[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə və Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.

Avropanın “Euractiv”, “Reuters”, “France24”, “Deutsche Welle”, “Nouve lobs”, “Vlt” və digər KİV-lərinin yaydığı materiallarda Azərbaycan Prezidentinin fikirlərinə istinadla Fransanın Cənubi Qafqazda stabilliyi pozduğu, separatizm meyillərini və separatçıları dəstəklədiyi qeyd olunur.

Yazılarda Prezident İlham Əliyevin Fransanın Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirdiyini, revanşist qüvvələri təşviq etdiyini, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırladığını vurğuladığı bildirilir. Həmçinin Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə etdiyi, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olduğu, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər etdiyi vurğulanır.

Məqalələrdə Azərbaycan Prezidentinin Fransanı başqa dövlətlərə dərs keçmək praktikasına son qoymağa çağırdığı bildirilir. Prezident İlham Əliyevin, həmçinin Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını, Ermənistanın isə Fransa hökumətinin marionetinə çevrildiyini və bunun regional sabitliyə ciddi təhlükə ola biləcəyini vurğuladığı qeyd olunur.

Materiallarda Prezident İlham Əliyevin Ermənistan hökuməti və ictimai rəyində Fransa hökumətindən gələn yanlış mesajların onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaratdığını dediyi bildirilir.

Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Komsomolskaya pravda”, “RBK”, “Arqumentı nedeli”, “News.ru”, “Lenta”, “Pravda”, “Vzqlyad”, “Veçernaya Moskva” və digər KİV-ləri Azərbaycan Prezidentinin Ermənistanın Fransanın məsləhəti ilə sülh müqaviləsinin imzalanmasını yubatması barədə fikirlərini önə çıxarıblar. Həmçinin Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransa hökumətinin marionetinə çevrilməsi barədə dediklərinə diqqət çəkilib.

Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsini sərt şəkildə pislədiyi bildirilir. Materiallarda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanı öz gələcəyini qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.

Bosniya və Herseqovinanın “Slobodna Bosna” portalı da Azərbaycan Prezidentinin Fransa kolonializmini ifşa etdiyi fikirlərə yer ayırıb. Prezident İlham Əliyevin Fransanın qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olduğunu, törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışdığını vurğuladığı qeyd edilir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulmasının isə onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini qeyd etdiyi bildirilir.

Yazıda Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırdığını və bunu ictimai şəkildə bildirdiyini, Ermənistanın isə yeni bir müharibəyə başlamaq qərarı verərsə, bunun, ona kömək etməyəcəyini vurğuladığı qeyd olunur.

Türkiyənin Anadolu Agentliyi, Nigeriyanın “The eagle online”, Uqandanın “Monitor”, Hindistanın “First post”, “Times of India”, Sinqapurun “Channel News Asia” kimi media qurumları tərəfindən yayımlanan xəbərlərdə Azərbaycan Prezidentindən sitatlar gətirilərək, Fransanın təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eləcə də Cənubi Qafqazda stabilliyi pozduğu vurğulanır. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyi bildirilir.

Gürcüstanın “Interpress news”, “Geotimes”, “Netgazeti”, “Palitra news”, “Aktual” portalları dövlətimizin başçısının xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirləri ilə bağlı silsilə materiallar yayıblar. Azərbaycan Prezidentinin fikirlərinə istinadla yayılan materiallarda Fransanın Cənubi Qafqaz regionunda yeni müharibələr üçün zəmin hazırlaması, müstəmləkəçilik siyasətindən əl çəkə bilmədiyi, Avropadan kənarda yaşayan xalqların hüquqlarına və istəklərinə hörmətlə yanaşmadığı qeyd olunur.

Ukraynanın “İnterfaks-Ukrayna”, “Korrespondent”, “Yevropeyska Pravda”, “1 News” və digər KİV-lərində dərc olunan məqalələrdə də Azərbaycan Prezidentinin Ermənistanla aparılan danışıqlar, xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirlərinə geniş yer verilib. Məqalələrdə Prezident İlham Əliyevin sözlərinə istinadla vurğulanır ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Azərbaycana müharibə lazım deyil. Azərbaycan öz ərazisində vuruşub və ədaləti, beynəlxalq hüququ bərqərar edib. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın regionda sülh istəyinə dair çağırışları da yer alıb.
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samanta Pauer buna cəsarət etməyib - Hacıyev


Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb.

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb”, – Prezidentin köməkçisi qeyd edib.

Onun fikrincə, sözügedən siyasət indi də “eyni formada və təzahürdə davam edir”.

“Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”, – o nəql edib.

Eyni zamanda, Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb:

“Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-ın dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan XİN başçısı KTMT iclasına qatılmayacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-də Minskdə keçiriləcək görüşə qatılmayacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Belarus xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı zamanı Ermənistan-Belarus gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Belarusda təşkil olunacaq KTMT liderləri sammitində iştirakdan imtina edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvan niyə Moskvadan “azərbaycanlı casusun” tutulmasını tələb etmir? - İLGİNC
İrəvanda yeganə sinaqoq olan “Mordexay Ha-Navi” yenidən təhqir edilib. Noyabrın 16-da İrəvanda naməlum şəxsin sinaqoqun qapılarını yandırmağa cəhd etməsi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə sinaqoqun yandırıldığını əks etdirən video yayılıb. Kadrlarda naməlum şəxs sinaqoqun yanındakı qarajın qapısına yandırıcı maddə tökərək onu yandırır, sonra isə sinaqoqun özünün qapısını yandırır.

Hətta bundan əvvəl, oktyabrın 3-də sinaqoq hücuma məruz qalmışdı. Naməlum şəxslər binaya içərisində spirt olan butulka atıb, pəncərələri sındırıb və binanın divarlarına ketçup töküblər.

Bir ayyarım vaxt keçdi və hadisə təkrarlandı. Belə görünürdü ki, məntiqlə ilk vəhşilik hadisəsindən sonra Ermənistan hakimiyyəti sinaqoqda təhlükəsizliyi gücləndirməli, təqsirkarların müəyyən edilməsi üçün araşdırma aparmalı idi. Lakin təəssüf ki, bunlar baş vermədi və hadisə yenidən təkrarlandı.

Daha bir açıq antisemitizm hadisəsi Ermənistan hakimiyyətini hadisəyə reaksiya verməyə məcbur etdi. Belə ki, Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Anait Manasyan baş vermiş hadisə ilə bağlı narahatlığını bildirib və qeyd edib ki, dini struktura hər hansı təcavüz yolverilməzdir və qınanmağa layiqdir: “Ermənistanda dini, milli və ya digər xarakterli ksenofobiyanın heç bir təzahürü yoxdur”.
İrəvan niyə Moskvadan “azərbaycanlı casusun” tutulmasını tələb etmir? - İLGİNC

Öz növbəsində, Ermənistan Baş nazirinin müşaviri və Ermənistanın milli azlıqlar üzrə şurasının sədri Artaşes Tumanyan qeyd edib ki, İrəvanda yəhudi sinaqoqunu yandırmaq cəhdi narahatlıq doğurur, xüsusən də bu hal birinci dəfə baş vermirsə. “Armenpress”lə söhbətində Tumanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün araşdırma aparır və hadisənin qəsdən törədildiyi sübuta yetirilərsə, Ermənistan hakimiyyəti hadisəni birmənalı şəkildə pisləyəcək.

“Əminəm ki, Ermənistan cəmiyyətinin də münasibəti eyni olacaq. Ölkəmizdə dini, milli və ya digər xarakterli ksenofobiyanın təzahürləri yoxdur. Cəmiyyətimizdə milli azlıqlarla bağlı tolerantlıq və qarşılıqlı hörmət mühiti hökm sürür. Üstəlik, milli azlıqların nümayəndələri ictimai həyatın bütün sahələrinə cəlb olunublar”, - deyə o söyləyib.

Lakin SSRİ-nin dağılmasından və ölkə müstəqillik əldə etdikdən sonra Ermənistanda gedən prosesləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, tolerantlığı, başqa xalqlara və mədəniyyətlərə hörməti qəbul etməyən erməni cəmiyyətində quduz millətçilik hökm sürür. Son onilliklər ərzində Ermənistanda antisemitizm halları çox tez-tez təkrarlanır. Eyni zamanda, antisemitizm faktları təkcə gündəlik səviyyədə deyil, Ermənistanın hakimiyyət nümayəndələri və ziyalıları arasında da qeydə alınır. Bu faktlar antisemitizmin Ermənistanda dərin kök salması fikrini təsdiqləyir.

Buna baxmayaraq, Ermənistanda sinaqoqun təhqir olunması ilə bağlı son halların xarici qüvvələrlə bağlı olduğunu düşünürlər. Məsələn, Ermənistanın Baş ravvini Qerşon-Meir Burşteyn bildirib ki, İrəvanda sinaqoqu yandırmaq cəhdi siyasi deyil, erməniləri antisemitizmdə yalandan ittiham etmək məqsədi ilə qurulan tamaşadır və nümayiş xarakteri daşıyır.

“Yanğın törədənlərin hərəkətlərinə, səhər saat 04.30-dan 05.30-a qədər olan bu hərəkətlərin vaxtına və yanaşmanın özünə əsaslanaraq əminliklə deyə bilərik ki, bu, sinaqoqa etiraz deyil, təxribatdır. Adətən nəyəsə etiraz edən gizlənmir, bunu açıq şəkildə, görünən üzlə edir”, - deyə ravvin baş verənləri izah etmək üçün kifayət qədər qəribə düstur seçib.

Burşteyn onu da diqqətə çatdırıb ki, videonun orijinal mənbəyi “ASALA Young” adlı “Telegram” kanalıdır, daha sonra Azərbaycanın “Qız qalası”, “Caspian Live” və digər kanalları onu yaymağa başlayıb.

İrəvandakı Yəhudi Evinin rəhbəri Nataniel Trubkin ravvinin sinaqoqların yandırılmasının təxribat olduğu fikrini bölüşür: “Bu, yəhudilərə qarşı deyil, Ermənistanı dözümsüz ölkə kimi təqdim etmək üçün onun özünə qarşı yönəlmiş növbəti aksiyadır. Mən sizi təxribatlara boyun əyməməyə çağırıram”.

Sinaqoqun təhqir olunması ilə bağlı Ermənistan İstintaq Komitəsi bəyanat yayıb və qeyd edib ki, dini bina ölkədə yaşamayan və Ermənistan vətəndaşı olmayan şəxs tərəfindən yandırılıb: “Hücum edən şəxs bütün hərəkətləri videoya çəkib və kadrlar dərhal Azərbaycanın “Telegram” kanallarından birində görünüb. Cinayətkar yanğından dərhal sonra Ermənistan ərazisini tərk edib”.

İstintaq Komitəsinin “Azərbaycan izi” versiyası da Ermənistanın bir sıra “Telegram” kanalları, o cümlədən hökumətyönlü “Baqramyan 26” kanalı tərəfindən yayılıb. Baxmayaraq ki, Ermənistan hakimiyyəti dərhal ölkəni tərk etmiş təxribatçının kimliyini müəyyən etdiklərini iddia etdiyi üçün onun pasport məlumatlarını bilməli və müvafiq olaraq onun saxlanılması üçün (getdiyi iddia olunan) Rusiya hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalıdırlar. Amma bunun əvəzində erməni nümayəndələri günahı özlərində yox, Rusiya və Azərbaycanı ittiham etməyə üstünlük verirlər.

Yuxarıda qeyd olunduğu kimi, antisemitizm erməni cəmiyyətində dərin kök salıb. Antisemitizmi qızışdırmaqla guya Ermənistana qarşı təxribatlar törətməkdə Azərbaycana qarşı səsləndirilən ittihamlarla əlaqədar olaraq, Ermənistanın yəhudi icmasının lideri Rimma Varjapetyan-Fellerin sözlərini sitat gətirmək istəyirəm.

Onun sözlərinə görə, son üç ayda Ermənistanda antisemitizmin artması tendensiyası müşahidə olunub: “Yəhudi icmasına qarşı yazılar dərc olunub, ravvinə qarşı təhdidlər edilib. Naməlum şəxs zəng edərək yəhidilərin “koşer” yeməyinin olub-olmadığını soruşub. Təsdiq aldıqdan sonra o, sobada bişmiş iki qızardılmış yəhudi sifariş verdiyini söyləyib”.

Bu siqnallara məhəl qoymayan Ermənistan hakimiyyəti son antisemitizm hadisəsini inkar etməyə çalışır, baxmayaraq ki, sinaqoqun təhqir olunmasına görə məsuliyyət daşıyan hər kəsə aydındır və bu hadisə sonuncu olmayacaq…


Müəllif: Asif Aydınlı - Mənbə: AYNA.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BDU-nun gözü qarşısında tələbələr üçün QƏLYAN KEYFİ... - AXI NİYƏ?

...Bakı Dövlət Universitetinin ərazisində tələbə yeməkxana və çayxanası var...

Eləcə də universitetin giriş və çıxışındakı küçələrdə... Hərə öz arşını ilə hamıya, o cümlədən tələbələrə iaşə xidməti göstərir. Lakin BDU tələbələrindən birinin "Təzadlar"a göndərdiyi gileyli məktub diqqətimizi bir məsələyə çəkdi.

Beləliklə, "Azərbaycan" nəşriyyatının yerləşdiyi Mətbuat prospektində (nəşriyyatla üzbəüzdə) "FAN-Çay evi" fəaliyyət göstərir( işıqforun düz yanında).

Məlum olur ki, adı çəkilən çay evi hamıya çay təklif edir, tələbələrə isə qəlyan. Bunu çay evinin çöldən-ictimai diqqəti cəlb edən yerdə asdığı iri elan lövhəsi də təsdiqləyir. Adını çəkmək istəmədiyimiz tələbə də bizə yazaraq bunu diqqətə çatdırır ki, axı, tələbələr arasında siqaret çəkənlər də ola bilir... Amma onlara güzəştli qiymət adı ilə qəlyan təklif etmək qəti doğru deyil. Güzətli qiymət təklifi isə reklam məhsuludur, tələbələri qəlyan çəkməyə (hər yerdə adına sulu qəlyan deyirlər) şirnikləndirmək, cəlb etmək isə hesab edirik ən azı qanunvericiliyə zidd hərəkətdir, milli-təhsil dəyərlərimizə zidd əməldir. İnsanlar bu zərərli vərdişdən və sağlamlığa ziyan hərəkətdən imtina etməyə çalışdığı bir vaxtda tələbələri buna cəlb etmək-şirnikləndirmək, bunu reklam etmək qəti yolverilməzdir!
BDU-nun gözü qarşısında tələbələr üçün QƏLYAN KEYFİ... - AXI NİYƏ?

BDU-nun həyətinə giriş hissədə-universitetin ərazisinə bitişik yerdə fəaliyyət göstərən "FAN-Çay Evi"nin kimə məxsusluğunu bilmirik, amma bu zərərli ictimai diqqət çəkən reklam hərəkətinin aradan qaldırmasını arzu edirik...

Mənbə: tezadlar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Hermes-S” MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir – Məhkəmə qərarı

Səbaildə pilot layihə əsasında “Hermes-S” Mənzil-Tikinti Kooperativi tərəfindən 6 il əvvəl evləri sökülüb mənzillə təmin olunmayan şəxslərlə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, Safura Əliyevanın (ad-soyad şərti) sözügedən ünvandakı 4 mərtəbəli binada 5 otaqlı, 119,5 kv.m. mənzili olub.

O, mənzil şəraitinin yaxşılaşdırılacağını güman edərək 2018-ci ildə “Hermes-S” MTK ilə “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə bağlayaraq, yaşayış sahəsini ailəsi ilə bərabər boşaldıb. Müqaviləyə əsasən, onlara “Hermes-S” MTK tərəfindən 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından mənzil və üstəlik hər ay 450 manat kirayə pulu verilməli imiş.

Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini 6 ildir yerinə yetirmir. MTK rəhbərliyi 4 ildir ki, ona kirayə pulu vermir, 6 ilə yaxındır mənzillə təmin etməyib. Safurə Əliyeva məcbur qalaraq məhkəməyə müraciət etməli olub.

“Hermes-S” MTK rəhbərliyi onun yaşadığı mənzili sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada müqavilənin şərtlərinə əməl etməyib.

“Hermes-S” MMC-nin qanuni təmsilçisi Kərimov Elçin Adil oğlu məhkəmədə ifadəsində bildirib ki, pandemiya ilə əlaqədar binanın tikintisi ləngiiyb, hazırda tikinti davam edir, iddiaçıya müqavilədə nəzərdə tutulan sahəli mənzil veriləcək. Kirayə haqlarının vaxtında ödənilməməsi isə bank hesabı üzərinə sərəncamın qoyulması olub. Artıq sərəncam ləğv edilib, ödənişlər həyata keçirilir.

Məhkəmə evi sökülən vətəndaşa “Hermes-S” MTK tərəfindən ümumi sahəsi 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından təmirli yeni mənzilin verilməsinə qərar verib. Üstəlik təmirli mənzil təhvil verilən günə kimi hər ay 450 manat olmaqla kirayə haqqı ödənilməlidir.

Qeyd edək ki, Camal Zamanov (ad-soyad şərti) və digər vətəndaşlar da “Hermes-S” MTK tərəfindən hüquqları pozularaq, sökülən evlərinin yerində tikilən binada mənzillə və kirayə pulu ilə təmin edilməyib. Məhkəmə zərərçəkmişlərin xeyrinə qərar qəbul edərək, sözügedən şirkət rəhbərliyi qarşısında vətəndaşların mənzillə və kirayə pulu ilə təmin olunması tələbi qoyub.

Onu da bildirək ki, ötən ay “Hermes-S” Mənzil-Tikinti Kooperativi MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülüb. 528.1-ci maddəyə əsasən, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meşə təsərrüfatında milyonlarla yeyinti faktı - ŞOK DETALLAR

Torpaqlarımızın işğal altında olduğu son 30 ildə düşmənin dəyirmanına su tökən, öz maddi maraqlarını dövlətin maraqlarından üstün tutanlar, “ara qarışıb, məssəb itib”, “balığı bulanlıq suda tutarlar” deyənlər, prezidentin etimadından, onlara olan etibarından sui-istifadə edənlər, bir sözlə, dövlətin əmlakını mənimsəyənlər də az olmadı. Onlardan barmaq sayı bir neçəsi qanun qarşısında cəzalandırılsa da, çoxları libasını dəyişərək, bu gün də heç nədən xəbərsiz kimi vəzifə başındadırlar və dövlət əmlakını mənimsəməklə-talamaqla məşğuldurlar.

Çox təəssüflər olsun, belələri düşünmürlər ki, dövlətinin, prezidentinin yanında olan, 30 ildən sonra torpaqlarını azad edən bu xalq, bu millət bir gün onun ətrafinda birləşərək, dövlətin əmlaklarını mənimsəyən, okeanın o tayında özünə malikanələr alan bu məmurların da cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacaqlar. Tam əminliklə deyirəm, buna heç kimin şübhəsi olmasın.

Hamımız yaxşı bilirik ki, bəzi ucqar kəndlərimizdə hələ də mavi yanacaq yoxdur, əhali yemək-içməyini bişirmək və qızınmaq üçün odundan istifadə edir. Araşdırmamız nəticəsində məlum oldu ki, bir ailə (təsərrüfat) qış aylarında yanacağa olan təlabatını ödəmək üçün ən azı 2 maşın odun almalıdır. Odunun bir maşınını isə 800 manata satırlar. Demək, bir ailə il ərzində təkcə oduna 1600 manat pul xərcləyir.

Araşdırmamız nəticəsində məlum oldu ki, respublika üzrə 954 kənd qazlaşdırılmamışdır. Həmin kəndlərdə hal-hazırda ümumilikdə 97 359 təsərrüfat var. Demək, hər təsərrüfat ildə 1600 manat verib 2 maşın odun alır, bu da (97 359 təsərrüfat X 1600 manata = 155 774.400) 156 milyon manat vəsait deməkdir. Hamımız yaxşı bilirik ki, marketlərdə-hipermarketlərdə odun satılmır. Odun, ancaq meşələrdə olur. Hər rayonun da Meşə idarəsi var. Sual yaranır, görəsən, bu odun satışından əldə olunan bu 156 milyon manat vəsaitdən Meşə İdarəsinin xəzinəsinə mədaxil edilirmi? Edilirsə, nə qədəri mədaxil edilir və bu pullar hara xərclənir?

Onu da qabaqcadan qeyd etmək istəyirik ki, Meşə idarələrinin “təbii qırıntı” hesabına əhaliyə pullu xidmət göstərməsinin nəzərdə tutulduğunu bilirik. Burada isə söhbət milyonlardan gedir!...

Görəsən, bu pullardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı vardırmı?

Bundan başqa, araşdırmamız nəticısində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təxminən 110 milyon manata yaxın pul ayrılmışdır. Bu vəsaitin də (1.384.224,0 manat + 15.496.688,0 manat +12.399.175,0 manat) 29.280.087 manatı təkcə meşə təsərrüfatı adı ilə ayrılmışdır. Bax, maraqlı burasıdır ki, bu pullar hara xərclənmişdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç vaxt bu kimi faktları təkzib edə bilməz. Deyə bilməz ki, dağ kəndlərində mavi yanacaq var və meşələrdən odun satılmır. Nazirliyin yerinə biz desək ki, odun satılmır, onda sual yaranır, mavi yanacaq olmayan kəndlərdə 97 359 təsərrüfat nəylə qızınır, nəylə bişir-düşür edirlər?

Məsələ ondadır ki, meşə idarələri odun satışından milyonlarla manat əldə etdiyi halda, bu gün 2023-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyi tərəfindən Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinə meşə təsərrüfatı adı altında ayrılmış 29.280.087 manatı hara xərcləmişdir? Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin odun satışından bir ildə əldə etdiyi pullar təxminən 156 milyon manat (155.774.400), 2023-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə təsərrüfatı adı ilə ayrılmış 29.280.087 manat vəsaitdən (155.774.400 : 29.280.087) 5,3 dəfə çoxdur.

Sual yaranır, görəsən, məmurlar bu pullardan bircə manat belə talan elədikləri meşələrin özünə xərcləmişlərmi? Dövlət büdcəsini talan edənlər düşünməsinlər ki, məsuliyyətdən yayınacaqlar. Bu gün hansısa nazirin, hansısa məmurun ona olunan etimaddan bu cür sui-istifadə edərək, vəzifə salahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq dövlət əmlakını talaması və dövlət mülkiyyətini mənimsəməsi dövlətin inkişafına təhlükədir. Hesab edirik ki, ilk dəfə azmedia.info.az-da gedən bu məlumatdan sonra məlumatların səhihliyi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılacaqdır.

Müəllif: Böyükağa ABDULLAYEV, İqtisadçı ekspert - Mənbə: Hurriyyet.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onları təltif etdi - Siyahı

Ədliyyə orqanları işçiləri təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Abasova Könül Əlisəfər qızı;

Abbasov Nazim İsa oğlu;

Abışov Vüqar İdris oğlu;

Ağayev Rüfət Salman oğlu;

Eyvazov Xəyal Astan oğlu;

Həsənli Rəşad İsmayıl oğlu;

Həsənov Zaur Rauf oğlu;

Hüseynov Rəşad Tofiq oğlu;

Qəhrəmanov Vüqar İmambala oğlu;

Mehralıyev Azər Umudvar oğlu;

Sabitova Aynur Zakir qızı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gözümüzü dünyaya BUNLAR AÇACAQSA... - İLGİNC İDDİALAR...

Ümumiyyətlə nəyin reklamı gedirsə mən çalışıram ondan uzaq durum.
Hara baxırsan Dünyagöz klinikasının reklamı gedir. Özüdə Dünyagöz Xəstəxanası yox, Hastanesi yazırlar. Elə bil bunlar Azərbaycanda yox, Türkiyədədirlər.
Ən azından insanlarını aldadıb pul qazandığınız ölkənin dilinə hörmət edin.
Deməli, bir il öncə reklama aldanıb getdim Dünyagöz Hastanesinə. Reklamda cəmi 40 manata müayinə edəcəklərini yazırdılar. 40 manatı ödəyib qalxdım həkimin qəbuluna. Bir türk var idi - Mahmud hoca. Mahmub hoca mənə baxmamış dedi get gözlərini tamaqrafiya elətdir. Tamaqrafiyaya gedəndə mənə dedilər düş aşağıda 180 manat ödə gəl. Dedim bəs niyə yazmısınız ki, cəmi 40 manata müayinə edirik?
Uzun sözün qısası 40 manatı da geri ala bilmədim, gördüm əsəblərim korlanacaq, onlara tüpürüb çıxıdım.
Bu keçən il olub.
Bir neçə gün öncə poliklinikamızın həkimi məsləhət gördü ki, gözlərimə linza qoydurum.
Bir yaxın qohumum saqqızımı ogurladı ki, Dünyagözdə Fərəh həkim var, gözlərimi ona etibar edim.
Tibbi sığortadan göndəriş götürüb yollandım o XARABAYA.
Məni təm-təraqla qarşıladılar. Dedim yəqin hər şey artıq düzəlib.
Və məni yönləndirdilər Fərəh Abduləliyevanın qəbuluna.
Bir neçə saatdan sonra növbəm çatdı. Fərəh həkim gözlərimi yoxladı və mənimlə çox gobud danışdı. Səbrimi birtəhər basdım. Aparatda gözlərimi yoxladıqca komputerdə əyləşən xanıma tibbi terminlərlə nələrisə diktə edirdi, o da yazırdı.
Sonda mənə dedi keç o biri otağa Səbinə xanım sizi başa salacaq.
Səbinə xanım komputerdə yazılanlara baxıb bildirdi ki, iki həftədən sonra gələrsiniz, gözlərinizə linza qoyulacaq. Gələndə özünüzlə min manat da pul götürərsiniz. Soruşdum ki, ay xanım bəs mən sığorta ilə gəlmişəm axı. Dedi dayı, sığotra ilə gitayski qoyulur. O da məsləhət deyil. Fərəh xanım sizə amerikanski linza yazıb.
Zəng vurdum TƏBİBƏ, mənə bildirdilər ki, sığorta xətti ilə bütün ölkəyə amerika istehsalı linzalar təklif olunur.
İndi fb-də reklamda qarşıma çıxdı ki, Dünyagöz Hastanesində sığorta ilə amerikanski linza qoyuruq.
İnsanları aldadaraq qazandığınız paralar bununuzdan gəlsin, inşallah.
Gedin görüm öz ölkənizdə bu dələduzluğu yapa bilərsinizmi. Sizə burada dələduzluq üçün bu münbit şəraiti yaradanlara da ar olsun. Elə məmurlarımız var ki, pul üçün hər.şeyə gedərlər.
Güya TƏBİB bilmir ki, Dünyagöz nə hoqqalarda çıxır?
Sadəcə sığortadan ödənilən məbləğı yarı bölurlər, vəssalam.
Bu yaxınlarda TƏBİBİN sahibi qızına etdiyi toyu görmədiniz?

Müəllif: Zərdabi Abbasov - Mənbə: Teref, Xocanın Bloqu
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağciyər Xəstəlikləri İnstitutunda ÖLÜM FAKTI - Həkim nəzarətsizliyi daha bir xəstənin həyatına son qoydu

Bir neçə gün əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ-in reanimasiya şöbəsində növbəti xəstə ölümü gerçəkləşib.

Bu barədə Hurriyyet.az-a hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Onun sözlərinə görə, həmin vaxt növbədə baş həkim Gülzar Əliyevanın təşəbbüsü ilə ixtisaslı həkim yox, "rezident" olub. Ölən xəstənin yaxın qohumları instituta gələrək mövcud vəziyyəti etirazla qarşılayıblar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma gedir.

“Əvvəlki illərdə olduğu kimi, hazırkı vəziyyətdə də müəssisə həkim-reanimatoloq yoxluğundan ciddi əziyyət çəkir. Bunun da ən başlıca səbəbi kadr siyasətinin düzgün aparılmaması, vaxtilə ixtisaslı həkimlərin sıradan çıxarılması faktlarıdır”, - deyə S.Zeynalov əlavə edir.

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT