[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…


Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Alışanovun qızı Aynur Alışanovanın adına yaratdığı şirkətləri ortaya çıxıb.

DİA.AZ bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətlər Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev127 ünvanında qeydiyyatdadır.

Aynur Alışanova bacısı Nigar ilə Alışanova ilə bərabər Hesablama Palatasında çalışıb. Onun adına bir neçə şirkət olduğuna görə sözügedən qurumdan çıxmalı olub.

Hazırda isə Aynur Alışanova uşaq oyuncaqları monopolisti kimi tanınır. Bacısı Nigar Alışanova isə dövlət qurumunda çalışmasına baxmayaraq, biznes fəaliyyəti ilə məşğuldur.

Alışanova bacıları hazırda Çindən və bir sıra ölkələrdə gətirdiyi oyuncaqların Bakıda satışı ilə məşğuldur.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətləri - “TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story” eyni ünvanda qeydiyyata alınıb.
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? – Pul davası uşaqların başında çatlayır


Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəb binası podratçı ilə mübahisələrə görə bağlı qalıb. Uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər.
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? – Pul davası uşaqların başında çatlayır

DİA.AZ AFN-ə istinadla bildirir ki, bu barədə yerli sakinlər məlumat verib.

Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? – Pul davası uşaqların başında çatlayır

Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də nəticə olmur. Vəziyyət isə bu qaydada davam edir: Şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllıanıb.
Təhsil Nazirliyinin məsələyə laqeydliyi isə təəccüb doğurur.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb. Həmin sənədə əsasən Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboy sakininin BAŞINA İŞ GƏLİB... - MÜRACİƏT


“Azərişıq” ASC-nin “Aran” Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) vətəndaşın xüsusi mülkiyyət hüquqlarını pozub.

DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Xoylu Kənd sakini Adgözəlov Rəvan İbrahim oğlu tərəfindən video-şikayət göndərilib.

Belə ki, Qazax-Bakı magistral yolunun Goranboy rayonun ərazisindən keçən hissəsində vətəndaşa verilmiş olan torpaq sahəsi üzərində “Aran” RETSİ qanunsuz olaraq elektrik dirəklərindən ibarət xətlər çəkib.

Məhz buna görədə şikayətçi “Azərişıq” ASC-nin rəhbərliyindən xahiş edir ki, ona məxsus olan xüsusi mülkiyyət üzərində tikilmiş olan bu xətləri ləğv etdirilməsinə aidiyyatı üzrə müvafiq göstərişlər verilsin.

Redaksiya olaraq inanırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olan, vətəndaşların xüsusi mülkiyyət hüquqlarını tapdalayan, əsassız, qanunsuz hərəkətlər aradan qaldırılaraq vətəndaşın torpaq sahəsi zəbtdən azad ediləcəkdir.

Səsləndirilən şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Goranboy sakinin video-şikayətini təqdim edirik:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayev bu yolla bir addım da ata bilməz... - Amma Astarada şagirdlər hər gün...

Bura Astaranın Səlivə kəndidir. Şagirdlər yaxın kənddəki məktəbə bu yolla gedib-gəlirlər.

Məktəblilər də, onların valideynləri də BBC-yə bildirib ki, bu yolda hərəkət etmək onlar üçün çətindir və bu problem uşaqların təhsilə davam etməsinə mane olan amillərdəndir.

DİA.AZ mövzu ilə bağlı BBC Azərbaycancanın sujetini təqdim edir:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abdolbari Goozalın şirkəti QOÇULUQ EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...


“10 il əvvəl öz firmama məxsus obyekti müqavilə bağlayaraq “Bazarstore” MMC-yə icarəyə vermişəm. Artıq bu ilin dekabrında müqavilənin müddəti bitir. Lakin şirkət daşınmaz əmlakı təhvil vermək istəmir”.

DİA.AZ xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya “Qızıl-Gül” firmasının direktoru Azər Nəbiyev müraciət edib.

Onun sözlərinə görə, Sumqayıt şəhəri, 30-cu məhəllə, Nərimanov küçəsi: 3 ünvanında yerləşən obyekt müqaviləyə görə bu ilin dekabrında təhvil verilməli olsa da, icarəyə götürən şirkət müqavilənin şərtlərinə əməl etmək istəmir: “Müqaviləmiz dekabrda bitir. Ona görə də, biz onlara əvvəlcədən bununla bağlı xəbərdarlıq etmişik. Lakin “Bazarstore” rəhbərliyindən bizə bildiriblər ki, çıxmırıq, gedin hara şikayət edirsiniz, edin. Qəti fikirdədirlər ki, çıxmayacaqlar. Bizim də başqa yolumuz qalmır, əgər elə olsa, gərək həmin şirkəti məhkəməyə verək”.
Abdolbari Goozalın şirkəti QOÇULUQ EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...

Şikayətlə bağlı “Bazarstore” MMC-yə sorğu ünvanlamışıq.

Qeyd edək ki, “Qızıl-Gül” firmasına məxsus daşınmaz əmlakın 1650 kv metr ərazisi var. Sözügedən firma ilə “Bazarstore” MMC arasında 2012-ci ildə imzalanmış müqaviləyə görə, icarə müddəti 10 il müəyyən edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehman Rzayev Gəncə Tibb Kollecini belə talayır... - mətbuata da deyir ki, “Sizə nə dəxli var”


Gəncə Tibb Kolleci tərəfindən 2022-ci il üçün nəzərdə tutulan zəruri malların və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovka sorğusundan yalnız birinin nəticəsi barədə, cari təmir (Büdcədənkənar) üzrə “BM-SİTY” MMC ilə 22.06.2022-ci il tarixdə 32 766.81 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb. Lakin bu da qanunla müəyyən edilmiş qaydalarla, dövlət satınalmaların vahid internet portalında bu kotirovkanın keçirilməsi ilə bağlı iddiaçılara heç bir dəvət elanı yerləşdirilmədən olub. Qeyd edək ki, 10.06.2021-ci il tarixində Gəncə Tibb Kolleci tərəfindən zəruri malların və xidmətlərin 2022-ci il üzrə satınalma planlarına 5 lot kotirovka sorğusu daxil edilmiş, lakin ilin 11-ci ayı olmasına bağmayaraq bu kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara heç bir dəvət elanı verilməmişdir.
Əyalətmedia.az-ın apardığ araşdırmalarda məlum oldu ki, Gəncə Tibb Kolleci tərəfindən 2020-2021-ci illər üzrə də keçirilmiş heç bir kotirovka sorğularının nəticələri ictimaiyyətə açmıqlanmayıb. Yəni kotirovka sorğuları elan olunsa da müqavilələr birbaşa bağlanılıb ki, bu müəyyən şübhələr doğurmaya bilmir. Bunlar hansılardır?
Gəncə Tibb Kolleci tərəfindən qeyri yaşayış binalarının əsaslı təmiri üzrə 27.11.2021-ci il, maşın və avadanlıqlar (Büdcədənkənar) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcədənkənar ) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcə) üzrə 27.11.2021-ci, dəftərxana və Təsərüffat xərcləri üzrə 27.11.2021-ci il,maşın və avadanlıqlar (Büdcədənkənar ) üzrə 22.06.2020-ci il, maşın və avadanlıqların əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, qeyri yaşayış binalarının əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, tikili və avadanlıqların cari təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, dəftərxana və təsərrüfat xərcləri üzrə 22.06.2020-ci il, mühafizə xərcləri üzrə 22.06.2020-ci il, cari təmir üzrə 21.05.2020-ci il kimi göstərilən tarixlərdə elan olunmuş kotirovka sorğularının heç birini nəticələri dövlət satınalmaların vahid internet portalı vasitəsi ilə ictimaiyyətə açıqlanmayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Gəncə Tibb Kollecinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Qanunla bunların hamısı ictimaiyyətə açıqlanmalaıdır axı. Bunun səbəbi nədir? Bunu Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevdən soruşmaq istədik.
Zəng edib, son illər Gəncə Tibb Kolleci tərəfindən keçirlmiş kotirovka sorğularının nəticələri barədə nə üçün dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilmədiyini soruşduq. Mehman Rzayev qısaca cavab verdi:- Sizə nə dəxli var. Sonra da bir ziyalıya yaraşmayan tərzdə, ədəbsizcəsinə telefonu qulağımıza bağladı.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılıb, jurnalistlər öz iradələrini azad şəkildə ifadə edə, istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilərlər.
Bəs onda Mehman Rzayevin mətbuata qarşı bu biğanəliyi haradan qaynaqlanır? Jurnalistə “sizə nə dəxli var” demək harınlamağın əlaməti deyilmi? Xeyir bu qanunları saymamaq deyil. Qanun qarşısında Mehman Rzayev kimiləri cücəyə dönürlər. Necə ki, bunu son illər dövlət vəsaitlərini mənimsəyərək harınlamış məmurların cinayət əməlləri ilə bağlı keçirilən məhkəmələrində görürük. Mehman Rzayev də Gəncə Tibb Kollecini talayaraq artıq harınlayıb. Bunu son illərdə onun direktoru olduğu dövlət müəssisəsində görməmək mümkün deyil.
Xatırlatmaq istərdik ki, Mehman Rzayev 2014-cü ilin noyabr ayına qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olub. Vəzifəsindən azad edildikdən sonra şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin xeyir-duası ilə Gəncə Tibb Kollecinə direktor təyin olunub. Yəni Mehman Rzayev 2014-cü ilə qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olaraq Gəncədə fəaliyyətdə olan tibb ocalarını talayıb, ondan sonra isə Gəncə Tibb Kollecini talamaqdadır.
Qeyd edək ki, Gəncə Tibb Kolleci 2014-2018-ci illərdə əsaslı təmir işlərinin satın alınması, cari təmir işlərinin satın alınması, abadlaşdırma işlərinin satın alınması, dıgər maşın və avadanlıqlar xərc maddəsi üzrə satınalmalar, dəftərxana və təsərrüfat xərcləri üzrə satınalmalar, inventarların satın alınması, kommunal və kommunikasiya xidmətlərinin (qaz çəkilişi) satın alınması üzrə 31 kotirovka sorğusu keçirib.
Onlardan əsaslı və cari təmir işlərinin satın alınması üzrə 8 kotirovka sorğusunda “Elenendorf” MMC ilə ümumi olaraq 103 363 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Məhərrəmova Gültəkin Ələkbər qızı Göygöl rayon sakinidir. Heç bir maddi texniki bazası olmayan bu MMC-nin Mehman Rzayev tərəfindən formal olaraq yaradıldığ ehtimal olunur. Çünki MMC Gəncə Tibb Kollecinin keçirdiyi satınalmalardan başqa heç bir kotirovka sorğusunun qalibi olmayıb.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 6 kotirovka sorğusunda “BM-SİTY” MMC ilə 160 466 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin qanuni təmsilçisi isə İsayev Bəhlul Cəlal oğludur. Heç bir maddi texniki bazası olmayan MMC ilə Gəncə Tibb Kolleci 22.06.2022-ci il tarixdə daha bir satınalma müaviləsi bağlayıv ki, bu da onların arasında çoxdan işbirliyi olduğunu göstərir.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 1 tender 2 kotirovka sorğusunda “Şahlar-M Optimal” MMC ilə 140 966 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Marif Yunis oğludur. Elə 2017-ci ildə dövlət qeydiyyatına alınan kimi Gəncə Tibb Kollecinin satınalmalarının qalibi olub.
İnventarların satın alınması üzrə 4 kotirovka surğusunda “Ruzi 2012” MMC ilə ümumi olaraq 52 353 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Heç bir maddi-texniki bazası olmayan bu MMC-nin qanuni təmsilçisi isə Cəfərov Elxan Mayıl oğludur. Onun adı fiziki şəxs kimi bir çox müəmmalı kotirovkalarda keçir.
Dəftərxana və təsərrüfat xərcləri maddəsi üzrə 2 kotirovka surğusunda “Əsli-4” MMC ilə ümumi olaraq 19 800 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin də Mehman Rzayev tərəfindən formal olaraq yaradılması ehtimalı var. Elə 2017-ci ildə dövlət qeydiyyatına alındıqdan Gəncə Tibb Kollecinin keçirdiyi 2 kotirovka surğusun qalibi olub. Qanuni təmsilçisi olmuş Şirinov Elsevər Əli oğlu Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncədə məskunlaşıb. 12 iyun 2019-cu ildə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsindəki parkda özünü ağacdan asaraq intihar edib. Belə ki, mərhumun meyiti parkda asılmış vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri məlum olmayıb. Amma hüquq mühafizə orqanları Şirinov Elsevər Əli oğlunun intihar etməsinin səbəblərini Gəncə Tibb Kolleci ilə olan işbirliyindən tapa bilərlər.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Mehman Rzayev Gəncə Tibb Kollecinə direktor təyin edildikdən sonra satınalmalara yüz minlərlə dövlət vəsaiti ayırıb. Bu vəsaitlərin çoxu isə heç bir maddi texniki bazası olmayan bir neçə MMC-nin hesabına köçürülüb. Bir sıra kosmetik işlərə xərclənən vəsaitlərin çoxu “otkat”kimi Mehman Rzayevə qaytarılıb.
İndi burada suallar yaranır. Gəncə Tibb Kolleci 2019-cu ildən sonra illik satınalma planlarına uyğun olaraq zəruri malların və xidmətlərin satın alınması barədə məlumatları nədən dövlət satınalmalarının vahid internet portalında açıqlamır? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunlara niyə göz yumur?

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Şahbuzda saxta oyunlarla əsgər və zabitləri yüksək məbləğdə cərimələyirlər" - İDDİA


"Naxçıvanda rabitə vasitəsini “itirdiyinə” görə 10 min manat cərimələnən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Şaiq Pənahov bayraq dirəyindən özünü yerə ataraq intihara cəhd edib".

DİA.AZ xəbər verir ki, bu iddia ilə “Gündəlik Naxçıvan”a müraciət edən onun hərbçi yoldaşları çıxış edib.

Onların sözlərinə görə, xəstəxanaya çatdırılan Pənahovun həyatını xilas etmək mümkün olub. O, hazırda hospitalda müalicə alır.

Hərbçilərin məlumatına görə, rabitə vasitəsi əslində itməyib, MAXE-dən pul qoparmaq məqsədilə oğurladılıb. O isə buna etiraz olaraq, intihara əl atıb. Hərbçilər deyib ki, bu, Şahbuz şəhərindəki N saylı hərbi hissədə ilk belə hadisə deyil:

“Rabitə vasitəsini hərbi təlim zamanı kimlərə oğurlatdıqlarını biz yaxşı bilirik. Məqsəd odur ki, Şaiq Pənahovu cərimələyib, pul qoparmaq üçün əllərində saxta əsas olsun. Ondan qurğunu alıb yerinə qoymaq üçün 10 min manat tələb edirdilər. Demişdilər ki, verməsən, xəyanət maddəsiylə cinayət işi açılacaq. O yazıq da çıxış yolunu özünü öldürməkdə görüb. Bu, bizim hərbi hissədə birinci belə hal deyil. Saxta oyunlar qurub, əsgər və zabitləri yüksək məbləğdə cərimələyirlər. Sonra məcbur edirlər ki, cərimələnən gedib kredit götürüb bunlara versin. Həmin pulu da alıb, ciblərinə qoyurlar. İndiyə kimi nahaqdan cərimələnən bir neçə hərbçi intihar edib. Bu yaxınlarda boynuna 30 min manat saxta cərimə yazılan gizir dostumuz Rəvan Babayev dərman içərək, intihar etdi. Bu cür çirkli işlərin başında birbaşa Naxçıvan qoşunlarının rəhbəri general-polkovnik Kərəm Mustafayev durur”.

Yoldaşları deyir ki, özünü dirəkdən atan 35 yaşlı Şaiq Pənahovu xidmət etdiyi hərbi hissənin zabitləri xilas edib:

“Bayraq meydanı hərbi hissənin yaxınlığındadır. Dirəyə dırmaşarkən, zabitlərdən biri təsadüfən onu görüb. O da bacardığı yerə kimi dırmaşıb, sonra özünü yerə atıb. Təcili həkim çağırılıb. Vaxtında müdaxilə onun həyatını xilas edib. Hazırda o, hərbi hospitalda müalicə olunur. Həkimlər deyir ki, artıq həyati təhlükə yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR


“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələrindən biri yekunlaşıb. Hakim tikinti şirkətinin qanunsuz olaraq söküntü apardığı əraziyə gedib baxış keçirsə də, gözlənilməz qərar çıxarıb. Şirkət həmin ərazidə 1 kvadratmetr üçün 4600 manat kompensasiya ödəsə də hakim 240 kvadratlıq obyektin sökülməsinə görə, 267000 manatlıq kompensasiya müəyyən edib. Bu isə 1 kvadratmetr üçün 1108 manat ödəniş deməkdir.

DİA.AZ musavat.com-a istinadla xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunmuşdu ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılmışdı.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirmişdi.

Bildirək ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Amma məhkəmənin təyin etdiyi “Əmlak Ekspert Mərkəzi” MMC qiymətləndirmə üçün müqayisəli obyektlər göstərib. Lakin göstərilən obyektlərin qiyməti ilə sökülən obyektin qiyməti uzlaşmır.

“Həmin obyektlərin şəkilləri də var. Mənim obyektimi Şıxliniskayada bir obyektlə müqayisə ediblər. Həmin obyektlə belə müqayisə edəndə mənim obyektimin qiyməti daha çox hesablanmalıdır. Çünki minimum qiymətlə belə hesablamayıblar. Bu adamlar mənim obyektimi söküb yerində bina tikirlər. Təsəvvür edin ki, tikdikləri binada evlərin satış qiyməti 1 kvadratmetr üçün minimum 1300 manatdır. Obyektin kvadratı isə 4000 min manat. Amma mənim obyektimin qiymətini 1000 manata belə hesablamayıblar.

Rəyi verən ekspert deyir ki, "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır. Bunu da əmlakın dəyərini aşağı salmaq üçün edir. Eskpertin istifadə etdiyi sənədlər 2005-ci ilin materiallarıdır. İndi "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır? Bakıda bunu kimdən soruşsan gülər. Metronun ətrafında 100 metrlik boş yer var?”- İlham Sərdarov narazılığında qeyd edir.

Bu ekspertizanın rəyi məhkəməyə təqdim olunandan sonra zərərçəkmiş tərəf öz narazılığını bildirib. Buna görə də hakim Leyla Əliyeva şəxsən özü söküntü aparılan yerə gedib və əraziyə baxış keçirib.
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Hakim Leyla Əliyeva söküntü yerinə baxır

Baxış zamanı şirkət rəhbərliyi hakimə izah edib ki, guya sökülən obyektin bərpası üçün həmin ərazidə yer yoxdur. Amma hakim cavab verməyib ki, əlbəttə yer olmayacaq, çünki sökülən idman klubunun yerində artıq bina inşa edilir! Amma həmin binanın tikintisi də məhkəmə çəkişmələrinə görə dayandırılıb.

“RS Construction” MMC-nin (“Olympus Park”) çoxsaylı özbaşınalıqları ilə bağlı yerli mətbuatda dəfərlərlə məlumatlar dərc edilib. Əslində bununla bağlı çoxsaylı ekspert rəylərinə, məhkəmə qərarlarına, şərhlərə ehtiyac yoxdur. Çünki vətəndaşın mülkiyyəti qanunsuz olaraq, razılığı olmadan, gecə ilə sökülüb. Bunun adını cinayətdən başqa nə qoymaq olar?

Başqa bir təfdən isə vətəndaşı məcbur etmək olarmı ki, verilən kompensasiya ilə razılaşsın? Vətəndaşın obyektini istəmədiyi halda söküb, sonra onu istədikləri kompensasiyaya məcbur etməyin adı nədir?

Hakim Leyla Əliyevanın mövqeyi də olduqca maraqlıdır. Çünki həmin ərazidə mənzillərin, obyektlərin və ödənilən kompensasiyanın dəyəri ilə bağlı rəsmi sənədlər ona təqdim edilib.

Elə sökülən idman klubuna bitişik sahənin söküntüsü ilə bağlı rəsmi sənəd də hakimə təqdim edilib. Vətəndaş Təranə Əfəndiyevanın 13 kvadratmerlik qeyri-yaşayış sahəsinin söküntüsü zamanı bu şirkət tərəfindən 60000 manat ödənilib. Bunu rəsmi alıq-satqı müqaviləsində də görmək olar. Bu isə 1 kvadrat metr üçün 4600 manatdan çox ödəniş deməkdir.
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Həmin alqı-satqı müqaviləsi

Zərərçəkmiş İlham Sərdarov deyir ki, qeyri-yaşayış sahəsinin tam məhv edilməsi nəticəsində dəymiş maddi zərərin əvəzi 267000 manat, əşya və avadanlıqların məhv edilməsi nəticəsində dəymiş ziyan 49865 manat, mənəvi zərərin əvəzi 5000 manat, cəmi 321865 manatın tutularaq ona verilməsi qət edilib: “Faktiki sahəsi 315.7 kv. metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə mənə məxsusdur, dövlət reyestrindən çıxarışım var.

“RS Construction” MMC-nin nümayəndəsi kimi özünü təqdim edən Rafiq adlı şəxs məhkəmə iclaslarında bildirdi, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qəbul edilən kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin davam etdirilməsinə icazə verəcək. Bu qədər özündən arxayın olan şəxsə belə danışmağa şərait yaradan komitədir. Bundan başqa, mənim mülkiyyət hüquqlarıma xitam verilmədən MMC-nin mənə qarşı qaldırdığı iddiası rədd edilib”.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu, özbaşınalıq və rüşvətxorluğun yaranmasına yol açır" - Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır?


“Açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır”.

Bu sözləri ölkəmizdə daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrinin qapalı olması özbaşınalıq və rüşvətxorluğun yaranmasına yol açır:

“”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlanır. Lakin ölkəmizdə daşınmaz əmlakın dövlət reyestri qapalıdır. Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Belə ki, bütün məlumatlar müvafiq portalda yerləşdirilir və bu, şəffaflığın əsas göstəricilərindən biridir. Çünki açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. Eyni zamanda açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək (rüşvət istəmək) mümkünsüz olur. Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini də asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Reyestr açıq olduğu halda portal vasitəsilə dərhal məlumat əldə edə bilərsiniz.

Əgər şəffaf və effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə, daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır. Çünki torpaq və miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir”.

Yenicag.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO