləyib və bu plana əsasən, ən azı 50 oğurlanmış qadın və uşaq dörd gün ərzində azad ediləcək, bu müddət ərzində döyüşlərdə sakitlik olacaq.

Mənbə: news.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Çinar Trans" MMC-nin sürücüsü vətəndaşı KOMAYA SALIB, 8 AYLIQ YATAQ XƏSTƏSİ EDİB

Hilal Bağırov: "81 nömrəli avtobusun sürücüsü məni vurdu, sonra heç nə olmamış kimi çıxıb getdi, aldığım zərbədən komaya düşmüşəm, 8 ay yataqda qalmışam, ayağım 7 yerdən qırılıb, başımdan ağır travma almışım, gözlərim görməyib"

"Ölümdən dönmüşəm, xəstəxanada 10 min manatdan artıq xərcim çıxıb, amma şirkət mənə vurduğu ziyanı ödəmir, deyirlər ki, marşrut xəttinin sahibi sabiq nazirlərdən birinin qardaşı oğludur və hazırda polis orqanlarında çalışır, buna görə də ona "gözün üstə qaşın var" deyən yoxdur"

Bu gün Hurriyyet.az-a müraciət edən paytaxtın Nərimanov rayon sakini Hilal Adil oğlu Bağırov fevral ayının 17-də "Neapol" dairəsində 81 nömrəli avtobusun sürücüsünün onu vurduğunu və heç nə olmamış kimi çıxıb getdiyini bildirib.

Hilal Bağırovun sözlərinə görə, avtobus onu vurduqda huşunu itirib, komaya düşüb və 8 ay müddətinə yataqda qalıb: "Həmin tarixdə mən "Neapol" dairəsinə ət almağa getmişdim. Lakin 81 nömrəli avtobus sürücü məni vurdu və sonra çıxıb getdi. Qəssabların köməyi ilə təcili tibbi yardım çağırılıb və məni xəstəxanaya aparıblar. Aldığım zərbədən komaya düşmüşəm, 8 ay yataqda qalmışam. Ayağım 7 yerdən qırılıb, başımdan ağır travma almışım, gözlərim görməyib. Şükürlər olsun ki, müalicə nəticəsində bu gün gözlərim görür, ancaq hələ də sərbəst hərəkət edə bilmirəm, həsa ilə yeriyirəm. Çünki ayağımı yerə tam qoya bilmirəm".
"Çinar Trans" MMC-nin sürücüsü vətəndaşı KOMAYA SALIB, 8 AYLIQ YATAQ XƏSTƏSİ EDİB
"Çinar Trans" MMC-nin sürücüsü vətəndaşı KOMAYA SALIB, 8 AYLIQ YATAQ XƏSTƏSİ EDİB

Şikayətçi qeyd edib ki, hadisədən sonra nə 81 nömrəli avtobus sürücüsü, nə də marşrut xəttinin sahibi olan şirkət rəsmilərindən ona baş çəkən, səhhəti ilə maraqlanan olub: "Deyirlər ki, 81 nömrəli marşrut xəttinin sahibi sabiq nazirlərdən birinin qardaşı oğludur və hazırda polis orqanlarında çalışır. Buna görə də ona "gözün üstə qaşın var" deyən yoxdur. Nəzərinizə çatdırım ki, komada olduğum, 8 ay xəstəxanada qaldığım müddət ərzində, borc-xərc tapıb müalicəmə ümumilikdə 10 min manatdan artıq pul xərcləmişəm. Yəni, bu məbləğ 81 nömrəli marşrutun sahibi olan şirkətin mənə vurduğu maddi ziyandır. Təbii ki, məsələnin mənəvi tərəfi də var. Lakin onlar komada olduğum, müalicə aldığım müddətdə bir dəfə də olsun mənə baş çəkməyib, vəziyyətimlə maraqlanmayıblar. Artıq 2 aydır ki, xəstəxanadan çıxmışam, evdə müalicəm davam edir. Onu da qeyd edim ki, müvafiq qurumlara müraciət etdikdən, həmçinin məsələni mətbuat vasitəsiylə ictimailəşdirəcəyimi bildirdikdən sonra şirkətin Vidadi adlı nümayəndəsi gəlib dedi ki, kimə, hara müraciət edirsənsə et, bizim sənə nəsə verəcək, kömək edəcək halımız yoxdur. Sonra dedilər ki, avtobus sürücüsünün 2 aylıq maaşını veririk sənə və bu işi bağlayırıq. Bildirdim ki, ölümdən dönmüşəm, xəstəxanada 10 min manatdan artıq xərcim çıxıb. Şirkət nümayəndələri ikinci dəfə gələn isə "rəhbərlik deyib ki, 1000 manatla bu işin başını balayın", deyə bildirdilər. Razılıq vermədikdə gediblər və hələ də mənə dəymiş ziyan ödənilməyib. Daha sonra öyrəndim ki, avtobusun icbari sığortası olmayıb. Eyni zamanda, onu da öyrəndim ki, guya mən xəstəxanada olarkən şirkətdən mənə yardım olunub. Halbuki, heç kimdən yardım almamışam. Bu, onu deməyə əsas verir ki, şirkət rəhbərinin başıma açılan oyundan xəbəri yoxdur, ya da onu aldadıb yalan məlumat veriblər. Buna görə də ümid edirəm ki, şirkət rəhbəri hadisənin əsl mahiyyətindən xəbər tutduqdan sonra mənə dəymiş ziyanın ödənilməsini, zərərimin qarşılanmasını təmin edəcək".

Beləliklə, Hilal Bağırov Hurriyyet.az vasitəsiylə müvafiq qurumlara müraciət edir, onlardan pozulmuş hüquqlarının bərpa olunmasında, 81 nömrəli marşrutun sahibi olan şirkət tərəfindən ona dəymiş ziyanın ödənilməsində yardım etmələrini xahiş edir.

Hurriyyet.az

Qeyd: Apardığımız kiçik araşdırma nəticəsində 81 nömrəli marşrut xəttinin "Çinar Trans" MMC-nin istismarında olduğu aydınlaşdı. Odur ki, həm sözügedən şirkət, həm də onun sahibi olduğu deyilən sabiq nazirin qardaşı oğlu haqda ətraflı bilgi əldə etməyə çalışacağıq.

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Hermes-S” MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir – Məhkəmə qərarı

Səbaildə pilot layihə əsasında “Hermes-S” Mənzil-Tikinti Kooperativi tərəfindən 6 il əvvəl evləri sökülüb mənzillə təmin olunmayan şəxslərlə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, Safura Əliyevanın (ad-soyad şərti) sözügedən ünvandakı 4 mərtəbəli binada 5 otaqlı, 119,5 kv.m. mənzili olub.

O, mənzil şəraitinin yaxşılaşdırılacağını güman edərək 2018-ci ildə “Hermes-S” MTK ilə “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə bağlayaraq, yaşayış sahəsini ailəsi ilə bərabər boşaldıb. Müqaviləyə əsasən, onlara “Hermes-S” MTK tərəfindən 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından mənzil və üstəlik hər ay 450 manat kirayə pulu verilməli imiş.

Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini 6 ildir yerinə yetirmir. MTK rəhbərliyi 4 ildir ki, ona kirayə pulu vermir, 6 ilə yaxındır mənzillə təmin etməyib. Safurə Əliyeva məcbur qalaraq məhkəməyə müraciət etməli olub.

“Hermes-S” MTK rəhbərliyi onun yaşadığı mənzili sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada müqavilənin şərtlərinə əməl etməyib.

“Hermes-S” MMC-nin qanuni təmsilçisi Kərimov Elçin Adil oğlu məhkəmədə ifadəsində bildirib ki, pandemiya ilə əlaqədar binanın tikintisi ləngiiyb, hazırda tikinti davam edir, iddiaçıya müqavilədə nəzərdə tutulan sahəli mənzil veriləcək. Kirayə haqlarının vaxtında ödənilməməsi isə bank hesabı üzərinə sərəncamın qoyulması olub. Artıq sərəncam ləğv edilib, ödənişlər həyata keçirilir.

Məhkəmə evi sökülən vətəndaşa “Hermes-S” MTK tərəfindən ümumi sahəsi 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından təmirli yeni mənzilin verilməsinə qərar verib. Üstəlik təmirli mənzil təhvil verilən günə kimi hər ay 450 manat olmaqla kirayə haqqı ödənilməlidir.

Qeyd edək ki, Camal Zamanov (ad-soyad şərti) və digər vətəndaşlar da “Hermes-S” MTK tərəfindən hüquqları pozularaq, sökülən evlərinin yerində tikilən binada mənzillə və kirayə pulu ilə təmin edilməyib. Məhkəmə zərərçəkmişlərin xeyrinə qərar qəbul edərək, sözügedən şirkət rəhbərliyi qarşısında vətəndaşların mənzillə və kirayə pulu ilə təmin olunması tələbi qoyub.

Onu da bildirək ki, ötən ay “Hermes-S” Mənzil-Tikinti Kooperativi MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülüb. 528.1-ci maddəyə əsasən, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid qardaşımın adına verilən evi kim götürüb? - İLGİNC

Bu ev Birinci Qarabağ müharibəsində şəhid olmuş Bəşir Nəcəfovun 30 il öncə tikdiyi evdir. Birotaqlı, baxımsız bu evdə indi Bəşirin bacısı Xalidə Nəcəfova oğlu və nəvələri ilə birgə yaşayır.

Xalidə Nəcəfova danışır ki, evləri olmadığına görə, şəhid ailəsi kimi atası 2000-ci ildə ev növbəsinə yazılıb. O zamandan bəri hər gün atası ilə birgə Yasamal rayon icra hakimiyyətinə gedib, növbələrinin haçan çatacağı günü gözləyiblər.

Mənbə: Toplum TV
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Tarasovskini işdən çıxartdı
Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovski işdən çıxarılıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Onun hansı səbəbdən işdən çıxarıldığı barədə məlumat verilməyib.
Zelenski Tarasovskini işdən çıxartdı
Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovski işdən çıxarılıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Onun hansı səbəbdən işdən çıxarıldığı barədə məlumat verilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərəbistan nəhəng “Epikon” lahiyəsini işə saldı

Səudiyyə Ərəbistanı növbəti meqolahiyəni həyata keçirməyə başlayıb. Ərazilərin inkişafı agentliyinin məlumatına görə, futurist üslubda tikiləcək kompleks bina üç göydələndən ibarət olacaq. Kompleksdəki əsas qüllə isə “Epikon” adlanacaq.

İki qüllənin 275 və 225 metr uzunluğunda ucaldılması nəzərdə tutulub. Üçüncü qüllə də bu qüllələrlə yanaşı duracaq. Göydələndə 41 otaqlı otelin, 14 lüks aprtamentin tikilməsi nəzərdə tutulub ki, bütün bunlar “Epikon” istirahət mərkəzinin qonşuluğunda olacaq.
Nəhəng tikilinin “Epicon” adlanan hissəsində, dəniz kənarında isə 120 otaq və 45 villa olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda son bir ayda 9 qadın qətlə yetirilib

İranda bir aydan az müddət ərzində doqquz qadın və qızın ər və ya qardaşı tərəfindən öldürülməsi faktı qeydə alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, son ayda qətllər İranın Babol, Ənzəli, Zabol və Şiraz şəhərlərində daha çox törədilib.

Bir sıra insan haqları təşkilatlarının statistik göstəricilərinə əsasən, bu ilin son 6 ayında İranda ən azı 52 qadın öldürülüb. Bu qadınlardan 28-i əri tərəfindən, dördü nişanlısı, üçü keçmiş əri, səkkizi atası, altısı isə qardaşları tərəfindən qətlə yetirilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO