[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Tibb Mərkəzi işi BÖYÜYƏ BİLƏR - İTTİHAM VAR...


Xeyir-şər məclislərində aşbazlıq edən Elnarə 42 yaşında Gürcüstanda necə ali təhsil diplomu aldı..? Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovanın, az qala, ölkədə məşhur rüşvətxor və korrupsioner olduğunu nəzərə alaraq uzun-uzadı girişə ehtiyac görmürük. Qısaca onu qeyd edək ki, uzun müddət Ruhi dispanserdə müalicə olunmuş, özünü vergili hesab edən Səkinə Sadıxova bir neçə ildir ki, Sumqayıt Tibb Mərləzinin direktorudur.
Aydınlıq üçün onu da qeyd edək ki, 300 min əhalisi olan Sumqayıt şəhərindəki yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən, Təcili Yardım Mərkəzindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və TƏBİB-in rəhbərliyi Səkinə Sadıxovanı Mərkəzə direktor təyin edib.
İndi özünüz Səkinə Sadıxovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin. Səkinə Sadıxova Sumqayıt şəhərindəki Təcili Yardım stansiyasına ayrılan vəsaiti, yanacağı, nə bilim, ehtiyat hissələrinin pulunu məmisəyir və bütün xərcləri yıxır sürücülərin üstünə.
Səkinə Sadıxova Sumqayıtdakı xəstəxanalarda istədiyi adamı çıxarıb pul alaraq başqasını təyin edir. Baş həkimlər etiraz edəndə onları vəzifədən çıxarmaqla hədələyir. Səkinə Sadıxova həkimlərin pulu hesabına özünə bahalı, təmtəraqlı ad günləri keçirir, bahalı imperator kəməri taxaraq fotosessiya göstərirdi. TƏBİB- in Sumqayıta təyin etdiyi Səkinə Sadıxova dövlətin xəstələrə ayırdığı dərmanları, ərzağı, qidanı sataraq yüz minlər qazanır.
İstər-istəməz sual doğur ki, dövlətdən konkret maaş alan Səkinə Sadıxova belə bahalı məclisi hansı pulla keçirir..? Hələ bu harasıdır..?
Səkinə Sadıxova satınalmalar, cari təmir və s. adı altında dövlətin yüz minlərlə vəsaitini mənimsəyib və bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bütün bunlardan əlavə, Səkinə Sadıxova heç bir tibbi təhsili olmayan, Gürcüstan Universitetindən saxta diplom alan, keçmişdə yas və toy məclislərində aşbazlıq edən Elnarə Arif qızı Məmmədovanı qurumun Kadrlar şöbəsinə müdir təyin edib. Şair demişkən, “Axsaqlar rəqs təlim ediyor...” Görəsən heç bir tibbi təhsili olmayan Elnarə ali təhsilli baş həkimlərin, səhiyyə işçilərinin əmrlərini necə hazırlayır..?
Qısaca onu da qeyd edək ki, Elnarə Məmmədova 42 yaşında, yəni 30.09.2019-cu il tarixdə Gürcüstan Millenium Universitetindən HEM 000141 saylı diplom alıb. Sözün qısası, saxta diplom məsələsi ilə bağlı biz bir media olaraq müxtəlif dövlət qurumlarına müraciət etmişik və bəlli olub ki, Elnarənin diplomu barəsində Təhsil Nazirliyinin Məlumat Bazasında heç bir söz yoxdur, yəni təsdiq olunmayıb. Görəsən, belə olan halda Sumqayıt Tibb Mərkəzinin direktoru, TƏBİB-in rəhbərliyi bu cinayət əməlinə nə üçün imza atıb..?
Həə, indi gəlirik əsas mətləb üstünə... Səkinə Sadıxova hər yerdə deyir ki, dalımda TƏBİB-in rəhbərliyi, direktorun müavini Araz Nəsirov dayanıb, mənə kimsə bir söz deyə bilməz... İndi gəlin görək, Araz Nəsirov kimdir, nəçidir ki, Səkinənin dalında belə möhkəm, bərk-bərk dayanıb...
Deməli, Araz Nəsirovun qonmadığı budaq qalmayıb, indi də qonub Səkinənin budağına... Bəli, Araz Nəsirov 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində maliyyə menecmenti ixtisası üzrə təhsil alıb. 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə təhsil alıb. 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub. Onun karyerasının bir bölümü “Xəzər Lənkəran”la bağlıdır. 2008-ci ildə cənub klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə “Palmali“ Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. Araz Nəsirov zamanında Mübariz Mənsimovun ən inanılmış kadrlarından biri olub. Türkiyədə yaşayan iş adamı onu o vaxt Azərbaycana göndərmişdi ki, “Xəzər Lənkəran”da vəziyyəti düzəltsin. Amma futboldan başı çıxmayan Araz Nəsirov vəziyyəti düzəltmək əvəzinə fultbolçuların transferi zamanı yaxşıca qazanmışdı.
İndi gördünüzmü, başqasının pullarını çırpışdırmaq bu adam üçün köhnə peşədir. Və Araz Nəsirov bu əməllərini indi də Səkinə Sadıxova ilə birgə Sumqayıt Tibb Mərkəzində davam etdirir. Necə deyərlər, KOR atın KAR nalbəndi…
Yeri gəlmişkən, TƏBİB-in icraçısı, direktoru Vüqar Qurbanov hazırda əmək məzumiyyətində olduğu üçün onu Araz Nəsirov əvəz edir və Səkinə Sadıxovanın müdafiəsi daha da möhkəmlənib… Bəli, mətbuatda və digər mənbələrdə Araz Nəsirovun bütün təhsili, iş yerləri haqqında məlumat vardır. Amma orta məktəb haqqında heç yerdə heç bir məlumat göstərilməyib. Bu haqda növbəti sayımızda...
P. S. Onu da qeyd edək ki, Səkinə Sadıxovanın, Araz Nəsirovun əməllərindən millət vəkilləri, prokurorlar və s. səlahiyyətli şəxslər zaman – zaman danışıblar. Biz isə yazmaqda davam edirik. Bizi izləyin.
Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Referans” klinikada ƏCAİB TƏLƏB: “Ərin yoxdursa, analiz götürmürük” - DƏLİXANADIR, VALLAH...

Sosioloq Sənubər Heydərova “Referans” klinikada evli olmadığı üçün qadından analiz götürülməsindən imtina edildiyini bildirib. Tribunainfo.az yazır ki, hadisə bu günlərdə yaşanıb. “Deməli bir neçə gün əvvəl müraciət edən qadınlardan birini sosial işçilərimiz həkimə aparıblar, həkimsə yönəldib analizə. Analiz üçün gediblər Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik -ə. Nəsimi bazarına yaxın olan şöbəyə. Burda qıza nə desələr yaxşıdı? Xanım evlidi? Evli deyilsə yaxma analizi götürə bilmərik. Sosial işçi qıza deyib ki, gözləyin, mən bəzi məsələləri dəqiqləşdirim. Eşidib pis olmasın deyə qızı göndərib oturmağa, deyib ki, xanım evli deyil, amma cinsi həyatı var, əgər bununla maraqlanırsızsa. Deyiblər, xeyr, məsələ bu deyil, evli olmalıdır. Bir ifritə tibb bacısı da varmış orda, elə davranıb, sanki bu müqəddəs Məryəmdi, gələnlər əxlaqsız: getsin, öz həkimi götürsün yaxmanı da. Bizə iclasda deyiblər ki, evli olmayanları götürməyin. Bax belə. Siz də deyirsiz oteldə 70 yaşlı adamdan nikah sənədi istəyirlər. Adamlar sağlamlıqlarını belə yoxlada bilmirlər bu əxlaqsız düşüncələrə görə. Bu da zorakılığı davam etdirmədir.
Referans, tibbdə utanma yoxdu deyəndə sizin bu utanmazlığınız nəzərdə tutulmurdu, yalnış anlamısız”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eksklüziv Kərbəladan Urmiyaya: kimdir günahkar? - AKTUAL

Urmiya gölü quruyur. Bu su hövzəsində əvvəllər 33 milyard kub metr su olub. İndi bu həcm 33 dəfə azalıb. Güney və Quzey Azərbaycanın bu təbiət incisinin indiki halının günahkarı Tehran hakimiyyətidir.

Bu hadisə də İrandakı rejim saxtakarlığını gizlədə bilməyib. Rejim həm din, həm də dünyəvi məsələlər baxımından özünü ifşa edib.

Hər il dini təqvimlə Məhərrəm ayında Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynə əzadarlıq edilir. Yeri gəlmişkən, Kərbəla hadisəsi – 680-ci il oktyabrın 10-da indiki Kərbəla şəhəri yaxınlığında Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüşdür. Bu döyüş İslam aləmində, xüsusən şiə və ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin, Əli ibn Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.

Hər kəsə su kimi aydındır ki, həmin hadisələrlə bağlı danışılan söhbətlərdə, mərsiyələr və rozələrdə ən çox işlədilən sözlərdən biri də sudur. İmam Hüseynin əzizlərinin İraq çöllərində dil-dodaqlarının susuzluqdan parçalanması ədəbi-bədii təsvirlərlə çox gözəl çatdırılır.

Bu bir daha sübut edir ki, susuzluq çox faciəli hadisədir. Bunu törədənlər isə əbədi lənət sahiblərdir.

Urmiya da susuzdur. Oradakı canlılar, onun flora və faunası bu hadisə nəticəsində məhv olub. Kərbəladakı və Urmiyadakı susuzluqları insan törədib. Biri təxminən 1320 il əvvəl, biri isə 30 ilə yaxındır baş verib. Bu hadisələr arasında 1300 il zaman fasiləsi olsa da mahiyyət və dəyər baxımından yaxındır. Çünki Urmiya gölünün quruması da 500 km-lik radiusdakı canlıların həyatına təhlükə yaradacaq.

Biri I Yezidin islama xəyanəti səbəbindən, o biri də Tehran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətindən yaranıb. Babası Əbu Sufyan, atası Müaviyə olmuş I Yezid və tərəfdarları da müsəlman olduqlarını iddia edirdilər. İranın dövlət rəsmiləri də Urmiyanın susuzluğunu etiraf edir. Hətta İran Prezidenti İbrahim Rəisi gölə axıdılan su kanalının axıdılması ilə bağlı açılışlara da qatılır. Ancaq nə faydası? Bu tədbirlərdən sonra Urmiya gölünün quruması elə bil sürətlənir.

Çünki bunun qarşısı vaxtında alınmayıb. İllər əvvəl su hövzəsinin qurmasını car çəkənləri Tehran hakimiyyəti təqib və təzyiqlərə məruz qoyurdu. Bu istiqamətdə fəaliyyət göstərənləri isə az qalırdı “din düşməni” elan etsinlər.

Urmiya gölünün qurması ilə İran hakimiyyəti Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətləri əhalisinin həyatı və regionun təbiəti üçün təhlükə mənbəyidir. Tehran rejimi bununla “Qurani-Kərim”in “Bəqərə” surəsindəki “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” çağırışına da əməl etməyib. Bunu isə inananlar günah sayırlar.

Hakimiyyət boş-boş vədlər verir. İctimai fəallar gölün qurumasına qarşı çıxaraq, onu daim diqqətdə saxlayırlar.

Güney Azərbaycanın müxtəlif bölgələrində və Urmu gölü ətrafında ekoloji fəlakətlə bağlı aksiyalar davam edir.

Avqustun 1-də bir qrup urmiyalı mədəni-ekoloji fəal gölün quru yatağına 26 metrlik banner açıb və insan zənciri təşkil edərək, su hövzəsinin xilasını tələb ediblər. Onlar beynəlxalq ictimaiyyətin və ekoloqların baş verən fəlakətə diqqətini cəlb etmək üçün banner üzərində ingiliscə #SAVELAKEURMIA (“Urmiya gölünü xilas edin!”) yazıblar.

Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı məlumatlandırmaq, gölün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə iyulun 18-dən “Urmu gölünün xilası üçün kampaniya” adı altında kampaniya başladılıb.

Onlar sosial mediadakı paylaşımlarında Urmiya gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.

Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Güney Azərbaycanın Marağa şəhərinin İran parlamentindəki deputatı və Urmiya gölünün Bərpası Qərargahının tədqiqat və nəzarət şurasının üzvü Əli Əlizadə isə deyib ki, bu su hövzəsinin bərpası üçün heç bir iş görülmür: “Gölün bərpası üçün heç bir ciddi iş aparılmır və təxəyyül gücündən istifadə etməklə ekoloji problem həll olunmayacaq. Hamı yaxşı bilir ki, milyardlarla kubmetr su əvəzinə 300 milyon kubmetr su ilə Urmu gölünün xilası mümkün deyil”.

O, gölün bərpası üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini söyləyib. Deputat vurğulayıb ki, hər il suyu 2 milyard kubmetri azalan gölə, hakimiyyətin Kanisib kanalı vasitəsilə 300 milyon kubmetr su buraxması gözdən pərdə asmaqdır.

Gölün dirçəldilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib. Su hövzəsinin dirçəldilməsinin əleyhinə səs verən 15 millət vəkilinin siyahısı yayılıb:

Yaqub Rezazade – Səlmas nümayəndəsi,

Ənvər Həbibzadə -Bukan nümayəndəsi,

Cəlal Mahmudzadə – Mahabad nümayəndəsi,

Kamal Hüseynpur – Piranşəhr və Sərdəşt nümayəndəsi,

Şiva Qasemipur – Mərivan nümayəndəsi,

Məcid Naserinejad – Şadegan nümayəndəsi,

Əli Əkbər Kərimi- Xondab nümayəndəsi,

Cəfər Qədri Şiraz nümayəndəsi,

Abdul Nasser Derəxşən – İranşəhr nümayəndəsi,

Hüseyn Haqverdi – Şahyar və Mallard nümayəndəsi,

Seyid Əlborz Hüseyni – Xodabəndə nümayəndəsi,

Muctəba Təvanqar – Tehran nümayəndəsi,

Ruhullah İzədxah- Tehran nümayəndəsi,

Yəhya İbrahimi- Səlsələ nümayəndəsi,

Seyid Mustafa Mirsəlim – Tehran nümayəndəsi.

Bunlardan 4-ü Urmiya şəhərindən deputat olan kürd etnik qrupunun nümayəndələridir.

İran hökumətində ətraf mühitin mühafizəsi üzrə təşkilatın başçısı Əli Selajge bildirib ki, Urmiya gölü qurumayıb, yağıntıların azalması səbəbindən buxarlanma prosesi artıb: “Gölün bərpası qərargahı formalaşdıqdan sonra bəndlərdən su axıdılması məsələsini təqib edəcəyik”.

Kərbəla faciəsi bu gün də davam edir. Bu dəfə onu törədən Yezid deyil, ona lənət oxuyan, əslində isə onun elədiklərini təkrarlayan rejimdir…

Sədrəddin Soltan - Pressklub.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çin Ayda su axtarır

Çinin gələcək “Chang'e 7” missiyasının roveri Ayın işıqlandırılmayan bölgəsinə səfər edəcək.

Ölkənin müvafiq qurumları tərəfindən açıqlanan planlara görə, “Chang'e 7” missiyasının eniş aparatı Ayın cənub qütbünün işıqlanan ərazisinə enəcək. Bundan sonra, eniş vasitəsini tərk edən kiçik rover daim kölgədə olan kraterə doğru yol alacaq.

Rover nümunələri toplamaq üçün Ay torpağını qazacaq. Manipulyatordan istifadə etməklə götürülən nümunələr analiz üçün xüsusi aparata qoyulacaq və bu, nümunələrdə su olub-olmadığını müəyyən etməyə imkan verəcək.
Mənbə: lenta.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alman turistlər İtaliyada 200 min avroluq heykəli aşırıblar

Almaniyadan gələn turistlər İtaliya villalarından birində 150 ​​illik heykəli aşırıblar.

Məlumata görə, hadisə İtaliyanın Lombardiya bölgəsinin Vicu şəhərindəki Alceo villasında baş verib.

"İnstaqram"da milyon yarım izləyicisi olan məşhur bloqer Yanis Dannerin də daxil olduğu turistlər istirahət üçün evi kirayələyiblər. Həmin villanın bağçasında olan fəvvarənin bir hissəsi heykəltəraş Enriko Buttinin yaratdığı 150 illik Domina heykəli idi. Turistlər şəkil çəkdirən zaman heykəlin üstünə dırmaşıb və onu aşıraraq sındırıblar.
Qeyd edək ki, heykəlin aşmazdan əvvəl qiyməti 200 min avro məbləğində qiymələndirilirdi.

Mənbə: euronews
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qranit-QP” MMC-nin bəd əməlləri - sahibkar necə aldadıldı?


Bakı şəhər sakini, Nizami rayonu, M.Şərifli küçəsi, 1M ünvanında yaşayan sahibkar Babayev Ələsgər Misgər oğlu “Yeni Müsavat”a müraciət edib. O, “Qranit-QP” MMC tərəfindən aldadılığını və külli miqdarda pullarının mənimsənildiyini deyir.

Sahibkar hazırda Goranboy rayon Məhkəməsində bu iş üzrə prosesin getdiyini bildirdi və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Ə.Babayev hər kəsdən kömək istəyir. Onun müraciətini təqdim edirik: “2011-ci ilin may ayınada Azərbaycan Respublikası Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş “Xüsusi İcazə” əsasında “Şimşək-VK”MMC yaradaraq, sənayedə sülhməramlı qazma –partlayış işləri aparmaq üçün fəaliyyətə başladım. Həmin dövrdə bu işə tələbat az olduğuna görə, 2012-ci ilin oktyabr ayında 2011-ci ilin iyun ayında yaranmış “Qranit-QP” MMC- nin təsisçiləri Mürşüdova Rübabə Mustafa qızı, Həsənov Ramil Şəmil oğlu, Həsənəliyev Xudaverdi Vaqif oğlu ilə tanış olduq və qərara gəldik ki, “Şimşək-VK” MMC-nin fəaliyyətini müvəqqəti dayandıraq. Çünki “Qranit-QP” MMC-nin təsisçiləri qaz-partlayış işləri üzrə mütəxəsislər idilər.2012- ci ilin noyabr ayında mən “Qranit-QP” MMC-nin təchizat məsələləri üzrə direktor müavini vəzifəsinə qəbul olundum. Həmin vaxtda “Qranit-QP” MMC-nin nə maddi vəsaiti, partlayıcı maddələri və materialları, nə də ki, qazma işləri aparmaq üçün maşın və mexanizmləri yox idi.

2012- ci il dekabr ayında mən Rusiyadan qazma qurğusunun alınması üçün şəxsi 15000.00(On beş min manat) pulu, avans olaraq “Qranit-QP” MMC-nin hesabına köçürdüm.

Partlayıcı maddə (PM) və Partladıcı vasitələrin (PV) “Qranit-QP” MMC-yə alınması üçün Rusiyanın “T.O.P” şirkəti ilə müqavilə bağladım, PM və PV-in Respublikaya idxalı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən icazə aldım və bir sıra şirkətlərlə qazma-partlayış yolu ilə xammalın çıxarılması üçün şəxsən müqavilələr bağlamış və cəmiyyətə külli miqdarda xeyir gətirmişəm, bütün maşın və mexanizmlərin hamısını özüm təmir etmişəm. 2013-cü ilin fevral ayında ABB-dən Bakı şəhəri, Nizami rayonunda yerləşən şəxsi evimi girov qoyaraq, PM və PV alınması üçün “Qranit-QP” MMC-nin hesabına 142100.00 (Yüz qırx iki min yüz) azn kredit götürdüm. 2015-ci il yanvarında “Qranit-QP” MMC-yə PM,PV və qazma qurğusunun alınması üçün “Turan Bank”-dan şəxsi evimi girov qoyaraq 170000.00 (Yüz yetmiş min ) ABŞ dolları məbləgində kredit götürdüm. 2016- ci ilin iyul ayında “Qranit-QP” MMC-yə PM və PV- lərin idxalı üçün şəxsi evimi girov qoyaraq ABB-dən 170000.00(Yüz yetmiş min) azn kredit götürdüm 2019- ci ilin fevral ayından “Qranit-QP” MMC- nin təsisçiləri – direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis – Həsənəliyev Xudaverdi Vaqif oğlunun təkidi və təklifi ilə “Şimşək-VK”MMC- nin fəaliyyətini bərpa etdik. Həmin tarixdən təchizat məsələləri üzrə direktor müavini vəzifəsindən azad edilib, “Şimşək-VK”MMC-yə direktor vəzifəsinə təyin edildim.

Nəzərinizə çatdırıram ki, “Qranit-QP”MMC-dən işdən çıxmağıma baxmayaraq, 2019-cu ilin mart ayında yenidən şəxsi evimi girov qoyaraq “Qranit-QP” MMC-yə bir ədəd qazma qurğusunun alınması üçün ABB-dən 350000.00(Üç yüz əlli min) azn kredit götürdüm. 2021-ci ilin aprel ayında “Qranit-QP” MMC-yə PM və PV-in idxalı üçün yenə şəxsi evimi girov qoyaraq ABB-dən 100000.00(Yüz min) azn kredit götürdüm.

Beləliklə, “Qranit-QP”MMC-yə 777900.00 (Yeddi yüz yetmiş yeddi min doqquz yüz) azn və 170000.00 (Yüz yetmiş min) ABŞ dolları məbləğində vəsait yatırdım.

2021-ci ilin mart ayında “KBT” MMC- nin rəhbərliyi Cəbrayıl- Hadrut yolunun çəkilişində 500000 m 3 qazma-partlayış işlərinin aparılması üçün mənə müraciət etdi. “Qranit-QP”MMC-ni işlərin birlikdə aparılması üçün dəvət etdim və birlikdə çalışdıq.

Nəzərinizə çatdırıram ki, işğaldan azad olunmuş rayonlarda bu sahəyə tələbatartdığına görə “Qranit-QP”MMC-nin rəhbərliyi məndən gizli olaraq başqa şirkətlərlə müqavilələr bağlayıb. 2022 –ci ilin iyul ayında “Qranit-QP”MMC-nin rəhbərləri məni dəvət edib “Şimşək-VK”MMC-yə kömək məqsədi ilə hər birinə cəmiyyətin payından 20% təklif etdilər, yəni 60 % onlara, 40% isə mənə. Mən də “Qranit-QP”MMC-yə yatırdığım vəsaitin və gördüyüm işlərin əvəzinə 20% pay istədim. Onlar isə cavabında mənim heç bir payım olmadığını, hər şeyin onlara aid olduğunu bildirdilər və mənə hədə qorxu gələrək, “bu sözə görə adamı güllələyərlər” deyib məni acı sözlərlə təhqir etdilər”.

Sahibkar üzləşdiyi haqsızlıqdan dolayı səhhətində yaranan problemlərdən də danışdı: “Həmin zaman “Qranit-QP” MMC-nin ofis işçiləri də orada idilər. “Qranit-QP”MMC-nin direkroru Rübabə Mürşüdovanın kabinetindən çıxanda yüksək təzyiq nəticəsində müvazinətimi itirib yıxıldım və təcili yardım vasitəsilə ilkin olaraq Nərimanov rayonu, Kardiologiya şöbəsinə aparıldım, təzyiqimin (290-170) olduğuna, vəziyyətimin cox ağır olmasını nəzərə alaraq məni, Zəfəran Hospitala apardılar. Bir həftə hospitalda reanimasiyada yatmışam. Həmin müddət ərzində “Qranit-QP”MMC-nin rəhbərliyindən heç kim mənim taleyimlə maraqlanmadı.

Hal hazırda “Qranit-QP”MMC-nin təsisçiləri, direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin - 229.2. (qanunsuz silah və partlayıcı maddə hazırlanması) və 308.1( vəzifə səlahiyyətlərindən sui istifadə etmə ) maddələri ilə cinayət işi açılın və Goranboy rayon Məhkəməsində proses gedir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Qranit-QP”MMC-nin rəhbərliyi tərəfindən mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini və bu cinayət işinin dəqiq və düzgün aparılması üçün hər kəsin, aidiyyatı orqanların köməklik göstərməyini xahiş edirəm. Çox çıxılmaz və çətin durum qarşısında qalmışam”.

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İŞİD liderinin ölümü təsdiqləndi

İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureşinin ölümü təsdiqlənib.

Bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Qeyd olunub ki, İŞİD-in lideri Suriyanın şimal-qərbində Cəbhət ən-Nusra qruplaşmasıilə baş verən qarşıdurma zamanı öldürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə ordu rəhbərliyində dəyişikliklər olub - YENİLƏNİB


Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Ali Hərbi Şurasının iclasında ölkənin hərbi rəhbərliyindəki yeni təyinatlar açıqlanıb.

Dövlət başçısı şuranın müvafiq qərarlarını imzalayıb.

Qərara əsasən, 2-ci Ordunun komandanı, ordu generalı Metin Gürakın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi ilə yanaşı, Quru Qoşunlarının komandanı postu general Səlcuq Bayraktaroğluna, Hərbi Hava Qüvvələrinə rəhbərlik isə general Ziya Cemal Kadıoğluna tapşırılıb.

Bundan əlavə, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb, 63 polkovnik general və admiral rütbələri alıb.

Ali Hərbi Şuradan verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 266 nəfərdən 286 nəfərə yüksəlib.

Qeyd edək ki, Türkiyə Ali Hərbi Şurasının toplantısı Ankaradakı Prezident iqamətgahında mətbuata qapalı keçirilib və üç saata yaxın davam edib.

Mənbə: Anadolu
17:26

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

Bu barədə qərar Türkiyə Ali Hərbi Şurasının (YAŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bildirilib ki, bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib.

Mənbə: NTV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyaya qarşı yeni SANKSİYALAR


ABŞ Maliyyə Nazirliyi Rusiya Elmlər Akademiyasının A.M.Proxorov adına Ümumi Fizika İnstitutunu, Kazan Elmi Mərkəzini və Bərk Cisimlər Fizikası İnstitutunu "qara siyahı"ya əlavə edib.

Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Rusiyanın iki konteyner gəmisi də sanksiyalara məruz qalıb. Nazirlik onların Saxalin Gəmiçilik Şirkəti (SASCO) ilə əlaqəli olduğunu bildirir

Maliyyə Nazirliyinin məlumatına görə, “Vega Strategic Services”lə əlaqəli olan 59 yaşlı Rusiya vətəndaşı Anatoli Smolin də sanksiyalar siyahısına əlavə edilib.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...