[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yardımlıda dövlət pulları TALAN EDİLİR... - GİLEY


"Yardımlı rayonunun problemleri bitmek bilmir. Bu rayon dövlətimizin qanunları ilə yox İcra Başçısı Ayaz Əsgərovun və müavinlərinin qanunları ilə idarə olunur". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "May ayında Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının Şəhər Ərazi Nümayəndəliyinin büdcəsəndə nəzərdə tutulmuş rayondaxili yolların abadlıq üçün ayrılan vəsaitlə bağlı tender elan ediblər. Məbləğ 340000 min manat idi... Yardımlı rayonunda çox işdər görmək olar, vəsait mənimsənilməsə...

Tender pulları əvələr başçının müavini Mahir Mirzəyevin müəssisələri ilə mənimsənilirdi. İndi isə cənab başçının oğlunun müəssisələri ilə mənimsənilir: "MİRAY MH" Məhdud Məsuliyyətli Cəmiyyəti...

28 oktyabr tarixində yağan yağış nəticəsində Yardımlı rayonun Heydər Əliyev prospektinin bir hissəsi... yenicə daş hasar olunan yerin tenderə düşən hissəsi nədənsə uçdu... Nece olur bele bir şey?

Yardımlı rayonu Şəhidlər xiyabanında da aparılan abadlıq işlərinin axırı belə olacaq. Çünki ayrılan vəsaiti ünvanı üzrə xərcləmirlər. Nəzarəətsizliyin axırı belə olur..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir.

Artıq bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb, saxlanılanlar var. Onlar arasında yüksək vəzifəli şəxslər, o cümlədən Təchizat və Əmlak Şöbəsinin müdiri də var.

APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vahid Ələkbərovun bankı BÖHRAN İÇİNDƏ - MÜFLİSLƏŞİR?


“Yelo Bank” ASC-nin mənfəəti kəskin azalıb.

Bank 2022-ci ilin ilk doqquz ayını 3,244 mln manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü (11,368 mln manat) ilə müqayisədə 3,5 dəfə azdır.

Ümumilikdə cari ilin üçüncü rübünün yekununda bankın xalis faiz gəlirləri 38,819 mln manat, xalis qeyri-faiz xərcləri isə 37,348 mln manat təşkil edib. Əməliyyat mənfəəti 1,470 mln manat olan bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 1,774 min manat azalıb.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir.

***

“Yelo Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankına borcu artıb.

2022-ci ilin sentybrın 30-na bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 87,424 mln manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

Qeyd edək ki, cari ilin üçüncü rübünün yekununda “Yelo Bank”ın cəmi aktivləri 795,605 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur. Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 42,2% artaraq 580,437 mln manat, depozit portfeli 77,8% artaraq 550,379 mln manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 69,3% artaraq cari ilin sentyabrın 30-na 721,969 mln manat təşkil edib, cəmi kapitalı isə illik müqayisədə 6,3% artaraq 73,636 mln manata yüksəlib.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir. //“Ölkə.Az”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Şahdağ"dan əcnəbiyə görünməmiş JEST: Bir günə bizim bir aylığımızı qazanır - BU DA FAKT!!!


Azərbaycanda vətəndaşın hansı şəraitdə yaşadığı, sosial problemlərin ölkə insanını hansı həddə qədər narahat etdiyini bildiyimiz bir dönəmdə hansısa əcnəbiyə öyrəşdiyimiz Azərbaycan şərtləri ilə yox, öyrəşmədiyimiz, əslində isə normal olan şərtlərlə münasibət bəslkənildiyini eşidəndə təbii olaraq heyrətlənirik. Necə ki aşağıdakı faktı eşidəndə heyrətlənməyə bilmədik...

“Niderlanddan olan qonaqpərvərlik mütəxəssisi Statema Dauye Şahdağ Turizm Mərkəzi ilə bu ilin mayın 4-də bağladığı müqavilənin müddəti 14 yanvar 2023-cü il tarixində bitir. Qusar rayonundakı dağ-xizək kurortunda İdarə Heyətinin sədr müavini işlədiyinə görə o, bu müddətdə 92 000 manat (54 min 164 dollar) və ya hər təqvim günü (cəmi 255 gün) üçün 361 manat (212,3 dollar) alacaq”.

DİA.AZ xəbər verir ki, bunu jurnalist Hafiz Babalı sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Jurnalist bildirib ki, Dauye 2007-ci ildən Azərbaycandadır: “2021-ci ilin oktyabr ayından “Şahdağ Turizm Mərkəzi” QSC-də işləyir. Bundan əvvəl o, “Paşa Holdinq”in restoran biznesində çalışıb.

Azərbaycanda minimum əmək haqqı ayda 300 manatdır. Bu ilin yanvar-avqust aylarında ölkədə orta nominal əmək haqqı 829 manat (487 dollar) təşkil edib.

Dövlət məxsus ŞTM QSC 2020-2021-ci illər üzrə illik maliyyə hesabatlarını gizlətdiyi üçün İH sədrinin nə qədər maaş aldığını öyrənmək olmadı”.

P.S. İndi gəl sosial ədalət haqqında nağıllara inan...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı və əlaqədar tərəfləri böyük məmnuniyyətlə dinləyərdik...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR


Yasamal Rayonu Yeni Azərbaycan Partiyasının (YAP) sabiq sədr müavini Ramin Əhmədov yenidən lüks həyatı, şərablarla dolu masası ilə diqqət çəkib.

Hurriyyet.Az-ın məlumatına görə, hazırda "Media Araşdırmaları və Monitorinq Mərkəzi" İB-də çalışan R.Əhmədov şəkillərini hərkəsə açıq şəkildə paylaşmaqdan da çəkinmir.

Həmin fotoların bəziləri A.Qasımov sayəsində qazandığı “Bizbizə” restoranı”nda çəkilib.

Həmçinin Ərəbistandakı bahalı otellərin foyesində, xaricdəki disko klub və barlarda çəkilmiş fotolar da gözdən yayınmır.

Dəyər verdiyi "Galendvageni" də nümayiş etdirməkdən çəkinmir.

Qeyd edək ki, R.Əhmədov hazırda özünü mətbuatda Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi kimi təqdim etdirir.

Xatırladaq ki, rəsmi olaraq YAP-da sədr müavini olsa da mətbuatda gedən məlumatlarda adı Yasamal rayonu sabiq icra başçısı Arif Qasımovun "qara kassası", "vuran əli" kimi çəkilib. Çünki Ramin bəy uzun müddət kikboks idman növü ilə məşğul olub.

Mətbuatda gedən məlumatlarda qeyd edilir ki, sözügedən şəxsin onlarla bahalı obyekti, ticarət mərkəzləri, restoranları və mülkləri var. Məsələn, “Neftçilər” metrosu ətrafındakı bütün obyektlər, restoran və köşklərin hamısı adıçəkilən şəxsə məxsusdur.
Bundan başqa onun digər obyektləri aşağıdakılardır:

- “Praqa” restoranından “8-ci km bazarı”na kimi park və yol boyu bütün obyektlər;

- “Üzüm” restoranı;

- “Tayqa” restoranı;

- “Bizbizə” restoranı”

- “Port Baku” yaşayış kompleksində mənzil;

- Şüvəlan və Mərdəkanda milyonluq bağ evləri;

- Nizami rayonu ərazisində onlarla mənzil;

- Dəyəri 420 min dollar olan “Mercedes G 63 AMG” markalı maşın;

Məlumatda həmçinin bildirilmişdi ki, bu obyektlərin hamısı icarədədir və onların ən ucuzunun aylıq icarə haqqı 10 min manata bərabərdir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırq. //Hurriyyet.Az/
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR
Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə şəhər GEM-ni necə biznes mənbəyinə çeviriblər? - İTTİHAM VAR!


Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktor əvəzi “Tomiyevlərlə” birləşərək müəsissəni necə biznes mənbəyinə çevirib?

DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına etibarlı mənbədən ilginc məlumatlar daxil olub.
Belə ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində heç kәslә razılaşmayan, heç kimi bәyәnmәyәn, öz bildiyindәn әl çәkmәyәn təkəbbürlü Almaz xanım Tomiyeva kollektivdə çalışan əməkdaşlarla münasibətdə demək olar ki, yuxarıdan aşağı baxır.Axı niyədə belə olmasın.Adamın qaynıoğlu Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavinidir.Barəsində bəhs etdiyimiz Almaz xanım Tomiyevanın 69 yaşı olsada hələ də onu tutuduğu kreslodan qopara bilən tapılmır.Bu müəsissədə yaş senzi təkcə Almaz xanımla bitmir.Digər yaşlı əməkdaaşlardan Əliyeva Validə 65, Mirvari 65, Nəzirə 65 və Qarayev Əli 69 olsada müəyyən məbləğlər müqabilində hələ də işlərində saxlanılır.
Azərbaycan vətəndaşlarının sağlamlığı üçün COVID-19 -la mübarizə aparan Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin əməkdaşlarına büdcədən ayrılmış olan vəsaitlərin mənimsənilməsi haqqında da söz–söhbət dolaşmaqdadır..Belə ki, sistemdə adları keçən tibbi personala yox vəsaitlər direktor əvəzi olan Hürrüyyət İsmayılova yaxın rəfiqələrinin adlarına yazdırlıb.
Bu koronovirusla mübarizəyə ayrılmış olan büdcə pullarının mənimsənilməsinə görə hətta baş buxalterlə direktor əvəzi xanım arasında qalmaqalda yaşandığı da bildirilir.
Koronovirusla mübarizə üçün Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə verilmiş olan avtomobillər aylığa buraxılıb. halbu ki, bu maşınlara hər gün yanacaq və digər ehtiyyat hissələri verilməklə dövlət büdcəsindən xeyli miqdar vəsait silinir.
Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin (GEM) tabeliyində olan “Azsamand” markalı 99 PH 570 dövlət qeydiyyat nişanlı avtomobili Əliyev Tahir Ənvər oğlu idarə edir. Onun da idarə etdiyi maşın aylığa buraxılsada amma hər gün gəlib tabelə imza edib gedir.Sözügedən avtomobilin üzərində yazılmış olan GEM sözləri çıxarılaraq şəxsi əmlaka çevirilmişdir.Bu maşın Samux rayonun Əhmədbəyli kəndində şəxsi həyyətdə saxlanılır.

GEM-də təmir-bərpa işləri bitmir ki, bitmir.Bəlkə büdcədən təmirlə bağlı vəsait ayrılıb?
Bu adla hər ay tibbi personaldan pul vəsaitləri toplanır.Əgər bu belə deyilsə xanım direktor əvəzi bu pulları hardan alıb xərcləyir?
GEM-də hansı ictimai obyektlərdən kimlər pul yığırlar?
Direktor əvəzi Hürriyyət İsmayılovanın yaxın rəfiqəsi olan Nərmin adlı işçi şəhərin şirniyat evlərini kurasiyasına rəhbərlik edir.
Emin adlı şəxsin də adı bərbərxana, gözəllik salonları və tibb müəsissələri və stamatoloji sahələr kurasiyasına daxil olduğu bildirilir.
“Burda mənəm, Bağdadda kor Xəlifə” deyən xanım direktorun zərif cinsdən ibarət olan komandasının yuxarıda sadalanan faktlarını yəqin ki, hüquq mühavizə orqanları araşdırıb lazımı ölçü götürəcəkdir.

Qarşı tərəfin də söz haqqını tanıyırıq.

Aylığa buraxılmış olan avtomaşınların videogörüntüsünü təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəfələrlə gedəcəyi anons edilən başçının topdağıtmaz sərvəti... - SİYAHI


Xeberal.az xəbər verir ki, Şuşa Şəhər İcra hakimiyyətinin başçısı Bayram Səfərovun mülklərinin siyahısı yayılıb…

Siyahını jurnalist Həbib Müntəzir yayıb.

Gundem.media Xeberal.az-a istinadən siyahını təqdim edir...

▪️Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil

▪️Novxanıda yerləşən 6 milyon dollarlıq villa

▪️Dərnəgüldə daha bir mənzil

▪️Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB

▪️Nərimanov metrosu ərazisində bir neçə obyekti

▪️“Qala” restoranı

▪️“Kosmos” Restoranı

▪️Nərimanov parkında yerləşən “İstanbul” kafesi

▪️La Vita Cafe and Restoran

▪️Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri

▪️Novxanıda mal-qara ferması

▪️Fermanın yaxınlığında gön-dəri sexi

▪️Binəqədidə hektarlarla torpağı

▪️M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı

▪️Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları

▪️Rufis adlı oğlunun adına “Kəklik” MMC şirkəti
(Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir)

▪️Qiyməti 50-60 min və daha nələr...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhərrəm Əliyev Naxçıvanı silkələyib... - İLGİNC GƏLİŞMƏ


Dünən məlum oldu ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik ötən cümə günü Naxçıvana səfər edib.

Xəbərlərdə deyilirdi ki, Məhərrəm Əliyev Muxtar Respublikadakı sərhəd qoşunları və əhaliddə ordunun rəhbərliyi ilə görüşüb və Ali Baş Komandanın tapşırıqlarını onlara çatdırıb.

Gələn məlumatlarda o da qeyd olunurdu ki, general-polkovniki hərbi hissələrə gedərkən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov müşayiət etməyib.

Məhərrəm Əliyevin Muxtar Respublikaya səfəri zamanı pişvazına Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin çıxmadığı xəbər verilir. Onun Kərəm Mustafayevlə görüşüb-görüşmədiyi də bilinmir.

DİA.AZ bildirir ki, bu arada başqa bir məlumat da yayılıb. Söhbət Məhərrəm Əliyevin Naxçıvan səfərinin ardından baş verənlərdən gedir.

DİA.AZ-ın sosial şəbəkələrə istinadən verdiyi məılumata görə, Məhərrəm Əliyevin Naxçıvana səfərindən sonra Əlahiddə ordunun MAXE-ləri çox sevinirlər.

Məlumatda deyilir: "Çünki onlar inanırlar ki, bundan sonra Kərəm Mustafayevin tikintilərində, plantasiyalarında Misir kölələri kimi işlədilməyəcəklər, maaşlarını tam və vaxtında alacaqlar. Ən əsası isə, məğlub rus ordusunun "soldatları" kimi yox, Müzəffər Azərbaycan ordusunun əsgərləri kimi, milli hərbi yürüş qaydasına uyğun olaraq addımlayacaqlar".

İddialarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mahir Abbaszadənin yeni ilginc "FƏND"i: Şirkətinin adını dəyişdirib görün nə etdi (ŞOK İDDİA) +FOTO


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə iki il əvvəl “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə vermişdi. Şirkət Gürcüstanda da qeydiyyatdan keçib.

Lakin məsələ faş olanda deputat susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi.

32gun.az jurnalist Cavanşir Həsənliyə istinadla bildirir ki, indi şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. “MERCURY CONSTRUCTİON” MMC-nin qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə “AZ.İNŞAAT-M.V.” MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. “Qaçqınkom” indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.

Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.

Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.32gun.az
Mahir Abbaszadənin yeni ilginc "FƏND"i: Şirkətinin adını dəyişdirib görün nə etdi (ŞOK İDDİA) +FOTO
Mahir Abbaszadənin yeni ilginc "FƏND"i: Şirkətinin adını dəyişdirib görün nə etdi (ŞOK İDDİA) +FOTO
Mahir Abbaszadənin yeni ilginc "FƏND"i: Şirkətinin adını dəyişdirib görün nə etdi (ŞOK İDDİA) +FOTO



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bizim Market"də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?


“Bizim Market” MMC-yə daxil olan market rəhbərləri icraçı direktorlar Fərid Ələkbərov və Ramin Şirinovdan şikayətçidirlər.

Bakupost.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, hər iki şəxs şirkət bağlandığı üçün mağaza müdirlərini hədələyərək, onlardan külli miqdarda pul tələb edirlər.

Şirkətin təsisçisi Rasim Salmanovun səlahiyyətindən sui-istifadə edərək, onlara hədə-qorxu gəldiyi bildirilir. Qeyd olunur ki, market rəhbərlərinə maaş və bonuslar verlmir. Onlara bildirilib ki, yalnız əmək haqqının rəsmi hissəsini karta köçürərək gətirəcəkləri halda onların əmək kitabçaları özlərinə veriləcək.

Məsələ ilə bağlı “Bizim Market”lə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, bir neçə müddət əvvəl “Bizim Market MMC”nni satılması ilə bağlı xəbər vermişdik. Belə ki, şirkəti "Promart" MMC alıb.
"Bizim Market"də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?

Əlavə edək ki, "Bizim Market” mağazalar şəbəkəsi tanınmış iş adamı Rasim Salmanova aiddir.
R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.
"Bizim Market"də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?

BakuPost

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO