[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Altın kelebek"in Azərbaycandan olan namizədləri

“Altın Kelebek” mükafatlarına Azərbaycandan namizəd göstərilənlərin kimliyi bəlli olub.

Bununla bağlı “Pantene Azərbaycan” instaqram hesabında paylaşım edib.

Siyahıda "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi yer alıb.

Onlar gecədə "Ulduzu parlayanlar" kateqoriyasında mübarizə aparacaqlar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda son bir ayda 9 qadın qətlə yetirilib

İranda bir aydan az müddət ərzində doqquz qadın və qızın ər və ya qardaşı tərəfindən öldürülməsi faktı qeydə alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, son ayda qətllər İranın Babol, Ənzəli, Zabol və Şiraz şəhərlərində daha çox törədilib.

Bir sıra insan haqları təşkilatlarının statistik göstəricilərinə əsasən, bu ilin son 6 ayında İranda ən azı 52 qadın öldürülüb. Bu qadınlardan 28-i əri tərəfindən, dördü nişanlısı, üçü keçmiş əri, səkkizi atası, altısı isə qardaşları tərəfindən qətlə yetirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı


MƏQAM MTK-nın vəzifəli şəxsləri tərəfindən Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsinin 38.07 kv.metr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qərbi Azərbaycan Xronikası: “Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər Qafqazda türk islam tarixini ərəbləşdirməyə, farslaşdırmağa çalışır” adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə şər və böhtan mərkəzləri sayılan Ermənistan mənbələrində gizlədilən Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazisində yaratdıqları çoxəsrlik sivilizasiyasından, ermənilərin İrəvan şəhərindəki tarixi yerlərin, abidələrin izini itirməsindən bəhs olunur.
Bildirilir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq bölməsinin Ərəbşünaslıq şöbəsinin İrəvanda islam mədəniyyəti ilə bağlı hazırladığı audiovizual multimedia layihələrində əsl gerçək – İrəvanda Azərbaycan xalqının silinməz izləri, adlar, saxtalaşdırmalar üzə çıxır: “1992-ci ildən başlayaraq bəzi ərəb ölkələrinin vəsaiti ilə 1 600 erməni yerlərdə təcrübə keçib. Məhz onların vəsaiti hesabına şöbə Suriya, Livanda yaşayan ermənilər ilə əlaqələrin qurulması, eyni zamanda Qafqazda türk islam tarixini ərəbləşdirmək, farslaşdırmaq işi ilə məşğul olurlar”.
Diqqətə çatdırılır ki, İrəvan şəhəri 500 il bundan əvvəl Rəvanqulu xan tərəfindən salınıb və xanın şərəfinə Rəvan, sonra isə İrəvan adlandırılıb:
“Ən görkəmli tikililər arasında Sərdar sarayı və Abbas Mirzə məscidi var idi. Məscid silah anbarına çevrildi. Qala ərazisində “Glendale hills” yaşayış massivi və şərab zavodu yerləşir. Qantar bazarının yerində Kirov parkı salınıb. “Yerevan” hotelinin yerində isə Zal xan məscidi yerləşirdi. Zal xan məscidi kluba, sonralar Rəssamlar İttifaqının binasının bir hissəsinə çevrildi”.
Qeyd olunur ki, İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olmasını tarixi qaynaqları təsdiq edir. Bayırşəhər əsasən üç böyük məhəllədən - Şəhri (Əski şəhər), Təpəbaşı və Dəmirbulaq məhəlləsindən ibarət idi. Burada bir çox tikililər yerləşirdi. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə azərbaycanlılardan ibarət olmasını ilk mənbələr də təsdiq edir.
Sonda vurğulanır ki, İrəvan tarixinin 1918-ci ilə qədər hər ili Azərbaycan türkləri ilə bağlıdır: “1918-ci ildə qondarma erməni dövlətinin paytaxtı olandan sonra erməni siması alan qədim şəhərin məhəllələri, teatrı, məktəb, gimnaziyaları, ədəbi-mədəni mühiti oğuz türkləri ilə bağlıdır. Onlar “Böyük qayıdış” ilə tarixi-mədəni gerçəkləri bərpa edəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstanın hakim partiyası Zurabişvilini prezident adlandırmamaq qərarına gəlib


“Partiya üzvləri Salome Zurabişvilinin statusuna tamamilə məhəl qoymadan, bundan sonra onu prezident adlandırmayacaqlar”.

Bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

“Onun xalqın seçdiyi deputatlar, onu seçən çoxluq tərəfindən legitimliyi yoxdur. Ona görə də biz onu prezident deyil, sadəcə olaraq Salome Zurabişvili... müxalifət siyasətçisi adlandıracağıq”, - deyə Mdinaradze bildirib.

Qeyd olunur ki, bu bəyanat “Gürcü arzusu”nun Zurabişvilinin Avropa dövlətinə hökumətlə razılaşdırılmamış səfəri zamanı Fransanın LCI telekanalına verdiyi müsahibədən narazı qalması fonunda verilib.
Xüsusilə, bu müsahibəsində Salome Zurabişvili Çin Prezidenti Si Cinpinin uyğurlara qarşı hərəkətlərinə görə mühakimə oluna biləcəyini bildirib.

Həmçinin jurnalistlərlə söhbətində o, Gürcüstan, Moldova və Ukraynanın eyni zamanda, üçlük şəklində Avropa Birliyinə daxil olmasını təklif edib. Onun sözlərinə görə, bu hadisə 2030, 2031 və ya 2029-cu ildə baş verə bilər.

Mənbə: Newsgeorgia.ge
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
188 YÜKDAŞIMA: 188 MİN PROBLEM... - TƏFƏRRÜAT
188 yükdaşıma şirkəti ilə bağlı kifayət qədər şikayətlər var. Yenə də 188 Yükdaşıma şirkəti özünün keyfiyyətsiz işi ilə diqqətə gəlir.

Tribunainfo.az-a şikayətini bildirən Bədəlova Kamilə xanım bildirir ki, keçən il188 Yükdaşıma Xidməti-nə müraciət edib.

Rəşid Behbudov küçəsindən Yasamala daşınan əşyaların çoxusu sındırılmış halda olub.

Şikayətçi bildirir ki, “çox səs-küy qaldırmadım, bəzi əşyaları, çılçıraq, cızılmış mebeli düzəltdilər lakin 3 qapılı şkafın bir hissəsi boydan-boya güzgülü idi. Güzgünü qırıq-qırıq etmişdilər. Müraciətimdən sonra gəlib apardılar. Və mənə dedilər ki, 3 ay ərzində sınan güzgünü düzəldəcəyik. Artıq noyabr ayı idi. Üstündən 4 ay keçdi. Mart ayında mən özüm müraciət etdim və mənə dedilər ki, sizinlə əlaqə saxlayacağıq. Hər dəfə mən zəng etdikdə söz verirlər, lakin aldadırlar. Daha sonra mən yükdaşıma xidmətində problemlərə baxan şöbə müdiri Səfər bəylə əlaqə saxladım. Fikirləşdim ki, məsul şəxs olduğu üçün problemimi qısa zamanda həll edəcək. Səfər bəylə də eyni telefon zəngləri, yola vermələr və beləliklə 3 ay keçdi. Axırda mən bildirdim ki, sınmış qapının yerini mənə deyin mən özüm gedim düzəltdirim. Nə sınığı verirlər nə də düzəltdirib verirlər”.

“Buna görə də son olaraq onu demək istəyirəm ki, 188 Yük Taksi xidmətindən istifadə etməklə yük daşımaq çox risklidir, çünki böyük məbləğdə ziyana uğraya bilərsiniz”.

Mövzu ilə bağlı Tribunainfo.az olaraq 188 Yük Taksisi ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışdıq. Səlahiyyətli şəxslər şikayətin mediada işıqlandırılmasının əleyinə oldular. Jurnalistlərin şikayət xəbərləri hazırlamasına etiraz etdilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstanda uşaq bağçasının yaxınlığında atışma: yaralanan var


Tbilisinin Nino Jvaniya küçəsindəki uşaq bağçalarından birinin yaxınlığında atışma olub, nəticədə valideynlərdən biri yaralanıb.

Hadisə səhər saatlarında baş verib.

Hadisənin digər təfərrüatları məlum deyil.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşımanı nəzərdə tutan 117 və 236-cı maddələri ilə istintaq başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maaşlar yenə azaldı: “Sinxron” dəyişikliyin səbəbi nədir? – Ekspertdən açıqlama

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 919 manat 80 qəpik olub.
Yeniavaz.com bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 3 manat 20 qəpik azalıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda ilin əvvəlində orta aylıq əmək haqqı artmağa başlayır, sonra azalmağa. İlin sonunda isə yenidən artmağa başlayır. Bu tendensiya son illər dəyişməz olaraq qalır.
Son 3 ildə ölkədə aylar üzrə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:
Maaşlar yenə azaldı: “Sinxron” dəyişikliyin səbəbi nədir? – Ekspertdən açıqlama

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqılama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, orta aylıq əmək haqqının bu şəkildə dəyişməsi yaşa görə əmək pensiyasının indeksləşdirilməsi ilə bağlı ola bilər:
“Bildiyimiz kimi, Azərbaycanda əmək pensiyaları əmək haqqının artım tempinə uyğun indeksləşdirilir. İlin sonunda əmək haqqı nə qədər artsa, pensiyalar da o qədər artırılır. Belə görünür ki, pensiyaları nə qədər artırmaq lazım olduğunu əvvəlcədən planlayırlar və ilin sonunda rəqəmlər üst-üstə düşsün deyə əmək haqqını süni şəkildə azaldıb-artırırlar. Əks halda, əmək haqqında bu cür “sinxron” dəyişikliyin olması ehtimalı azdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MEDİA qəzet və saytlar üçün müsabiqə elan etdi


Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.

Bu barədə MEDİA-dan bildirilib.

Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.

"Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir", - məlumatda deyilir.

Müsabiqənin qaydaları ilə buradan tanış olmaq mümkündür.

MEDİA onlayn media subyektlərinə dəstək üçün də müsabiqə elan edib. Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.

Müsabiqənin qaydaları ilə buradan tanış olmaq mümkündür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda torpaqlar vətəndaşlara necə paylanılacaq? - Nazir müavini ilə MÜSAHİBƏ

“Tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir”.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “APA-Economics”ə müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Sahib müəllim, 2024-cü il və sonrakı 3 ilin büdcə layihələrinin komitələrdəki müzakirəsi zamanı siz öz çıxışınızda qeyd etdiniz ki, gələn ilin büdcəsinin gəlir hissəsinin icrası üçün etibarlı zəmin yaradılıb. Belə deməyə əsas verən nələrdir?

- 2022-ci ildə dövlət vergi orqanları öz tarixində ilk dəfə dövlət büdcəsinə 15,543 milyon manat vəsaitin daxil olmasını təmin ediblər. Bununla da Dövlət Gömrük Komitəsinin büdcəyə köçürdüyü vəsaitlə (5 milyard 654,6 milyon manat) birlikdə tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir.

2023-cü ilin 9 ayı ərzində büdcəyə proqnozdan əlavə vergi daxilolmaları 723,5 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə proqnozdan əlavə vergi daxilolmaları 415 milyon manatdan çox olub. Bütün bunlar ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların, o cümlədən vergi islahatlarının, şəffaflaşmanın nəticəsidir.

İqtisadiyyatımız dayanıqlı olaraq inkişaf edir, yeni sənaye parkları və sənaye məhəllələri, aqroparklar yaradılır, bərpaolunan enerji istehsalı sahəsində ilk uğurlu addımlar atılıb. Bütün bunlar nikbin olmaq üçün ciddi əsaslardır.

- Azərbaycanla Özbəkistan investisiya həcmi 104 milyon manat olan minik avtomobillərinin istehsalı kompleksini yaradır. Avtomobil istehsalı sahəsində ixtisaslaşmış böyük şirkətlər və ölkələr olduğu halda bu layihə niyə Özbəkistanla həyata keçirilir?

- Əvvəla “UzAuto” Mərkəzi Asiya regionunda ən böyük avtomobil şirkətidir. 2021-ci ilin məlumatlarına əsasən, “UzAutoSanoat” Aksioner Cəmiyyətində 27 min nəfər çalışır, onunla əlaqəli sahələrdə 200 mindən çox yeni iş yerləri yaradılıb. Cəmiyyətin illik məhsul istehsalı 4 milyard ABŞ dollarından çoxdur ki, bu da Özbəkistanın ÜDM-nin 7,3%-ni təşkil edir.

İki il əvvəl Daşkənddə olarkən mən bu şirkətin 3 zavodunda və bu sahə üçün mütəxəssis hazırlayan universitetdə olmuşam. Qeyd etməliyəm ki, çox müasir zavodlardır və onları idarə edən mütəxəssislərin bir qismi ABŞ, Yaponiya, İtaliya və başqa inkişaf etmiş ölkələrdə təhsil almış yüksək hazırlıqlı özbək mütəxəssislərdir. Kadr hazırlanması üçün İtaliyanın Turin Politexnik Universiteti ilə birgə universitet yaradıblar. Yeri gəlmişkən, hazırda bizdə də ixtisaslı mühəndislərin hazırlanması üçün Turin Politexnik Universiteti ilə ADA Universiteti arasında akademik əməkdaşlığa başlanılıb. Özbəkistanda bu sahədə 200 min nəfərdən çox insanın çalışması texniki səviyyədə yeni bir ziyalı təbəqəsinin yaranmasına səbəb olub. ABŞ-nin məşhur “General Motors” şirkəti ilə birlikdə istehsal edilən genişçeşidli avtomobillər ölkəyə böyük vəsait qazandırmaqla yanaşı, yeni ziyalı, mühəndis təbəqəsinin yetişməsində böyük rol oynayıb.

İstehsal olunan avtomobillərin 500 milyon ABŞ dollarından da çox hissəsi ixrac olunur.

Özbəkistanı Azərbaycana bağlayan mədəni, iqtisadi və tarixi kökləri də nəzərə almaq vacibdir. Özbəkistan Qarabağda, işğaldan azad olunmuş Füzulidə böyük bir məktəb tikib istifadəyə verib, bu təhsil ocağının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər Özbəkistan Prezidenti də iştirak edib.

Biz bu günə qədər iki ölkə ilə birlikdə İnkişaf Fondu yaratmışıq. Özbəkistanla 500 milyon dollarlıq, Qırğızıstanla isə 25 milyon dollarlıq. Bu da bizim iqtisadiyyatlarımızın gələcək inkişafında öz müsbət rolunu oynayacaq.

Məlumunuz olduğu kimi, Naxçıvanda “NAZ Lifan”, Neftçalada isə “Xəzər” avtomobil zavodları var idi. Özbəkistanlılar təklif etdilər ki, biz sizinlə birgə avtomobilin istehsalını təşkil edə bilərik. İki il əvvəl biz Hacıqabulda sənaye məhəlləsində bu işləri həyata keçirməyə başladıq. Bu zavodda keyfiyyət və qiymət baxımından münasib, genişçeşidli avtomobillər istehsal ediləcək.

- Sahib müəllim, son dövrlər Azərbaycanın ixracının azalmasının səbəbi nədir?

- İxracın azalması əsasən neft sektorunda baş verir ki, bu da təbii bir prosesdir, yəni çıxarılan neftin həcmi azalır. Qeyri-neft sektoru üzrə məhsul ixracında isə əksinə artım müşahidə olunmaqdadır. Əvvəllər bizim qeyri-neft məhsulları ixracında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi. Artıq Azərbaycanda ixracın strukturu dəyişir. Bu gün bizdə qeyri-neft-qaz sahəsindəki ən əsas məhsulumuz elektrik enerjisidir. Təkcə cari ilin 9 ayında 330 milyon dollarlıq elektrik enerjisi ixrac etmişik. Kimya sənaye məhsullarının ixracında da artımlar var.

Yeri gəlmişkən, şərabçılıq sahəsinin potensialına da toxunmaq istəyirəm. Vaxtilə bu sahə tarixən ölkəmizin ən gəlirli sahələrdən biri olub. Ancaq Mixail Qorbaçovun anti-alkoqolizm siyasəti nəticəsində üzümçülük təsərrüfatları məhv edildi. 1983-cü ildə ölkəmiz 2 milyon tondan çox üzüm istehsal etmişdi. Belə bir məlumat var ki, 1984-cü ildə Azərbaycanın şərabçılıq məhsullarından aldığı gəlir, hətta neftdən aldığı gəlirdən də çox olub. Bizim ən böyük ixrac olunan şərabçılıq məhsulumuz bütün SSRİ məkanında məşhur olan “Ağdam” şərabı idi. SSRİ dağılandan sonra Baltikyani ölkələrdən biri “Ağdam´s” brendi adı altında şərab məhsulları istehsalına başlanılmışdı, ancaq bu uğursuz oldu. Artıq bu brendin bizə məxsus olması təmin edilib və gələcəkdə “Ağdam” şərab brendi altında məhsul istehsalı ilə bağlı təkliflər var.

İndi Azərbaycanda şərabçılıq məhsullarının istehsalı inkişaf edir, çox yüksək keyfiyyətli şərabçılıq məhsullarımız var. Lakin etiraf etməyə məcburuq ki, hələlik biz bu məhsulların istehsalında yalnız 1969-cu il səviyyəsinə çatmışıq. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq bu sahəyə diqqət ildən-ilə artır və ümid etmək olar ki, yaxın gələcəkdə ciddi müsbət dəyişikliklərə baş verəcək.

- Gələcək layihələr və inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanda iqtisadi inkişafla bağlı çox ciddi proseslər gedir. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf proqramı və milli prioritetlər müəyyən olunub.

Diqqətinizi iki vacib məsələyə cəlb etmək istərdim.

Birinci məsələ, yaşıl enerji və hidrogen istehsalı ilə bağlıdır və bu işlərlə bağlı ilk uğurlu addımlar atılıb. 2030-cu ilə qədər istehsal ediləcək enerjinin 30%-ni yaşıl enerji təşkil etməlidir və bu sahədə bizim çox böyük ixrac potensialımız var.

Digər məsələ, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Qarabağda iki sənaye zonası yaradılıb. Bunlar Ağdam Sənaye Parkı və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.

- Qarabağda torpaqların vətəndaşlara paylanılmasına başlanıbmı?

- Məndə olan məlumata görə, bu, hələlik müzakirə predmetidir. Təcrübə göstərdi ki, torpaqların bölgüsündə yeni yanaşmalardan istifadə olunmasına ehtiyac var.

Buradakı əsas problemlərdən biri torpaqların konsolidasiyası məsələsidir. Qeyd edim ki, 90-cı illərin əvvəllərində həyata keçirilmiş torpaq bölgüsü bir çox müsbət nəticələrlə yanaşı, bəzi problemləri də üzə çıxardı.

Məsələn, yanaşı torpaq sahələrində biri noxud, digəri pambıq, digəri isə başqa bir məhsul əkir. Nəticə isə bundan ibarətdir ki, həmin torpaqlardan səmərəli şəkildə istifadə etmək, yüksək məhsul əldə etmək mümkün olmur. Kənd təsərrüfat texnikasından istifadə, suvarma, müasir aqrotexniki qaydaların tətbiqi ilə bağlı bir çox suallar ortaya çıxır.

Düşünürük ki, işğaldan azad olunmuş torpaqlarla bağlı bu sualların qarşısının vaxtında alınması mümkün olacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO