[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibə Qafarova Baş nazirlə regionu müzakirə etdi


Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin sədri, ölkələrimizi birləşdirən dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, son illər ərzində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, ikitərəfli münasibətlərin dərinləşməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyəti vurğulayıb, hər iki ölkə başçısının səfərlərinin əhəmiyyətini qeyd edib.

Söhbətdə müxtəlif sahələrdə əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığın əhəmiyyətinə toxunun parlamentin spikeri, Azərbaycan və Xorvatiya xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi fəaliyyətlərin dəstəklənməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

Görüşdə parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova, bu ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər edən Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçlə keçirdiyi görüşü məmnuniyyətlə xatırlayıb. O, mövcud parlamentlərarası əlaqələri Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amil kimi qiymətləndirib.

Söhbət zamanı, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının rolu vurğulanıb, müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin mövcud əlaqələrin dərinləşdirilməsində xüsusi rolu qeyd olunub.

Görüşdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, cari ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri barədə danışılıb.

S.Qafarova deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz 30 il dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan sülh istəyir və sülhün əldə olunması bütün regionda sabitlik və təhlükəsizliyi təmin edəcək.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Baş nazir Andrey Plenkoviç, ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Xorvatiya ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin önəmini dəqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək əsəcək, leysan yağacaq - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də şimal-qərb küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 7-si axşamdan 8-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Dağlıq Şirvan, Quba-Qusar) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 7-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də, (Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay çaylarından) qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda sülhməramlıların rotasiyası başa çatdı


Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlı heyətin rotasiyası başa çatıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hərbi idarəsinin məlumatına görə, silah və texnika cari təmir üçün Rusiyaya göndərilib.

Qeyd edək ki, oktyabrda Rusiya Prezidenti Vladimir Putin rəsmi olaraq sülhməramlıların 2025-ci ilin noyabrına qədər Qarabağda qalacağını bəyan edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu rayonda suyun verilməsində məhdudiyyətlər OLACAQ

Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdam icra hakimiyyətində iki VAQİF qoşalaşıb qoçuluq edir…-VİDEO

Ağdam rayon icra başçısı Vaqif Həsənovun müavini Vaqif Kazımov vətəndaşa qarşı pis rəftarı və söyüşləri hər kəsi doğrudanda şoka salıb. Ən əsası bu məmura yaraşmayan bu biabırçı addıma Vaqif Həsənov susacaqmı ? Bax bu sual altındadır..
Vaqif Həsənovun təyin etdiyi kadr Vaqif Kazımov iş vaxdı çayxanalarda damino oynamaqla vaxtını keçirməyi absurt dərəcədə yol verilməzdir…
Ağdam rayon sakini İlhami Nəsibov qeyd edir ki,Vaqif Kazımov ona qarşı pis,pis söyüşlərlə təhqir edərək tərbiyəsizlik nümyiş edib.
Onuda qeyd edək ki,İlhami Nəsibov Kanal21.az-ın Ağdam üzrə bölgə müxbiridir.
Ətraflı video sujetdə.

Turantv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Apelyasiya instansiyası da Hacı Salayevin xüsusi ittihamını qüsurlu saydı - RƏDD ETDİ


Sabiq deputat Hacı Salayevin “Yeni Müsavat” Media Qrupu və onun təsisçisi Rauf Arifoğlu ilə daha bir məhkəmə çəkişməsi sona çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə eks-deputat Hacı Salayevin Xətai Rayon Məhkəməsinin qərarından verdiyi şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, apelyasiya instansiyası Xətai rayon Məhkəməsinin iş üzrə qərarının qanuni olduğunu bir daha təsdiqləyib və qüvvəsində saxlayıb.

Yada salaq ki, Hacı Salayev Xətai rayon Məhkəməsinə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında şikayəti təqdim etmişdi. Məhkəmənin hazırlıq iclasında Hacı Salayevin xüsusi ittiham qaydasında verdiyi şikayətinin bir sıra hüquqi pozuntularla hazırlanması, qüsurlu olması səbəbindən icraata qəbul olunmasından imtina olunmuşdu. Qərardan narazı qalan Hacı Salayev apelyasiya şikayəti vermişdi.

Xatırladaq ki, Hacı Salayev digər məhkəmələrə də “Yeni Müsavat” Media Qrupuna və onun təsisçisi Rauf Arifoğluna qarşı iddialar təqdim etmişdi.

Həmin iddialar da hazırkı şikayətindən mahiyyət etibarı ilə fərqlənmir. Sabiq deputat əsassız iddialarla qəzet rəsmiləri ilə yanaşı məhkəmələrin də vaxtını alır. İddiaçı qismində çıxış edən Hacı Salayev media qrupa daxil olan saytları məhkəməyə verərək, onlardan “şərəf və ləyaqətinin zədələnməsinə görə” 1 milyon manat vəsait tələb edir. Onun mülki qaydada müraciət etdiyi işlər hələ davam edir. Hacı Salayev o dərəcədə qəzəblidir ki, onunla bağlı heç nə yazmayan rusdilli Minval.az saytını da məhkəməyə verib...

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövlam Şıxəliyevə qarşı 8 milyon dollarlıq mülki iddia təmin olundu - DETALLAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı daha bir mülki iddia təmin olunub.

8 milyon dollarlıq mülki iddianı məhkəməyə vaxtilə MTN-də həbsdə saxlanmış, Mövlam Şıxəliyev və digər 3 işçisinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınanlardan biri İbrahim Zeynalov təqdim edib.

Hazırda Neftçalanın Kürkənd kəndində vaqonda yaşayan İbrahim Zeynalov “Yeni Müsavat” əməkdaşına deyib ki, iddiasının icra ediləcəyi günü gözləyir.

O bildirib ki, vaxtilə MTN-də saxlanıldığı günlərdə ona çox əziyyət verilib:

“7 ay 17 gün orada qaldım. Yasin Məmmədov insanlıqdan kənar biridir. Mənə orada çox əziyyət verib. O, acgöz bir alverçidir. Orada mənə qarşı çox aqressiv davranıb. Məhkəmədə onu gördüm, əhvalım korlandı. Amma mənə qarşı etdiklərini Allah bağışlasın. Mənə dəhşətlər yaşatdılar”.

İbrahim Zeynalov Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə 36 zərərçəkəndən biridir.

İttihama görə, Mövlam Şıxəliyev və digərləri İbrahim Zeynalovu qanunsuz olaraq azadlıqdan məhrum etməklə ona məxsus külli miqdarda - yaxınlarından 8 milyon dollar pul almaqla azad ediblər. İbrahim Zeynalov Bakı Hərbi Məhkəməsində verdiyi sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirmişdi. Əlavə olaraq o, deputat Ziyad Səmədzadəni ona qarşı cinayət sifarişi verməkdə ittiham etmişdi.

Həmin ifadədən sitat: “Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən etdim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə etdim. İllərlə toy-yasımız bir olub. Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də edib. Mənə deyəndə ki, biznesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get, işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax, sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.

İbrahim Zeynalov məhkəmədə deyib ki, sırf mal-mülkünü əlindən almaq üçün onu qanunsuz olaraq həbs ediblər:

“1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyəti yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar”.

Sabiq MTN generalı isə bununla razılaşmır və həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib. Mövlam Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır və bu barədə Ali Məhkəməyə şikayət verib.

Məhkəmə İbrahim Zeynalovun 8 milyon dollarlıq mülki iddiasını təmin edib.

İbrahim Zeynalovdan 8 milyon dollar alınması Bakı Hərbi Məhkəməsinin hökmü ilə də təsdiqlənib. Beləliklə, keçmiş MTN generalı Mövlam Şıxəliyevin və işçisi Yasin Məmmədovun üzərinə zərərçəkmiş İbrahim Zeynalova 8 milyon dollar təzminat ödəmək öhdəliyi qoyulub. Mövlam Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar. Onlar Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə baxılan zaman da zərərçəkənlərin bir qismi dəymiş ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırmışdılar. Hazırda mülki iddiası təmin edilən İbrahim Zeynalov və digər zərərçəkənlər məhkəmənin gedişində mülki iddia təqdim etməmişdilər. Məhkəmə yekunlaşandan sonra isə onlar bu hüquqlarından istifadə ediblər.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Onunla mühakimə olunan 3 nəfər keçmiş MTN polkovniki ötən il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunarkən, məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov 8 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Mövlam Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına da qərar verib. Bu il iyulun 24-də prezidentin sərəncamıyla onların rütbələri, bir sıra orden və medalları (“Vətənə xidmətə görə”, “Vətən uğrunda” və s.) alınıb. Cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmir və deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, axı istintaqa prosessual nəzarət orqanı – prokurorluq var.

M.Şıxəliyev və digərləri bildiriblər ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onların sözlərinə görə, əgər ortada kiminsə qanunsuz həbsi varsa, buna görə prokurorluq, həbs qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.
Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ”ın oyunu ilə əlaqədar metro bir saat çox işləyəcək


"Azərsığorta" (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.

"APA-Economics"in sığorta şirkətindən əldə etdiyi məlumata görə, hazırda dövlət sığorta şirkəti heç bir sığorta növü üzrə satış həyata keçirmir. Mövcud öhdəliklərin icracı həyata keçirilir. Satışların nə vaxt bərpa olunacağı isə məlum deyil. "Satışların dayandırılması sığorta şirkətinin bağlanması demək deyil, bu şirkətin daxili qərarıdır" - sığorta şirkətindən əlavə edilib.

Qeyd edək ki, noyabrın 1-dən "Azərsığorta"nın avtomobillərin icbari sığortası üzrə satışları dayandırdığı bildirilmişdi. Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev isə "APA-Economics"in sualına cavab olaraq bildirmişdi ki, AMB tərəfindən şirkətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hər hansı qərarın verilməyib. Sığorta şirkətində biznesinin perspektivi və onun səmərəliliyi, eyni zamanda maliyyə dayanıqlılığı üzrə mövcud dinamikaların qiymətləndirilməsi prosesi həyata keçirilir. Satışların müəyyən dərəcədə məhdudlaşdırılmasında məqsəd qiymətləndirmənin daha qısa müddətdə və daha obyektiv aparmaqdır. Qiymətləndirmə aparıldıqdan sonra şirkətinin fəaliyyətinin perspektivi barədə onun üst idarəetmə orqanları tərəfindən müəyyən qərarlar veriləcək.

Xatırladaq ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən, sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bu isə faktiki olaraq müflislik deməkdir. İnvestisiya Holdiqinin nəzarətində olan dövlət sığorta şirkətinə ötən dövrdə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb. //"APA-Economics"/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan rusiyalı turistlərin seçdikləri ölkələr siyahısında ilk onluqda


Azərbaycan Rusiyalı turistlərin bu il üçün seçdikləri ölkələr siyahısında ilk 10-luqdadır.

Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin hesabatından aydın olub.

Məlumatda qeyd edilir ki, rusiyalılar ötən illə müqayisədə xaricə daha çox səyahət etməyə başlayıblar. Belə ki, sırf turistik məqsədlə rusiyalılar ölkəni yeddi milyon dəfə tərk ediblər ki, bu da 2022-ci illə müqayisədə 49% çoxdur.
Rusiya vətəndaşları tətil üçün seçdiyi ölkələr siyahısının ilk 10-luğuna Azərbaycandan başqa Türkiyə, BƏƏ, Misir, Tailand, Ermənistan, Çin, Özbəkistan, Qazaxıstan və hətta Kuba daxildir.

Bundan əvvəl Azərbaycan Dövlət Turizm Agentliyindən Oxu.Az-a məlumat verilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 turist gəlib. Ölkəmizin qonaqları arasında Rusiya vətəndaşları üstünlük təşkil ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bütün Azərbaycanın Abşeron yarımadasına DOLUŞMASI... - BELƏ HARA GEDİRİK?

“Rayonda aldığımız maaş dolanışığa çatmırdı. Yoldaşımla ikimiz də işləyirdik, amma qazancımız aylıq xərcləri qarşılamağa yetmirdi. 3 uşağımız var. Hərəsinin bir problemi, xərci… Nə qədər çalışsaq da problemləri həll edə bilmirdik. Ona görə də, ailəliklə Bakıya köçmək qərarına gəldik. Artıq 3 ildir burada yaşayırıq. Gələn kimi ikimiz də işə düzələ bildik. Yoldaşım 700, mən də 400 manat maaş alıram. Elə bildik, hər şey düzəldi. Amma hər ay 300 manat kirayə pulu veririk. Şirvanda öz evimiz var, amma Bakıda kirayə qalmağa məcburuq. Üstəlik, burada hər şey bahadır. Yol puluna, yemək puluna hər ay nə qədər xərcimiz çıxır. Yəni, qazancımız xərcimizi ödəmir. Yenə eyni problemlə üzləşmişik. Bilmirik nə edək, necə edək ki, normal yaşaya bilək. Şirvanda öz evim olduğu halda, gəlib Bakıda kirayə qalıram. Varlıq içində yoxluqdan əziyyət çəkirik. Burada öz evimiz olsaydı, bəlkə hər şey daha yaxşı ola bilərdi. Bu da hazırkı imkanlarımızla mümkün deyil. Ona görə, öz evimizə qayıtmaq barədə də düşünürük. Amma uşaqlar da böyüyüb, burada oxuyurlar. Öz çevrələri, dostları olduğu üçün getmək istəmirlər. Paytaxtın təhsili də kəndin təhsilindən yüksəkdir. Uşaqlarımızın gələcəyi ilə də oynamaq istəmirik. Qalmışıq iki od arasında. Çətin də olsa, yaşamağa çalışırıq. Bizdən sonra qonşularımın da çoxu Bakıya köçüb. Deyəsən, getdikcə kənd camaatının hamısı imkansızlıqdan Bakıya köçəcək. Rayonda normal iş yeri, əməkhaqqı olsaydı, bütün bunları yaşamağa məcbur qalmazdıq…”

Yoxsulluqdan əziyyət çəkən Səadət Quliyeva yaşadığı kənddə iş yerlərinin azlığından, əməkhaqqının aşağı olmasından, Bakıda isə bahalıqdan gileylənir.

Son illərdə kəndlərdən şəhərlərə kütləvi köç başlayıb. Nəticədə, şəhər hədsiz yüklənib, sıxlıq artıb, yaşıllıqlar məhv edilir, yerinə yaşayış yerləri tikilir, kəndlərimiz isə boşalır, kənd təsərrüfatı məhv olur, nəticədə ölkədə kənd təsərrüfatı mallarının bahalaşması baş verir. Kənddən şəhərə köçün yaratdığı bir çox problemləri sadalamaq olar.

Vətəndaşlar böyük köçün əsasında işsizliyin durduğunu deyirlər. Bəs “gündən günə çiçəklənən” ölkəmizdə işsizliyin səbəbi nədir? Niyə rayonlarımızda, kəndlərimizdə işsizlik baş alıb gedir, yerlərdə iş yerləri açılmır?

Rəsmi statistika iddia edir ki, 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Regionlarda qazlaşdırma səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 mlrd. manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyümüş, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb. Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub.

Bəs insanlar niyə işsizlikdən şikayətlənir? Onları bu statistika ilə tanış etdikdə “adı var, özü yox”, “varlıq içində yoxluq”, “görünməz imkanlar” kimi müxtəlif fikirlər səsləndirirlər. Göstəricilərə əsasən insanların işlə təmin olunması üçün dövlət əlindən gələni edir. Ancaq təəssüf ki, işsizlikdən əziyyət çəkənlərin sayı durmadan artır.

Mövzu ilə bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, idarəetmə sistemi düzəlmədikcə işsizlik problemi bitməyəcək.

“Uzun illərdir Azərbaycanda bütün iqtisadi məqsədlərin Bakı və Abşeronda cəmlənməsi rayon və kənd əhalisinin şəhərə axın etməsinə səbəb olur. Regionlarda işsizlik problemi böyükdür. Eyni zamanda, mövcud iş yerlərində də maaşlar çox aşağıdır. Bu isə son 30 ildə Bakıya kütləvi axına səbəb oldu. Amma şəhərə axının digər səbəbləri də var. Regionlarda idarəetmənin uzun illərdir bərbad olması, yəni yerli icra hakimiyyəti orqanlarının özünü “padşah” kimi aparması insanlara çox təsir göstərir. Bakıya nisbətən rayonlarda bu vəziyyət daha pisdir. Digər səbəb mədəni infrastrukturun olmamasıdır. Rayonlarda gənclərə uyğun məşğuliyyət yoxdur. Kino, teatr kimi mədəni tədbirlərin olmadığı üçün işləsələr belə, bir müddət sonra oradakı monoton həyatdan sıxıldıqlarına görə Bakıya gələrək həyatlarına rəng qatacaqlarını düşünürlər. Problemin həlli üçün əsas çıxış yolu idarəetmənin dəyişdirilməsidir. Yerli icra hakimiyyətləri ləğv edilməli, seçkili meriya institutları və bələdiyyə institutlarının idarəsinə keçmək lazımdır. Onlar insanlara daha yaxın olacaq, problemlərini dinləyəcək. Bundan sonra addım-addım iqtisadi və mədəni fürsətlər də yaranacaq”.

Müşahidələr göstərir ki, bəziləri həqiqətən işsizlik ucbatından şəhərə köçsə də, bəziləri hər cür imkanı olduğu halda bu imkanları “şəhərli” olmaq üçün geridə qoyub, şəhərə köçürlər ki, özlərini “müasir” hiss etsinlər. Öz mal-qarasından, əkin sahəsindən, evindən, işindən və s. imtina edən insanlar “müasir” olmaq üçün şəhərdə gəlib kirayə qalmağa, daha aşağı əməkhaqqı və ya işsizlik ilə yaşamağa razı olur. Məhz bu cür insanlara görə şəhərin yüklənməsi, bahalaşma kimi problemlər yaranır. Təbii ki, bu insanlar işsizliyə görə gələnlərin az qismini əhatə edir. Onların əksinə olaraq, həqiqətən məcbur qalıb öz doğma yurdunu istəməyərək tərk edən insanlar heç də az deyil.

Problemin daha bir üzü ali təhsilli insanların regionlarda iş tapa bilməməsi ilə bağlıdır. Bu problem onları şəhərə köməndən sonra da izləyir. İllərlə oxuyub, karyera qurmaq xəyalları ilə ali təhsili başa vurur, amma sonda gedib ya ofisiant, ya da satıcı işləməyə məcbur qalır. Bu problemin qarşısını almaq üçün müvafiq sahələr üzrə iş yerlərinin çoxaldılması, yenicə universiteti bitirmiş şəxslərdən 2-3 illik iş təcrübəsi tələb etmək yerinə, onlara təcrübə keçib, işlə təmin edilmələrinə fürsət yaratmaq lazımdır. Bu, həm region, həm də şəhər sakinləri üçün çox vacibdir. Eləcə də heç təhsili olmayan şəxslər işsizliyə məhkum olmamalıdır. Ali təhsilin olmamağı bacarıqsızlıq deyil. Hər kəsin mütləq ki, bacardığı bir iş var. Məhz onların yaşamaq şansını əlindən almaqdansa, yaşatmağa şans yaratmalıyıq.

Ümid edək ki, indi işsizlikdən əziyyət çəkən insanlar bir gün yaşayış yerini dəyişməyə məcbur qalmadan sevdiyi işə sahib olar. Bu cür problemlərin həlli üçün həm dövlət, həm də özəl sektorlar əlindən gələni etməlidir.

Xalqın güzəranı nə qədər yaxşı olsa, dövlət bir o qədər güclü olar. Dövlətin gücü də xalqın xoşbəxtliyinə yönəlməlidir. Xoşbəxtliyimizin qeydinə qalaq!
Pressklub.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO