[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) “İmprotex İndustries” MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması üçün “İmprotex İndustries” MMC-yə 19 milyon 629 min 520 manat ödəyəcək.
Qeyd edək ki, “İmprotex İndustries” MMC 1 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur.
Məlumat üçün bildirək ki, ANAMA-dan 20 milyon manatlıq sifariş alan şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.
Sabiq nazir işğaldan azad olunan ərazilərdə yaradılan “Araz Vadisi İqtisadi Zonası”nda xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edən müəssisə açıb. Həmin müəsssiədə mexaniki minatəmizləyənlərin də hazırlandığı bildirilib.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, minatəmizləmə texnikasının satın alınması məxfi məlumat hesab oluna bilməz. Hətta ötən ilin oktyabr ayında mətbuatda “İmprotex İndustries” MMC-nin ANAMA-ya 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını təhvil verdiyi barədə məlumat yayılıb. Bu səbəbdən də, ANAMA-nın satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT


Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır.

İddia olunur ki, keçmiş rektor həmin ərazidə onu məhkəməyə verən Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsi Abel Məhərrəmovun həyat yoldaşı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Məlumata görə, ərazidə Abel Məhərrəmovun villası var.

Qaynarinfo məsələ ilə bağlı keçmiş rektorla əlaqə saxlaya bilməyib. Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov isə bizmlə söhbətində məlumatı təsdiqləyib.

Məlum olub ki, Nazim Əmirov Qarabağ qazisidir. 30 il hərbi xidmət keçib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. O, 2011-ci ildə Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. "Torpağın çıxarış daxil bütün sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, Abel Məhərrəmov mənim torpağımı zəbt edib. Ekspertiza rəy verib ki, torpaq mənə məxsusdur. Amma buna baxmayaraq, Abel Məhərrəmov torpağımdan çıxmaq istəmir. Bu baxımdan, onu məhkəməyə vermişəm. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Sənəd-sübutlara baxmayaraq məhkəmə iddiamı təmin etməyib. Mən də apellyasiya şikayəti vermişəm", deyə Nazim Əmirov bildirib.

Polkovnik-leytenant torpaq sahəsinin Abel Məhərrəmovun həyat yoldaşının adına rəsmiləşdirildiyini təsdiqləyib:

"Bəli, torpaq onun xanımın adına rəsmiləşdirilib. Bunu mən sonradan bilmişəm. Mən məhkəməyə meraciət edəndə Abel Məhərrəmovun vəkili bildirdi ki, onun adına həmin ərazidə torpaq yoxdur. Sonradan araşdırdım məlum oldu ki, torpaq onun xanımının adınadır. Fərqi nədir ki? Nəticədə mənim torpağım zəbt olunub".

Nazim Əmirov Abel Məhərrəmov və xanımı ilə yanaşı Tağıyev İlqar Nizami oğlu ilə Tağıyev Nizami Haqverdi oğlu adlı şəxsləri məhkəməyə verməsinə də aydınlıq gətirib:

"Mənə məxsus torpaq sahəsini bir tərəfdən Abel Məhərrəmov, digər tərəfdən isə Nizami Tağıyev zəbt edib. Bu baxımdan, onu da məhkəməyə vermişəm. Nizami Tağıyev dünyasını dəyişdiyinə görə onu hüquq varisi kimi oğlu İlqar Tağıyev əvəz edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü başlayıb.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

“Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə deyib. Onun dediyinə görə, qida təhlükəsizliyi qurumlarının vəzifəsi sahibkarla istehlakçı arasında münasibətləri tənzimləməkdir...

Bununla da qida təhlükəsizliyinə görə məsuliyyəti bir növ öz boynundan atan AQTA sədri Azərbaycanda qida təhlükəsizliyi səviyyəsinin yüksək olduğunu, hətta Avropanı da üstələdiyini iddia edib: “Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Təhməzli bunu da ölkədəki zəhərlənmə hallarının sayı ilə əlaqələndirib: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir”.

Birincisi, Azərbaycanda bütün rəsmi statistikalar kimi zəhərlənmə statistikasının da obyektivliyi, yumşaq desək, şübhə doğurur və təbii ki, gerçək mənzərəni əks etdirə bilməz.

İkincisi, AQTA sədrinin dediyindən belə çıxır ki, hətta yaşayış səviyyəsi və standartları qat-qat yüksək olan avropalılar bizdən pis qidalanır, bizdən keyfiyyətsiz məhsullar istehlak edirlər və ona görə də bizdən daha çox zəhərlənirlər. Yəqin, bunu iddia edərkən Qoşqar müəllimin özünün də öz dediklərinə gülməyi gəlib...

Zəhərlənmə statistikasına gəlincə, bu, kifayət qədər mübahisəli yanaşmadır. Çünki Azərbaycanda insanlar qidalardan dərhal deyil, tədricən zəhərlənir və bu, özünü xərçəng xəstəliyi başda olmaqla, bir çox digər ağır xəstəliklərin, sonsuzluğun və s. artmasında göstərir.

Məsələyə bu rakursdan yanaşmaq əvəzinə, Q.Təhməzli nəinki avropalıların, dünyanın əksər sivil ölkələrinin yaxın buraxmadıqları və çox ehtiyatla yanaşdıqları palma yağının guya təhlükəsiz olduğu barədə ağız dolusu danışıb. AQTA sədrinin dediyinə görə, bugünədək ölkədə palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib. O, deyib ki, digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən palma yağından qida sənayesində geniş istifadə olunur: “Palma yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma və bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.

Maraqlıdır, görəsən Q.Təhməzlinin özü, yaxud başqa bir məmur evində həmin bu “tərifli” palma yağından istifadə edirmi? Təbii ki, qətiyyən yox! Amma “qara camaata” can-başla məsləhət görür. Yəqin, bu yağı ölkəyə gətirən inhisarçılar, məmur-oliqarxlar və s. belə məsləhət bilir. Onların maraqlarını tapdalamaq olmaz!

Hər halda, əhaliyə kərə yağı adı altında satılan yağların, eləcə də bir çox qida məhsullarının tərkibində palma yağının olduğuna dair iddialar da əsassız deyil. Q.Təhməzlidən fərqli olaraq, qida mütəxəssisi Ağa Salmanov mətbuata açıqlamasında deyib ki, palma yağı insan orqanizmi üçün olduqca zərərlidir və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. O, bildirib ki, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur: “Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.

Deməli, Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli olduğunu təsdiqləyir, Q.Təhməzli isə başqa fikirdədəir və belə hesab etmir. Ümumiyyətlə, paradoksal vəziyyət yaranır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı artıq bir ildir COVİD-19-un bitdiyini elan etsə də, Azərbaycanda bu epidemiya hələ də guya “yaşayır” və biz ÜST-ün artıq “gorbagor olmuş” tələblərinə hələ də riayət edirik, hətta sərhədlər də bu adla bağlı saxlanılır. Ancaq digər beynəlxalq qurum - Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli hesab etdiyi halda, biz onu tam yararlı və zərərsiz kimi qəbul edib, əhaliyə “yediririk”. Hər halda, heç də Q.Təhməzlidən zəif mütəxəssislərin toplaşmadığı Avropa Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, palma yağı insan orqanizmində şişlərin, digər ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur. Təhməzli isə bu arqumenti yox, ölkəmizdə zəhərlənmə hallarının statisikasını əsas götürərək, ölkəmizin qida təhlüksizliyi səviyyəsini bu kriteriya əsasında ölçür. Hansı ki, bu cür qidalar öz təsirini dərhal zəhərlənmələrin deyil, müxtəlif ağır xəstəliklərin say artımında göstərir və yaxşı olar ki, Q.Təhməzli bu statistikadan da danışsın.

Ancaq yox, AQTA rəhbəri üçün prioritet mövzu tamamilə başqadır. Milli Məclisdəki çıxışı zamanı Q.Təhməzli ölkənin qida təhlükəsizliyi səviyyəsinin az qala idealın üzərində olduğunu bildirməklə yanaşı, onun qurumunun sahibkarlıq subyektlərində istədiyi vaxtda, istədiyi kimi yoxlamalar apara bilməməsindən gileylənib. O, deyib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir: “Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək”. Yəni, əhaliyə palma yağı da daxil olmaqla hər cür yararsız qidalar yedirtmək olar, dərd bu deyil, dərd yoxlama dərdidir! Sahibkarlarımız isə bu yoxlamaların nəyə və neçəyə başa gəldiyini yaxşı bilirlər...

“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT


Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmiş 32 yaşlı A.Əliyev 22 əcnəbi gəncin pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməkdə təqsirləndirilib.

İttihamda deyilir ki, əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 aylıq hazırlıq kursunda iştirak etməsi üçün təhsil ödənişlərinin toplanması sektor müdiri A.Əliyevə həvalə edilib. O isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Türkiyə, Nigeriya, Pakistan və Hindistan vətəndaşlarının təhsilhaqqı kimi verdikləri ümumilikdə 36 min manatı mənimsəyib.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun haqda ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işi Səbail Rayon Məhkəməsində araşdırılıb. Müttəhim məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib. Maraqlıdır ki, özünü təqsirli bilməsə də, A.Əliyev müəyyən edilmiş 36 min manat məbləğində ziyanı tam olaraq Baş Prokurorluğun depozit hesabına ödəyib.

Qərbi Kaspi Universiteti keçmiş əməkdaşlarını istintaqda yazılan məbləğdən çox ziyan vurmaqda ittiham edib. Universitet təqsirləndirilən şəxsdən 70 min manat tələb edib.

İş üzrə şahid qismində dindirilmiş əcnəbilər məhkəmədə müttəhimə pul verdiklərini təsdiq ediblər.

Bütün sübutlar tədqiq edildikdən, tərəflərin çıxışları dinlənildikdən sonra hökm oxunub. Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti dəymiş ziyanın ödənilməsini yüngülləşdirici hal kimi qəbul edib.

Hökmə əsasən, A.Əliyevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Müttəhimin üzərinə daimi yaşayış yerini hər gün saat 23.00- dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək öhdəliyi qoyulub.

Qərbi Kaspi Universitetinin qaldırdığı mülki iddia isə rədd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir


İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.

Bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, - o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində minatəmizləmə işlərinə başlanılıb.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, ərazidə hazırda 20-25 minaaxtaran fəaliyyət göstərir.

Bildirilir ki, sakinlər minatəmizləmə prosesinə əngəl olmağa cəhd ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur.

Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.

Tikinti üçün icazə almaq istəyənlərə sual: “Mənə neçə mənzil verə bilərsən?”

Artıq xeyli müddətdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bina tikintisi üçün nəzərdə tutulan dövlət standartlarının siyahısına yeni və bütün digər standartlardan daha önəmli olan bir standart gətirib. Bu da bina inşası üçün icazə almaq istəyən hər kəsin tikəcəyi binadan Ramin Abdullayevə bir neçə mənzil peşəkəş etmək məcburiyyəti ilə bağlıdır. Nə qədər inanılmaz görünsə də, Ramin Abdullayev bina tikintisi üçün ona müraciət edən şəxslər qarşısında sadəcə bir tələb qoyur: Tikiləcək hər binadan ona bir neçə mənzil verilməlidir!

Ramin Abdullayevə veriləcək mənzillərin sayını isə inşa ediləcək binanın blok və mərtəbə sayı müəyyən edir. Çoxbloklu və çoxmərtəbəli binaların bəzisindən Ramin Abdullayev nə az nə çox - 10 mənzil tələb edir ki, bu da sahibkarların ciddi narazılığına səbəb olur. Lakin Ramin Abdullayevin razılığı olmadan bina inşası mümkün olmadığı üçün, iş adamlarının bir çoxu dövlət məmurunun qanunsuz tələbi ilə əvvəl-axır razılaşmalı olurlar.

Ölkədə ən çox mənzil sahibi olan adam – Ramin Abdullayev!

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdan böyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Namiq Hümmətov

Təbii, Ramin Abdullayevin ölkənin tikinti sektorunda təkbaşına bu cür at oytantdığını düşünmək sadəlövhlük olardı. İdarə Heyətinin sədri iş adamlarının dərisini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun xeyir-duası və himayəsi altında soyur.

Ramin Abdullayevlə Namiq Hümmətovun şəxsi maraqlara söykənən, dövlət və ictimai maraqları hədəf alan “biznes müttəfiqliyi” haqqında gələn məqaləmizdə ətraflı danışacağıq.(Hurriyyet")

A.MƏMMƏDOV
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

32 ildən bəri Ermənistanın işğalında olan 4 kəndin könüllü azad edilərək Azərbaycana qaytarılması ilə bağlı rəsmi İrəvanın qərarı ölkədəki revanşistlər və müxalifət düşərgəsi tərəfindən qəti etirazlarla qarşılaşıb.

Söhbət Qazax rayonunun Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndlərindən gedir.

Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın başçılıq etdikləri hökumətlərarası komissiyanın şərti dövlət sərhədindəki görüşündə belə qərar qəbul olunub. Anlaşmaya görə, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya prosesi Tavuş rayonunda başlamalı, iyulun 1-dək delimitasiya üzrə birgə komissiyanın fəaliyyət şərtləri razılaşdırılmalıdır.

Elə həmin gün bir qrup erməni aprelin 19-da İrəvan-Tbilisi dövlətlərarası şossesinin Tavuş rayonundakı Kirants kəndindən keçən hissəsini bağlayıblar. Ertəsi gün yol açılıb, aprelin 22-də yerli sakinlərin baş nazirin müavini Mher Qriqoryanla görüşü barədə razılıq əldə olunub.

Lakin sonradan vəziyyət yenidən gərginləşib, Kiransla Aşağı Əskipara kəndləri arasındakı yola toplaşan ermənilər piket keçirməyə başlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin sapyorları Kirants kəndi ətrafındakı ərazilərin, xüsusilə də Aşağı Əskiparaya gedən yolun yanındakı məkanların minalardan təmizlənməsinə başlayanda yerli sakinlərlə İrəvandan gəlmiş şəxslər onlara mane olmağa çalışıblar.

Baş nazir Nikol Paşinyanı göstərişi ilə hadisə yerinə İrəvandan xüsusi təyinatlı polislər göndərilib.

Onlara Ermənistan Könüllülər İttifaqı "Yerkrapa"nın mənsubları da qoşulublar. Hətta yolu bağlayanlarla "Yerkrapa" mənsubları arasında dava olub, dalaşanları polis əməkdaşları ayırıblar.

4 kəndin azad edilməsi və delimitasiya prosesinə başlanması ilə bağlı qərar İrəvanın müstəqil mövqeyi deyil.

Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə İrəvana verilmiş tapşırıqlardan biri də məhz sülh sazişinin imzalanmasına yönəlmiş proseslə bağlı idi.

Vaşinqton və Brüsselin təlimatları bu prosesin məhz Qərbin strateji maraqları, bəlirlədiyi ssenari üzrə gedişatını ehtiva edir.

İlk baxışdan paradoksal təsir bağışlasa da, İranın da Ermənistandakı və ya Ermənistanla bağlı maraqları bəhs olunan prosesin süni maneələrsiz, intensiv axarını diqtə edir.

Tavuş rayonundakı etirazlara Ermənistanın daxili siyasət kontekstindən nəzər saldıqda, Paşinyan administrasiyasına mövcud vəziyyətdə Fransanın və İranın İrəvandakı səfirlərinin bəyanatlarla dəstək verməsi gərəkir.

Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə, məhz Fransa və İran ermənilərin ən çox güvəndikləri, özlərinə "dəstək və hami" saydıqları ölkələrdir.

Vaşinqton və Brüssel kimi, Parislə Tehranın da 1991-ci ildə Alma-Ata bəyannaməsinin sülh danışıqları, habelə şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesində şərt hesab olunacağı barədə açıqlama verəcəkləri bəllidir.

Xatırladaq ki, Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürülməsi barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Alma-Ata bəyannaməsi İrəvandakı hakimiyyətlə yanaşı, müxalifət və xarici ölkələrdəki erməni diasporu üçün də yeni şüara çevrilib.

2023-cü ilədək son 26 ildə rəsmi İrəvanın xarici siyasət diskursunda xatırlanmayan, daxili siyasi müstəvidə isə az qala atavizm kimi vurğulanan sözügedən bəyannaməni ermənilər indi az qala yeganə xilas mənbəyi hesab edirlər.

2020-ci ilədək "müstəqil Qarabağ, qarabağlı ermənilərin öz müqəddaratlarını təyin etmək hüququ" şüarını 44 günlük İkinci Qarabağ Müharibəsinlən sonra "Laçın dəhlizi" ifadəsinin mantra kimi təkrarlanması ilə əvəzləmişdilər.

Rəsmi Bakının regional geosiyasi reallıqları dəyişməsi və bölgədəki güc nisbətlərini dəyişərək subregional güclərin, dövlətlərin və təşkilatların bölgədəki proseslərə kobud müdaxilə imkanlarını əvvəlki təki rahat şəkildə icra etmələrinə imkan verməməsi İrəvanı da müəyyən dəyişikliklərə vadar edib.

Xüsusilə də Qərbi Zəngəzura qayıdış məqamı ilə bağlı gündəmdək fəaliyyət erməniləri narahat edir.

Məhz bu səbəbdən onlar Alma-Ata bəyannaməsini az qala panaseya hesab edirlər, çünki ermənilər Azərbaycanla Ermənistan arasında sərhədin ADR-in rəsmi hüdudlarının əks olunduğu xəritələr və sənədlər əsasında müəyyənləşməsi ilə bağlı Bakının şərtlər səsləndirə biləcəyindən narahatdırlar.

Tauş rayonunda yaşananlar həm də Ermənistanda onillərdən, ermənilər arasında əsrlərdən bəri hökm sürən ideologiyanın bariz nümunəsi sayıla bilər.

Hələ də mifik "dənizdən dənizə Böyük Ermənistan" ilğımı ilə yaşayan, "Çar Tiqranın imperiyasının bərpası" arzusunu az qala reallaşması şübhə doğurmayan proqnoz hesab edən ermənilər müasir dünyanın gerçəklərini, yaşadıqları həyatın şərtlərini və xüsusilə də geosiyasətin diqtə etdiyi məqamları nəzərə almaq istəmirlər.

"Ermənilik" adlandıra biləcəyimiz, uydurma "tarix"ə, aqressiyaya, irqçiliyə, şovinizmə, revanşizmə və "ermənilərin bəşəriyyətdə müstəsnalığı" marazmına əsaslanan düşüncə tərzi erməniləri hələ də rasionallıqdan və məntiqdən kənar salır.

Tavuşdakı olaylardan da görünür ki, bu çürük və zərərli ideologiyasının arxasındakı qüvvələr arasında erməni kilsəsi xüsusi yer tutur.

Qriqorian-monofizit olan bu kilsə xristianlıqda heç bir başqa kilsəyə bənzəmir, pravoslavlarla katoliklərdən tutmuş, yevangelistlərlə lüteranlara, baptistlərlə adventistlərə qədər bütün xristianlırı "yad, geridə qalmış, azmış insanlar" hesab edir.

Erməni kilsəsində türklər isə ümumiyyətlə, "vəhşi məxluqlar yığnağı"dır.

Tavuşda yolu bağlayan qrupda xüsusi fəallıq edənlərin sırasında keşişlərin də olması təəccüblü deyil.

Erməni kilsəsi Ermənistan sakinləri ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrindəki erməniləri aqressivliyin, revanşizmin, ərazi iddialarının və s. yaramaz davranış modellərinin gərəkli, ədalətli və məntiqi olmasına inandıra bilib.

Nikol Paşinyan indi özünü Qərbdəki siyasi və maliyyə sponsorlarına erməni ideologemlərinin təftişçisi kimi göstərməyə çalışsa da, yeni və bəsit oyununu aparır.

Çünki Paşinyanın özü də "ermənilik" mərəzinin daşıyıcılarındandır: o, sadəcə, yaşanan proseslərin qaçılmaz diqtəsi altında məcbur olaraq 4 kəndin azad edilərək qaytarılması, Alma-Ata bəyannaməsinin sülh danışıqları prosesində əsas sayılması, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasına başlanması kimi məsələlərdə rasional mövqelərdə durması ilə bağıl görüntü yaradır.(Trend)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında müəmmalı olaylar baş verir. Elektron media yazır ki, rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, həm də Klinikada Universitetin rektoru Gəray Gəraybəylinin qeyri-leqal işlərinin başında durur. Onun rektoun ən yaxın adamlarından biri olduğunu da yazır mətbuat. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub. Klinikaya girən kimi hər pasientdən 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Yəni, pul yığır. Məlumatlara görə Klinikada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-100o manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”nı yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.
Mediada da qeyd olunduğu kimi dövlət tərəfindən Stomatoloji Klinikanın saxlanılmasına külli miqdarda vəsaitlər xərclənir. Bu vəsaitlər Klinikaya tabeliyində olduğu Tibb Universiteti tərəfindən ayrılır. Elektron medianın Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığı araşdırmada məlum olub ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı dövr ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində buraya nə qədər pullar daxil olub və Klinika sosial və vergi ödənişlərindən nə qədər yayınıb. Yazılanlara görə bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Məlumatlara görə həmin borcun bir hissəsi hələ də ödənilməmiş olaraq qalır.
Bəs indi Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında nələr baş verir?
Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Azərbaycan Tibb Universiteti ATU – nun Tədris Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə açıq tender müsabiqəsi elan edib. Tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024 17:37; Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.01.2024 12:00; Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.01.2024; Zərflərin açılış tarixi və vaxtı: 19.01.2024 12:00 müəyyən edilib.
Lakin dövlət satınalmalarının vahid internet portalında üstündən 3 ay keçməsinə baxmayaraq hələ bu açıq tenderin nəticələri barədə heç bir məlumat yoxdu. Amma qanuna görə Tibb Universitetinin Satınalmalar Komissiyası zərflər paketinin açılışından 5 bank günü ərzində satınalmanın nə qədər vəsait təklifi ilə hansı şirkətin qalib olduğunu elan etməli, gözləmə müddəti bitdikdən sonra satınalma müqaviləsinin bağlanılması barədə satınalmalarının portalında məlumat yerləşdərməli idi.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız hərtərəfli araşdırmalar zamanı Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nə ləğv olunması barədə, nə də hansısa səbəbdən baş tutmaması barədə heç bir bildirişin yerləşdirilmədiyini müəyyən etdik.
Buradan suallar yaranır:
Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nəticələrini nə üçün açıqlamayıb?
Açıq tender baş tutmayıbsa və ya ləğv edilibsə tədris müəssisəsinin Satınalmalar Komissiyası nə üçün qanunla müəyyən edilmiş qaydada səbəbini göstərməklə bildiriş verməyib?
Qeyd edək ki, burada daha bir müəmmalı məsələ var. Qeyd etdiyimiz kimi tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024-cü il tarixə müəyyən edilib. Amma Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən tender və kotirovkaların keçirilməsi məqsədi ilə iddiaçılara verilən elektron dəvət elanlarının sıralamasında Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsi yanvar ayında deyil, lap aşağıda, 2019-2021-ci illərdə elan olunmuş satınalmaların sırasına yerləşdirilib. Maraqlıdır niyə?
Aydın məsələdir elan satınalmaların portalına bir prosedur qaydası kimi formal olaraq yerləşdirilib. Müqavilə Tibb Universitetinin rəsmilərinə yaxın şirkətlərin biri ilə bağlanılıb. Bəlkə də Klinikanın 4-cü mərtəbəsində cüzi kosmetik təmir işləri çoxdan aparılıb. İndi də büdcədən pul çıxarmaq üçün formal tender elan ediblər. Nə qədər büdcə vəsaitin ayrıldığını gizlətmək məqsədi ilə də tenderin qalibini açıqlamayıblar. Bu qədər sadə. Yoxsa, qanunla yanvar ayında elan olunmuş açıq tenderin nəticələri bu vaxta qədər açıqlanmalı, ya da baş tutmamasının səbəbləri göstərilməli idi. Necə ki, Tibb Universitetinin Satınalmalar Komissiyası baş tutmayan, ləğv edilən başqa satınalmalarda bu prosedura ciddi əməl edir, bildirişlər verir. Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan edilmiş açıq tender müsabiqəsində bu qaydalara nə üçün əməl edilməyib, çox müəmmalıdır.
Qeyd edək ki, elektron mediada həmçinin yazırlar ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Səbəb Universitetin Stomatoloji Klinikasında yol veilən maliyyə pozuntuları olub. Amma elektron medianın yazdığına görə bu gün Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə Səhiyyə naziri Teymur Musayev arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlik heç də Stomatoloji Klinikada yol verilən maliyyə pozuntuları ilə bağlı deyil. Əksinə, Klinikada gün ərzində qeyri-leqal olaraq toplanan pullara sahiblənmək üstündədir.
Maraqlıdır görəsən Səhiyyə naziri Teymur Musayevin bu ilginc faktlardan, Tibb Universiti tərəfindən Stomatoloji Klinikada cari təmir işlərinin satınalınması üzrə formal tender keçirməsindən, bu məqsədlə nə qədər büdcə vəsaiti ayrıldığından, həmin vəsaitlərin necə silindiyindən xəbəri varmı?
Tədris Stomatoloji Klinikasının doktoru Mahir Səfərova gəlincə. Onun artıq çoxdan Səhiyyə naziri Teymur Musayevin hədəfində olduğu bildirilir. Hazırda onun vəzifəsindən kənarlaşdırılması prosesi gedir. Tibb Universiteti tərəfindən Stomatoloji Klinikanın 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınmasına ayrılan vəsatlərin silinməsində onun da əlinin olduğu üzə çıxarsa, durum bu prosesi bir az da sürətlənə bilər.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO