[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə ilə sərhədlər tezliklə açıla bilər - Ermənistandan açıqlama


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə-Ermənistan sərhədinin tezliklə açıla biləcəyinə diqqət çəkib.

İki ölkə liderlərinin 13 ildən sonra ilk dəfə görüşməsindən sonra Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı konkret inkişaflar var.

Ermənistan parlamentində çıxış edən Mirzoyan, "Türkiyə ilə Ermənistan arasında ekspertlər və iki ölkənin xüsusi nümayəndələri səviyyəsində aktiv məsləhətləşmələr aparılır. Diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə olunur" deyib.

Sərhədin açılması istiqamətində irəliləyiş əldə olunduğunu bildirən Mirzoyan tezliklə müsbət nəticələrin əldə olunacağını gözlədiyini və ümid etdiyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəlində Avropa Siyasi Birliyinin toplantısına getdiyi Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

İki ölkə arasında liderlər səviyyəsində sonuncu görüş 2009-cu ildə keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Ermənistan rəsmiləri yenidən görüşəcəklər


Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə XİN-in Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiyaların Brüsseldə keçirilən üçüncü görüşü barədə məlumatında deyilir.

Qeyd olunub ki, tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski G-20-ilə bağlı şərt qoydu


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin İndoneziyada olacağı təqdirdə G20 sammitində iştirak etməyəcəyini bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

"Mənim və Ukraynanın şəxsi mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri iştirak etsə, Ukrayna sammitdə iştirakı qəbul etməyəcək", - Zelenski deyib.

O, Ukraynanın sammitə hazırlaşdığını vurğulayıb və qeyd edib ki, noyabrın 3-də İndoneziya prezidenti Coko Vidodo ilə hazırlıqları müzakirə edib.

“Hər halda bu gün bizi yenidən dəvət etdilər. Baxacağıq, sayılı günlər qalıb”, - deyə Zelenski noyabrın 15-16-da keçiriləcək sammitdə şəxsi iştirakı ilə bağlı sualı cavablandırıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin onun iştirakı ilə bağlı hələ qərar vermədiyini bildirmişdi. Oktyabrın 27-də Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında o, G20 sammitinə gedəcəyini etiraf edib.

İndoneziya prezidenti Coko Vidodonun sözlərinə görə, üç dövlət hələ də liderlərinin sammitdə iştirakını təsdiqləməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU


Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəli general XTQ-nin təlimini izlədi


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi keçirilir. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb. Həmçinin, XTQ hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.

Təlimi izləyənlər arasında türkiyəli general Bəxtiyar Ersay da olub.

Qeyd edək ki, ötən ilin sentyabrında Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin avqust ayında imzaladığı sərəncamla B.Ersaya general-leytenant rütbəsi verilib.

Türkiyəli general XTQ-nin təlimini izlədiTürkiyəli general XTQ-nin təlimini izlədiTürkiyəli general XTQ-nin təlimini izlədi

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Son illərdə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR - ARAŞDIRMA


2019-cu ildən etibarən Azərbaycanda idarəetmə sahəsində köklü islahatlara start verildiyi məlumdur. Həmin dönəmdən etibarən vəzifəsindən sui-istifadə edib, qanun pozuntularına yol verən xeyli sayda məmur saxlanılıb.

Onlardan əksəriyyəti hal-hazırda da dəmir barmaqlıqlar arasında yaşamlarına davam edirlər.

Diqqətçəkən məqamsa, həbs olunan məmurların böyük qisminin korrupsiya ittihamı ilə istintaqa cəlb edilməsidir.

Bizim.Media son illərdə korrupsiya ittihamı ilə saxlanılan məmurları araşdırıb:

1. Səlim Müslümov

Ötən ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb.

2. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinir.

3. Məmməd Qəribov

Naxçıvan MR-in sabiq təhsil naziri Məmməd Qəribov da Əhməd Əhmədov kimi külli miqdarda mənimsəmə ittihamı ilə saxlanılıb. Lakin daxili işlər nazirindən fəqli olaraq Məmməd Qəribova şərti cəza verilib və o, azadlığa buraxılıb.

4. Vidadi Muradov

“Azərxalça” ASC-nin idarə heyətinin sabiq sədri Vidadi Muradov da ötən il həbs olunan məmurlar sırasındadır. Belə ki, qurum rəhbəri külli miqdarda mənimsəmə ittihamı ilə ötən ilin yanvarında azadlıqdan məhrum edilib. Lakin noyabrın 1-də müalicə üçün azadlığa buraxılan Muradov cəmi 4 gün sonra onkoloji xəstəlikdən dünyasını dəyişib. 3,5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən Vidadi Muradovun 30 milyon dəyərində əmlakına da həbs qoyulub.

5. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

6. Rəfael Cəbrayılov

Ötən ilin mayında dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunan sabiq deputat ümumilikdə 2,6 milyon manat vəsaiti qanunsuz yolla ələ keçirməkdə şübhəli bilinib. O, 2021-ci ilin sentyabrında dünyasını dəyişib.

7. Rasim Quliyev

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev də ötən ilin dekabrında 3 il müddətinə azadlıqdan məhrum edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində cinayət işi açılan Rasim Quliyev vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə həbs olunub.

8. Ceyhun Cəfərov

2021-ci ilin oktyabrında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və təkrar rüşvət alma maddələri ilə təqsidləndirilib.

9. Qoca Səmədov

2021-ci ilin sentyabrında 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və rüşvət vermə maddələri ilə təqsidləndirilib.

10. İsmayıl Vəliyev

Lənkəran Rayon İcra Hakimiyyətinin sabiq sədri İsmayıl Vəliyev də ötən il barəsində həbs qətimkan tədbiri seçilən məmurlar arasındadır. Belə ki, 10 il müddətinə azadlıqdan məhrum edilən sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirli bilinib.

11. Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.

12. Məharət Musatafayev

Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.

13. Zakir Soltanov

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.

14. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

15. Nizaməddin Quliyev

Ötən il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. N.Quliyev müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

16. Mahir Quliyev

2020-ci ilin aprelində Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı ilə saxlanılan Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev 2022-ci ilin martında məhkəmənin qərarı ilə 11 il azadlıqdan məhrum edilib. Sabi nazir də mənimsəmə, israf etmə və rüşvət alma maddələri ilə ittiham olunub.

17. Namiq Zeynalov

2020-ci ilin dekabrında saxlanılan Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalova isə 2022-ci ilin iyununda hökm oxunub. 12 azadlıqdan məhrum edilən eks məmur da külli miqdarda rüşvət alma, mənimsəmə və israfetmə kimi müddəalarla ittiham olunub.

18. Zakir Soltanov

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov DTX-nin 8 may 2020-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb. Korrupsiyada ittiham olunan sabiq məmur 2022-ci ilin yanvarında 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Zakir Sultanovun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib.

19. Rafiq Bayramov

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovla da Zakir Soltanovla eyni gündə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsində elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 4 il 6 aya qədər endirilib.

20. İlqar Əliyev

XİN-in Konsulluq idarəsinin digər sabiq vəzifəli şəxsi İlqar Əliyev də korrupsiya şübhəsi ilə saxlanılan məmurlardandır. O, 2020-ci ilin sentyabrında onun cəzası ev dustaqlığı ilə əvələnib. 2021-ci ilin aprelində məhkəmənin müvafiq hökmü ilə İ. Əliyevin ev dustaqlığının müddəti uzadılıb.

21. Fərhad Mollazadə

Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə də DTX tərəfindən 2020-ci ilin iyulunda saxlanılıb. Onun 2021-ci ilin dekbarında baş tutan məhkəmə iclasında nazirliyə dəymiş ziyanın 2,5 milyon manatını ödədiyi bildirilib.

22. Səlim Əlizadə

XİN-in 2020-ci ilin iyulunda DTX tərəfindən saxlanılan bir digər rəsmisi olan İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadəyə 2021-ci ilin dekabrında 6 il azadlıqdan məhrum edilib. Səlim Əlizadə nazirliyə vurulmuş ziyanın 167 min manatını geri ödəyib.

23. Nurupaşa Abdullayev

XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev də Səlim Əlizadə və Fərhad Mollazadə ilə eyni gündə saxlanılıb. Həmkarları kimi o da korrupsiya şübhəsi ilə istintaqa cəlb olunub. 2020-ci ilin sentyabrında isə məhkəminin hökmü ilə ev həbsinə buraxılıb.

24. Faiq Bağırov

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov da nazirliyin digər əməkdaşları ilə eyni vaxtda və eyni şübhələrlər həbs olunub. Onun da barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, son olaraq noyabrın 1-də DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyatın keçirildiyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, nazirin birinci müavini Elnur Əliyev də daxil olmaqla bir neçə yüksək vəzifəli nazirlik rəsminin saxlanıldığı deyilir.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəstəxanada özəl kurs açılıb? – Şikayətçi rəhbəliyin faktı gizlətdiyini deyir


“Həyat yoldaşım Nərgiz Babayeva tibb kursunu bitirib, ancaq ona heç yerdə iş tapa bilmirik, vəziyyətimiz çətindir”.

Bunu Ucar rayon sakini Rahib Babayev Toplum TV-nin qaynar xəttinə deyib. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Nərgiz Babayeva ödənişli əsaslarla Ucar rayonunda “Bilik dünyası MMC” adlı tibb kursunu bitirib. Ancaq həmin kursun diplomu indi heç bir işə yaramır:

““Bilik dünyası MMC” Ucar rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərib. Həyat yoldaşım da həmin kursda 2016-2017-ci illərdə ödənişli təhsil alaraq diplom alıb. Aya 50 manat ödəniş edirdik. İndi həmin kurs bağlanıb. Bağlanma səbəbini bilmirəm. Ola bilər, xəstəxana ilə aralarında problem yaranıb. Onun tibb bacısı kimi işlə təmin edilməsi üçün rayon mərkəzi xəstəxanasına, məşğulluq idarəsinə, hətta prezidentə belə müraciət etdik. Ucar rayon Mərkəzi Xəstəxanasından bizə dedilər ki, özəl kursu bitirənləri işə götürmürük. Əgər özəl kursu bitirənlər işə götürülməyəcəkdisə, o zaman həmin kursun fəalliyyətinə niyə icazə vermişdilər?! Bu kursdan müəyyən qədər xeyir də götürənlər oldu.

Məşğulluq Agentliyindən isə dedilər ki, növbənizi gözləyin. 1 ildən çoxdur ki, növbəyə durmuşuq. 3 az yaşlı övladım və yaşlı anam var. Evimizə gələn tək gəlir 268 manat anamın pensiyasıdır. O da onun dərmanına ancaq çatır. Bu pulla yaşamaq olar? Fəhləlik işi olanda gedib işləyirdim. Bu yaxınlarda Ucar rayon Məşğulluq idarəsindən mənə mağazada gözətçi işi verdilər, 150 manat maaş alıram. Bu pulla 3 azyaşlı uşağa necə baxaq?!

Ucar rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsinin müdiri Pakizə Ələsgərova Toplum TV-ə xəstəxananın nəzdində belə bir kursun olmadığını dedi: “Həmin kursun bizim xəstəxanaya heç bir aidiyyatı yoxdur. Kursun tələbələri gəlib bizim xəstəxanada praktika da keçməyib. Kurs bitirənləri də xəstəxanada işə qəbul etmirik, buna icazə yoxdur. Kollec bitirənlər işə götürülür. Ucarda bu cür tibb kursları çoxdur. Ancaq bunların heç birinin bizim xəstəxanamıza aidiyyatı yoxdur”.
Xəstəxanada özəl kurs açılıb? – Şikayətçi rəhbəliyin faktı gizlətdiyini deyir

Şikayətçi Rahib Babayev isə xəstəxananın yalan danışdığını, həyat yoldaşının 1 il boyunca kurs üçün mərkəzi xəstəxanaya gedib-gəldiyini iddia edir.

Ucar rayon Məşğulluq Xidmətindən isə Toplum TV-ə bildirildi ki, şəxs barədə məlumat verməyəcəklər. Şikayətçi özü məşğulluq idarəsinə yaxınlaşmalıdır.

Araşdırmalarımıza görə, “Bilik dünyası MMC”-nin rəhbəri Rahimə Mehdiyeva kursu Tərtər rayonunda qeydiyyatdan keçirib.
Xəstəxanada özəl kurs açılıb? – Şikayətçi rəhbəliyin faktı gizlətdiyini deyir

İttihamlarla bağlı “Bilik dünyası MMC”-nin də rəyini almaq istəsək də, nə kursun, nə də ki, rəhbərinin telefon nömrəsini tapa bilmədik.

İttihamlarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Boradigah sakinləri Masallının təzə başçısına AĞIZ AÇDILAR - "Müraciətimizin üstündən 2 il ötməsinə baxmayaraq..."


Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini rayonun yeni icra başçısı Araz Əhmədova müraciət edib.

DİA.AZ-ın məlumatına görə, Azpost.info-ya daxil olan müraciətdə deyilir ki, sakinlər 2019-cu ildə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova Boradigah-Qumbaşı yolunun təmiri ilə bağlı müraciət ediblər.

“Hörmətli Araz müəllim,

Müraciətimiz aşağıdakı kimi idi:

“Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir.

Amma problem ondadır ki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizi bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova qəti tapşırıq verdiniz. Bu tapşırığınız bizi ruhlandırdı. Sizdən xahiş edirik, bəhs etdiyimiz yolun təmirinə də göstəriş verəsiz.”

Bizim bu müraciətimizə AAYDA-dan mediya vasitəsilə aşağıdakı məzmunda cavab verildi:

“Biz müraciətlə tanışıq. Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur. Buna baxmayaraq, AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb. Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca, həmin layihələr icra olunacaq. Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa, biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik.”

Hörmətli Araz müəllim,

müraciətimizin üstündən 2 il ötməsinə baxmayaraq, bu yol hələ də bərbad vəziyyətdədir. Amma Siz rayona icra hakimi təyin ediləndən sonra bütün sahələrdə, o cümlədən, yolların yenidən qurulması istiqamətində böyük layihələrə başlamısız. Sizdən xahiş edirik, Boradigah-Qumbaşı yolu da başlatdığınız böyük abadlıq işlərindən kənarda qalmasın”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO

Çoxları payızı "depressiya fəsil" adlandırır.

Psixoloqlar bunun izahını fərqli verirlər, amma, biz "DogruXeber.az" olaraq, bu deyimə daha fərqli prizmadan yanaşacağıq.

Hərəyə bir cür təsir edən payız, onlarla, bəlkə də yüzlərlə yoxsul ailənin, ocağın evsizlik problemini xatırladır, ya da buna bənzər digər problemləri.

Daha doğrusu, bu problemləri payız yox, payızın sözügedən evlərin damından içəri yağan, yaratdığı palçıq və gölməçələri ilə yolları keçilməz edən yağışlarıdır.

Bakı şəhərində isə "payıza, qışa hazırlıq" söhbəti aidiyyatı qurumlar tərəfindən bir ay, ay yarım əvvəldən başlasa da yalnız soyuq, qar, yağış başlayandan sonra məlum olur ki, yenə də xalqın bu söhbətə inanan saf nümayəndələri "bu il də aldadılıb".

Bakının belə hazırlıqsız rayonlarından biri də Pirallahı rayonudur.
Belə ki, payız yağışlarının gəlişi ilə Pirallahı rayon, İlqar Məcidov küçəsinin sakini ağbirçək Tamella xanımın da "şikayət mövsümü" başlamış oldu.
Ona görə "şikayət mövsümü" deyirik ki, Tamella xanım demək olar ki, hər il buvaxtlar ağlaya -ağlaya üz tutur "DogruXeber.az" redaksiyasına ki, "Yağış başımıza yağır. Damın altında bir çətən külfətimiz var, ailə üzvlərimin əksəriyyəti də azyaşlı nəvələrimdir. Yağan yağış başımıza yağır. İcra Hakimiyyətinə dəfələrlə gedirəm deyirəm, elə hər şikayət etdikcə, arada gəlib baxıb gedirlər. Müsbətə doğru isə heç bir dəyişiklik yoxdur. Yağış yağanda evdə addım atmağa yer olmur. Böyük vanna, vedrələrdən tutmuş, stəkanlara qədər düzürük evə, daman damcıların altına.".
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO

Bəli, Tamella xanımın özünün də bildirdiyi kimi, onun hər il eyni problemi ilə bağlı mediyada gileyi, narazılığı yayımlanır.

Amma, nafilə...

Vasif İmanovun arada gəlib baxıb, 5-6 şəkil çəkib gedən işçilərindən isə hələ də heç bir xəbər yoxdur.

Öz də, hələ bu azmış kimi, xanımın bildirdiyinə görə küçələr də bərbad - keçilməz vəziyyətdədir. Azca yağış yağan kimi hər tərəf olur palçıq, olur gölməçələr.

Biz Tamella xanımın müraciətini "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" proqramında öz dilindən, həmçinin "DogruXeber.az" informasiya portalında isə yazaraq, bu il də yayımladıq.

Gerisi qalır Pirallahı rayon İcra Hakimiyyətinə, ya yenə də gəlib baxıb gedəcəklər, ya da bu dəfə "şeytanın ayağını qırıb, buna bir əncam çəkəcəklər.
Hərçənd ki, özümüzün bu son dediyimizə, özümüz də inanmadıq, amma, ümid insanları heyata, sakinlərini hələ də Pirallahıya bağlayır.

Hörmətli Vasif İmanov, fotoda gördüyünüz bu vanna, vedrə və digər məişət əşyaları ora heç də Siyavuş müəllimin dediyi kimi, "yağış suyunu ölçmək üçün" qoyulmayıb.

İdarəçiliyinizdə olan rayonun bu çarəsiz sakini Tamella xanım sizdən səlahiyyətiniz xaricində, yaxud da gücünüzün yetməyəcəyi qədər çox şey istəmir və güman edirik ki, qısa zamanda elə "DogruXeber.az" informasiya portalında rayonunuzun sakini Tamella xanımın mövcud probleminin həlli üçün İcra Hakimiyyətinə olan təşəkkürünü dərc edəcəyik, təbii ki, həll olunarsa.
Məsələ diqqətimizdədir!
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO

O ki, qaldı yol məsələsinə, adamda maraqlı sual yaranır, görəsən yerli bələdiyyələr niyə yığılan pullardan müəyyən qədər ayırıb, bu küçələrə heçolmasa asfalt örtüyü çəkilənə qədər xırda çay daşları tökdürmür?

Bələdiyyə büdcəsinə yığılan pullar nədə istifadə olunur, nəyə xərclənir?

Yeri gəlmişkən, bu cür bərbad, küçələr təkcə Pirallahı rayonunda deyil. Demək olar ki, Bakının bir rayonlarında da hazırda bu vəziyyət yaşanır. Elə yuxarıda təqdim etdiyimiz videolinkdə yəqin ki, Sabunçu rayon Ramana qəsəbəsindəki görüntüləri də gördünüz. Amma, orada vəziyyət biraz fərqlidir.
Görünür, bahalı avtomobilləri ilə "Porsche Adil" ləqəbi verilən Adil Vəliyev gözdən pərdə asmağın yollarını yaxşı bilir.

Ramanada yaşayanlar da təsdiqləyər ki, orada bütün yollar bu vəziyyətdə deyil.
Bəlkə də görənlər düşünür, "görəsən niyə axıra qədər düzəltməyib küçələr" ?...

Biz deyək, siz də bilin. Çünki, həmin bərbad küçələrin sakinləri küçənin çəkilməsi üçün pul verməyiblər. Digər küçələrin sakinləri özləri demək olar ki, ciblərinin pulu ilə, asfalt örtüyü çəkdiriblər. O da ki, müəyyən yerə qədər. Yəni, pulu olmayanların qapısının ağzına qədər.

Yuxarıda videoda da gördüyünüz kimi "oliqarx məmur" kimi tanınan Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonunun, Ramana qəsəbəsi, Bünyadzadə küçəsinin də müəyyən hissəsi asfalt örtüyü ilə ilə təmin olunub, taa 103 ünvanına qədər. 103 ünvanında yaşayan şəxs, sakinlərin sözlərinə görə Birinci Qarabağ qazisidir. Yol çəkilişi üçün hər kəsdən pul yığılarkən, maddi vəziyyətimin çox çətin olduğuna görə bu pulu verməkdən imtina edən qazinin həyət qapısından təqribən 3 metr məsafədə dayandırılıb.

Deyə bilmərik bu küçələrin asfaltlanmasını sənəd üzərində İcra Hakimiyyəti özümü, yoxsa AAYDA həyata keçirməlidir, amma real olanı budur ki, sakinlərin öz maddi vəsaiti ilə aparılıb.

Söz yox ki, yaxınlarda Xətai rayonunda da belə hallar baş vermişdi, lakin o zaman da AAYDA-nin həmin ərazi üzrə səlahiyyətli əməkdaşı redaksiyamıza zəng edib, məlumatın yalan olduğunu demişdi və sakinlərin iddialarını təkzib etmişdi. Burda isə "kor-kor, gör-gör"...

Pul verməkdən imtina edən sakinin qapısına çatmamış yarım qalan küçənin halı ortada...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //DogruXeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Obyektini nazirliyə 25 minə kirayə verən rəisin müəmmalı tender əməliyyatı - TƏFƏRRÜAT


Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Geonda FM” MMC (VÖEN- 1703352851) olub.

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Geonda FM” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə 125 min 401 manat 50 qəpik dəyərində mal-material satacaq.
Məlumat üçün bildirək ki, qalib şirkət cəmi 4 ay əvvəl – 21.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşən, nizamnamə kapitalı 10 manat olan bu şirkət qısa müddətdə daha 3 tenderin qalibi olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, "Geonda FM” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu eyni zamanda "Rn Corp 22” və "Orlondo Az” MMC-lərin qanuni təmsilçisidir.
Adları qeyd olunan hər iki şirkət də “Geonda FM” MMC ilə eyni tarixdə 20-21 iyun 2022-ci ildə dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-da yerləşir.
Bu şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub.
Məsələn, "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat dəyərində tender müsabiqəsinin qalibi olub.
Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi və bu ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkət bugünə kimi aşağıdakı tenderlərdə qalib olublar:

Obyektini nazirliyə 25 minə kirayə verən rəisin müəmmalı tender əməliyyatı

Məlumdur ki, cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Onu da xatırladaq ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi şirkətlərlə bağlı bir sıra başqa şübhəli məqamlar da var. "Geonda FM” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda - Abbasqulu Abbaszadə, ev 1/B-də bugünə kimi çoxsaylı şirkətlər qeydiyyata alınıb.

Başqa bir şübhəli məqam isə odur ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi "Orlondo Az” MMC ilə bənzər adlarda şirkətlər təsis olunub və bu şirkətlər də əsasən tenderlərdə qalib olurlar.

Yazının sonunda onu da qeyd edək ki, "Geonda FM” MMC-ni tenderin qalibi seçən Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə Sarıməmmədov Röyal Tofiq oğlu rəhbərlik edir. Bu yaxınlarda Röyal Sarıməmmədovun özü də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. Tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN - 8700148382) icarəyə götürəcək.
İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO